D İalektik coğrafiYA


Hərəkətverici və korreksiya coğrafi-sistemin effektliyi



Yüklə 3.88 Mb.
Pdf просмотр
səhifə6/28
tarix27.06.2017
ölçüsü3.88 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   28

 
 
Hərəkətverici və korreksiya coğrafi-sistemin effektliyi  
 
Aparılan araşdırmalarının nəticələrinə  əsasən dialektik coğrafiya elminin 
tədqiqat obyektində funksional-sistem differensiyasının dinamik və coxşaxəli   
miqyas çərçivəsini özündə birləşdirir. Məntiqi baxımdan dialektik coğrafiya 
elminin çoxşaxəli nəzəri çərçivəsinin əsasının önəmində = “coğrafi resurs mü-
hitinin potensialı və dayanıqlı inkişaf” = optimal modelinin təşkilinin konsep-
siyasını əhatə edir. 
Təhlil metodlarının (xüsusən optimal metodları) əsas prinsiplərinin nəzərə 
alınması coğrafi-sisteminin resurslarından istifadə edilməsi elmi xarakter kəsb 
edir. Məsələ ondan ibarətdir ki, təhlil metodu konkret elmi aksiomların deyil, 
ehtimallar metodlarının  praktiki fəaliyyətinin tədbiqinə əsaslanır. 
Optimal modelinin təbiətində mövcud olan nisbətlər çox sayda individual 
xarakterlərə və coğrafi çoxxətli dəyişkənliklərinə malikdir. Bunu nəzərə almaq 
şərti ilə çoxxətli dəyişkənliklərini optimal modelindən istifadə etməklə coğra-
fi-sistemin effektliyinin dərəcəsini müəyyən etmək olar. 
Problemə məntiqi yanaşıldıqda hərəkətverici və korreksiya coğrafi-sistem-
lərinin çox mühüm elmi-metodoloji nəticələrinə gəlmək mümkündür. Hər bir 
yanaşmanın özünəməxsus tədqiqat sahəsi və məntiqi izahı vardır. Hərəkətve-
rici coğrafi-sistem = ərazi-istehsal sistemlərini xarakterizə edən taksonomik 

Dialektik coğrafiya
 
 
 
47
 
 
vahidlərini təhlil edir. Fikrimizcə, coğrafi-sistemin struktur aparatının təlimi-
nin coğrafi məkana baxışlarının kompleks inkişafının effektliyi ilə bağlıdır. 
Digər tərəfdən isə bu kompleks inkişafa həm də nəzəri-metodoloji baxımdan 
diqqət yetirilməlidir. Əsas istiqamət ondan ibarətdir ki, coğrafi-sistemin gene-
tik aparatının ümumi cəmiyyətşünaslıq elmi çərçivəsində akademik profilli 
tədqiqat sahəsinə çevrilməsini tələb edir. Bu səbəbdən də konstruktiv ideyala-
rının əsaslandırılmasının məntiqi baxımından dialektik coğrafiya elminin fun-
damental coğrafi-sisteminin hərəkətverici və korreksiya tədqiqat aparatınının 
formalaşmasına dair araşdırılmasını önəmə gətirilməlidir.   
Coğrafiya elminin tədqiqat konsepsiyasına  əsaslanaraq coğrafi sistemin 
aparatı, differensiyasının miqyası, ölçüsü, optimal idarə edilməsi, ilk növbədə 
müxtəlif istiqamətlər müəyyən edilməlidir.     
 
 
                                        
 
 
 
 
 
 
 
 
 
 
 
Coğrafi-sistem anlayışına elmi mənbələrində müxtəlif  baxışlar mövcuddur. 
Təhlillər göstərir ki, problemə dair elmi baxışların arasında müəyyən fərqləri-
nin olmasına baxmayaraq, ümumi mənada coğrafi – sistemlərin təlimi dialek-
tik coğrafiya elmində daim diqqət mərkəzində olmuşdur. Tədqiqat obyekti ki-
mi coğrafi-sistemin öyrənilməsi və praktikası öz funksiyasının mənasına görə 
nəzəri-metodologiyası ilə fərqlənmişdir.
50
 
Elmi baxışlar çərçivəsində coğrafi-sistemin əsas vəzifəsi  dayanıqlı ərazi və 
regional (qlobal) sistem strukturun, keyfiyyət və kəmiyyət səviyyəsinin müəy-
yən edilməsindən ibarətdir. Coğrafi-sistem öz  dialektik xarakterinə uyğun ola-
                                                            
50
 
Пространство циклов (сборник). М., 2007;  Chishjlm M.F.General Systems Theory and 
      Geography. Trans. İ.D.G., 43. 1999. 
 
Nəzəri sistemlər 
 
Funksional sistemlər
Coğrafi məkan sistemi 
Abstrak sistem 
Dinamik sistem
İerarxiya sistem 
Coğrafi diffuziya sistem  
Coğrafi texnoloji sistem 
Ekosistem 
İnfrastruktur 
İnformasiya 
İnnovasiya 
Korreksiya sistemlər 
Hərəkətverici sistemlər 
Coğrafi-sistem aparatı 


  Ağazeynal A. Qurbanzadə 
 
48 
 
 
raq dinamikdir, daima “hərəkətdə”dir. Coğrafi sistemlər ölkənin istehsal  
strukturlarının kompleksli çərçivədə formalaşmasına səbəb olur. 
Coğrafiya elminin tədqiqatlarında coğrafi-sistem həm nəzəri və  həm də 
praktiki cəhətdən kifayət qədər təhlillər olunmamışdır.  Əsas məsələ ondan 
ibarətdir ki, coğrafi-sistemin ritmilik səviyyəsinin təyini, onun diferensiyasının 
meyilləri, tipologiyası  tədqiqat sahəsinə çevrilməsinə diqqət yetirilməlidir. 
Dialektik məna baxımından coğrafiya elminin funksional tipoloji tədqiqat me-
yilləri dayanıqlı inkişafının tipoloji faktoru (hərəkətverici və koreksiya sis-
temləri) mühüm mövqe üstünlüyü ilə fərqlənir. Tipoloji faktorunun əsas elmi 
mövqe üstünlüyünün mahiyyəti – struktur komponentlərinin riyazi-matris 
proqramlaşdırılması ilə ölkənin inkişafının dinamikası,  ərazi resurslarının 
optimal səviyyədə istifadə edilməsi və idarəetmə formalarından ibarətdir. 
Tipoloji dialektik coğrafi-sistemin strateji tədqiqatının parametrlərinin təyi-
ni və funksional təsnifatı konstruktiv məzmuna malikdir. Problemin həlli ilk 
təsnifatda = strateji dayanıqlı inkişafda = baş verən tipoloji sistem dəyişikliklə-
rin proqnozunun məntiqi çərçivəsinin müəyyən edilməsidir. Əsas ideya istiqa-
mət: elmi tədqiqatlarda baş verən keyfiyyət dəyişkənliyinin əhəmiyyətli nəzəri 
və funksional coğrafi-sistemlərinin təsiri mexanizmlərinin müəyyənləşdirilmə-
si və praktiki konsepsiyaya uyğunlaşdırılmasından  ibarət olmasıdir. 
Bununla yanaşı coğrafi-sistem aparatının genetik çərçivəsinin miqyasına 
dair radikal yanaşmalar da mövcuddur. Əsas radikal yanaşma ondan ibarətdir 
ki, dialektik coğrafiya elminin tipoloji aparatının formalaşması miqyasında 
genetik sisteminə geniş diapazonlu əlaqələrinin daxil edilməsindən ibarət 
olmasıdır. Bir qrup alimlər isə genetik tipoloji funksional sfruktur modelinə bir 
mənalı yanaşmırlar. Ümumi formada coğrafiya elminin genetik aparatı, inki-
şafın dialektik ierarxiyasının formalaşma prosesinə  məruz qalması ilə  fərqlə-
nir. Fikrimizcə, dialektik coğrafiya elminin tədqiqat prosesində coğrafi-sistem 
aparatının təyini və elmi-metodoloji parametrlərinə dair müəyyən səviyyələrdə 
araşdırmalara ehtiyac duyulur.  
        
 
Sinergetika və  coğrafiya elmi tədqiqatın çağırışları 
    
Coğrafiya elmi tədiqatının idrak gerçəkliyində özünütəşkil edən çoxfunk-
sional strukturlarının idarə edilməsinin mühüm əhəmiyyəti vardır. Bu sahədə 
özünə geniş məzmun almış sinergetika (lat. “birgə fəaliyyət”) elmi yanaşma-
nın əhəmiyyəti və dialektik mövqeyi vardır. “Senergetika” məfhumu ilk dəfə 
elmə alman tədqiqatçısı G.Haken gətirmişdir. G.Haken sinergetikanı yeni 
“tədqiqat istiqaməti” kimi göstərərək: “Mən bu sahənin ümumi təsvirini ver-

Dialektik coğrafiya
 
 
 
49
 
 
dikdən sonra bu tədqiqat istiqaməti bir qədər başqa şəkildə və müxtəlif adlar 
altında təklif olunmuşdur.” 
51
 
                                           
 
 
                          
         
 
 
 
Coğrafiya elmdə tədqiqatın və onun reallıqları özünütəşkiletmə funksiyala-
rının öyrənilməsində sinergetika elminin bəzi zidiyyətlərinə baxmayaraq, də-
yərlərindən istifadə edilməsi metodoloji məzmuna malikdir. Elmlərin rasional 
ideyalarının birgə  fəaliyyəti ilə coğrafiya elmində  tədqiqatlarının aparılması 
aktual məsələ kimi qəbul olunur. 
Məlumdur ki,sinergetika kompleks
52
 strukturlarının özünütəşkili haqqında 
elmdir. Kompleks təbii-dinamik struktur fonu: (məsələn, təbii zonalar, iqlim 
dəyişkənliyi, istehsal tsikllər) qeyri-xəttidir və  xətti funksiyalarından fərqli 
olaraq ən kiçik dəyişkənlik böyük, gözlənilməz nəticələrə gətirib çıxara bilər. 
Başqa ifadə ilə desək, dinamik  coğrafi kompleklər “zaman-məkan” dəyişkən-
liyinə malik olub, struktur sahələrinin davamlığı ilə fərqlənir. 
Təhlil zamanı G.Hakenin sinergetika təliminə əsaslanaraq dialektik coğrafi-
ya elmi tədqiqatları üçün aşağıdakı önəmli məsələlərinə aydınlıq gətirə bilərik. 
Sinergetik yanaşma tərzi ikin olaraq = “coğrafi mühit–cəmiyyət” vəhdədinin 
reallıqlarını, harmoniyasını və dialektik coğrafiya elminin metodologiyasında 
idrak formalarını aktivləşdirir. İkinicisi, sinergetika – coğrafiya elmində daya-
nıqlı inkişaf kodunun yeni dialoqu, coğrafiya elmi təliminin kompleks idarə-
edilməsi üsuludur. Məsələ ondan ibarətdir ki, coğrafiya elmi tədqiqatlarda si-
nergetik metodologiya müxtəlif elmlərin tədqiqatlarının birləşdirilməsindən 
deyil, qlobal məzmunlu sintetik elmi mənbələrindən tədqiqat prosesində 
kompleks istifadə edilməsindən ibarətdir. Üçünçü isə coğrafiya elmi mənbələ-
rində biliklərin dərk edilməsində elmlərin differensiyası təlimi tədqiqatçıların 
nəzərindən yayılmış, yeni bir metodoloji yanaşmalarının sinergetika elminin 
vasitəsilə fəallıq göstərir. 
                                                            
51
   Г.Хакен. Тайны природы. М., 2003
52
  Cинергетическая парадигма. М., 2002. 
   G. Haken: alman, nəzəri  fizika alimi  
   Sinergetika elminin banisidir.  Elmlərarası siste-
min birgə fəaliyyəti ilə elmin  idarəedilməsi prob-
lemlərini əsaslandırmışdır.

  Ağazeynal A. Qurbanzadə 
 
50 
 
 
Bu baxımdan coğrafiya elminin sinergetik baxışları müxtəlif elmlərin (fizi-
ka, geologiya, riyaziyyat, iqtisadiyyat, sosialogiya, kibernetika və s.) sərhədlə-
ri deyil, onların ideya mənbələrinin vəhdətindən istifadə etməklə formalaşmış-
dır. Buna görə də sinergetikanın ümumi təlimlərindən coğrafiya elmi mənbələ-
rində metodoloji əsas kimi istifadə edilməsi məqsədəuyğundur. 
Sinergetika elmi ilə coğrafiya elmi arasında dayanıqlı bir ritmik mühit möv-
cuddur. Coğrafi məkanda formalaşan özünütəşkiletmə funksiyalarının qanuna-
uyğunluqlarının sinergetika təlimi ilə öyrənilməsini düzgün yol hesab edirik. 
Coğrafiya elmində istifadə edilə bilən məsələlərindən biri də sinergetikanın 
elmi-metodoloji və nəzəri ideyalarının praktikasının gerçəklikləridir. 
Coğrafiya elminin ilkin tədqiqat mənbəyində ərazi sistemlərin olduğunu nə-
zərə alsaq, o zaman sinergetikanın coğrafi obyektlərinin komplekslilik struk-
turlarının dinamikası və onun ərazi təşkiliinin nəzəri praktiki istiqamətləri da-
ha effektli sayılır. Sinergetikanın təliminə uyğun olaraq coğrafi məkanda dina-
mik-sistem proseslərini aşağıdakı kimi dərk edilməsi mümkündür : 

 
coğrafiya elmi tədqiqat obyektinin təhlilində dinamik proseslərinin dia-
lektik vəhtədindən ibarətdir; 

 
coğrafi məkanda dinamik sistemlər qeyri-bərabərdir; 

 
dinamik inkişaf coğrafi məkanda kəmiyyət-keyfiyyət dəyişikliklərinin da-
vamlı olaraq baş verməsi xarakterikdir. 
Yuxarıdakı mülahizələrini nəzərə alaraq, coğrafiya elminin metodoloji ana-
tomiyasının mənbəyi üçün mühüm cəhətlərini də göstərə bilərik. Sinergetika –
coğrafiya elminin konstruktiv tədqiqatlarının aparılmasında struktur harmo-
niya yaradır. “Coğrafi mühit-cəmiyyət” in dialektikasında real baxışlar siste-
mini gerçəkləşdirir və coğrafi məkan funksional strukturnun optimal səviyyə-
sini tamamlayır. 
Mühüm məsələlərindən biri də sinergetikanın elmi mənbələri coğrafiya 
elmi üçün yeni tipli metodologiya kimi faydalıdır. Bu metodologiya təbiət və 
cəmiyyətdə baş verən proseslərlə ərazi sistemlərinin arasında dialoq yaratmaq 
qabiliyyətinə malikdir. Praktiki olaraq sinergetika elmi dəyərlərin keyfiyyət 
metodologiyası dialektik coğrafiya elmi baxışlarının empirik və nəzəri biliklər 
sisteminin əhatə dairəsini genişləndirməsinə imkanlar yaradır. 
Coğrafiya elmi idrakın forması, biliyin sistemli təşkili və məntiqi ardıcılı-
ğını əks etdirilməsində sinergetika elminin əsaslarına söykənməlidir. Dialektik 
əsaslara söykənən elmlər sistemində coğrafiya elminin özünəməxsus sinerge-
tik baxışlar sisteminə malikdir. Məntiqi olaraq coğrafiya və sinergetika meto-
doloji cəhətdən bir-birinə dilalektik əlaqələrlə bağlıdır. Onların genetik fərqi 
ondan ibarətdir ki, coğrafiya elminin əsasını  “ərazi sistemlər-enerji-dəyiş-

Dialektik coğrafiya
 
 
 
51
 
 
kənlik” kodu, sinergetikanın nüvəsində isə sistemin əlaqəsinin xaos vasitəsilə 
formalaşdıran “xaos–nizam” kodu   mövcuddur 
Coğrafiya elmi təfəkkürün klassik baxımından  ərazi sistemlərin qeyri–ta-
razlıq vəziyyətlərinə üzün bir dövr ərzində neqativ hal kimi qəbul edilirdi. Mü-
rəkkəb ərazi sistemlərə klassik zəkanın təsnifatında xarici təbii hadisələrin nə-
ticəsinin sxeminə  xətti xaraketerinin formasında dərk edilməsi coğrafiya el-
mində aktuallıq kəsb edirdi. Ərazi strukturlara (obyektlərə) klassik yanaşma 
ilə müqayisədə coğrafi sinergetika hadisə  və proseslərə qeyri–xətti, yeni ra-
kursdan dərk etməyə imkanlarının yaratmaq funksiyasına malikdir. 
     
 
          
       
 
           
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

  Ağazeynal A. Qurbanzadə 
 
52 
 
 
 
Üçünçü önəm              
Coğrafiiqtisadi elmi təfəkkürün rasionallığı
  
 
 
 
 
 
 
 
 
“Coğrafi - iqtisadi təfəkkür”  elmi tədqiqat anlayışın mədəniyyəti 
 
Coğrafi-iqtisadi elmi tədqiqat mədəniyyəti: coğrafi model funksiaları  və 
davranışları ilə fərqlənən radikal institusional dialektik ərazi və iqtisadi biliklər 
sistemini özündə birləşdirir. Radikal ərazi-iqtisadi model sistemləri nəzəri və 
praktiki təsnifatda biri digərindən tədqiqat obyektininin fərqlənməsinə baxma-
yaraq, məntiqi olaraq vahid ümumi coğrafiya elminin tədqiqat sahəsi kimi 
fəaliyyət göstərir. Dialektik coğrafiya elminin çoxsaylı tədqiqat variantlarının 
müxtəlifliyinə baxmayaraq, məsələyə konstruktiv formada yanaşsaq coğrafi-
iqtisadi tsiklinin tədqiqat obyektində ərazi (coğrafi) resurslarının konteksti və 
sektorial iqtisadi bölgüsü əsas parametr kimi qəbul edilir. 
Ərazi resurs tsiklinin dialektikasını  təhlil etmədən, onun potensial imkan-
larının təyinatına yönəldilən ideyalara söykənmədən iqtisadi dayanıqlı inkişafa 
nail olmaq imkanı məhdud formaya çevrilə bilər. Coğrafi-iqtisadi təvəkkürün 
fonunda: nəzəri və praktiki əsaslarla ərazi resursların potensialının təyinatında  
iqtisadi tədqiqat mədəniyyətinin ərazi təşkilinin formaları və optimallığının ra-
sional parametrləri meydana gəlir. Bu səbəbdən də iqtisadi inkişafın sektorial 
təsnifatını gerçəkləşdirə bilən “coğrafi-iqtisadi təvəkkür” anlayışına yeni priz-
madan, radikal çağrışlara ehtiyacı duyulur. 
Coğrafiya elminin nəzəri və metodoloji reallıqlarına uyğun iqtisadi tədqiqat 
mədəniyyəti = ilkin olaraq konseptual coğrafi & iqtisadi dialektik funksiyanal 
əlaqələrinin diverensiyasının mənbələrinə söykənərkən optimallığının artırıl-
masına səbəb olur və nəticədə isə ölkənin şoxfunksional struktur formalarının 
effektliyini təmin edir. Nəzəri-metodoloji yanaşma mədəniyyətinə söykənən 
coğrafiya və iqtisadiyyat elmlərin özünəməxsus idrak formalarının uzlaşması 
ilə yanaşı, hər bir ölkənin ərazi- istehsal sahələrinin idarəedilməsi və  optimal 
səviyyədə təşkilinə nəzərə alsaq, o zaman aparılan kompleks araşdırmalar sə-
mərə vermək iqtidarına malik olması üzrə  fərqlənir. Məntiqi nəticə ondan 
ibarətdir ki, coğrafi obyektləri idarə etməklə onun nəzəri & tədbiqi ideyaları-

Dialektik coğrafiya
 
 
 
53
 
 
nın miqyasının həllinə çevirə bilən rasional metodlarının tədbiqi effektliyinin 
önəmə gətirilməsi ilə yekunlaşır.
53
 
Coğrafiya elmi tədqiqat mədəniyyətinin metodoloji baxış fələsəfəsinə radi-
kal yanaşmaq ideyasına  əsaslanmaq lazımdır. Fikrimizcə, ideya istiqamət 
onunla izah olunur ki, coğrafiya elminin metodoloji baxış fəlsəfəsinin əsasını 
“coğrafi zaman & coğrafi məkan”, “dayanıqlı inkişaf & ərazi-istehsal tsikl”in  
dialektikasını əhatə etməklə  yeni elmi məzmun kəsb etməsidir.  
Coğrafi-iqtisadi tədqiqat çağrışının” coğrafi zaman & coğrafi məkan” diffe-
rensiyasının dialektik idarəetmə mədəniyyətinin obyektivliyinin ümumi iqtisa-
di-sosial inkişafının qanunauyğunluqları ilə bağlıdır. Praktika göstərir ki, hər 
bir ölkənin (regionun) coğrafi-iqtisadi tədqiqat mədəniyyətnin əsasında yaradı-
lan kompleks proqramlarının tətbiqi, obyektiv strateji məqsədlərə nail olamaq 
imkanına malik olur. Ona görə də bir məna yanaşma: “dayanıqlı inkişaf & əra-
zi-istehsal tsikl” coğrafi-iqtisadi idarəetmə  mədəniyyət təfəkkürünün konsep-
tual və struktur hərəkətinin praktiki dəyişdirilməsi inkişaf etmiş ölkələrinin 
yaranmasına səbəb olan faktorlarından sayılır. 
 
 
 
 
  
 
 
 
 
Coğrafi-iqtisadi elmi mədəniyyət çərçivəsinin sərhəddi = dialektik “coğrafi 
məkan & dayanıqlı iqtisadi inkişaf” oxu boyunca ardıcıllıq və dinamik trans-
formasiyanın tsiklli strukturun mövqeyini nümayiş etdirir. “Coğrafi məkan & 
dayanıqlı iqtisadi inkişaf” dialektikasının sərhəddinin təyinində coğrafi-iqtisa-
di elmi mədəniyyətini öyrənmədən və onun elmi-praktiki mahiyyətini dərk et-
mədən ümumi inkişafa  nail olmaq qeyri-mümkündür. 
Coğrafi-iqtisadi mədəniyyətin sərhədinin təsir funksiyası çoxvariantlı oldu-
ğu üçün hadisə və proseslərə konstruktiv yanaşmasını tələb edir. Məsələnin el-
mi mahiyyəti ondan ibarətdir ki, coğrafi-iqtisadi təvəkkürün  ərazi & istehsal 
struktur kompleksinin dialektik əsaslarını tədqiq edən elmlər sistemi daha ak-
tual məsələrinini tədqiq edir. Buna görədə, iqtisadiyyat elmi təvəkkür ilə coğ-
                                                            
53
 A.A.Qurbanzadə. Regionalogiya. Bakı, 2013. 
  Coğrafi-iqtisadi yanaşma mədəniyyəti
Ərazi resursun kompleks  
mənimsəməsinin təyinatı 
Coğrafi-iqtisadi çoxvariantlı 
praktiki  dialektik yanaşma 
Coğrafi tədqiqatlara söykənən 
iqtisadi elmi yanaşmasının təlimi 

  Ağazeynal A. Qurbanzadə 
 
54 
 
 
rafiya elmi təvəkkür arasında özünəməxsus məntiqi tədqiqatın mədəniyyət 
fərqləri mövcuddur. 
Bu məqsədlə aşağıda göstərilən müəyyən səviyyə çərçivəsində terminoloji 
təsnifatının məqsədyömlü  əsasla  coğrafi-iqtisadi təvəkkürün  fərqli cəhətlə-
rinə aydınlıq gətirilməsini məqsədəuyğun sayırıq. 
 
 
 
 
 
     
 
 
 
 
 
Yuxarıda göstərilən ideya yanaşmasının məntiqi ondan ibarətdir ki,  ümumi  
inkişafa doğru aparılan coğrafi və iqtisadi tədqiqatlar sisteminin oxu istiqaməti 
daha effektli və optimal sayılır. Optimallıq səviyyəsinin  əsasında coğrafi-iq-
tisadi tədqiqat mədəniyyətinin önündə ölkənin  praktiki-strateji reallıqlarının  
vəhdətini özündə ehtiva edir. Məsələ ondan ibaraətdir ki, bu vəhdət ölkənin iq-
tisadi-sosial strukturunun kompleks ərazi təşkili formalarının müəyyənliliyin-
də aktivlik nümayiş etdirir. Bu səbəbdən də, coğrafi-iqtisadi təvəkkürə  əsas-
lanan hər bir ölkənin (regionun) iqtisadi inkişafının strategiyasına, ərazi təşki-
linin dayanıqlı formalaşmasına, potensial imkanlarının artırılmasına doğru 
məqsədinə xidmət edir.  
Müxtəlif istiqamətli elmi tədqiqatlarla yanaşı, peşəkar kreativ resurs poten-
sialının hazırlığının hesabına ölkənin dayanıqlı iqtisadi-sosial və siyasi inkişa-
fına nail olmaq məqsədi üçün daha effektlidir. Önəm ondan ibarətdir ki, təd-
qiqat “texnologiyası”metodunun “tələb & təklif” sisteminə uyğun gələn coğra-
fiya elmi təfəkkür ilə iqtisadi tədqiqatlarının uzlaşması nəticəsində ölkənin po-
tensial imkanlarına geniş miqyasda effektli mühitinin artırılmasını  tələb edir. 
“Tələb & təklif” tədqiqata söykənən istehsalın  ərazi təşkili və idarəedilməsi 
məntiqinə uyğun olaraq yeni iqtisadi-sosial nəticələrinin alınmasına imkan ve-
rən coğrafi və iqtisadi resurs mənbəyindən kompleks (klasterial) məzmunda 
istifadə edilməsi hər bir ölkənin (regionun) əsas məqsədlərindən sayılır. 
Coğrafiya elminin metodologiyasında empirik və konseptual tədqiqatlar 
üçün coğrafi-iqtisadi təvəkkür müstəsna əhəmiyyətə malikdir. Problemin həlli 
Coğrafi-iqtisadi təvəkkür: coğrafi obyektlərinin effektli konstruksiyasına, 
strateji layihələrinin hazirlanmasının optimal variantlarının yaradılmasına 
Coğrafi-iqtisadi təvəkkür: təbii 
resurs potensialının kompleksi-
nin dayanıqlı istifadə edilməsi-
ninin kodunu müəyyənləşdirir. 
 
“Səbəb & nəticə”, “zaman & məkan” kon-
tekstində dayanıqlı  təkamül bir anlayış  və 
imperativ ideya fonunun gerçəkliyi coğrafi-
iqtisadi təvəkkürun sahəsində yeniləşir və 
tamamlanır.  

Dialektik coğrafiya
 
 
 
55
 
 
onunla ölçülür ki, coğrafiya elmi təfəkkür tədqiqatın optimal səviyyəsində 
reallıqları müəyyənləşir və onun “təbii resurs-istehsal “sferası həcmində ölkə-
nin “güc qüvvəsi”ni hərəkətə gətirir. Coğrafi tədqiqatının nəzəri nəticələrinin 
məzmununu  əhatə edən elmi təfəkkür xaotik formada deyil, məsələyə konst-
ruktiv yanaşma tərzini, qarşıya qoyulan ideyaları düzgün dərk etməyi və on-
ların ərazi təşkilinin praktiki yollarına aydınlıq gətirməkdən ibarətdir. Məntiqi 
olaraq, coğrafiya elmi idrakının rasional metodologiyasına söykənməklə ölkə-
nin iqtisadi əsaslarla idarəedilməsində “təbii resurs-istehsal” sferası  fəallıq 
göstərir.  
Coğrafiya elmi təvəkkürün yanaşma tərzinin məzmun və struktur fəlsəfəsi-
nin  ilkin iqtisadi təhlili onun elə komponenentlərini aşkara çıxarmağa imkan 
verir ki, bu komponentlər yalnız müəyyən bir subyektin deyil, eləcə  də  təd-
qiqat obyektin “enerji tutumu”nu müəyyən edir. Bu səbəbdən də coğrafi elmi 
idrak təlimində “enerji tutumun”un metodunun seçilməsi ilkin olaraq coğrafi 
tədqiqat obyektinnin xarakteri ilə  səciyyələndirilməlidir. Məsələnin məntiqi 
səlisliyi onunla ölçülür ki, hər bir tədqiqat sahəsinin “enerji tutumu”ilə təhlil 
edilən elmin obyekti özünün tədqiqat “texnologiyası”nın, elmi yanaşma təh-
lillərinin məxsusi metodikasının tədbiqini tələb edir. Önəm ondan ibarətdir ki, 
tədqiqat “texnologiyası” metodunun tələbinə uyğun gələn coğrafiya elmi təd-
qiqat  ilə iqtisadi  tədqiqatların birgə, kompleks şəkildə aparılmasının effekt-
liyini  tələb edir. 
 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə