saxlama metodu kimi qeyri-çevikdir, o da danışan
və auditoriya
arasında sədd yaradır.
Üzündən oxuyarkən danışanın gözləri mətnə zilləndiyi üçün
o öz dinləyicilərinə baxa bilmir, yalnız hərdən nəzər salır. Əgər o,
üzündən oxumanın xüsusi vərdişlərinə malik deyilsə, canlı
nitqi
gözəlləşdirən səs imkanlarından, intonasiyanın zənginliklərindən
də kifayət qədər istifadə edə bilməyəcək.
Bəzi xüsusi vəziyyətlərdə qeydlərsiz keçinmək mümkün ol
mur, çünki sözlərin çox diqqətlə seçilməsi lazım gəlir. Məsələn,
rəsmi müraciətlər, yaxud elmi məruzə belədir.
Belə hallarda natiqə
şərhdə canlılıq və müxtəlifliyi təmin etmək üçün əvvəlcədən oxu
məşqi etmək tövsiyə olunur. Lakin mümkün qədər qeyri-effektiv və
formal üsul kimi kağızdan oxumaqdan çəkinmək məsləhət görülür.
Yaxşı natiqlərin çoxu improvizə metodundan istifadə edir.
Qeyd etmək lazımdır ki, bu zaman nitq diqqətlə planlaşdırılır, la
kin sözlər qəti əzbərlənmir. Əvəzində natiq plan-konspekti bir kə
nara qoyur və nitqin ucadan söylənilməsini məşq edərkən hər dəfə
sözləri dəyişdirir.
D. Kamegi də bir sıra məsləhətlər verir. Onlardan bəziləri iş
güzar danışıqlar, söhbətlər və çıxışlar üçün aktualdır:
İnam lı olun.
D. Kamegi bu müddəanı psixoloq U.Ceymsə isti
nad edərək əsaslandırır:
«Sanki hərəkət hissin ardınca gəlir, lakin əslində hərəkət və
hiss uzlaşır: iradənin birbaşa nəzarətində olan hərəkəti idarə edə
rək, biz dolayısı ilə bu nəzarətə tabe
olmayan hissi də idarə edə
bilərib).
Özünə inamlı olmaq çox mühümdür (bunun üçün böyük
material ehtiyatına, yaxşı hazırlığa malik olmaq lazımdır), lakin
özündən müştəbeh olmaq lazım deyil.
Səliqəli və z ə r if görünm əyə çalışın.
Bu, özünəhörməti artırır,
özünə inamı möhkəmləndirir və dinləyicilərdə hörmət yaradır.
Gülümsəyin və müsbət reaksiya əldə etməyə çalışın.
İşgüzar ünsiyyət üçün tövsiyə edilən ümumiləşdirilmiş plan
lardan ən çox aşağıdakı uyğundur:
• faktların şərhi (vəziyyətin qısaca işaqlandınlması);
224
• onlardan irəli gələn mülahizələrin, yaxud mahiyyət etibarilə
konkret təkliflərin söylənməsi;
• əməkdaşlığa, yaxud fəaliyyətə dəvət.
Lakin
əvvəlcə
Dostları ilə paylaş: