Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
LİV-52
®
damcı
LIV-52
®
Tərkibi
Hər ml-in tərkibində olan aktiv komponentlər:
Ekstraktlar
Tikanlı kapers (Capparis spinosa)
17 mq
Kasnı (Cichorium intybus)
17 mq
Köpək üzümü (Solanum nigrum)
8 mq
Arjuna terminaliyası (Terminalia arjuna) 8 mq
Qərbi kassiya (Cassia occidentalis)
4 mq
Adi boymadərən (Achillea millefolium) 4 mq
Qall tamariksi (Tamarix gallica)
4 mq
İşlənilib: Ağ eklipta (Eclipta alba), Filantus niruri (Phyllanthus amarus), Diffuz berxaviya (Boerhaavia
diffusa), Tinospora (Tinospora cordifolia), Qırmızı turp (Raphanus sativus), Emblika (Emblica officinalis),
Seylon plumbaqosu (Plumbago zeylanica), Yalançı qara bibər (Embelia ribes), Haritaki (Terminalia
chebula), Dərman şahtərəsi (Fumaria officinalis).
Farmakoterapevtik qrupu
Bitki mənşəli preparat. Hepatoprotektor, ödqovucu dərman vasitəsi.
Farmakoloji xassələri
LİV-52 qaraciyəri qoruyur və onun parenximasını bərpa edir, orqanın funksional effektivliyini yüksəldir,
sağalmanı tezləşdirir və infeksion hepatit zamanı qaraciyərin funksiyasının tez normallaşmasını təmin
edir. Antioksidant təsirə malik olduğuna görə LİV-52 hüceyrə membranının zədələnməsinin qarşısını alır.
LİV-52 sitoxrom P450–nin səviyyəsini normallaşdırır. Asetaldehidin, alkoqol metabolizminin aralıq toksik
məhsulunun eliminasiyasını təmin edir, bununla da qaraciyəri alkoqol təsirindən yaranan
zədələnmələrdən qoruyur. Preparat lipotrop aktivliyi azaldır və xroniki alkoqolizm zamanı qaraciyərin piy
infiltrasiyasının qarşısını alır. Presirrotik vəziyyətlərdə LİV-52 xəstəliyin inkişafını tormozlayır, qaraciyərin
gələcəkdə zədələnməsinin qarşısını alır, həyatın keyfiyyətini yaxşılaşdırır. Hər gün profilaktik məqsədlə
istifadə zamanı LİV-52 iştahanı artırır və həzmi yaxşılaşdırır, bu da çəkinin artmasına səbəb olur.
İstifadəsinə göstərişlər
1. Müalicə və profilaktika məqsədi ilə:
- virus hepatiti;
- qaraciyərin alkoqol xəstəlikləri;
- presirrotik vəziyyətlər və sirrozun başlanğıc mərhələləri;
- zülal çatışmazlığı;
- iştahanın olmaması;
- kimyəvi və şüa mənşəli qaraciyər zədələnmələri.
2. Hepatotoksik preparatların istifadəsi zamanı.
3. Uzunmüddətli xəstəliklər zamanı və sağalma dövrünün bazis müalicəsində işlənilən maddə kimi.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq olan insanlarda istifadə etmək olmaz.
İstifadə qaydası və dozası
Daxilə.
Kəskin virus hepatiti:
0-3 aylıq uşaqlarda: 1-2 damcı gündə 2-3 dəfə.
3 aydan 1 yaşa kimi olan uşaqlarda: 2-3 damcı gündə 2-3 dəfə.
1-3 yaşında olan uşaqlarda: 3-5 damcı gündə 3-4 dəfə.
Anoreksiya və kütlənin azalması zamanı:
1 yaşadək uşaqlarda: 5-10 damcı gündə 3 dəfə.
1 yaşdan yuxarı uşaqlarda: 10-20 damcı gündə 3 dəfə.
Fizioloji sarılıqda:
5 damcı gündə 2 dəfə.
İstifadədən qabaq flakonu yaxşı çalxalamaq lazımdır.
Xəbərdarlıqlar
Yoxdur.
Əlavə təsirləri
Aşkar olunmayıb.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Birgə istifadə zamanı:
sorulmanı ləgitmək hesabına Liv.52 ibuprofenin qandakı olan səviyyəsini azaldır;
Tetrasiklinin və doksisiklinin biomənimsənilməsini azaldır.
Xüsusi göstərişlər
Yoxdur.
Buraxılış forması
60 ml və ya 100 ml-lik “nəzarət qapaqlı” flakonlarda buraxılır. Bir flakon içlik vərəqə ilə birgə karton
qutuya yerləşdirilir.
Saxlanma şəraiti
+25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır. Dondurmamaq.
Yararlılıq müddəti
3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Rеsеptsiz.
«The Himalaya Drug Company» -
firması tərəfindən istehsal olunur.
Makali, Bangalore 562 123, Hindistan
www.himalayahealthcare.com
® - qeydiyyata alınmış ticarət nişanı
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com