Dayaniqli inkişaf və stirpat çƏRÇİVƏSİ1 uot: 330. 341: 316. 4; 330. 35: 316. 4



Yüklə 58,9 Kb.
səhifə4/15
tarix06.04.2022
ölçüsü58,9 Kb.
#54795
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   15
DayanqlinkafvSTIRPATrivsi M H Y

1.Dayanıqlı inkişaf konsepti

Son bir neçə onillikdə dayanıqlı inkişafın çox müxtəlif tərifləri irəli sürülmüşdür. Nəticə etibarilə bu anlayış qarışıq, bəzən də anlaşılmaz hal almışdır.



Dayanıqlı inkişafın dəqiq mənasının aydınlaşdırması zərurətindən çıxış edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf mühit və İnkişaf Komissiyası konsepsiya üzərində çalışmalar aparmaq və onun mənasını aydınlaşdırmaq üçün Bruntland Komissiyasını təşkil etmişdir. Komissiyanın Ortaq Gələcəyimiz [1] adlı yekun hesabatında dayanıqlı inkişafın tərifi “gələcək nəsilləri öz tələbatını ödəmə imkanlarından məhrum etmədən bu günkü nəsillərin inkişaf tələbatını ödəmək” kimi tərif olunmuş və bu tərif beynəlxalq mahiyyət qazanmışdır. Hesabatda xüsusilə vurğulanır ki, dayanıqlı inkişafın iqtisadi böyümə, ətraf mühitin mühafizəsi və sosial ədalət kimi üç mühüm komponenti vardır. Müasir texnoloji imkanların inkişaf və istifadə istiqamətlərindən düzgün istifadə etməklə bu komponentlərin hər üçünə nail olmaq mümkündür. Dayanıqlı inkişafın bir çox dövlət və qeyri hökümət təşkilatları tərəfindən geniş qəbul olunmasına baxmayaraq, konseptin praktiki cəhətdən nə məna daşıması haqqında suallar hələ də öz həllini tapmayıb. Mübahisəli məqamlardan biri, iqtitisadi inkişafın dayanıqlı inkişafın təmininə verəcəyi töhfə olmuşdur. Bəzi iqtisadçlara görə iqtisadi inkişaf yolu inkişaf etməkdə olan ölkələrdə təbii resursların qorunması üçün ən əlverişli yoldur. Lakin bir qrup iqtisadçılar mövcud resursların həddən artıq istismar olunduğunu və ənənəvi iqtisadi inkişaf yolunun dayanıqlı olmadığını iddia edirlər. Bu fikirlər arasında uzlaşma əldə etmək məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı 1992-ci ildə Rio-de-Janeyro şəhərində ilk Dünya Sammitini keçirmişdir. Məhz bu sammitdə beynəlxalq ictimaiyyət ilk dəfə qlobal əməkdaşlıq yolu ilə inkişaf və ekoloji problemlərin həlli istiqamətində təkmil strategiya üzərində razılığa gəlmişlər. Bu əməkdaşlıq üçün seçilən çərçivə “Gündəm 21” adlandırılmış və dayanıqlı inkişafın mühüm aspektləri olan iqtisadi inkişaf, ətraf mühitin mühafizəsi, sosial ədalət, demokratik və səmərəli idarətmə kimi mövzuları əhatə etmişdir. Dayanıqlı inkişaf iqtisadiyyat, ətraf mühit və cəmiyyətin vəhdətini təşkil etməklə sırf iqtisadi mövzu olmadığı üçün onu izah edən hər hansı iqtisadi nəzəriyyə mövcud deyil. Buna baxmayaraq, dayanıqlı inkişafın yerli, regional və milli səviyyədə istifadə oluna bilən müxtəlif inkişaf indikatorları mövcuddur. Əsas komponentlər iqtisadi perfomans, sosial ədalət, ekoloji tədbirlər və institusional qabiliyyətdir. Hər komponent daxilindəki indikatorlar Cədvəl 1-də göstərilmişdir. İqtisadi perfomans komponenti daxilindəki indikatorlar milli və beynəlxalq səviyyədə tanınan və geniş istifadə olunan ölçülərdir. Onlar iqtisadi perfomansın, ticarətin və maliyyə statusunun mühüm məsələlərini əks etdirirlər. İstehlak və istehsal nümunələri maddi istehlak, enerji istehlakı, tullantıların idarə olunması və nəqliyyatı da əhatə etməklə iqtisadi perfomans komponenti daxilində verilmişdir. İqtisadiyyatı minimum tələbatı ödəmə iqtidarında olan ölkələr ətraf mühit məsələlərinə daha çox diqqət ayıra bilirlər. Tarixə nəzər saldıqda aydın olur ki, müəyyən rifah səviyyəsinə və iqtisadi hədəflərə çatma ehtiyacı olan ölkələrdə ətraf mühitin mühafizəsi məsələsi bir o qədər aktual olmur. Məsələn, 1980-ci illərin sonlarında ABŞ iqtisadiyyatının çiçəklənmə dövründə ətraf mühit haqqında ictimai şüür və ictimai maarifləndirmə daha yüksək idi. Lakin 1990-cı illərin əvvəllərində iqtisadi dalğalanma baş verdikdə ABŞ-da ictimai rifahın qorunması ətraf mühir məsələlərindən daha çox aktuallıq qazandı. İqtisadi nəzəriyyə hər zaman həm təbii, həm kapital, həm də insan resurslarının nisbi olaraq məhdud olduğunu və onlara bəşəri müdaxilənin, onlar üzərində insan və cəmiyyətin qərar və seçimlərinin də məhdudluğunu vurğulamışdır. Dayanıqlı inkişaf konsepsiyasına əsasən, sağlam ətraf mühit iqtisadi inkişaf üçün mühüm təkanverici gücə malikdir. Odur ki, davamlı iqtisadi inkişafa nail olmaq üçün siyasət qərarları verilərkən ətraf mühitə zərər verilməməli, mövcud resurların həm bu günkü, həm də gələcək dəyərləri nəzərə alınmalıdır.

Cədvəl 1: Dayanıqlı inkişaf konsepsiyasının göstəriciləri




Yüklə 58,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin