Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə22/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   284
Tarixi inkişafın ümumi tendensiyası  təbii deter-
minasiyanın (bütün hadisələrin qanunauyğunluğu və 
səbəbiyyət  əlaqəsindən asılılığı) üstünlük təşkil etdiyi 
sistemdən  əsasını istehsal qüvvələrinin inkişafı  təşkil edən 
sosial-tarixi determinasiyanın üstünlük təşkil etdiyi sistemə 
keçiddən ibarətdir. Öz növbəsində istehsal qüvvələrinin 
daha yüksək inkişafına isə istehsal münasibətlərinin və 
ictimai təşkilatın daha mürəkkəb formalarının bərqərar 
olması, subyektiv amillərin rolunun yüksəldilməsi  şərait 
yaradır. Beləliklə, deyə bilərik ki, tarixi inkişafın başlıca 
meyarları  cəmiyyətin təbii fəlakətlərin qarşısını almaq 
bacarığından, təbii ictimai qüvvələrin  əsarətindən, sosial-
siyasi qeyri-bərabərlikdən və mənəvi qeyri-inkişafdan azad 
olmaq səviyyəsindən ibarətdir. Bu meyarlar əsasında 
ictimai-siyasi formasiyalar özlərini bəşəriyyətin qanuna-
uyğun ardıcıl inkişaf mərhələləri kimi büruzə verə bilirlər. 
Lakin bu proses çox ziddiyyətlidir, eyni zamanda müxtəlif 
tip və templərə malikdir. Sosial pessimizmin artması, XX 
                     
12
 http://bankreferatov.ru/progress 


31 
 
əsrdə çoxsaylı fəlsəfi və sosial nəzəriyyələrin yaranması da 
elə buradan irəli gəlir ki, bu nəzəriyyələr də ya tərəqqini 
bilvasitə və ya bilavasitə inkar edir, yaxud da bu anlayışı ya 
dövri hərəkət ideyaları (Şpengler, Toynbi, Sorokin) və ya da 
“sosial dəyişikliklər” kimi “neytral” anlayışla  əvəz etməyi 
təklif edirlər. Həmçinin, “dünyanın sonu” adlı müxtəlif 
konsepsiyalar və bir sıra pessimist utopiyalar da geniş 
yayılır. Müasir dövrün qlobal problemləri – ekoloji, 
demoqrafik,  ərzaq, enerji, xammal, nüvə müharibəsi 
təhlükəsi,  əhalinin psixi və fizioloji sağlamlığının 
qorunması və s. bir çox problemlər məhz bu ruhda təsvir və 
şərh olunur. 
Ümumiyyətlə, müasir ədəbiyyatda ictimai tərəqqinin 
sosial meyarı haqqında başlıca suala yekdil cavab tapmaq 
çətindir. Çox az sayda müəlliflər ictimai tərəqqinin vahid 
sosial meyarı ilə bağlı sualın qoyuluşunun özünü yanlış 
hesab edirlər. Onların fikrinə görə, dünya ictimaiyyəti 
mürəkkəb bir mexanizmdir və müxtəlif istiqamətlər üzrə 
inkişaf etdiyinə görə vahid meyarın müəyyən edilməsi 
mümkün deyil. Əksər müəlliflər isə vahid ümumsosioloji 
meyarın müəyyən edilməsini mümkün saysalar da, bu 
meyarın formulə edilməsində ciddi fikir ayrılıqları ortaya 
çıxır.
13
  
  Sonda qeyd etməliyik ki, cəmiyyətin inkişaf prosesi 
tədqiq olunarkən ictimai tərəqqi meyarlarının tətbiqi 
kompleks xarakter daşımalıdır.  İqtisadi, sosial, siyasi və 
mənəvi sahələrdəki problemlər ayrı-ayrılıqda deyil, tamın 
                     
13
  «Понятие  общественного  прогресса  в  социальной  философии». 
http://filreferat.popal.ru/printout1389.html 
 
32 
 
tərkib hissələri, vahid ictimai sistemin öz tarixi olan 
sistemaltıları kimi nəzərdən keçirilməlidir. 
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin