Dərinin fərdi mühafizə vasitələri (dfmv)


İzoləedici tipli mühafizə kostyumları



Yüklə 20,79 Kb.
səhifə2/11
tarix02.01.2022
ölçüsü20,79 Kb.
#44329
1   2   3   4   5   6   7   8   9   10   11
2Dərinin fərdi mühafizə vasitələri

İzoləedici tipli mühafizə kostyumları. Dərini mühafizə edən xüsusi filtrasiyaedici tipə aiddir:

- taun əleyhinə kombinezon;

- orta tezlikli dalğalardan mühafizəedici kostyum;

- sıx toxunmuş parçadan hazırlanmış və radioaktiv tozdan mühafizəedici kombinezon.



L-1yüngül mühafizə kostyumudur, əsasən, insanı z­ə­rər­li kimyəvi və bakterioloji təsirlərdən, həmçinin radioaktiv toz­dan mühafizə etmək üçündür. L-1 kostyumu insanın də­ri­si­ni, həm də paltarını, ayaqqabısını qəza, xilasetmə və dezak­ti­va­si­ya işləri zamanı aqressiv mühitin (turşu məhlulları, laklar, bo­ya­lar, yağ, su, dəniz duzu, qələvilər, neft məhsulları) uzunmüd­dət­li təsirindən, zəhərləyici və toksiki maddələrin, zərərli bio­lo­ji faktorların təsirindən mühafizə edir.

L-1 kostyum komplektinə başlıqlı gödəkçə, corabla bir­lik­də şalvar, 2 cüt əlcək daxildir. Gödəkçənin qollarında bi­lək­­ləri sıxan qalın manjetlər var. 150C yuxarı temperaturda L-1 kos­tyumunu alt paltarının üzərindən, 0C-dən aşağı tempera-tu­r­­da isə qış geyiminin üzərindən geyinirlər. L-1 3 boy öl­çü­sün­də hazırlanır: 165 sm-ə qədər, 166-172 sm arası, 173 sm-dən yu­xarı. Kostyum isidici qurğulardan kənarda, soyuq yerdə sax­lanmalıdır, işə başlamazdan bilavasitə əvvəl geyinilməlidir, ar­tıq hərəkətlərə yol verilməməlidir, yüksək temperaturda işlə­yər­­kən su ilə isladılmış mühafizə ekranlarından istifadə edil­mə­li­dir. Kostyumu dəfələrlə istifadə etmək olar, ona görə də zə­hər­li maddələrlə, radioaktiv tozla, bakterial vasitələrlə tə­mas­dan son­ra xüsusi təmizlənməlidir. Kostyumu çıxararkən ça­lış­maq la­zımdır ki, dərinin açıq səthləri paltarın üst tərəfi ilə tə­mas­da olmasın.




Yüklə 20,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin