Dayaniqli inkişaf və stirpat çƏRÇİVƏSİ1 uot: 330. 341: 316. 4; 330. 35: 316. 4



Yüklə 58,9 Kb.
səhifə9/15
tarix06.04.2022
ölçüsü58,9 Kb.
#54795
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
DayanqlinkafvSTIRPATrivsi M H Y

2.3. STİRPAT

Yuxarıda qeyd edildiyi kimi, IPAT və ImPACT konsepsiyalarının ın böyük çatişmazlığı odur ki, bu konsepsiyalar eyniliklərə əsaslandıqlarından onlar təsir faktorlarının stoxastik davranışlarını və qeyri-proporsional dəyişmələrini nəzərə ala bilmir. Bu çatışmazlıq qeyd edilən konsepsiyaların ətraf mühit üzrə aparılan empirik tədqiqatlarda geniş tətbiqinə ən mühüm maneə olmuşdur. Bu çatışmazlığı aradan qaldırmaq üçün Dietz və Rosa[2] əhali sayının, rifah halının və texnologiyanın ətraf mühit üzərində stoxastik təsirlərini regresiya təhlili əsasında qiymətləndirmək üçün İPAT modelini stoxastik hala modifə etmiş və onu STİRPAT adlandırmışlar [4]. STRIPAT modeli təkanverici qüvvələrin ətraf mühit üzərində müxtəlif təsirlərini analiz etmək üçün müvəffəqiyyətlə istifadə edilmişdir [3,5,15]. IPAT və ImPACT dən fərqli olaraq STIRPAT modeli deterministik tənlik deyil və o daha çox hipotezlərin empirik təhlilini aparmağa imkan verən stoxastik modeldir. STIRPAT modelinin spesifikasiyası aşağıdakı kimidir

İ=aPbAcTde (5)

Burada, a əmsalı sərbəst həddin antiloqarifmidir, b, c və d – P, A və T dəyişənlərinin müvafiq olaraq qiymətləndirilməli olan qüvvətləridir, e isə xəta həddidir. (IPAT modelində a=b=c=d=e=1 fərz olunur). Bütün dəyişənlərin loqariflmalarının iştirak etdiyi model, qiymətləndirməni və hipotez testlərinin aparılmasını asanlaşdırır. STIRPAT modelinin ənənəvi tədbiqi zamanı T ayrılıqda bir dəyişən kimi modelə (qiymətləndirilməyə) daxil edilmir və o, xəta həddi ilə proksi edilir. Bu da onu T dəyişəninin - I, P və A-ya nəzərən həll olunmuş IPAT modelinə uyğunlaşdırır. Bu modifikasiya nəticəsində model aşağıdakı hala gəlir:



Log(I)=a+blog(P)+clog(A)+e (6)

Bu modeldə, a və e müvafiq olaraq (5) tənliyindəki a və e-nin loqarifmalarıdır.

Bir sıra tədqiqatlarda isə T-ni müxtəlif sosial-iqtisadi gostəricilər (indikatorlar) ilə ifadə edirlər.


Yüklə 58,9 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin