Şəkil 5.1. Potensial məfhumunun kompleks əhatə dairəsi və təsnifatı
Bu dərs vəsaitinin məzmununa və strukturuna uyğun olaraq potensialın ayrı-ayrı növlərinin məzmununu açıqlamaq imkan xaricindədir. Odur ki, burada əsas diqqət strateji potensialın ma- hiyyəti və məzmununa yönəldilmişdir.
Strateji menecment təcrübəsində müəssisənin qarşılaşdığı il- kin strateji problem onun yaranması dövründən başlayır. Azər- baycanın mövcud qanunvericilik aktlarına görə bir və ya bir neçə fiziki və ya hüquqi şəxs təsisçi kimi çıxış edərək, yeni müəssisə yaradırlar. Lakin zaman keçdikcə onlar öz strateji inkişafını düz- gün müəyyən etmədiyi üçün, rəqabət mübarizəsində uğur qazan- madan öz fəaliyyətlərinə xitam verirlər. Deməli, müəssisə yaran- dığı ilk gündən istiqamətlənmək istədiyi bazar seqmentində rəqa- bət üstünlüyünə nail olmalıdır. Bu isə ilk növbədə inkişaf istiqa- mətlərini düzgün müəyyənləşdirməkdən asılıdır. Bütövlükdə,
müəssisənin inkişafını istiqamətlər və formalar üzrə müəyyən etmək olar (şəkil 5.2).
Şəkil 5.2. Müəssisənin müxtəlif istiqamətlər və formalar üzrə inkişafının prinsipial sxemi
Bu metodoloji yanaşmaya üstünlük verərək hələ istehsal pro- sesinə başlamazdan əvvəl müəssisə rəhbəri məhsulun hansı alıcı üçün və nə qədər istehsal edəcəyini planlaşdırmalıdır. Bu zaman əsas diqqət yeni istehsal texnologiyası, yeni təşkil və idarəetmə metodlarının tətbiqi, yeni satış üsulları, eyni keyfiyyətli məhsulu rəqiblərlə müqayisədə daha aşağı məsrəflərlə istehsal etmək və yaxud alıcını eyni səviyyəli qiymət müqabilində daha yüksək dəyərlə təmin etmək imkanlarından istifadəyə yönəldilməlidir.
Müəssisənin qarşılaşdığı digər strateji problemlər onun inki- şaf mərhələləri ilə səciyyələnir. Hər bir müəssisənin özünəməxsus fərqləndirici cəhətləri olmasına baxmayaraq onların inkişafının
ümumi qanunauyğunluqları vardır. Bu qanunauyğunluqlar müəs- sisənin rəhbərliyinin arzu və qabiliyyətlərindən asılı olmayaraq təzahür olunur. Həmin qanunauyğunluqlar ilk növbədə firmanın idarəetmə strukturunun dinamikasında və idarəetmə metodlarının dəyişilməsində təzahür olunur. Müəssisə açıq sistem olduğu üçün daim bazarın təsiri altında olur. Belə ki, bazar onun fəaliyyət göstərdiyi mühitdir. Bazar müəssisənin daxili mühitinə də böyük təsir göstərir.
Bazarda mövqe qazanmaq, onu qorumaq və ya artırmaq üçün fasiləsiz axtarışların aparılması zərurəti firmadaxili prosesləri bir qədər də sürətləndirir. Bazarın lazımi səviyyəli tədqiqi, rəqiblərin öyrənilməsi, ümumi iqtisadi meyllərin proqnozlaşdırılması ol- mazsa, müəssisə bazarda öz mövqeyini itirə bilər. Buna görə də bazarda rəqabət qabiliyyətliliyini saxlmaq istəyən müəssisələr təşkilati və struktur dəyişikliklərini vaxtında və səmərəli həyata keçirilməlidir. Bu baxımdan firmanın həyata keçirəcək struktur dəyişikliklərinin istiqamətlərini aşağıdakı kimi sistemləndirmək olar (şəkil 5.3).
Dostları ilə paylaş: |