Kündə
dəmir
daha
yüksək
temperaturlarda
(1250...1350°C) boş süxurun əriməsi və posanın əmələ gəlməsi
ilə xəmirvari halda alınır. Bu halda cılız filizdən və aşağı növlü
yanacaqdan istifadə oluna bilər. Bərpa edici kimi CO, H
2
VƏ
ya
onlann qatışığı, həmçinin xırda koks və aşağı növlü yanacaq
istifadə olunur. Dəmirin bərpası uzunluğu 60 70 m və diametri
təxminən 4 m olan boruvari dönən sobalarda gedir. Bu
məqsədle sobaya demir filizi, koloşnik tozu, pirit yanığı, koks
və ya kö- mür tozu yüklənilir. Materiallar sobada hərəkət
etdikcə nəmliyi ayrılır, dəmır bərpa olur və kündə əmələ gəlir.
Alınmış kündə tərkibində 85 ..95% Fe, 0,15 ..1,10% S, 0,15
1,10% P, təxminən 1% C və 5. 10% posa olur.
Kündə dəmir elektrik və marten sobalarında, kükürdün
miqdan çox olduqda isə domna prosesində şixtə materialı kimi
istifadə olunur.
Filiz və koks qatışığından müəyyən temperatur həddində
əridilmə ilə metal almaq olar. Xüsüsi reaktorlarda ovuntuvari
filiz, kömür tozu və oksigenin iştirakı ilə dəmir bərpa edilir.
Reaktorda yanma və ərimə baş verir, tozvari filiz hissəcikləri
qazvari yanma məhsullarının təsirilə dəmir bərpa edilir, maye
metal və posa əmələ gəlir. Digər emal metodları ilə müqayisədə
(domna prosesi daxil edilməklə) şaxta tipli sobalarda bərpa
prosesi məhsuldarlığına görə daha yaxşı göstəricilərə malikdir.
Bütövlükdə bilavasitə filizdən dəmir alma metodu fasiləsiz
olaraq təkmilləşdirilir.
Dostları ilə paylaş: