Dayaniqli inkişaf və stirpat çƏRÇİVƏSİ1 uot: 330. 341: 316. 4; 330. 35: 316. 4



Yüklə 58,9 Kb.
səhifə7/15
tarix06.04.2022
ölçüsü58,9 Kb.
#54795
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   ...   15
DayanqlinkafvSTIRPATrivsi M H Y

2.1 IPAT

IPAT bəşəri fəaliyyətlərin ətraf mühit üzərində təsirini təhlil edən geniş yayılmış bir modeldir [6,7]. IPAT 1970-ci illərin əvvəllərində Ehrlich-Holdren/Commoner arasında ətraf mühit üzərində antropogen təsirlər mövzusunda gedən debatlardan yaranmışdır və hal hazırda da ətraf mühitdə baş verən dəyişikliklərin arxasındakı səbəblərin təhlili üçün geniş istifadə olunur[bax məs. 8,9].

IPAT ətraf mühitə təsir edən amilləri üç əsas kateqoriyaya bölür. Bunlar: əhali, rifah (istehsalın adam başına düşən istehlakı) və texnologiyadır (adam başına düşən istehlak və ya istehsalın təsiri). Beləliklə,

I=PAT (1)

Burada I – ətraf mühitə təsir, P, A və T isə müvafiq olaraq əhali, rifah və texnologiyadır.

IPAT hər şeydən əvvəl deterministik əlaqəni göstərən bir eynilikdir. Burada I, P və A-nın məlum dəyərləri T-ni müəyyən etmək üçün istifadə olunur [bax məs. 8,9,10 ].

Rifah, əsasən adam başına düşən ÜDM ilə ölçülür. Təriflərini nəzərə alsaq P, A və ÜDM dəyişənləri arasında aşağıdakı münasibəti yaza bilərik :

PA=P(ÜDM/P)=ÜDM (2)

Onda (2) münasibətini (1) tənliyində nəzərə alsaq, aşağıdakı eynilik alınar:



T=I /(PA) və ya T=I /ÜDM (3)

belə ki, T iqtisadi fəaliyyət vahidinə düşən təsiri ifadə edir. IPAT-in üstünlüyü onun ətraf mühit dəyişikliklərinə təsir edən əsas qüvvələri, eləcə də bu qüvvələrlə təsirlər arasındakı münasibətləri dəqiqliklə müəyyənləşdirməsindədir.

(1) eyniliyindən aydın olur ki, təkanverici qüvvələrin (faktorların-P, A və T) ətraf mühit üərində təsirləri ayrı-ayrılıqda biri birindən müstəqil olaraq baş vermir. (1) eynilik olduğu üçün, hər hansı bir faktorun təsirində müəyyən ölçüdə baş verən dəyişiklik digərlər faktor və ya faktorlarda da dəyişikliyə səbəb olacaqdır. Spesifikasiyanın mühüm nəticəsi odur ki, ətraf mühitə təsir edən faktorların heç biri tək başına təsir effektinə malik deyil.

Məsələn hər hansı ölkədə P və T sabit qaldığı halda A yüksələrsə, ətraf mühit üzərində təsirlərin yalnız A-da baş verən dəyişikliyə görə baş verdiyini iddia etmək doğru olmaz. Çünki, P və T dəyişməsə belə onlar A-nın təsir gücünü dəyişdirirlər [9]. Təkanverici qüvvələr (P, A və T) arasında qarşılıqlı multiplikativ asılılıq olduğu üçün onların ayrı ayrılıqda nisbi əhəmiyyətini anlamaq üçün ayrı-ayrılıqda hər birinin potensial dəyişmə dərəcəsi və sıxlığını qiymətləndirməyə ehtiyac var. Əhali, rifah və texnolji təsirlərdə dəyişiklilik potensialı və dərəcəsi üçün ölçü vahidi kimi plastiklik (elastiklik) konsepti istifadə olunur.

Plastiklik təkanvericilərin müxtəlif ölçü və dərəcədə təsir əmələ gətirə biləcəyini qəbul edən bir alətdir [9] və iki elementdən idarətdir: (1) hər bir təkanverici qüvvənin (P, A və T) potensial dərəcə və müxtəlifliyi, (2) hər faktorun dəyişə bilmə faizi. Birinci element dəyişikliyin potensial genişliyini, ikincisi isə dəyişikliyin potensial (mümkün) sürətini ifadə edir. Plastiklik konsepti tədqiqatçılar və siyasət qərarları verənlər üçün hansı faktoru ən asan və effektiv şəkildə dəyişdirməyin mümkünlüyünü aşkar edir.


Yüklə 58,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin