Dərs vəsaiti kimi təsdiq edilib qrif verilmişdir baki "nurlan" 2012



Yüklə 174.76 Kb.
Pdf просмотр
səhifə1/18
tarix23.06.2017
ölçüsü174.76 Kb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   18

 
 
232 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
H. S. HÜMBƏTOV   X. Q. XƏLİLOV 
PAMBIQ  LİFİNİN 
TEXNOLOGİYASI 

 
H. S. HÜMBƏTOV   X.  Q.  XƏLİLOV 
 
 
 
 
PAMBIQ   LİFİNİN  TEXNOLOGİYASI 
(d
ərs vəsaiti) 
 
 
Az
ərbaycan respublikası Təhsil nazirinin 12. III 2012 - ci il 
tarixli  359  
saylı əmrinə əsasən dərs vəsaiti  kimi təsdiq edilib qrif 
verilmişdir 
 
 
 
 
BAKI   “NURLAN”   2012 
 
 

 
 

 
Elmi redaktor: ADAU-
nun elmi işlər üzrə prorektoru, 
N. Y. Seyid
əliyev 
 
R
əy verənlər: 
ADAU-
nun Torpaqşünaslıq, aqrokimya və ekoloji kənd təsərrüfatı 
kafedrasının professoru,  k/t elmləri doktoru   F. H. Axundov 
Az
ərbaycan Elmi - Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru,  k/t 
üzr
ə elmlər doktoru  H. Ə. Aslanov 
Az
ərbaycan Elmi - Tədqiqat Pambıqçılıq  İnstitutunun Seleksiya və 
toxumçuluq  şöbəsinin  müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru 
   
Ə. Ə. Tağıyev 
ADAU - nun  Ümumi 
əkinçilik, genetika  və seleksiya kafedrasının 
dosenti,  b. e. n. 
əməkdar  k/t  işçisi F.  H. Qurbanov 
 
H. S. Hümb
ətov,   X.  Q. Xəlilov.  Pambıq lifinin texnologiyası. Bakı: 
Nurlan n
əşriyyat-poliqrafiya müəssisəsi 2012, 229 s. şəkilli 
 
 
Pambıq  lifinin  texnologiyası  fənni müasir dövrdə  ən gərəkli fənlərdən 
biridir. Bu f
ənn,  bazar  iqtisadiyyatı  şəraitində  işləyəcək mütəxəssislərə 
pambıq  lifinin  texnoloji  nişanələri barədə  geniş  məlumat verir. Lifin əmələ 
g
əlməsi,  inkişaf  dinamikası,  yüksək  və  keyfiyyətli lif məhsulu  almağın 
aqronomiki v
ə  texniki  əsaslarını  öyrədir. Lifin texnologiyası  fənni fizika, 
kimya, botanika v
ə s. nəzəri fənlərlə sıx əlaqədar olmaqla bərabər bitkiçilik, 
seleksiya, toxumçuluq, k
ənd təsərrüfatı  məhsullarının  saxlanması  və  ilkin 
emalı kimi digər texniki fənlərlə də əlaqədardır. 
Bu f
ənni öyrənən hər bir tələbə lifin əmələgəlmə, inkişaf etmə, yetişmə 
m
ərhələləri barədə hər tərəfli biliyə malik olacaqdır. Pambıq lifinin texnoloji
fiziki v
ə  fizioloji xüsusiyyətlərini biləcəkdir.  Dərs vəsaiti  əsasən ali və  orta 
ixtisas m
əktəblərinin tələbələri və  magistrantları  üçün  nəzərdə  tutulmuşdur. 
Lakin, ondan aqronomlar, fermerl
ər,  pambıqtəmizləmə  zavodlarında 
çalışanlar  və  bitkiçilik məhsulları  istehsalı  ilə  maraqlanan hər bir oxucu 
faydalana bil
ər.       
      
   
2012
098
48
3701000000


N
H
   
qrifli n
əşr     ©  “Nurlan”  2012 
 

 
 

 
GİRİŞ 
Pambıq universal bitki olmaqla, lif verən bitkilər   içərisində 
ən qiymətlisidir. 
Xalq t
əsərrüfatının elə bir saһəsi  yoxdur ki, orada pambığın 
m
əmulatından  istifadə  edilməsin. Bu bitkinin əsas  məһsulu 
mahlıcdır. Pambıq mahlıcı əsas etibarı ilə müxtəlif parçaların to-
xunması  üçün  işlədilməklə,  ondan  yüksək keyfiyyətli saplar, ka-
ğızlar,  foto-kino lentləri və  s. məmulatlar  hazırlanır.  Məһz  ona 
gör
ə də pambıq ölkəmizin iqtisadiyyatında taxıl, dəmir, kömür və 
neft il
ə bir sırada durur.  
Pambıq  bitkisindən 200-dən çox müxtəlif məmulatlar  alınır 
ki, xalqımız onu haqlı olaraq «ağ qızıl» adlandırmışdır. Pambığın 
m
əhsullarından  sənayedə, tibdə, strateji sahələrdə  və  digər 
sah
ələrdə  geniş istifadə edilir.   
Pambıq  xalq  təsərrüfatında  geniş  yayılmış  məhsuldur və 
c
əmiyyətin  inkişafında  onun  rolu  böyükdür.  Lakin  son  illər bu 
qiym
ətli bitkinin əkin sahələri  xeyli  azalmışdır  və  2009-cu ilin 
m
əlumatına  görə  Azərbaycanda cəmi 21070 ha pambıq  əkilmiş, 
31898 ton pambıq yığılmış, məhsuldarlığı isə 15,5 s/ha olmuşdur. 
Pambıq sahələri respublikanın ümumi əkin sahəsində cəmi 1,7% 
ç
əkiyə  malik  olmuşdur.  2010-cu ilin məlumatına  görə  Azər-
baycanda 42829 ha pambıq əkilmiş, 65317 ton pambıq yığılmış, 
m
əhsuldarlığı  isə  15,3  s/ha  olmuşdur. 2011-ci ilin məlumatına 
gör
ə 30,2 min ha əraziyə pambıq əkilmiş, 38216 ton pambıq yığıl-
mış, məhsuldarlığı isə 12,7 s/ha-a düşmüşdür. 
 2010-cu il
ə  nisbətən 2011-ci ildə  pambıq  istehsalı  58,5% 
t
əşkil  etmişdir.  Bu qiymətli bitkinin məhsulunun  artırılması  və 
onun keyfiyy
ətinin  yaxşılaşdırılması  hökumətin daim nəzarəti 
altındadır. 14. VII. 2010 - cu ildə Azərbaycan respublikasının Mi-
lli M
əclisi  Pambıqçılıq  haqqında  qanun qəbul  etmişdir.  Qanun 
pam
bıq və pambıq lifinin dövriyyəsi ilə bağlı məsələlərin tənzim-
l
ənməsinə  yönəldilib. Qanuna  ğörə  təcrübə  məqsədilə  pambıq 
növl
ərinin  əkininə  Kənd Təsərrüfatı  Nazirliyi  nəzarət edəcək. 
Nazirlik h
əmçinin  pambıq  lifinin keyfiyyət standartlarını  qəbul 

 
 

 
ed
əcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət ko-
mit
əsi pambıq və pambıq məhsullarının milli standartlarını təsdiq 
ed
əcəkdir (Qanun vəsaitin əlavə hissəsində verilir). 
Müasir dörd
ə respublika bazar iqtisadiyyatına keçdiyi bir za-
manda  pambıqçılıq  iqtisadi  cəhətdən daha səmərəli sahəyə  çev-
rilir. 
İlk dövrlərdə xam pam-
pığın lifi əl vasitəsilə çiyid-
d
ən  ayrılırdı.  Bir  işçi gün 
ərzində  yalnız 1 kq pambıq 
lifi t
əmizləyə bilirdi. Bu işin 
sür
ətləndirilməsi üçün yeni 
üsul
ların  tapılmasına  ilk 
d
əfə Hindistanda cəhd edil-
miş  və  “ayaq cini” deyilən 
“qurğu”  düzəldilmişdir.Yastı  daş  lövhə  üzərinə  köndələninə  bir 
q
ədər xam pambıq qoyulub üzərinə ağır taxta və ya dəmir toxmaq 
(oxlov) quyulurdu. F
əhlə isə ayaqları ilə bu toxmağı irəli-geri hə-
r
əkət etdirirdi (fırladırdı). Bunun nəticəsində əzilmiş xam pambıq 
mahlıcı  irəlidən,  toxmağın  altından  keçə  bilməyən toxumlar isə 
arxa t
ərəfdən tökülürdü (şəkil 1).  
Uzun ill
ər  dünya  pambıqçılığı,  lifi  çiyiddən  ayıran  yüksək 
m
əhsuldar  maşınların  olmamağı  səbəbindən  inkişaf  edə  bilmə-
mişdir.  Bu  bitkinin  güclü  inkişafı  yalnız  1792-ci ildə  yüksək 
m
əhsuldar  mişar  cinlərin
1
  (lifi çiyidd
ən  ayıran  maşın)  icad  edil-
m
əsindən sonra əmələ gəlmişdir. Həmin maşınlar indi də pambıq 
t
əmizləmə zavodlarında işləyir. 
Ölk
əmizdə həyata keçirilən aqrar islahatlar emal sənayesinin 
g
ələcək inkişafı üçün əhəmiyyət kəsb edir. Fermer (kəndli) təsər-
rüfatlarının  inkişaf  etməsi,  pambıq  məhsullarının  ilk  emalı  və 
saxlanması ilə sıx sürətdə bağlıdır. 
                                                                                 
1
Cin  ingilis dilind
ə  engine  ( incinə) sözünün  təhrif  olunmuş  forması   olub 
maşın,  mühərrik  deməkdir. 
Şəkil 1.  Ayaq cini (oxlov, val) 

 
 

 
M
əhsulun keyfiyyətli standartlaşdırılması,  hər bir fermerin 
əməyinin son nəticəsini səmərəli edir. Belə  ki, fermer əməyinin 
b
əhrəsini məhsulun emala çatdırlmasında görür. Pambıq məhsul-
larının emalında külli miqdarda əsas və əlavə məhsullar alınır. 
Yağ  verən bitki məhsullarının  emalında,  yağ  çıxarıldıqdan 
sonra alınan qalıqlar, jmıx (cecə), şulka (toxumun qabığı) və digər 
tullantılar  heyvandarlıqda  qüvvəli  yem  kimi  geniş  tətbiq edilir. 
Yeml
ərin  düzgün  saxlanılması  onların  qidalılığını,  dadını  və 
tamını qoruyub saxlayır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

 
I FƏSİL. PAMBIQ BİTKİSİNDƏN KOMPLEKS İSTİFADƏ 
EDİLMƏSİ 
1.  1.  Pambıq  bitkisinin  tarixi və  yayılması.  Pambığın 
bec
ərilməsi çox qədim dövrlərdən məlumdur. Bizim eradan 3000 
il 
əvvəl  Hindistanda  pambıq  becərilib və  onun lifindən ip ha-
zırlanıb. Az sonra isə Çinə,  bizim eradan 500 il əvvəl isə Çindən 
Ərəbistana, Misirə  və  IV-V  əsrlərdə  Orta Asiyaya və  İrana  ya-
yılıb. Cənubi Amerikada (Meksika, Peru) pambıq qədim zaman-
lardan bec
ərilir. Bu yerlərdə pa-
m
bıq köhnə dünya ölkələrindən 
asılı  olmayaraq sərbəst surətdə 
yayılmışdır. Artıq IX və X əsr-
l
ərdə  pambıq  lifindən yüksək 
keyfiyy
ətli parçalar toxunurdu. 
Zaqaf
qaziyada  pambığın  becə-
rilm
əsinə XIII əsrdə başlanılıb. 
XVIII 
əsrin ikinci yarısında 
pambıq  lifinin  sənaye üsulu ilə 
emalı, pambığın maşınla təmiz-
l
ənməsi və lifin əyrilməsi geniş-
l
ənməyə başladı. 
BMT  -  nin 
ərzaq və  kənd 
t
əsərrüfatı  təşkilatı  olan  FAO  -  nun  (Food  and Agriculture  
Organization)
 
2007-  ci ild
ə verdiyi məlumata görə pambıq bitki-
sinin yer kür
əsində  əkin sahəsi 33,8 mln. hektardan  artıq,  lif 
istehsalı isə 29 mln. tondan çoxdur (cədvəl 1). Əsas pambıq əkən 
ölk
ələr Hindistan, Çin, ABŞ, Pakistan, Orta Asiya respublikaları, 
Braziliya, Yunanıstan, Misir və Türkiyədir. Yer kürəsində istehsal 
olunan m
əhsulun 80%-i bu ölkələrin payına düşür.   
Ən qədim  yazılar  salnaməsində  –  hindlilərin Rinqividlər 
himnind
ə (eramızdan əvvəl 6000-1500-ci illərdə) pambığın istifa-
d
əsindən  yazılmışdır.  Sonralar  «Mann»  qanunlarında  (eramızdan 
800 il 
əvvəl) və digər bir çox əsərlərdə həbəş, ərəb, çinli və avro-
palı  müəlliflər tərəfindən  pambıq  bitkisinin  məhsulundan hazır-
Şəkil 2. Quzucuq əmələ gətirən 
(yun ver
ən) bitki 

 
 

 
lanan  madd
ələr, onun lifi, toxumu və  s. haqqında qeydlər edil-
mişdir.  
Bizim eradan 600-700 il 
əvvəlki Sanqərib dövrünün gil əlyaz-
ma
larında  pambıq  haqqında  göstərilir  ki,  padşahın  təcrübə  tarla-
sında bir bitki becərilir ki, həmin bitki “yun” verir (şəkil 2). 

əsrdə pambıq ərəblər tərəfindən İspaniyaya gətirilir və bi-
rinci olaraq burada toxuculuq s
ənayesi  (Barselona  şəhərində) 
yara
dılır.  
C
ədvəl  1 
Dünya ölk
ələri üzrə  pambığın əkin sahəsi və məhsul istehsalı 
(FAO 2007) 
 
Ölk
ələr 
Ə
ki
n s
ah
əsi

m
in he
k.

la
 
C
əmi 
 l
if
  
is
te
hs
al
ı, m
in 
tonl

H
ekt
ar
da

 l
if
 
çı

m
ı, kq
-la
 
C
əmi ç
iy
id
 
ist
eh
sa
lı,
 
min
  
to
n
la
 
H
ekt
ar
da
n ç
iy
id 
 
çı

m
ı, kq

la
 
Hindistan 
9300 
3792 
408 
5680 
611 
ABŞ 
4246 
4800 
1130 
7200 
1696 
Çin 
5433 
9149 
1684 
13723 
2526 
Pakistan 
3260 
2600 
1994 
3900 
1196 
Özb
əkistan 
1450 
1320 
910 
1980 
1366 
Braziliya 
1110 
1542 
1389 
2312 
2083 
Türkm
ənistan 
642 
378 
589 
568 
884 
Argentina 
305 
167 
549 
251 
823 
Yunanıstan 
300 
400 
1333 
600 
1999 
Misir 
240 
224 
933 
336 
1399 
Türkiy
ə 
735 
1000 
1361 
1500 
2041 
Az
ərbaycan 
75,64 
34,53 
456,5 
59,26 
783,4 
Dünya üzr
ə 
33815 
29002 
858 
43503 
1287 
 

 
 

 
1. 2. Pambığın əsas növləri və sort əlamətləri 
Pambıq (Gossypium) cinsi əməköməci (Malvacea) fəsiləsinə 
daxildir. Hazırkı təsnifata görə 35 növü əhatə edir. Təsərrüfat əhə-
miyy
ətinə malik olanları aşağıda qeyd edilənlərdir: 
 
1. Tüklü pambıq - gossypium hirsutum L. 
2. Misir pambığı - gossypium barbadense L. (G. Peruvianum 
Gav.) 
3. Ağacvarı pambıq - gossypium arbareum L. 
4. Otvari pambıq -gossypium herbaceum L. 
5. Q
ərbi Hindistan pambığı-gossypium trycuspitatum Lam. 
Bu növl
ərə  daxil  olan  pambıq  sortlarının  laboratoriya  şərai-
tind
ə təyini bir qədər çətindir. Bunun üçün normal inkişaf etmiş 
tipik bitkil
ər,  yaxşı  hazırlanmış  herbari,  yaşıl  və  tam  yetişmiş 
qozalar  lazımdır.  Sortları  təyin edərkən hər  şeydən  əvvəl kolun 
formasına,  onun  yığcam,  yaxud  dağınıq  olmasına,  gövdənin bu-
daqlanma tipin
ə və eləcə də bitkinin tüklülüyünə fikir verilməlidir. 
Bununla  b
ərabər  yarpaqların  iriliyinə  və  formasına,  dilimlərinin 
sayına  və  formasına  da  diqqət yetirilməlidir. Qozanın  təsvirində 
onun  forması,  iriliyi,  xam  pambığının  kütləsinin təyini də  əsas 
əhəmiyyətə malikdir. Tipik sort əlamətlərindən biri də toxumların 
iriliyind
ən və lifaltlığının rəngindən ibarətdir.  
Sortları  dəqiq xarakterizə  etmək üçün təsərrüfat xüsusiyyət-
l
əri və lifinin texnoloji xassələrini də xarakterizə etmək lazımdır. 
Əsas pambıq növlərinin təsviri aşağıda verilir: 
Tüklü pambıq - G. hirsutum L. - bu növ ilk dəfə Mərkəzi 
Amerikada tapıldığına görə Meksika pambığı da deyilir. Hirsutum 
tüklü dem
əkdir. Bitkisinin yerüstü hissəsinin vegetativ orqanları 
tüklü  olduğu  üçün  bu  adı  almışdır.  Sortları  tezyetişən olmaqla 
qoza
sının iri 8-9 qram, lif çıxımının yüksək  40%-ə qədər olması 
il
ə bütün dünyada birinci yeri tutur. Hazırda istehsal edilən pam-
bıq lifinin 70%-ni təşkil edir. 
Bitkisi yığcam yarım kolşəkillidir. 1-1,5 metr hündürlüyündə, 
qüvv
əli və çox budaq əmələ gətirən gövdəyə malikdir. Yarpaqları 
3-5 dilimli, diliml
əri qısa üçbucaq formalıdır. Çiçəkləri orta irilik-
d
ə, açıq-sarı rəngli, ləçəklərinin əsası ləkəsizdir. Çiçək yanlıqları 

 
 

 
ür
ək  formalı,  iri,  çoxdişciklidir.  Dişcikləri düz və  itidir. Qozası 
yuvarlaq, kür
əvi, yaxud yumurta formalı, səthi hamar, kələ-kötür, 
b
əzilərində çopurdur. Qozanın nəhayəti buruncuqlu, yaxud burun-
cuq
suzdur. Yetişən zaman qoza  yaxşı açılır, ancaq pambığı  yerə 
tökülmür. Toxumları  lif  altlıqlıdır. Lifinin uzunluğu 32-40 mm, 
metrik nömr
əsi 4500-6500, üzülmə uzunluğu 24-26 km-dir. 
Misir pambığı - G. barbadense L. (G. Peruvianum Gav.) - 
bu növün v
ətəni  Barbados  adası  hesab  edilərək K. Linney 
t
ərəfindən  barbadenze  adlandırılmışdır.  Misirdə  intişar  tapdığına 
gör
ə Misir pambığı da adlanır (şəkil 3). Ən uzun və keyfiyyətli lif 
bu növd
ən alınır. Si - Ayland 
pambığı    da  buna  aiddir. 
Lakin  sortları  gec  yetişən, 
istiliy
ə  nisbətən tələbkar 
olduğu  üçün  az  yayılmışdır. 
Əsasən Misirdə, az miqdarda 
şərqi Sudanda, Amerikada, 
Peruda v
ə  Braziliyada  əkilir. 
Eyni zamanda Orta Asiya v
ə 
Az
ərbaycanda da becərilir. 
Yarım  kolşəkilli bitki əmələ 
g
ətirir. Gövdəsi 1-2 m hündürlüyündə,  çox  budaqlı,  tüksüzdür. 
Budaqları  uzun  və  qüvvəli,  yarpaqları  3-5 dilimli, dilimləri 
uzunsov - üçbucaq for
malı iridir. Çiçəkləri olduqca iri, ləçək yar-
paq
ları sarı  rənglidir, əsasında ləkə vardır. 
Çiç
ək  yanlıqları  üçbucaq  formalı,  uzun  və  sivri  dişciklidir. 
Qozası iri, konus formalı, 3-5  yuvalı, üzəri  çopurludur. Yetişən 
zaman yaxşı açılır. Lifi sarımtıl, lif çıxımı 32-34%, lifin uzunluğu 
35-50 mm-
ə  qədərdir. Metrik nömrəsi 5500-8000,  qırılma 
(üzülm
ə)  uzunluğu  33-35 km, bəzi  sortlarında  36-37 km-dir. 
Toxumlarının üzəri çılpaq, yaxud hissə-hissə lifaltlıqlıdır. 
Ağacvarı pambıq - G. arboreum L. (quza) - vətəni Hindistan 
v
ə  Çin hesab edilir. Məhsuldarlığı  olduqca  az,  lifinin  keyfiyyəti 
aşağı  olduğu  üçün  sıradan  çıxmaq  üzrədir. Azərbaycanda be-
c
ərilmir, az miqdarda Hindistanda, Pakistanda, Birmada və onlara 
Şəkil 3. Misir pambığı - 
Gossypium barbadense L

 
 
10 
 
qonşu  olan  ölkələrdə  əkilir. Morfoloji quruluşuna  görə  otvari 
pambıqdan kəskin fərqlənir. Becərilən formalarında bitkisi 1,5 m 
hündürlüyünd
ə  yaxşı  yarpaqlanan  kol  təşkil  edir.  Gövdə  və 
budaqları tüklüdür. Yarpaqları 5-7 dilimli, yarpaq dilimləri oval - 
uzunsov,  lansetvarıdır.  Çiçəyinin ləçək yarpaqlarının  əsasında 
tünd-
qırmızı rəngli iri ləkə vardır.  
Çiç
ək yanlıqları ensiz, seyrək və küt dişciklidir. Qozası xırda, 
konus formalı, uzunsov-yumurtavarı, əksər sortlarında 3-4 yuvalı-
dır. Yuvaların birləşdiyi yerdə səthi zəif tilli  kimi də olur. Yetişən 
zaman  qoza  yaxşı  açılır.  Toxumun üzəri  qısa  lif  altlığı  ilə  örtü-
lüdür. 
Otvari pambıq - Gherbaceum L.- vətəni Afrika və Cənubi 
Asiyadır.  Məhsuldarlığı  az,  lifi  keyfiyyətsiz  olduğu  üçün  Azər-
baycanda bec
ərilmir.  Az  miqdarda  İranda,  Əfqanıstanda, Qərbi 
Çind
ə, Hindistanda və İraqda əkilir.  
Bitkisi yarım kolşəkilli, gövdəsi 1-1,5 m hündürlüyündə, yo-
ğun və yaxşı budaqlanandır. Gövdəsi, budaqları və yarpaqları iki-
m
ərtəbəli tükcüklərlə örtülür. Çox az hallarda tüksüz formalarına 
da t
əsadüf edilir.  
Yarpaqları  3-4 dilimli, dilimləri enli  yumurta  formalı,  sivri 
n
əhayətlidir. Çiçəkləri xırda, ləçəkləri tünd-sarı rəngli, əsası ləkə-
lidir.  
Çiç
ək yanlıqları enli üçbucaq formalı, çox dişciklidir. Qozası 
yuvarlaq, xırda, dördyuvalı, küt nəhayətlidir. Yetişən zaman zəif 
açılır.  Lifi  24-25  mm  uzunluğunda,  qaba  və  yoğundur.  To-
xumunun üz
əri qısa lifaltlığı ilə örtülür. Lif çıxımı 25%- ə qədər, 
lifinin metrik nömr
əsi 3000 - 3500-ə qədərdir. 
Q
ərbi  Hindistan  pambığı  -  G. tricuspidatum   Lam.
- 
Bu 
növün v
ətəni  Mərkəzi  Amerikaya  yaxın  olan  Antil  adalarıdır 
(Q
ərbi  Hindistan).  Bu  növ  çox  gecyetişən  olduğu  üçün  çox  az 
becərilir.  Bu növün lifinin uzun, nazik olması və G. hirsutum la 
yaxşı çarpazlaşdığına görə ondan seleksiyada istifadə edilir. Dün-
yada    isteһsal  olunan  xam  pambığın  1%-ə  qədəri  bu  növün 
һesabınadır. 

 
 
11 
 
Az
ərbaycanda birinci və ikinci növ becərilir. Bunları üç qrupa 
bölm
ək olar: 1. Orta və uzun lifli sortlar (tüklü pambıq);   2. Zərif 
lifli sortlar (Misir pambığı); 3. Lifi rəngli sortlar.  
1. 
3. Pambıq  sortlarının yayılma yerlərinə görə 
t
əsnifatı 
 
Bütün  pambıqlar  yayılma  yerlərinə  görə  aşağıdakı  qruplara 
bölünür:  
1. 
Şimalı Amerika  pambıqları. Buraya adalarda və dağlıq 
ərazilərdə bitən Amerika pambıqları aid  edilir. Dağlıq  ərazilərdə 
bit
ən pambıqlar 7  yerə  bölünür: Georgi, Luiziana, Texas, mobil, 
savanna pilers v
ə  benders  pambıqları.  Amerika  pambıqlarının 
Arizona v
ə  Kaliforniya  ştatlarında    becərilən Yuma və  Pima 
sortları daha çox yayılmışdır. 
2. Q
ərbi  Hindistan  pambıqları:  Bu  pambıqlar  Barbados 
adalarında,  Kubada,  San-Martendə, Yamaykada becərilir.  Ən 
yaxşı sortu “ada pambığı” sortudur. 
3. C
ənubi  Amerika  pambıqları.  Buraya Peru, Braziliya, 
Venesuela, Kolumbiya, Ekvador v
ə  s. də  becərilən  pambıqlar 
aiddir. 
4. M
ərkəzi  Amerika  pambıqları.  Buraya Porto-Rikoda  
Haitid
ə və Taitidə becərilən  pambıqlar aiddir. 
5. Afrika pambıqları. Bu pambıqlar 4 yerə bölünür: 1. Misir 
pambığı; 2. Sudan pambığı; 3. Şərqi Afrika pambıqları; 4. Qərbi 
Afrika pambıqları. 
1) Misir pambıqları 3 növə bölünür. a) Qəhvəyi pambıqlar - 
aşmuni, nada, nubari, assil; b) Sarı pambıqlar – Sakelyardis, 310,  
pilion;  c)  Ağ pambıqlar - abbasi, kazımi, fuadi.  
Bütün Misir pambıqları aşağı Misir və yuxarı Misir pambıq-
ları olmaqla 2 yerə bölünürlər. 
2) Sudan pambığı - Sakel 

 
 
12 
 
3) Şərqi Afrika pambıqları.  Buraya lifinin uzunluğuna  görə 
uzunlifli  Peru  pambıqlarından  geri  qalmayan  Uqanda  pambığı 
daxildir. 
4) Q
ərbi Afrika pambıqları. Buraya  Nigeriyada  Sierri- Leon-
da v
ə s. becərilən pambıqlar daxildir. 
6. Asiya pambıqları.  Asiya pambıqları  3 yerə bölünür: 1) 
Hindistan 
pambıqları;  2)  Levantiya  və  yaxud kiçik Asiya pam-
bıqları;  3) Çin pambıqları.  
1) Hindistan pambıqlarının ən yaxşı sortu “Xinqanxat” sortu-
dur.  Qalanları  3  qrupa  bölünür  a)  Surat  pambığı  -  broç, dolera, 
umra sortları. b) Benqal - ən qaba lifli pambıq  c) Mədrəs – Tine-
velli v
ə Vestern sortları;  
2) Levantiya v
ə yaxud kiçik Asiya pambığı (Simirin və Adan 
pambıqları) 
3) Çin pambıqları. Bunlar Amerika toxumlu və yerli toxumlu 
olmaqla 2 yer
ə bölünür. 
 Amerika toxumlu -Turfan, Kuçar: Yerli toxumlu - Kaliqar 
Çin pambıqları ağlığında görə seçilir ancaq, lifləri qaba olur 
v
ə çox  hissəsinin  keyfiyyəti  pis olur. 
4)  Yapon  pambıqları.  Bunlar  ixrac  edilmir  və  Yaponiya  
s
ənayesi üçün də çatışmır. 
5) İran pambıqları - aşağıdakı yerlərə bölünür: a) Sahil pam-
bıqları  -  Barfruş,  Cubari,  Kia-kul,  Sari, Rüstəm-kul və  b. b) 
M
ərkəzi pambıqlar- Nişabur, Qəzvin, Səbzəvir, və b.  
Bütün  İran  pambıqları  zibilliyi  ilə  seçilir və  daha çox uqar 
veril
ər. 
6) Əfqanıstan pambıqları 
7) Türkiy
ə pambıqları 
8)  İttifaq  pambıqları.  bunlar 2 yerə  bölünür: a) Orta Asiya 
pambıqları;  b)  Qafqaz  pambıqları  -  Gürcüstan, Gəncə,  Naxçıvan 
v
ə b. 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə