Dərman vasitəsinin istifadəsi üzrə təlimat



Yüklə 152,09 Kb.
Pdf görüntüsü
tarix07.01.2017
ölçüsü152,09 Kb.
#4771

Dərman vasitəsinin istifadəsi üzrə təlimat  

(xəstələr üçün) 



 

 

TENSİMİN 25mq, 

50mq-lıq tabletlər 

TENSIMIN 

 

 



Beynəlxalq patentləşdirilməmiş adı: Atenolol 

 

Tərkibi 



Tensimin 25mq-lıq tabletlər 

Hər tabletin tərkibində olan: 



Aktiv komponetlər: 

Atenolol B.F.   

25mq 

Köməkçi maddələr: qarğıdalı nişastası, laktoza, mikrokristallik sellüloza, sodium metil hidroksibenzoat, 

maqnezium stearat, sodium lauril sulfat, kolloidli susuz kvars, tabkoat TC 2025, metil alkoqolu, dixlorometan, 

təmizlənmiş su. 

 

Tensimin 50mq-lıq tabletlər 

Hər tabletin tərkibində olan: 

Aktiv komponetlər: 

Atenolol B.F.   

50mq 

Köməkçi maddələr: qarğıdalı nişastası, laktoza, mikrokristallik sellüloza, sodium metil hidroksibenzoat, 

maqnezium stearat, sodium lauril sulfat, tabkoat TC 2025, metil alkoqolu, dixlorometan, təmizlənmiş talk

təmizlənmiş su. 

 

Farmakoterapevtik qrupu 

Seçici (kardioselektiv) β

1

-adrenoblokator. 



 

Farmakoloji xassələri 

Farmakodinamika 

Atenolol – sintetik selektiv (kardioselektiv) β

1

-adrenoblokatordur. 



Təsir mexanizmi: Tensimin katexolaminlərin müsbət xronotrop və inotrop effektlərini blokada etməklə, qan 

təzyiqini salaraq ürəyin oksigenə  tələbatını azaldır və bununla uzun müddətli müalicədə stenokardiyalı 

xəstələrə kömək edir. 

Farmakokinetika 

Sorulması və paylanması:

Atenololun sorulması sürətli və davamlı olsa da, tam olmur. Daxilə  qəbul edilən preparatın təqribən 50%-i 

sorulur. Qanda maksimal qatılıq preparatın qəbulundan 2-4 saat sonra yaranır. Preparatın yalnız 6-16%-i 

plazma zülalları ilə birləşir. 

Metabolizm və orqanizmdən xaric olunması: 

Qaraciyərdə preparatın çox az miqdarı parçalanır, bəzən isə ümumiyyətlə parçalanmır. 

Əsasən böyrəklərlə ixrac olunur. Böyrək çatmamazlığında dərman maddəsinin bədəndə kumulyasiyası 

(toplanması) gedir. 

 

İstifadəsinə göstərişlər 

Koronar aterosklerozun nəticəsində yaranan hipertenziyanın və stenokardiyanın müalicəsində istifadə 

olunur. 


 

Əks göstərişlər 

2-ci və 3-cü dərəcəli ürək blokadası, sinus bradikardiyası, kardiogen şok və  kəskin ürək çatışmazlığı 

xəstəlikləri. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

β-adrenoblokatorları dizopiramid kimi 1-ci sinif antiaritmik preparatlar və verapamillə birgə  təyin etdikdə 

ehtiyatlı olmaq lazımdır. 

 

Xüsusi göstərişlər 

Böyrək çatışmazlığı: Tensimin orqanizmdən böyrəkərlə xaric olunduğundan, ağır böyrək çatmamazlığında 

dozanı tənzimləmək lazımdır. 

Hamiləlik: Hamiləlik əsasında yaranan hipertenziyanın müalicəsi zamanı xəstələri nəzarət altında saxlamaq 

lazımdır. Eyni zamanda müalicədən alına biləcək effekt mümkün təhlükə fonunda qiymətləndirilməlidir. 


 

İstifadə qaydası və dozası 

Başlanğıc kimi sutkada bir dəfə 25mq-lıq tabletdən bir ədəd məsləhət görülür. Bu dozanın tam effekti 1-2 

həftə ərzində müşahidə olunur. Lazımı nəticə əldə edilmədikdə dozanı gündə bir dəfə olmaqla, 50-100mq-

dək artırmaq lazımdır. 



 

Dozadan artıq qəbul olunduqda lazımı tətbirlər 

Simptomlar: Letargiya, tənəffüs pozğunluqları, stridor, sinus pauzası, bradikardiya. 

Müalicə: Simptomatik terapiya. Preparatı hemodializ ilə plazmadan xaric etmək olar. 

 

Əlavə təsirləri 

Əlavə təsirlər zəif və müvəqqəti olur. 

Qaraciyər fermentlərinin artması; 

Baş ağrıları; 

İmpotensiya; 

Psoriazabənzər səpgilər; 

Purpura və trombositopeniya. 

 

Buraxılış forması 

Hər stripdə 14 tablet olmaqla, 2 strip içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir. 



 

Yararlılıq müddəti 

3 ildir. 

Qutunun üzərində göstərilən yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Saxlanma şəraiti 

25°C-dən aşağı temperaturda, işıqdan və rütubətdən qorumaqla, uşaqların  əli çatmayan yerdə saxlamaq 

lazımdır. 

 

Aptekdən buraxılma şərti 

Həkim reseptilə buraxılır. 

 

 

İstehsalçı 



 

Yunik Farmasyutikal Laboratoriz  

(«C.B.Xemikals & Farmasyutikals MMC» - nin bölməsi) 

– firması tərəfindən istehsal olunmuşdur. 

Hindistan, Mumbay 400 030, Vorli, Hind Sikl Rod, Nilam Sentr. 

® - ticarət nişanı 

 

                             Azərbaycanda rəsmi distribyutor 



                             «TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

Е-mail: info@tetrada-az.com 

                             www.tetrada-az.com 



 

Document Outline

  • Farmakoloji xassələri 
  • Əlavə təsirləri 
    • Saxlanma şəraiti 

Yüklə 152,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin