Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Döş aortasının anevrizması



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1383
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45
AORTANIN ANATOMIYASI  
 
 
 
Qalxan aorta.  
 Aorta kökü: 
 Sol koronar arteriya.  
 Sağ koronar arteriya.  
Aorta qövsü: 
 Braxiosefalik arteriya.  
 Sol ana karotis arteriyası.  
 Sol körpücükaltı arteriya.  
Enən aorta.  
 Enən aortanın döş hissəsi: 
 -arxa qabırğaarası arteriyalar.  
 -qabırğaaltı arteriyalar.  
 -bronxial arteriyalar.  
 -ezofageal və perikardial arteriyalar.  



 
 Enən aortanın qarın hissəsi: 
 -aşağı diafraqma arteriyası.  
 -çöz kələfi arteriyaları (mədənin sol arteriyası, 
 dalaq arteriyası, ana qaraciyər arteriyası).  
 -orta suprarenal arteriya.  
 - yuxarı müsariqə arteriyası.  
 
XVI  əsrdə  Leonardo  da  Vinci  Valsalva  sinuslarının  böyük 
əhəmiyyət  kəsb  etdiyini  öyrənmiş,onların  funksiyası  və  anatomiyası 
ilə  bağlı  araşdırmalar  aparmış,  hətta  bikuspid  aorta  qapağını 
aşkarlamışdır.  
Aortadakı  elastinin  kollagenə  nisbəti  döş  aortasında  ən  yüksək 
səviyyədə  olur  və  distala  doğru  getdikcə  bu  nisbət  tədricən  azalmış 
olur.İnsan  yaşa  dolduqca  elastin  fraqmentasiyası,fibroz  və  medial 
nekroz  meydana  gəlməyə  başlayır.Aortanı  tutan  bir  çox  xəstəliklər 
aortanın  strukturuna  və  funksiyasına  təsir  edərək,  orada  dəyişiklik-
lərə  səbəb  olur  və  nəticədə,obstruksiya  və  dilatasiya  şəklində 
xəstəliklərin inkişafına şərait yaranmış olur.  
Hager  həmkarları  ilə  birlikdə  17-89  yaş  arasındakı  70  sağlam 
insanda  aortann  ölçülərini  komputer  tomoqrafiyanın  köməkliyi  ilə 
ölçərək normal aorta ölçülərini müəyyən etməyə çalışmışdılar.  
Oksigenləşmiş qanı bədənə yayan aorta damarı sol mədəcikdən 
çıxaraq,ana  arteriya  ağacını  meydana  gətirərək,  yuxarıya  istiqamət 
alır  və  sol  ağciyər  kökünün  üzərindən  dorzala  doğru  bir  qövs 
meydana  gətirmiş  olur.  Aorta  daha  sonra  döş  qəfəsinin  içərisində 
aşağıya  dönməyə  başlayaraq  onurğa  sütunun  solunda  qalmaq-
la,diafraqmadakı  iatus  aortikusu  keçərək  qarın  boşluğuna  daxil 
olur.Anatomik  olaraq  aorta:  qalxan  aorta,aorta  qövsü  və  enən  aorta 
şöbələrinə bölünür.  
Qalxan  aorta  -  III  sol  qabırğa  qığırdağı  səviyyəsində  sol 
mədəcikdən  çıxaraq,çəp  istiqamətdə  yuxarı  və  sağa  yönələrək,II  sağ 
qabırğa  qığırdağı  səviyyəsinə  çatır  və  buradan  etibarən  qövsü  aorta 
olaraq  davam  edir.Qalxan  aortanın  ön  qonşuluqları  arasında,  sağ 
ventrikul  infindibulumu,pulmonar  trunkus  və  sağ  atrium  aurikalsı 
aşkarlanır.Daha  kraniala  doğru  gəldikdə  döş  sümüyü  ,sağ  plevranın 



 
bəzi  hissələri,kövşək  bağ  toxuması  və  timusdan  perikard  vasitəsi  ilə 
ayrılır.Aorta  kökü  və  distal  aortanın  həmən  solunda  ana  pulmonar 
arteriya  vardır.Ana  pulmonar  arteriya  qövsü  aortadan  həmən  öncə 
aortanın  arxasına  doğru  qıvrılaraq  sol  və  sağ  pulmonar  arteriyalara 
ayrılır.  
Aorta  kökü  -  aorta  qapaqlarını  dəstəkləyən  sol  mədəcik 
çıxımının  bir  parçası  olaraq  qəbul  edilir.Aorta  kökündə  üç  ədəd 
genişlənmə (Valsalva sinusları) meydana gəlir.Qalxan aorta trunkuns 
pulmonalis  ilə  birlikdə  perikard  tərəfindən  örtülmüşdur.  Aorta  kökü 
və  qapağı  funksional  bir  birlik  olaraq  işləyir  və  bu  birliyi  meydana 
gətirən elementlər: Valsalva sinusları,aorta qapaqcıqları,komissuralar 
və  qapaqcıqlararası  üçbucaq  sahələr  hesab  edilir.Aorta  kökü 
anatomiyasının  öyrənilməsinin  aorta  qapaq  endokarditləri  və  aorta 
kökü 
abseslərinin 
aşkarlanmasında 
çox 
böyük 
əhəmiyyəti 
vardır.Aorta kökündən iki ədəd şaxə çıxır: sol koronar arteriya və sağ 
koronar arteriya.  
 Sol  koronar  arteriya  -  posteriorda  yer  alan  sol  koronar 
sinusdakı (sol Valsalva sinusu) ostiumdan çıxır.Pulmonar arteriya ilə 
sol  atrium  arasından  irəliləyərək  şaxələrə  ayrılır.Ümumiyyətlə,  sol 
koronar  arteriyanın  uzunluğunun  10-20  mm  arasında  dəyişdiyi 
müəyyən  edilmişdir.Ancaq  40  mm-ə  qədər  olan  hallar  da  rast 
gəlinmişdir.Sol  koronar  arteriya  sol  anterior  descending  (LAD)  və 
sol  circumflex  şaxələrınə  ayrılır  (Cx).  1  %  hallarda  sol  koronar 
arteriya  mövcud  olmur,  LAD  və  Cx  arteriyaları  fərqli  orifislərdən 
çıxırlar.  
Sol  anterior  descending  arteriya  (LAD),sol  koronar  arteriyanın 
bifurkasiya  yerindən  birbaşa  olaraq  davam  edərək,  anterior 
interventrikulyar  sahədə  ürəyin  apeksinə  doğru  irəliləyir.  LAD-ın 
şaxələri:  diaqonal  arteriyalar,septal  perforatorlar  və  sağ  ventrikul 
şaxələrdir.  Diaqonal  şaxələri  2-6  ədəd  arasında  dəyişir,  sol 
ventrikulun  anterolateral  divarını  qidalandırırlar.  Ümumiyyətlə, 
birinci  diaqonal  arteriya  ən  geniş  hesab  olunur.  Septal  perforatorlar 
ventrikulyar  septuma  perpendikulyar  olaraq  yayılırlar  və  septumun 
2\3 
anterior 
hissəsini 
qidalandırırlar. 
Ümumiyyətlə, 
septal 
perforatorların  miqdarı  3-5  ədəd  arasında  dəyişir.  Birinci  septal 



 
perforator  ən  geniş  şaxə  hesab  olunur  və  çox  vaxt  birinci  diaqonal 
şaxənin  distal 
hissəsindən  septuma 
istiqamətlənir.  Koronar 
angioqrafiyada LAD-nin tanınmasında septal perforatorların təxmini 
90  dərəcə  ilə  septuma  yönəlməsi  köməkçidir.  Sağ  ventrikul  şaxələri 
hər  zaman  tapılmaya  bilər.  4%  hallarda  LAD,  proksimal  bir 
səviyyədə bir birinə bərabər iki şaxəyə ayrılır və şaxələr bir-birilərinə 
paralel  olaraq  apekse  yönəlirlər.  Nadir  hallarda  LAD  sol  ventrikul 
apeksini  keçərək,  posterior  interventrikulyar  sahədə  məsafə  itirilə 
bilər.  
Sol  circumflex  arteriya(Cx)-  sol  koronar  arteriyadan  ayrılaraq, 
LAD-ə  iti  bucaq  altında  sol  atrioventrikulyar  sahədə  irəliyə  doğru 
gedir.  85-95%  hallarda  sol  mədəciyin  küt  kənarında  bitir.  10-15% 
hallarda  sol  atrioventrikulyar  sahəni  keçərək  Cx-a  yönəlir  və 
posterior  descending  arteriyaya  keçmiş  olur.  Həmin  arteriya  sol 
mədəciyin lateral divarını və postero-medial papilyar əzələni qidalan-
dırır.Ayrıca  sol  qulaqcığa  və  40-50%  hallarda  sinus  düyününə 
şaxələr 
verir.Posterior 
descending 
arteriya 
eyni 
zamanda 
atrioventrikulyar düyünü də qidalandırır.  
Sağ  koronar  arteriya  -  sağ  koronar  sinusdakı  ostiumdan 
çıxaraq,sağ  atrioventrikulyar  sahə  içində  önə,yana  və  aşağıya  doğru 
irəliləyir.Bu  hissədə  sinoatrial  düyün  arteriyası,sağ  ventrikul  conus 
(infundibulyar)  şaxəsi,sağ  ventrikul  kəskin  marginal  şaxələrini 
verir.Kəskin  marginal  şaxələr  sağ  ventrikul  anteriorun  sərbəst 
divarını  qidalandırır.  10-20%  hallarda  kəskin  marginal  şaxələrdən 
biri  sağ  mədəciyin  diafraqma  səthinə  keçərək  distal  ventrikulyar 
septumu  qidalandırır.Conus  (infundibulyar)  şaxəsi  proksimal  RCA-
dan  çıxır  və  sağ  mədəciyin  qıfında  yol  alaraq  LAD  ilə  kollateral 
meydana gəlməsinə səbəb olur.  
Posterior  descending  arteriya  –  posterior  interventrikulyar 
sahədə  irəliləyərək  apeksə  doğru  yönəlir.  LAD-da  olduğu  kimi 
ventrikulyar 
septuma 
perpendikulyar 
olaraq 
yayılan 
septal 
perforatorları verir və septumun 1\3 posterior hissəsini qidalandırır.  
Sağ  posterolateral  arteriya  sol  ventrikulun  posterior  hissəsinə 
şaxələr verir. Sol ventrikul postero-inferior hissəsinin qidalanması ol-



 
duqca  dəyişkəndir.  Sağ  koronar,  Cx  və  ya  hər  ikisindən  şaxələr  ala 
bilir.  
Aorta  qövsü-qalxan  aortanın  davamı  olub,yuxarı  divararalı-
ğında  yerləşir.II  sağ  sternokostal  oynağın  üst  kənarı  hövzəsindən 
başlayaraq  döş  sümüyü  dəstəsinin  arxasında,  traxeyanın  ön  səthini 
çarpazlayaraq  traxeyanın  solundan  kraniala,sola  və  arxaya  doğru 
dönür və daha sonra traxeyanın  sol ön tərəfindən,sol qayıdan qırtlaq 
siniri,ezofageus  və  ductus  torasikusu  çarpazlayaraq  önurğa 
sütununun  önündə  aşağıya  doğru  enir.Öndə  anqulus  sterni,  arxada          
4-cü  və  5-ci  fəqərələr  arasındakı  intervertebral  disk  hövzəsindən 
sonra enən aorta olaraq davam edir.  
Aorta  qövsünün  önündə  sol  braxiosefalik  vena  yerləşir.  Ön 
tərəfində  plevra,sağ  ağciyər  və  timus  ilə  qonşudur.  Daha  dərində 
sol  plevra,diafraqma  siniri  və  n.vagus  ilə  qonşuluğu  vardır.Aorta 
qövsünün  patoloji  dilatasiyası  traxeyaya  təzyiq  edərək  hava 
çatmamazlığına,  ezofaqusa  təzyiq  edərək  udqunma  çətinliyinə, 
qayıdan qırtlaq sinirinə təzyiq edərək pis və boğuq səsli öskürəyə, 
ya  da  simpatik  sistemə  təzyiq  səbəbi  ilə  pupillarda  anizokareyaya 
səbəb  ola  bilir.  Digər  tərəfdən  patoloji  daralma  (aorta 
koarktasiyası)  nəticəsində  geniş  kollateral  damarlar  meydana  gələ 
bilir. 
Braxiosefalik arteriya-aorta qövsünün  ilk şaxəsidir. Döş sümü-
yünün orta səviyyəsində aorta qövsünün sağ konveks səthindən çıxır. 
Traxeyanın  sağ  tərəfindən  yuxarı  doğru  irəliləyərək  sağ  sternokla-
vikulyar  oynağın  arxasında  sağ  körpücükaltı  arteriya  və  sağ  karotis 
kommunis arteriya olmaqla iki şaxəyə ayrılır.  
Sol  ana  karotis  arteriyası-aorta  qövsünün  ikinci  böyük  şaxə-
sidir,  braxiosefalik  arteriyanın  sol  tərəfində  və  arxasında  yerləşir.Bu 
arteriya,traxeyanın  sol  tərəfindən  yüksələrək  sol  sternoklavikulyar 
oynağın arxasından boyuna keçir.  
Sol körpücükaltı arteriya-sol ana karotis arteriyasının təxminən 
2,5  sm  distalından,aorta  qövsündən  çıxaraq,traxeyanın  soluna  verti-
kal  olaraq  istiqamətlənir  və  sol  vagus  sinirin,sol  frenik  sinirin,sol 
superior  kardial  simpatik  sinirin  və  sol  braxiosefalik  venanın 



 
arxasında  yerləşmiş  olur.  Sol  ağciyər,  plevra,  ezofageus  və  duktus 
torasikusun önündə yer alır. 
Enən  aorta-döş  hissəsi  divararalığının  arxa  hissəsində  yerləşir. 
4-cü  döş  fəqərə  korpusunun  sol  alt  kənar  hövzəsindən  başlayaraq, 
onurğa sütunun sol ön yanından aşağıya doğru uzanır. Aşağıya doğru 
endikcə  mediala  doğru  yönəlir  və  onurğa  sütunun  ön  səthinə  keçir. 
12-ci  döş  fəqərəsinin  aşağı  hüdudu  səviyyəsindəki  diafraqmanın 
aorta  açıklığından  (hiatius  aorticus)  keçərək  qarın  boşluğuna  daxil 
olur  və  qarın  aortası  adını  alır.  Enən  döş  aortası  arxada  sol  plevra, 
ağciyər,  onurğa  sütunu  və  hemiazygos  venaları  ilə  qonşuluqda 
yerləşmiş  olur.  Ön  qonşuluğunda  isə  yuxarıdan  aşağıya  sol  ağciyər 
kökü,  perikard,  ezofageus  və  diafraqma  yerləşir.  Sağında  azygos 
venası  və  duktus torasikus,  solunda  isə  sol  ağciyər  və  plevra  vardır. 
Enən  aortanın  döş  hissəsi  döş  divarına  və  toraks  boşluğundakı 
orqanlara şaxələr verir.Posterior interkostal arteriyalar hər  iki tərəfin 
aşağı  9  interkostal  aralığında  uzanırlar.  Subkostal  arteriyalar,hər  iki 
tərəfdə 12-ci qabırğanın aşağı kənarı boyunca abdominal divara daxil 
olur.  
Bronxial  arteriyalar  aorta  və  ya  interkostal  arteriyalardan 
çıxaraq  ağciyər  hilusuna  istiqamətlənirlər.  Ana  bronx  kökündə  şaxə 
verərərək  traxeyanın  aşağı  hissələrini,  ağciyər  xaricindəki  hava 
yollarını və dəstək toxumaları qidalandırırlar.  
Ezofageal və perikardial arteriyalar adlandırıldıqları orqanlarda 
şaxələnirlər.  
Enən  aortanın  abdominal  hissəsi(qarın  aortası)-diafraqmadakı 
hiatus  aortikusdan  keçərək,aorta  buradan  etibarən  abdominal  aorta 
adını alır.  
Peritonun arxasında və bel fəqərə korpuslarının ön səthlərindən 
aşağıya doğru uzanır. IV bel fəqərə səviyyəsində həqiqi davamı olub 
rudimentar  qalan  median  sakral  arteriya  şaxəsini  və  arteriya  iliaca 
kommunis adı  verilən  iki geniş şaxə verdiyi  iliac bifurkasiona qədər 
davam  etmiş  olur.Sağ  tərəfində  vena  kava  inferior,sisterna  şili  və 
v.azygosun  başlanğıc  hissəsi  olur.Sol  tərəfində  isə  sol  trunkus 
simpatikus vardır.  


10 
 
Mədənin  sol  arteriyası  -  sola  doğru  irəliləyərək  mədənin 
kiçik  əyriliyinə  yayılır  və  eyni  zamanda  ezofageal  və  hepatik 
şaxələr  verir.  Splenik  arteriya,  sola  pankreasın  üzərindən 
irəliləyərək  pankreas  və  dalağı  qidalandırır.  Qısa  qastrik  və  sol 
qastropilorik  şaxələri  də  mədənin  böyük  əyriliyini  qidalandırır. 
Ana  hepatik  arteriya  duodenumun  ikinci  hissəsinin  üst  səthindən 
sağa  anterolateral  olaraq  istiqamət  alır.  Gastroduodenal  şaxəsi, 
duodenumun  arxasından  aşağıya  doğru  yönəlir.Anterior  və 
posterior  superior  pankreatikoduodenal  və  sağ  qastropilorik 
şaxələri  verir.Ana  hepatik  arteriya,  qastroduodenal  arteriya 
şaxəsini verdikdən sonra proper hepatik arteriya adı ilə tanınır.  
Orta  suprarenal  arteriya  -  tək  damar  olaraq  çıxır  və 
suprarenal vəzini qidalandırır.  
Yuxarı 
müsariqə 
arteriyası-qastrointestinal 
sistemdə 
onikibarmaq  bağırsağın  ortasından  köndələn  yoğun  bağırsağa 
doğru  sahəni  qidalandırır.  Şaxələrindən  biri  olan  inferior 
pankreatikoduodenal  arteriya  ön  və  arxa  şaxələrə  ayrılaraq, 
yuxarıdan  gələn  arteriyalarla  pankreatikoduodenal  anastomozlar 
yaradırlar.  Digər  şaxələri  isə  jejunal  arteriyalar,ileokolik  arteriya, 
sağ kolik arteriya və orta kolik arteriyalardır.  
Renal  arteriyalar-  2-ci  bel  fəqərəsi  səviyyəsində  aortadan 
çıxır və böyrək hiluslarına doğru yönəlir.  
Testikulyar  və  ya  ovarial  arteriyalar-  kiçik  arteriyalar  olub, 
renal arteryaların həmən distalından çıxırlar.  
Aşağı  müsariqə  arteriyası  -  onikibarmaq  bağırsağın  altından 
çəp  istiqamətdə  aşağı  enir,sol  kolik  arteriya,siqmoid  arteriya  və 
düz bağırsağın yuxarı arteriya şaxələrini verir.  
Bel  arteriyaları  -  ümumiyyətlə,4  ədəd  olan  bu  arteriyalar 
qarın divarını və onurğa kanalındakı toxumaları qidalandırırlar.  
Ana  iliak  arteriyalar  - orta  xəttin  solunda  4-cü bel    fəqərəsi-
nin önündə qarın aortasından geniş terminal şaxələr olaraq çıxırlar.  
Orta sakral arteriya  - aortanın həqiqi kaudal davamı  və sonu 
olan  bu  arteriya  bifurkasiya  nahiyyəsinin  üstündə  aortanın  arxa 
divaından  çıxır.  Bel  fəqərələrinin  önündən  aşağıya  doğru 
irəliləyərək çanağa daxil olur.  


11 
 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin