Dayaniqli inkişaf və stirpat çƏRÇİVƏSİ1 uot: 330. 341: 316. 4; 330. 35: 316. 4



Yüklə 58,9 Kb.
səhifə8/15
tarix06.04.2022
ölçüsü58,9 Kb.
#54795
növüXülasə
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
DayanqlinkafvSTIRPATrivsi M H Y

2.2 ImPACT

Waggoner və Ausubel [13] də təsirlərlə mübarizədə potensial addımları və siyasət qərarlarını qiymətləndirmək üçün başlangıc mərhələsində IPAT dan istifadə etmişlər. Onlar İPAT eyniliyini yenidən konseptuallaşdıraraq ImPACT adlandırmış və T-ni ÜDM vahidinə düşən istahlak (C) və istehlak vahidinə düşən təsir (T) olmaqla iki yerı ayırmışlar:



I=PACT (4)

Məsələn, karbon diokisd (CO2) emissiyasını ənənəvi IPAT eyniliyi vasitəsilə analiz etsək məcmu emissiyanın - əhalinin (P), adam başına ÜDM-nin (A) və ÜDM vahidinə düşən CO2 emissiyalarının (T) hasili olduğunu görərik. Bunun əksinə olaraq, ImPACT modeli CO2 emissiyalarının, əhalinin (P), adam başına ÜDM-nin (A), ÜDM vahidinə düşən enerji istehlakı (C) və enerji istahlakı vahidinə düşən CO2 emissiyası (T ) hasilinə bərabər olduğunu qəbul edir. ImPACT modelinin başlıca məqsədi təsirləri azaltmaq üçün dəyişdirilməsi mümkün olan faktorları aşkar etmək və bir-birinə təsir edən mühüm faktorları müəyyən etməkdir. IPAT və ImPACT-in əsas üstünlükləri ekoloji prinsiplərə əsaslanmaları, aydın və konkret spesifikasiyaları və təkanverici qüvvələrdəki dəyişikliklərin təsirlərini izah etmə qabiliyyətidir.

IPAT və ImPACT modellərinin zəif cəhətləri isə onların eynilik olmaları və beləliklə də, hipotez testlərinin yoxlanılmasına imkan verməmələridir. Çünki bəzi dəyişənlərin məlum dəyərləri məlum olmayan dəyişənlərin qiymətlərini müəyyən edir. Bundan başqa, onlar a priori (əvvəlcədən) amillər arasında funksional əlaqələrdə mütənasiblik olduğunu qəbul edirlər. Məsələn, model digər şərtər sabit qalarsa, əhalinin sayında ikiqat artımın ətraf mühit üzərində ikiqat təsirə malik olacağını ehtimal edir. Sosial-ekoloji nəzəriyyənin inkişafı, model daxilində müəyyən ümum fərziyyələrin irəli sürülməsindən daha çox antropogen amillərlə təsirlər arasındakı münasibətlərin empirik dəlillərlə test edilə bilən olmasını tələb edir.

Məsələn, Ətraf Mühit Kuznets əyrisi fərziyyəsinə əsasən rifahın təsirlər üzərində həm qeyri-proporsional, həm də qeyri-monoton effekti ola bilər. Belə ki, rifah səviyyəsində artım, təsirlərin azalmasına gətirib çıxara bilər [14]. IPAT və ImPACT eynilikləri təkanverici qüvvələrdən qeyri-proporsional və ya qeyri-monoton effektlərin aşkar şəkildə qiymətləndirilməsinə imkan vermir.




Yüklə 58,9 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin