Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə18/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   281
2. Təfsir üsulunun meydana çıxması
Təfsir üsulu elminin tam olaraq nə vaxt ortaya çıxdığını təsbit 
etmək  çox  çətindir.  Hicri  II  əsrdən  etibarən  yazılmağa  başlanan 
Quran elmləri ilk dövrlərdə əsbab-ı nüzul, nasix-mənsux, qəribul-
Quran və s. kimi başlıqlar altında qələmə alınırdı. Beləliklə erkən 
dövrlərdən etibaren təfsir üsulu sahəsində əsərlər ortaya çıxdı. Za-


 TƏFSİR ÜSULU HAQQINDA ÜMUMİ MƏLUMAT 
21
man keçdikcə təkamül edən bu elm, daha sonra müstəqil bir elm 
kimi formalaşdı. 
3. Təfsir üslünün mənbələri
İslam elmlərinin dili ərəbcə olduğu üçün təfsir sahəsində ya-
zılan əsərlərin bir çoxu da məhz bu dildə yazılmışdır. Ancaq türk, 
fars və müxtəlif Avropa dillərində də bu sahə ilə əlaqədar əsərlər 
qələmə alınmışdır. Aşağıda bunlardan bəzilərinə yer verilmişdir:
a. Müstəqil əsərlər
1. Haris əl-Mühasibi (vəfatı-243/857), əl-Əql və fəhmul-Quran.
Bu  əsər  Quran  elmləri  sahəsində  yazılan  ilk  əsərdir.  Əsərdə 
Quranın  fəzilətləri,  üslubu,  möhkəm-mütəşabeh,  nəsx  və  xəlqul-
Quran kimi bəhs mövzulardan olunur.
2. əl-Hufi (vəfatı 430/1038), əl-Burhan fi ulumil-Quran
Ulumul-Quran” ifadəsinin işləndiyi ilk əsər hesab olunur. Otuz 
cilddən  ibarət  olsa  da  günümüzə  bunlardan  sadəcə  on  beş  cildi 
gəlib çatmışdır.
3. İbnul-Cəvzi (vəfatı-597/1200), Fünunul-əfnan.
4. ət-Tufi (vəfatı-716/1316), əl-İksir fi ilmit-təfsir.
5. İbn Teymiyyə (vəfatı-728/1327), Müqəddimə fi üsulit-təfsir.
6. əz-Zərkəşi (vəfatı-794/1392), əl-Burhan fi ulumit-Quran. 
7. əs-Süyuti (vəfatı-911/1505), əl-İtqan fi ulumil-Quran.
8. əd-Dihləvi (vəfatı-1176/1764), əl-Fövzül-kəbir fi üsulit-təfsir.
9. əz-Zərqani (vəfatı-1367/1948), Mənəhilul-irfan fi ulumil-Quran.
10. əz-Zəhəbi (vəfatı-1399/1978), ət-Təfsir vəl-müfəssirun.
11. Sübhi Salih (vəfatı-1399/1978), Məbahis fi ulumil-Quran.
12. Mənnaul-Qəttan, Məbahis fi ulumil-Quran.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin