nitq hazırlı
ğına,
malik olması zəruridir.
Bu hazırlığa aşağıdakı məsələlər daxildir:
• nitq texnikasının işlənməsi (diksiya, ucalıq, temp, ritm -
məzmunlu məlumatı eşitmək, dərk etmək və yadda saxlamaq);
• leksika (məzmunun daha düzgün çatdırılmasına kömək edən
lüğət materialının seçilməsi);
• qrammatika və sintaksis (materialın dil qanunlarına uyğun
təşkil edilməsi);
• məntiq (məzmunun strukturunun müəyyənləşdirilməsi və
onun canlı nitqdə əksinin qanunauyğunluqları);
• üslubiyyat (konkret çıxış şəraitində mətnin məzmununu daha
dəqiq və ifadəli izah edə bilən nitq formasının seçilməsi);
• kinesika (insanlann ünsiyyəti prosesində tətbiq olunan
bədən hərəkətlərinin ahəngdarlığı, həmçinin jest, mimika, pozalar,
natiqin xarici görkəminin söylədiyi sözlərə uyğunluğu; bu zaman
yalnız nitq aparatı hərəkətləri istisnadır).
Şifahi sözə yiyələnmək asan deyil. Bu, məsələni yaxşı bilmə
yi, çevikliyi, təfəkkür aydınlığını və ətrafdakı şəraitin tələblərinə
dinamik şəkildə cavab verməyə imkan yaradan digər şəxsi keyfiy
yətlərin mövcudluğunu tələb edən ustalıqdır. Fransız dilçi Pellisir
yazırdı: «düşünmək ustalığından sonra ən mürəkkəb olanı - danış
maq ustalığı dır».
41
Nitq mədəniyyəti ritorika prizm asında Nitqin dil materialı
həmişə ritorikada aparıcı yer tutmuşdur. Onun mühüm bölməsi olan
elokusiya (bəlağətli nitq) üslubiyyat, poetika, qrammatika ilə birləşirdi.
Sözün dəqiq seçilməsi, ifadənin qurulması, fiqur və troplardan
(məcazlardan) istifadə, məntiq və mətnin dəqiq qurulması istənilən
nitq növü üçün çox mühümdür. Təsadüfi deyil ki, fəlsəfi, tarixi, ri
torik mətnlərin və bədii ədəbiyyatın öyrənilməsi Avropada klassik
təhsilin özəyini təşkil edirdi.
Lakin ritorika məzmunun dil ifadəsinin forması ilə məhdudlaş
mırdı: o həmişə dinləyicinin münasibətinə ünvanlanırdı. Yazıçının
ünvanlandığı şəxs sadəcə nəzərdə tutduğu, təxəyyülündəki virtual,
«orta statik» oxucu olsa da, nitq - həmişə dialoqdur. Hətta yazıçı
öz oxucusu haqqında düşünməyib, sadəcə özü üçün yazdığı zaman
belə, yazdıqlarının ünvanı onun ikinci «mən»idir.
Heç də təsadüfi deyil ki, ritorika həmişə nitqin məzmununu bi
rinci yerə çıxarır, həqiqət uğrunda mübarizə apanr, dəlil və sübut
ları, məntiqi əsaslanmaları gözləyir.
Ritorik ənənələrə və sağlam düşüncəyə uyğun olaraq, istənilən
nitqin, çıxı şin məziyyəti ilk növbədə onun məzmunu, ikinci növbədə
- forması, daha dəqiqi - forma və məzmunun ahəngdarlığıdır. Bu
ahəngdarlıq çox zaman birinci yerdə durana əhəmiyyətsiz yanaşır,
məzmun özü üçün forma, yaxud forma özü üçün məzmun axtarır.
Ritorikadan başqa nitq ünsiyyətinin bütün tərəflərinə bu qədər
tələb irəli sürən başqa bir tələblər kodeksi yoxdur, hətta nitq
mədəniyyətinə aid müasir proqram və vəsaitlər də, yalnız nitq nor
maları ilə kifayətlənir.
Burada nitq aktının ritorik modelini yaradan 7 müddəanı da
xatırlatmaq yerinə düşər:
1. Kim danışır? - danışanın şəxsiyyətinə bələd olmaq onun im
kanlarım başa düşməyə və qiymətləndirməyə, onun hərəkətlərinin
xarakterini proqnozlaşdırmağa kömək edər.
2. Kimə damşır? - nitqin ünvanlandığı obyektin nəzərə alın
ması haqqında artıq danışılıb: o, söylənəni necə qəbul edəcək, necə
qiymətləndirəcək? Deyilənlər onu təhqirmi edəcək, yoxsa onda
danışana hörmət hissi yaradacaq?
42
3. Hansı şəraitdə? - şəraitin qiymətləndirilməsi nitqin
qiymətləndirilməsinə də kömək edəcək.
4. Nə danışır? - nitqin məzmununun, təşkilinin, quruluşunun,
danışanın, yazanın mövqeyinin qiymətləndirilməsi.
5. Nə üçün? - məqsədi nədir? Açıq, yaxud gizli, şəxsi, yaxud
ümumidir?
6. Fikri necə ifadə edir? - nitq bacarıqlarının, dilə yiyələnmə
səviyyəsinin, qeyri-verbal vasitələrdən, üslub və normalardan
istifadə bacarıqlarının qiymətləndirilməsi.
7. Nəhayət, nitqin nəticəsi necədir? - əgər nəticə (əks-əlaqə)
cavab, dialoqda replika formasındadırsa, o halda qiymətlər zənciri
təkrar olunur.
Bu, ritorikanın məqsədlərini müəyyənləşdirərkən ünsiyyətin
xatırladılan alqoritmlərindəndir.
2.2. T əfəkkür mədəniyyəti.
N itqin m əntiqi
Dostları ilə paylaş: |