Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə8/45
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1383
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   45
 
 


19 
 
AORTA KÖKÜNÜN PATOLOGİYALARI 
 
 
Aortanın  qapaqcıqları  -  aorta  qapağı  üç  qapaqcıqdan  ibarət 
olan  trikuspid  bir  qapaqdır.  Qapaqcıqlar  eyni  ölçülərdə  və 
ağırlıqdadırlar, 
ancaq 
meyit 
diseksiyalarının 
50%-də 
bir 
qapaqcığın  digərlərindən  bir  az  daha  böyük  olduğu  müəyyən 
edilmişdir. Hər qapaqcığın ortasında və sərbəst kənarında Arantius 
düyünü adı verilən fibroz bir nodul tapılır.  
Aorta  kökü  -  aorta  qapaqcıqlarını  dəstəkləyən  sol 
mədəcikdən  başlayan  qalxan  aortanın  başlanğıc  hissəsinin  bir 
parçası  olaraq  qəbul  edilir.  Aorta  kökünün  ən  geniş  kəsimi 
Valsalva sinusları səviyyəsindədir.  
Valsalva  sinusları-aorta  kökünün  genişlənmiş  hissəsidir. 
İtalyan  anatomu  Antonio  Valsalvanın  adı  ilə  tanınır.Valsalva 
sinuslarının  aorta  qapağının  bir  parçası  olduğu  və  qapaqcıqların 
açılıb  qapanmasındakı  əhəmiyyəti  Leonardo  da  Vinci  tərəfindən 
1513-cü  ildə  vurğulanmışdır.  Aorta  kökünün  sistola  sırasında, 
komissuralar  səviyyəsində  genişləndiyi  və  bunun  aorta  qapağının 
açılma mexanizmindəki rolu 1970 -ci illərdə aşkarlanmışdır.  
Aorta  dəliyinin  stenozu-sol  mədəciyin  çıxacağında  subval-
vulyar,  valvulyar,supravalvulyar  formada  rast  gəlinən  və  qan 
axınına  mane  olan  obstruksiya  şəklində  özünü  göstərir.Valvulyar 
aorta  dəliyinin  stenozu  revmatizm  mənşəli  ürək  xəstəliyi, 
anadangəlmə bikuspid,unikuspid aorta qapağı və ya trikuspid aorta 
qapağının  degenerativ  kalsifikasiyası  səbəbi  ilə  əmələ  gələ 
bilər.Aorta  qapaqlarının  sklerozu  -  qapaqların  zəif  qalınlaşmasına 
səbəb olur.  
Degenerativ  kalsifik  aortal  stenozun  əmələ  gəlməsi  Avropa 
və  Şimali  Amerikada  öyrənilmiş  və  lipokalsifik  depozitlərin 
qapaqların qalınlaşmasına səbəb olduğunu müəyyənləşdirmişdilər. 
Kalsifikasiya  qapaqcıqların  aorta  divarı  ilə  kəsişdiyi  yerdə 
başlayır və qapaqcıq kənarlarına doğru davam edir.  
Revmatizm mənşəli aortal stenoz - qapaqcıqların qalınlaşma-
sı,sərtləşməsi,deformasiyası  və  kalsifikasiyası  ilə  xarakterizə 
olunur.  


20 
 
Aortal stenoz yavaş  meydana gələn  bir  xəstəlik  olduğu üçün 
xəstələr  illərcə  asipmtomatik  qalırlar.  Aortal  stenozun  klassik 
simptomları angina, ürək çatışmazlığı ilə bağlı dispnoye,sinkopiya 
və ya presinkopiyadır.  
Aortal  stenozun  dərəcələndirilməsi-exokardioqrafiya  metodu 
ilə  müəyyənləşir.  Normal  bir  yetkin  insanda  aorta  qapaq  sahəsi 
təxminən  3-4  sm
2
-dir.  Aorta  qapaq  sahəsinin  0,75-1,0  sm
2
-ə 
düşməsi ciddi aortal stenoz hesab olunur. Qəbul edilən aorta qapaq 
sahəsi  1  sm
2
-dən  kiçikdirsə  ciddi,  1-1,5sm
2
  orta  və  1,5sm
2
-dən 
böyükdürsə yüngül dərəcəli qəbul edilir.  
Asimptomatik  aortal  stenozu  olan  bütün  xəstələrdə  endo-
karditin profilaktikası məsləhət görülür. Aortal stenozun proqnozu 
ağır  olduğu  üçün  erkən  aorta  qapaq  replasmanı  mütləq  müalicə 
metodu  hesab  olunur.  Non-kalsifik  qapaqlı  yetkinlərdə,  gənclərdə 
komissurotomiya tətbiq olunur.  
Aorta  qapaqlarının  çatışmazlığı  anadangəlmə  və  ya  qazanıl-
mış  xəstəliklərə  bağlı  olaraq  əmələ  gələ  bilir.  Aorta  qapaq 
çatışmazlığının  əmələ  gəlməsinə  səbəb  olan  anatomik  faktorlar 
araşdırıldıqda  qapaqcıqlar,  aorta  kökü  və  ya  hər  ikisi  birdən  rol 
oynaya bilir.  
Aorta  qapaqlarının  çatışmazlığı  -  revmatizm  mənşəli  ürək 
xəstəliyi,  anadangəlmə  aorta  qapaq  deformasiyaları,  degenerativ 
qapaq  xəstəlikləri,  infeksion  endokardit,  travma,  iştah  kəsici  bəzi 
dərmanların  istifadəsi,  antifosfolipid  sindromu  kimi  bəzi  etioloji 
faktorlar 
valvulyar 
aorta 
çatışmazlığı 
səbəbi 
olaraq 
göstərilməkdədir.  
Aorta  qapaqlarının  endokarditi  -  mikroorqanizmlər  ilə 
tutulması  nəticəsində  aşkarlanır.  Son  illərdə  bu  xəstəlik  artmaq 
tempindədir.  Ürəkdə  mikroorqanizmlərin  kolonizasiya  olunması 
ilə  meydana  gələn  infeksiyon  endokarditlərdə  temperatur,  küy, 
splenomeqaliya,  emboliya  halları,  anemiya,  ürək  çatışmazlığı 
simptomları,  bakteriemiya  və  ya  fungemiya  ola  bilər.  Diaqnozun 
erkən  qoyulması  çox  önəmlidir.  Transtorakal  exokardioqrafiya  və 
rəngli  doppler  çox  böyük  əhəmiyyət  kəsb  edən  metoddur.  Bu 
xəstələrin müalicəsində uyğun antibiotik müalicəsi vacibdir.  


21 
 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin