D İalektik coğrafiYA



Yüklə 3.88 Mb.
Pdf просмотр
səhifə9/28
tarix27.06.2017
ölçüsü3.88 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

Dialektik coğrafiya
 
 
 
73
 
 
təbləri formalaşmış  və radikal məzmunlu  əsərlərinin yaranmasına səbəb 
olmuşdur. 
İkinci yanaşma isə - elmi məntiqi-nəzəri metodlarının və radikal elmi ide-
yalarının coğrafiya elminin formalaşmasına, praktiki önəminə, konstruktivliyi-
nə geniş imkanlar yaratmışdır. 
Radikal coğrafiyanın fəlsəfəsinə əsasən ilkin olaraq çoxlu sayda elmi-tədqi-
qat mənalarından ibarət olması ilə  əlaqəlidir. Bu mənaların hər biri sistemli 
olaraq müstəqil elmi-metodoloji tədqiqat mənbəyindən asılı olaraq kompleks 
inkişaf etməsidir. XIX əsrin sonu - XX əsrin  əvvəllərində coğrafiya elmində 
“tədqiqat-coğrafi təfəkkür” diskussiyalarının praktikası önəmli sayılırdı. Radi-
kal coğrafi tədqiqatlarda coğrafiya elmi təfəkkürünün praktiki problemlərinə 
dair araşdırmaları XX əsrin sonlarına yaxın daha da aktivləşmişdir. 
Bu dövrlərdə “coğrafi məkan potensialı” konsepsiyasının yaranmasında 
D.Harvi, V.Bunqe və b. aparılan coğrafiya elmi tədqiqatlarında geniş məzmun 
kəsb etmişdir. Coğrafi elminin praktiki tədbiqinə dair elmi mənbələr” coğrafi 
məkan potensialı” ilə uzlaşdırılmışdır. Bu uzlaşmalar mühüm konseptual əhə-
miyyət kəsb etmiş və elmi təhlillərdə riyazi, iqtisadi, bioloji və s. tədqiqatla-
rından istifadə etməklə kompleks radikal coğrafiya elmi mənbələrinin dəyərlə-
rində aktual  mövzularının predmetinin fəallaşmasına səbəb olmuşdur. 
Radikal coğrafiya elminin formalaşması prosesinin aktivləşməsində ABŞ 
coğrafiya elmi məktəbinin görkəmli tədqiqatçılarından biri V.Bunqenin fəaliy-
yəti çox genişdir. V.Bunqe “coğrafi məkan” konsepsiyasını yaradarkən (The 
oretical Geogufphy, 1962) araşdırmalarında riyazi təfəkkür metodlarından isti-
fadə etmiş və nəzəri radikal coğrafiya elminin istiqamətlərini müəyyənləşdir-
mişdir.
67
 
          
 
 
 
 
 
 
Edvard Ullman tərəfindən yaradılan riyazi coğrafiya elmi məktəbinin da-
vamçılarından sayılan V.Bunqe coğrafiya elmi nəzəriyyəsində yeni mərhələ-
nin əsasını qoymuşdur. Aparılan tədqiqatlarının ilkin nəticələrinə əsasən coğ-
rafiya elminin yaradıcılıq sferasında məkan struktur əlaqələrinin sintezindən 
                                                            
67
 В. Вунге. Теоретическая  география. М.,1967. 
  Vilyam Bunqe: ABŞ-ın görkəmli coğrafiya elm xadimidir. 
  Riyazi  coğrafiya, nəzəri coğrafiya və coğrafi proqnoz kon-
septual elmi istiqamətlərinə dair tədqiqatlar aparmışdır. Bun-
qenin ideyasına əsasən nəzəri coğrafiya elminin predmetini – 
məkan əlaqələrinin tədqiqatları təşkil edir. 

  Ağazeynal A. Qurbanzadə 
 
74 
 
 
(riyazi-coğrafi təfəkkürundən) asılı olmasına dair ümumi fikirlərinin elmi-
praktiki istiqamətləri müasir dövrdə də aktuallıq kəsb edir.  
V.Bunqe məkan struktur əlaqələr sisteminin xəritəsini təklif edərkən riyazi 
metodlarının reallıqlarını (həndəsi) əsas kimi qəbul etmişdir. Onun ideyasının 
gerçəkliyində coğrafi məkan strukturunun formalaşması (riyaziləşməsi) və di-
namikası riyazi modellərə söykənməsinə üstünlük verməsidir. Sonrakı dövrlər-
də V.Bunqenin riyazi-coğrafi modellərinin konsepsiyası konstruktiv radikal 
coğrafiya elminin fundamental inkişafı üçün ideya mənbələrinə çevrilməsinə 
səbəb olmuşdur. 
Coğrafi biliklərinin önəmə  gətirilməsi, “antiməntiqli” coğrafi ideyalarının 
qarşısının alınmasında radikal coğrafiya elmində müəyyən konstruktiv imkan-
larının yaranmasına səbəb olmuşdur. Elmin yeni istiqamətdə formalaşması, 
kəmiyyət ölçülərindən keyfiyyət aspektlərinə keçid axtarışının mənbələri radi-
kal coğrafiya elminin müəyyən bir bölməsini təşkil edir. Coğrafi radikal bi-
liklərinin təbliğində, konseptual məsələlərinin təhlilində  və  tədbiqində gör- 
kəmli elm xadimi R.C.Constonun xidmətləri çox böyükdür.    
                                                                                                    
                                                                                                         
        
 
 
 
 
R.C.Conston coğrafiya elminin dinamik inkişafında, kompleks tədqiqatları-
nın yekunlaşmasında, coğrafiyanın terminoloji cəhətdən zənginləşməsində 
xidmətləri təqdirəlayiqdir. Sosial coğrafiyaya dair fundamental ideyaları bütün 
dövrlərdə aktuallıq kəsb etməsi ilə reallaşmışdir. 
R.C.Constonun coğrafiya elminin evolyusion metodologiyasına dair tədqi-
qatlarının fəlsəfi düşüncə  tərzinə söykənməsi ilə  fərqlənir. Tədqiqatlarında 
coğrafi mühitlə sosial coğrafiya arasında nəzəri  əlaqələrinin fəlsəfi baxışları-
nın nəticələrinin əsasında radikal coğrafiya elminin məzmunuda mühüm meto-
doloji mövqe nümayiş etdirmişdir.  
 
*  Votrin Lud adına Beynəlxalq Coğrafiya Nobel mükafatı (Nobel mükafatın modelinə 
əsaslanmışdır). Bu fəxri ad P.Xaqqet, D.Harvi, M.Betti, E.Soya və b. coğrafiya elm xadim-
lərinə verilmişdir. 
  R.C. Conston (Ronaid John Johnston):  
  Coğrafiya elmində  ən çox tədqiqatlar aparan alimlərdən 
biridirŞəhər sosial coğrafiya, Elektron coğrafiya və s. çox 
saylı monoqrafiya, məqalələrinin müəllifidir. O,1999-cu 
ildə “Coğrafiya Nobel  mükafatı”na  layiq  görünmüşdür.* 

Dialektik coğrafiya
 
 
 
75
 
 
R.C.Constonun fikrincə, coğrafiyanı yalnız peşə  təlimi kimi qəbul etmək 
olmaz, bu elm fundamental elmlər sırasına daxildir və müstəqil nəzəri-
metodoloji elmi istiqamətinə malikdir.
68
 
Radikal coğrafiya elminin metodologiyası ilə bağlı analoji situasiyalarda bir 
çox mənbələrdə müxtəlif yanaşmalarla nəzəri cəlb edir. Məsələn, Avropada 
baş verən iqtisadi inkişafda gedən  dinamik proseslərin (qloballaşma, iqtisadi 
böhran, yoxsulluq və s.) daxili təbiətində binar (Aristotel məntiqi) məntiqə sı-
ğışmayan yeni keyfiyyət çalarlarının yaranması radikal coğrafi tədqiqatlarının 
dünyagörüşündə daha qabarıq nümayiş olunurdu. Bununla yanaşı XIX sonu - 
XX  əsrin  əvvələrində  və sonrakı dövrlərindən başlayaraq coğrafiya elmində 
yaranmış situasiyanın dialektik baxışlarında bir sıra çatışmayan problemlə-
rinin önəmli mahiyyət daşıması ilə izah etmək olar:                    ▼ 
 
 
                
 
 
 
 
 
 
 
 
Radikal coğrafiya elminin təbiəti ilkin olaraq rasional ideyalara əsaslanır və 
müstəqil tədqiqat mövqeyə malikdir. Bu səbəbdən də “elmlərarası” rasional 
dialoqlarının əsasında araşdırmalarına daha çox meyl göstərir. İlkin olaraq ra-
dikal coğrafiya nəzəri mənbələrindən rasional istifadə etməklə coğrafiyanın 
potensial varlığının optimal səviyyəsinin üstünlüklərinin formalaşmasının  yol-
larını önəmə gətirir. 
                                         
 
 Radikal coğrafi tədqiqatın “məkan-zaman” xronologiyası  
 
“Məkan-zaman”  xronologiyası coğrafiya elminin effektli yaradıcılıq mən-
bələrindən sayılır. Elmi mənbələrdə tarixi & coğrafi sistemlərinin xronoloji  
dövrlərinin təyinində “məkan-zaman” ideayasına  əsaslandırılmasına dair mə-
sələlər mühüm aktualıq kəsb etməsi ilə  fərqlənmişdir. Bəşəri tərəqqinin var-
                                                            
68
 P. Джонстон.  География  и  географы. М.,1987.  
 
Praktiki mahiyyət daşıyan problemlərinin reallaşdırılmasında coğra-
fiya elmi tədqiqatlarının kifayət qədər olmaması. 
Coğrafiya elmi nəzəri baxışlarının dayanıqlı inkişafını təmin edən araş-
dırmalarının praktikası üçün çox vaxt real həqiqətdən uzaq olması.   
Coğrafi-iqtisadi problemlərlə bağlı tədqiqatlarının kompleksliyinin 
tamamlanması və s.

  Ağazeynal A. Qurbanzadə 
 
76 
 
 
lığının və həssaslığının simmetriyası məhz “məkan-zaman” gerçəkliyinin üzə-
rində qurulması faktları danılmazdır. Bu gerçəklik fonunda xronoji olaraq an-
tiq dövrdən başlamış, müasir coğrafi informasiya-texnologiyalar dövrünə  qə-
dər  aparılan müxtəlif istiqamətli   tədqiatlarınını özündə birləşdirmişdir. 
Xronoji dövrlər sistemində zaman ölçüsünün nisbətində ən uzun dövr = ən 
qədim antik dünya dövrü hesab edilir. Bu dünya dövr Yer kürəsində üzvi alə-
min yaranmasından (≈ 3 mlrd. il əvvəl) insanın meydana gəlməsinə (≈3-4 mln. 
il) qədər evalyusion inkişafının dialektikasını əhatə etmişdir. Buna qədər elm-
də heç bir mübahisəli anımlar demək olar ki yox dərəcəsindədir. Lakin sonrakı  
proseslər həm zaman, həm də  məkan baxımdan radikal fikirli tarixi, coğrafi, 
bioloji və s. elmi biliklərində mənbələrinin formalaşmasının xronologiyası üs-
tünlük təşkil etmişdir. 
“Coğrafi-məkan” modeli yer kürəsində insanın müxtəlif istiqamətlərdə fə-
aliyyət formalarını özündə birləşdirir. Bu səbəbdən də tarixi-coğrafi mərhələ-
lərdə regional səviyyədə “mədəni” funksional tiplərinin formalaşmasının dina-
mikası yaranmışdır. Yan Broek (Jan Broek) 
69
 “coğrafi məkan” regional tiplə-
rinin iqtisadi və siyasi  inkişaf səviyyələrini müəyyən edərkən dörd  iri əsas ra-
yon və iki kiçik taksonomik təsnifata bölünməsini təklif etmişdir.  
 
 
 
 
 
 
 
 
Qərb ölkələri                                 Mərkəzi Afrika ölkələri 
Müsəlman ölkələri                        Cənubi-Şərqi Asiya ölkələri 
Cənubi Asiya ölkələri 
Şərqi-Asiya ölkələri 
 
 Yer kürəsində “mədəni”funksional tiplərinin taksonomiyası 
(Yan Broekə görə). 
 
Radikal coğrafiya elmində dinamik elmi təhlillərinin aparılması,  “məkan-
zaman” idealogiyasının mühüm xronoloji mənbələrindən biri də teoloji (dini) 
paradiqmadır. Teololji paradiqma insanın “məkan-zaman” dialektik dövrləş-
məsinin məzmunu və gerçək həyat tərzinin məna çalarlarını özündə birləşdirir.  
                                                            
69
 Broek J.O. M.A. Geoğraphy of  Mankind, Mc Graw-Nill. New York, 2002. 
“Coğrafi məkan” taksonomik  təsnifatı 
    Ən iri regionlar 
   Kiçik regionlar 

Dialektik coğrafiya
 
 
 
77
 
 
“Məkan-zaman” xronologiyasının sistemində XIX əsrin ortalarında Forma-
siyalı, Sivilizasiyalı, XX əsrdə isə Rassonar və s.paradiqmalar gerçək məzmu-
na çevrilmişdir. Elmi mənbələrdə xronoloji tarixi-coğrafi dövrləşmənin komp-
leks təhlilində  və alınan nəticələrinə görə L.Qumilyovun tədqiqatları  aktual 
düşüncə kəsb edir. L.Qumilyovun Rassonar (etnosun inkişafı dinamikası) nə-
zəri ideyası radikal coğrafi araşdırmalarında mühüm mövqeyə malikdir.
70
 
“Məkan-zaman” kontekstində xronoloji təsnifat paradiqmalarının təhlilləri 
göstərir ki, epoxolar müəyyən mərhələyə: qədim dünya orta  əsrlər yeni 
dövr ən yeni dövr sistemlərinə ayrılır. Sonuncu dövrü çıxmaqla əsrlər boyu 
qəbul edilmiş üçlük öz həyat qabiliyyətini saxlamaq imkanında olmuşdur. 
O.Şpenqlerin
71
 “mistik üçlük” adlandırdığı  təsnifatının tarixi baxımdan filo-
soflar tərəfindən (İ.Kant, K.Marks, M.Veber və s.) qəbul edilmişdir. 
“Məkan-zaman” dialektikasının təsnifatında mütləq həqiqətinin dərk edil-
məsi kimi elmi metodoloji mənbəlrdə  xronoloji təsnifat paradiqmalarının 
geniş miqyasda üstünlüyə malikdir.                                                   ▼                                  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                        
 
 
  Xronoloji radikal-tarixi-coğrafi təsnifat paradiqmaları 
 
   
Qeyd etmək məqsədəuyğundur ki, Maltus xronoloji təsnifatda əsas kriteriya 
kimi  əhali artımını,  Ş.Monteskye isə öz tədqiqatlarında coğrafi mühiti və s. 
götürmüşlər.  
                                                            
70
   Qumilyov L.N. Etnogenez və yerin biosferi. Bakı, 2005
71
   Шпенглер О. Закат Европы. Новосибирск.1993. 
Teoloji paradiqma: dövrlənmə 
kriteriyası = İlahi öngörmə 
Tarixi-coğrafi dövrlənmənin ilahi 
iradənin dialektikasının dərk edil-
məsi. 
Formasiyalı paradiqma: dövrlənmə 
kriteriyası = sosial-iqtisadi önəmi 
Cəmiyyətin tarixi inkişaf tipi; ərazi-
istehsal üsulu; dialektik bazis, üstqu-
rum.
 
Sivilizasiyalı paradiqma: dövrlənmə kriteriyası = sosial-mədəni gerçəklik = 
Sivilizasiya – universal tərifi yoxdur. Əsas əlamətləri: coğrafi “məkan-zaman” 
önəmi; insanların həyat tərzinin formalaşması; unikallığı. 
Passionar paradiqma: dövrlənmə kriteriyası = etnosun inkişaf dinamikası 
Etnos-vahid davranış stereotipləri olan, daxili struktura malik insan qrupları. 
Etnosda  əsas hərəkətverici qüvvə passionarlıqdır. Rassionarlıq- ayrı-ayrı insan 
fərqlərin yüksək səviyyəli  məqsədyönlülüyün olması mənasını əhatə
 edir. 

  Ağazeynal A. Qurbanzadə 
 
78 
 
 
Hər bir tədqiqat sahəsi müəyyən “coğrafi 
düşüncə sisteminə” malik olmalıdır və buna 
riayət olunması  həmin tədqiqatın daha elmli 
və daha məqsədyönlü etməyə imkan  yaradır. 
Müasir dövrdə formasiya tipli xronoloji metodologiyaya dair qısman az ol-
sa da müəyyən dərəcədə təhlillər aparılmışdır. Elmi mənbələrdə “köhnəlmiş” 
formasiyalarını sivilizasiya formaları ilə əvəz etməyə üstünlük verirlər.
72
 
 
 
 “Tədqiqat & dayanıqlı inkişaf”ın coğrafiya elmi məntiqi 
 
Eklektik
73
 xarakterli müəyyənlik sistem çərçivəsində coğrafiya elmi tədqi-
qatlarda yanaşmalarının olmasına baxmayaraq, bunların daxilində orjinal, el-
mi-praktiki məzmuna dair nümunələr də mövcuddur. Dəyərli nümunələrinin 
daxilində “tədqiqat & dayanıqlı inkişaf” paradiqmasında ekletik xüsusiyyətinə 
baxmayaraq, o, elmlər sistemində (o cümlədən, coğrafiya elmində) geniş təd-
qiqat dairəsənə malik olan  dialektik konsepsiyalarından biridir. 
Tədqiqatın rasionallığının önəmində dayanıqlı inkişafının dəyərləri tarixi 
proses olmaqla yanaşı, həm də müasirliyi özündə birləşdirir. Müasir dövrün 
revalyusion dəyişiklikləri dayanıqlı inkişafının optimal virtuallığının genişlən-
dirilməsini tələb edir. Bu sahədə sistem tsiklli təhlilin məntiqində ölkənin 
dayanıqlı inkişafını  təmin edən tədqiqat metodlarının vəhdədi kimi fəaliyyət 
göstərir. Odur ki, sistem tsikllərinə əsasən onun elementlərini və bunlar arasın-
dakı dialektik əlaqələri öyrənməklə kifayətlənmək olmaz. Bu halda sistem tsikl-
lərinin dayanıqlığının kompleks formada təhlili daha effektliyi zəruridir. Ümumi 
sistem tsiklli mülahizələrinin nəticələri qabaqcadan söyləməyə imkan verir ki, 
ölkə iqtisadi siyasətinin formalaşması  və  həyata keçirilməsinin praktikasında 
coğrafi biliklərin (coğrafi tskillər təlimi üzrə) istifadəsinə əsaslanmalıdır. 
Konstrukiv “tədqiqat & da-
yanıqlı inkişaf” paradiqmasının 
aparatı ölkənin koordinasiyası-
nın  diversifikasiya strukturunun 
optimallığını önəmə  gətirir.  Bu 
önəm dialektik coğrafiya elminin obyektiv tədqiqatının varlığını özündə  əks 
etdirir. Fikirimizcə, coğrafiya elmi metodologiyasına söykənən tədqiqat (R) və 
dayanıqlı inkişaf (D) paradiqması ölkənin iqtisadi-sosial struktur funksional 
münasibətlərnə konstryktiv yanaşmasının dialektikasıdır.  
Dialektik coğrafi tədqiqatların kontekstində fəaliyyət göstərən R&D para-
diqmasının məntiqində  ərazi-istehsal tsikllin dayanıqlı effektli spektrinin 
müəyyənləşdirilməsindən ibarətdir. Nəzəri coğrafiya elmi tədqiqatlarla məşğul 
                                                            
72
 Ито Ш. Схема для сравнительного исследования цивилизаций. М., 2001. 
73
 Eklektik - bir-birinə zidd əsərlər, ideyalar daxildir. 

Dialektik coğrafiya
 
 
 
79
 
 
olan alimlər XX əsrlərdən başlaraq R&D əlaqələr sistemində müəyyən rasi-
onal fəaliyyətli ideyalar irəli sürmüşlər. Bununla yanaşı tədqiqat (R) və  daya-
nıqlı inkişaf (D) arasında kompleks ideyalarının qarşılıqlı nisbətlərinə söykə-
nən radikal ideyalar da hökmranlıq edir.   
Elmi tədqiqatlarında R&D paradiqmasının morfologiyasının  məntiqinə dair 
ideyalar nəzəri-praktiki cəhətdən önəmlidir.
74
 “Tədqiqat & inkişaf” paradiq-
ması dialektik coğrafiya elminin konseptual tədqiqat sahəsi olmaqla yanaşı, 
həm də iqtisadi-siyasi  xarakter daşıyır. 
Aparılan təhlillərinin metodikasının məntiqinə görə, R&D arasında dialek-
tik vəhdət mövcuddur və tipik nəzəri coğrafi morfoloji qanunauyğunluğuna 
söykənən  müstəqil tədqiqat sahəsidir. Fikirimizcə, R&D paradiqması kodları-
nın rasional təyini = coğrafiya elmi tədqiqat obyektinin fəaliyyətində, onun 
sərhədlərinin daxilində effektli dayanıqlı və optimal mühit  yaradır. 
 
              
 
 
                                            
 
 
 
 
 
 
 “Tədqiqat & Dayanıqlı İnkişaf”  paradiqmasının funksional  kodları 
        
Ümumi məntiqlə yanaşsaq, effektli modernizasiya kodları klassik paradiq-
ma nəzəri baxışlarının əsasında yaranmışdır. Məsələ ondan ibarətdir ki, R&D 
paradiqmasının aparatı klassik nəzəri baxışlara söykənməklə yanaşı, müasir 
nəzəriyyələrdən yaradıcılıqla istifadə edir və iqtisadi-siyasi inkişafının sintezi-
ni aktivləşdirir. Bu səbəbdən də R&D paradiqması kodlarının modernizasiyası 
məqsədli tədqiqat obyektinin tələb və normalara, texnoloji və istehsal sahələri-
nin keyfiyyət parametrlərinə uyğunlaşmasını tələb edir. Bu paradiqmanın key-
fiyyət parametrləri cəmiyyətin ərazi təşkilində önəmli konseptual tədqiqat sa-
həsi hesab edilir.  
                                                            
74
 Berry B.J.L. The Global Economy.İnc.,Englewood Cliffs, 2002; Knox R. The Geography of 
the Word Ekonomy. Arnold, London, 1998; V.Ə.Qasımlı. İqtisadi modernizasiya. Bakı, 2014.      
 
* R&D funksiyasında coğrafi  bilik yaratmaqla 
   tədqiqatın aparılması 
 
* R&D  coğrafi  resurs səfərbərliyi 
 
* R&D  dayanıqlı  strukturlarının yaradılması 
 
* R&D  tədqiqatın  praktika ilə uzlaşdırılması 
 
* R&D  funksiyasında   dayanıqlı innovasiya-     
   ların  tədbiqi 

  Ağazeynal A. Qurbanzadə 
 
80 
 
 
R&D paradiqmasının elmi sistem formasında təhlilinin ideyasının mənbələ-
rinin yaradılması coğrafiya elminin dialektikasında və onun tədqiqat obyekti-
nin öyrənmək məqsədində mühüm mövqeyə malikdir. Coğrafiya elminin təd-
qiqat obyektinə sistem kimi dəyərləndirmək  məqsədində aşağıdakı tələblərini 
ödəməlidir. 
1.
 
 Coğrafiya elminin tədqiqat sistem obyektinin tamlığı müəyyən olunmalıdır. 
2.
 
Sistemin tədqiqat obyektinin  spektri elmi-praktikiya söykənməlidir. 
3.
 
Coğrafi sistem obyektlərinin arasında dialektik əlaqələr olmalıdır. 
4.
 
Sistemin dialektikası innovasiya – texnologiyaların modelinə əsaslanma-
lıdır. 
5.
 
Coğrafi sistemlərin son həddi ölkənin (regionun) strategiyasına ideyalar 
ötürməlidir. 
Coğafiya elminin tədqiqat sistem obyektlərinin formalaşması özünün zəruri 
müxtəlifliyi ilə seçilir. A.X.Mirzəcanzadənin fikri ilə desək = “...elmi prob-
lemləri həll etmək üçün zəruri şərtdən müxtəliflikdən başqa bir çox özgə şərt-
lər də lazımdır: müəyyən bilik səviyyəsi, təfəkkürün dərinliyi və gücü. Bu 
müxtəliflik olmadan tədqiqat öz-özlüyündə nəticəsizdir”. 
                                                                                                                            
       
        
 
 
 
 
 
 
Müxtəliflik sistem tsiklinə əsaslanan R&D effektin spektri müəyyən coğrafi 
strukturlarnın “hərəkətinə”malikdir. Məntiqi önəm ondan ibarətdir ki, struktu-
run “hərəkəti” ölkənin iqtisadi və siyasi dayanıqlığının təminatında mühüm 
mövqe tutur. İnnovasiya tsikllərinin tədbiqi sisteminin müxtəlifliyinin komp-
leksini dəyərləndirir və müəyyən qanunlarla idarə olunur və reallaşır. 
Hər bir ölkə müəyyən resurslara (xammal, insan, kapital və  s.) malikdir  və 
həmin resurslardan istifadə ediməsi və realizasiyası daha məqsədyönliyə ma-
likdir. Bu da təbiidir ki, sənaye ölkələrində sistem müxtəlifindən dayanıqlı və 
elmi  əsaslarla istifadə etdikləri üçün dünyanın “güc” qüvvəsinə çevrilmişlər. 
Odur ki, dayanıqlı sistem müxtəlifliyin elementləririnin öyrənilməsi ilə yanaşı, 
bunlar arasındakı dialektik əlaqələrinə kompleks coğrafi strukturların təhlillə-
rinə üstünlük verilməsi də zəruridir.  
  Mirzəcanzadə A.X.: Mütəffəkir  filosof, intellektual  zəka 
sahibi, tədqiqatları  dünya şöhrətinə  çevrilmişdir.  
Elmi-fəlsəfi konsepsiyaları dünya elm mərkəzlərində qəbul 
olunmuşdur. Mexanika və neft-qaz yataqlarının işlənməsi 
sahəsində elmi praktikasında ilk dəfə təklif etdiyi qanunlar 
və sistemli ideyaları ilə məşhurdur. O, müasir Azərbaycan 
elminin fəxri və onun zivəsidir
.

Dialektik coğrafiya
 
 
 
81
 
 
Coğrafi  təfəkkürə malik olan təd-
qiqatçı, hec vaxt  məntiqsiz  dialek-
tik coğrafiya elm sahibi ola bilməz. 
Bu zəruriyyətə daxildir: coğrafi tədqiqatının mövzu və obyektinin düzgün 
seçilməsi; müəyyən bilik səviyyəsinə malik olmaq; coğrafiya elmi metodların-
dan effektli istifadə edilməsi; ümumiləşdirilmiş konstruktiv məntiqi nəticələri-
nin meydana gəlməsi praktikası və s. məsələlər daxildir.                                                                         
Bu məsələlər R&D coğrafiya elmi tədqiqatlarında aşağıdakı məntiqi sistem 
müxtəlifliyi ilə əlaqədardır: 
 
Məntiqi coğrafiya elmi tədqiqat 
metodunun seçilməsi ilə;  
 
Coğrafi strukturlarının ərazi təşkili 
potensialının diaqnostikası ilə; 
 
Coğrafi məntiqinin əsasında qərar qəbuletməsi ilə və s. 
Məntiqi sistem müxtəlifliyi bütövlük effektinin tədbiqinə əsaslanan coğra-
fiya elmi tədqiqatlarının dayanıqlı inkişaf funksiyasını yerinə yetirə bilər. Sis-
tem alqoritminin formalaşmasında bir çox coğrafi funksiyalarından da istifadə 
etmək olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1   ...   5   6   7   8   9   10   11   12   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə