D İalektik coğrafiYA



Yüklə 3.88 Mb.
Pdf просмотр
səhifə4/28
tarix27.06.2017
ölçüsü3.88 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   28

  Ağazeynal A. Qurbanzadə 
 
28 
 
 
Elmi tədqiatlarda dayanıqlı sistem tsiklinin coğrafi  əsaslarına dair mənbə-
lərinin olmasına baxmayaraq, onun tamlığını əhatə edən coğrafi araşdırmalar 
yetərincə  təhlil olunmamışdır. Məntiqi yanaşma ondan ibarətdir ki, sistem 
tsikli inkişaf ilkin olaraq = ölkənin iqtisadi, sosial və siyasi həyat tərzini hərə-
kətə  gətirir, ritmik olaraq funksional effektliyinin artırılmasına perspektivlər 
açır. Məsələ onunla ölçülür ki, ölkə daxilində iqtisadi-sosial və siyasi sistem 
tsikllərinin arasında tarazlıqlarının pozulması nəticəsində yaranan problemləri-
nin bərpası üçün  uzun dövr tələb olunur. 
Elmi mənbələrinin təhlil və proqnozlarının “tarixi-zaman” fəlsəfəsinin kon-
tekstində rasional idrak məzmununa dair problemlər tarixən tədqiqatçıların 
diqqət mərkəzində olmuçdur. Problemə dair L.Qrinin
31
 “tarixi-zaman”  kon-
tekstində riyazi modelləri sistemli tsiklli inkişafının formalaşmasında mühüm 
əhəmiyyət kəsb etmişdir. Onun “təkrarlan tsikllər” konsepsiyası coğrafiya el-
minin dialektikasında istifadə edilməsi önəmli mənbələrdən biri kimi praktiki 
mahiyyət daşıyır.  
Tsiklləşmənin  əsas ideya istiqaməti ondan ibarətdir ki, coğrafi obyektinin 
strukturlaşması prosesində iqtisadi-sosial və siyasi sistemində keyfiyyət tsiklli 
dəyişkənliyi baş verir. Elmi təhlil baxımdan reallıq ondan ibarətdir ki, tsiklli 
dəyişkənlik səbəbindən, digər struktur sahələrinin dövrü olaraq dəyişilməsinə 
səbəb olur. Məntiqi önəm onunla izah edilir: coğrafi struktur sahələr “tarixi-
zaman” etibarı ilə tsiklli (təkrarlanma) xarakterə malikdir; hər bir coğrafi 
strukturun zaman məsafəsi və kombinasiyaları arasında sabit riyazi tənasüblük 
mövcuddur. Elmi dəyər ondan ibarətdir ki, coğrafi struktur tsikllər - dayanıqlı 
“coğrafi mühit-istehsal” kompleks modelinin çərçivəsini tamamlayır. 
Coğrafiya elminin formalaşmasında, konstruktiv ərazi-istehsal kompleksi-
nin tədqiqatlarına dair N.Kolosovski
32
 və Y.Sauşkinin
33
 (Moskva Dövlət Uni-
versiteti) xidmətləri çox böyükdir. Bu xidmətlərə görə də “Kolosovski coğrafi-
ya elmi məktəbi”, “Sauşkin coğrafiya  elmi məktəbi” fəaliyyət göstərir.                                                 
 
                                                                                             
 
 
 
 
                                                            
31
 Гринин Л. Периодизация история: Теоретико-математический анализ. М., 2006. 
32
 Колосовский Н.Н.Научные проблемы географии //Вопросы географии.1955, № 37. 
33
 Саушкин Ю.Г. Географическая наука в прошлом, настоящем, будущем. М.,1980.
 
  N.N.Kolosovski:  
  İqtisadi rayonlaşma aparatına, sənaye coğrafiya elminin nə-
zəri-praktiki problemlərinin tədqiqinə dair kompleks ideyalar 
irəli sürmüşdür. “Ərazi-istehsal kompleks”, “enerji-istehsal 
tsikllər” konsepsiyasının əsasını yaradanlardan biridir.
 

Dialektik coğrafiya
 
 
 
29
 
 
N.N.Kolosovskinin coğrafi ideyalarının  əsasında Ural-Kuznesk kombinatı, 
Trans Sibir dəmir yolu, Sibir regionunda bir sıra sənaye komplekslərinin təşki-
linə dair lahiyələrinin praktikası  həyata keçirilmişdir. Bu mənada N.N.Kolo-
sovski tədbiqi coğrafiya elminin baniləindən sayılır. “Kolosovski elmi məktəbi” 
müasir coğrafiya elmi təfəkkürünün formalaşmasında xüsusi mövqeyi vardır.  
N.Kolosovskinin eneriji istehsal tsikllər nəzəri baxışları ümumi coğrafiya 
elminin davamlı  tədqiqatları sahəsində bütün dövrlərdə öz aktuallığını saxla-
maqdadır. Onun coğrafiya elmi baxışları  və praktikası  nəyinki Rusiya elmi 
üçün, eləcə də qloballaşan coğrafi təqiqatlarının kompleksliyinə yönəldilən el-
mi məktəblərdə metodoloji əsas kimi istifadə edilir. 
Ümumi nəticə ondan ibarətdir ki, N.N.Kolosovski ərazi-istehsal kompleksi-
nin təsiri nəticəsində sənaye rayonlarının əmələ gətirən strukturlarının forma-
laşması və ərazi təşkili problemlərinin coğrafiyasını önəmə gətirmiş və prak-
tiki cəhətdən əsaslandırmışdır.                                                                                          
    
                              
    
 
 
 
 
 
 
Dialektik məna baxımından coğrafiya elminin konstruktiv tədqiqat mənbə-
ləri və dayanıqlı təhlilləri faktoru mühüm mövqe üstünlüyü ilə fərqlənir. Coğ-
rafiya elminin genetik aparatının modernizasiyasında kompleks yanaşma, in-
novasiya və məntiqi funksional strukturların təhlilinə dair tədqiqatlar üstünlük 
təşkil edir.
34
  
Dayanıqlı inkişafa malik olan coğrafiya elmi tədqiqatlarının innovasiya xə-
ritəsinin miqyasına görə fiunksional strukturun ərazi təşkili formalarına üstün-
lük verilməsi ilə fərqlənirlər.  
Aparılan tədqiqatlarının gerçəkliklərində  məqsədi dayanıqlı kompleks-is-
tehsal differensiyasının təşkili və idarəolunmasının dialektik fonunun kons-
truktiv meyillərinin müəyyən edilməsindən ibarətdir. Coğrafiya elmi aparatın-
                                                            
34
  Blij H.J. Geography: Regions and Concepts. J.Wiley and Sons. New York,1981. 
    Ackerman  E.A. Geography as a Fundamental Research Discipline. Chicago,1989. 
    Бабурин В.Л. Эволюционная  геогафия. М., 2006.      
  Y.Q. Sauşkin:  
  Ümumi  coğrafiya elminin nəzəri-metodologiyasına dair tədqi-
qatları fundamental məsələlərinin təhlilində əhəmiyyət kəsb edir. 
Coğrafiya elminin konstruktiv sintezinin kompleks yanaşmasına 
dair ideyaları iqtisadi-sosial coğrafiya elm məktəblərində geniş 
miqyasda istifadə edilir. Tədqiqatlarında ümumi (vahid) coğra-
fiya elminin modernizasiyasına üstünlük vermişdir.
 

  Ağazeynal A. Qurbanzadə 
 
30 
 
 
da rasional idrakın dialektikası fonunda differensiyasının məntiqi təhlilləri 
əsas kimi götürülür.   
     
   
                                                                
                                                   
 
 
 
 
 
 
 
 
Problemə rasional idrakla yanaşsaq, hər bir yanaşmanın özünəməxsus təd-
qiqat sahəsi və məntiqi coğrafiya elmi istiqamətində izahı vardır.   
Tarixən bəşəriyyətin nəzəri ideya dəyərlərinin ilk məntiq nəzəriyyəsi Aris-
totelin məntiqi hesab edilir. Aristotelinin binar (binar-ikili deməkdir) məntiqi 
elmi dəyərlərinin ilkin və üzünmüddətli praktiki əhəmiyyət kəsb etmişdir. 
Təhlillər göstərir ki, bu məntiq - öz məzmununa görə  xətti nəzəri baxışların  
dialektikasını özündə birləşdirməklə elmlər sistemində yeni nəzəri-metodoloji 
və praktiki formalarının meydana gəlməsinə səbəb olmuşdur. Aristotelin binar 
məntiqi anlayışların kəmiyyət dərəcəsinə toxunmadan, onların yalnız bir key-
fiyyət halını qəbul etməsi ilə fərqlənir.  
Ümumi olaraq Aristotel məntiqi ilə Lütfi Zadə məntiqi arasında bir sıra kəs-
kin fərqə baxmayaraq hər iki məntiq nəzəriyyəsi həqiqətdir. Deməli, dünya ey-
ni zamanda həm xətti, həm də qeyri-xəttidir. Xətti dünyanın qanunauyğunluq-
ları klassik rasionallıqda, qeyri-xətti dünyanın qanunauyğunluqları isə qeyri-
klassik rasionallıqda öyrənilir.  
Məsələn, qeyri-səlis məntiq nəzəriyyəsinə görə, coğrafi mühit anlayışı qu-
ruluşca amorf olmayıb, müxtəlif funksiyalara görə təsnif edilə bilər. Məlumdur 
ki, eyni bir anlayış həm müxtəlif məna çalarlarına, həm də müxtəlif şiddətlən-
dirmə  dərəcələrinə malik ola bilər. Beynəlxalq Coğrafiya  İttifaqı qeyri-səlis 
məntiq gerçəkliyi önəmində çağrılan konqreslərində müzakirə edilən və dia-
lektik ideyaya söykənən coğrafiya elmi tədqiqat mövzularına konstruktiv ya-
naşılır:                                        
 
 
Coğrafiya elminin aparatında dialektik sintez əlaqələrinin differensiyası 
Funksional strukturlarının coğrafi obyektlərinin ritmik inkişafının differensiyası 
Coğrafi  obyektlərinin ərazi təşkili və dayanıqlı inkişafının differensiyası 
Rasional coğrafi idrakın dialektikası fonunda  differensiyası 

Dialektik coğrafiya
 
 
 
31
 
 
İDEYA 
▼ 
Ərazi: coğrafiya elminin tədqiqat obyektidir 
▼ 
Coğrafiya və tədbiqi elmlər 
▼ 
Texnologiya və coğrafiya 
▼ 
İnvestisiya-innovasiya və cöğrafiya 
▼ 
Qloballaşma  mühiti və coğrafiya və s
 
L.Zadə  məntiqinin ideyalarına söykənən “coğrafi məkan modeli”, “isteh-
salın dayanıqlı modeli”, “coğrafi informasiya modeli” və s. modellərinin tədbi-
qi xarakter alması nəticəsində yeni coğrafiya elmi dialektik təlimə çevrilmiş-
dir. Müasir coğrafiya elminin qeyri-səlis məntiq nəzəriyyəsinin tədbiqi önə-
mində rasional “ideal” modellərinin elmi-praktikası hər bir ölkənin (regionun) 
inkişafı üçün  strateji mahiyyət daşıya bilər.  
Rasional “ideal” modellər – dayanıqlı inkişafın funksional anatomiyasını 
yaradır, onun qeyri-xətti təffəkürü fonunda coğrafiya elminin dialektik mövqe-
yinin optimallıq səviyyəsini aktivləşdirir. Bu önəmdə coğrafi tədqiqat obyek-
tinin gerçəkliyi xəttinin funksinallığında alınan nəticələr reallığa çevrilir.  
 
L.Zadə 1921-ci ildə Bakı  şəhərində anadan olmuş-
dur. Hazirda L.Zadə Soff Computing mərkəzinin rəhbə-
ridir. L.Zadə fundamental elmi nəzəriyyələr təklif etmiş-
dir. ABŞ-ın Berkli şəhərində Zadə adına  İnformasiya 
Texnologiyası    İnsitutu yaradılmışdır. L.Zadənin elmdə 
Z-çevirmə kimi tanınan tədqiqat işi diskret və  rəqəmli 
idarəetmə informasiya və kommunikasiya sistemlərinin 
yaradılmasının  əsasını qoymuş funtamental elmi-prak-
tiki nəzəriyyədir. 
L.Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi elmi-praktiki əhəmiyyətinə görə 
dünya  şöhrətinə malikdir. Elmdə bu nəzəriyyə  təbiətdə  və  cəmiyyətdə gedən 
proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaratdı. 
Alimin Soft Computinq nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, 
genetik alqoritlər, xaos nəzəriyyəsi və ehtimal nəticə çıxarma paradiqmilərinin 
intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsa-

  Ağazeynal A. Qurbanzadə 
 
32 
 
 
   Ölçmənin  əsasən üç tendenaiyası möv-
cuddur. 
sını təşkil edir. Onun təəsürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm 
haqqında tez və dolğun informasiya almaq üsullarını verir. 
 
Müasir coğrafiya elmi tədqiqatların fəlsəfəsində L.Zadə məntiqinin reallıq-
larına söykənməsi daha çox praktiki effekt yarada bilər. Xüsusən, qloballaşan 
coğrafi mühitin yaratığı reallıqlarının kompleksliyi hər bir ölkənin dayanıqlı 
və şaxələnmiş struktur sahələrinin optimallığının səviyyə göstəricilərinin təyi-
nində L.Zadə  məntiqi faydalıdır.  Şaxələnmiş istehsal modellərinin qurulması 
və onların gerçəkliyi qeyri-səlis məntiq nəzəriyyəsində daha çox sərbəstlik 
nümayiş etdirir.  
 
 
Coğrafiya elmi idrakın empirik-nəzəri kodları 
 
Coğrafiya elmi idrakın ən ümumi nəzəri-praktiki fəaliyyətinin formalaşma-
sında empirik-nəzəri kodları dinamikdir,o cümlədən həssaslıdır. Məsələ onun-
la ölşülür ki,coğrafiya elminin ümumi qanunauyğunluqları dialektik məntiqə 
söykənir və bu məntiqin nəticəsi isə coğrafi tədqiqatların nəzəri-metodoloji 
fəaliyyətininin əsasında formula edilir.  
Coğrafiya elminin idrakın em-
pirik-nəzəri kodların  funksiyasın-
da ölçmə - mühüm metodoloji və 
praktiki əhəmiyyət kəsb edir.
35
 Coğrafiya elmi biliyinin formalaşmasında ölç-
mə haqqında təsəvvürlərin yaranması tarixi bir funksional texnoloji prosesinin 
nəticəsidir. 
Birincisi - Pifaqor konsepsiyası hesab edilir. Pifaqor konsepsiyasına əsasən 
qədim  dövrlərdə (e.ə. VI-V əsrlər)  suvarma sistemlərin yaradılmasında, şəhər 
memarlığında və s. riyazi üsullarla ölçmə proseslərini inkişaf etdirmişlərÖlç-
mə haqqında ilkin mənbələr qədim misirlilərin memarlıqda istifadə etdikləri 
modulyarın nəzəri baxışlarından götürülmüşdür. Sonrakı dövrlərdə bu nəzəri 
baxışlar Pifaqor məkətinin nümayəndəlri tərəfindən inkişaf etdirilmişdir. 
İkinci ölçmə tendensiyası – ölçmə metodunun məntiqi konsepsiyası adlanır. 
Bu  qədim dövrdən XIX əsrin sonlarına qədərki mərhələni əhatə edir.  
Üçünçü ölçmə tendensiyası isə XIX əsrin sonundən başlayaraq müasir döv-
rə qədəri əhatə edən zaman kəsiyinin texnoloji funksiyalarını özündə birləşdi-
                                                            
35
 “Ölçmə” verilmiş kəmiyyətin müqayisə vahidi kimi qəbul edilmiş kəmiyyətlə fiziki ekspe-
riment yolu  ilə müqayisədən ibarət idrak prosesidir. Coğrafiya elminin dialektikasının bü-
tün inkişaf  mərhələlərində əsas kodlarından biri də ölçmənin əsaslandırılması hesab edilir. 

Dialektik coğrafiya
 
 
 
33
 
 
rir. Bu dövrlərdə eksperimental coğrafiya elmi tədqiqatların nəzəri baxışlararın 
effektliyinin yoxlanılması ölçmənin keyfiyyətnidən çox asılı olaraq funksional 
informasiya təhlilləri aparlmışdır. Müasir ölçmə probleminin reallaşmasının 
tələblərinə verilən cavablar metokartoqrafiya, kvalimetriyanın inkişafı üçün 
mühüm praktiki əhəmiyyəti vardır. Kvalimetriyanın coğrafi idrak prosesində 
əldə edilmiş informasiyaların keyfiyyətinin, onların nə dərəcədə fərqlənməsi-
nin ölçülməsi məsələsi bu elm tərəfindən reallaşdırılır. 
Elmi tədqiqatlarda  eksperiment metodlarından geniş stifadə edilir. Nəzəri 
fikir  tarixində
36
 empirik - eksperiment (nəzəri - praktiki) metodunun  əsasını 
F. Bakon tərəfindən irəli sürülmüşdür. 
                                                                                                             
 
 
 
 
 
 
 
Müasir dövrdə coğrafiya elmi tədqiqatlarında eksperimental tədqiqatın əhə-
miyyəti o dərəcədə artmışdır ki,məntiqi olaraq elmin tərkib hissəsinə çevril-
mişdir. Coğrafiya elmi tədqiqatlarında müşahidədən fərqli olaraq eksperimen-
tal araşdırmalar daha elmi-nəzəri məsələlərinin təhlillərini və  aşağıdakı ak-
siomlarının nəticələrini əhatə edir. 
Aksiom 1. Coğrafiya elmində eksperiment metodunun üstün cəhətlərindən 
biri də onun idrak obyektinin davamlı inkişafının müxtəlif ekstremal coğrafi 
mühitdə: istilik rejiminin dəyişilməsi,təbii fəlakətlərinin yaranması, qlobal əra-
zi-istehsal komplekslərinin dialektik formalaşması və s. problemlərinin araşdı-
rılmasına, bu sahələrdə optimal variantlarının tədbiqinə imkan verməsindədir. 
Aksiom 2. Eksperiment = coğrafi hadisəinin cəryan etdiyi real tədqiqat 
şəraitinin dəqiq təyin etməyə,onun praktika ilə əlaqələndirməsinə imkan verir. 
Aksiom 3. Eksperiment yalnız praktika ilə deyil, həmçinin coğrafiya elmi-
nin nəzəri təfəkkürürün “məhsuldarlığı” ilə də bağlıdır. 
Coğrafiya elmi təfəkkürün formalaşmasında “zaman - məkan” metodoloji 
yanaşma tərzi tarixən daima zəka sahiblərinin diqqət mərkəzində olmuşdur.                     
► “Zaman-məkan” mütləqdir. Dünyada baş verən mexaniki proseslərdən 
asılı deyil (İ.Nyuton
                                                            
36
  Mетоды науки. М., 2004. 
   F.Bakon  (ing. Francis Bakon)‐İngilis filosofu, siyasi 
xadimidir. 
  Elmdə empirizmin banisi sayılır.  İnduktiv-empirik me-
todologiyasının əsasında eksperiment metodunu təklif et-
mişdir. Buna görədə “Bakon metodu” kimi elm tarixində 
yer almışdır. 

  Ağazeynal A. Qurbanzadə 
 
34 
 
 
► “Zaman-məkan” hərəkət edən materiyanın obyektiv varlıq formasıdır 
(F.Engels
► Nisbilik nəzəriyyəsinə görə  “zaman-məkan”  hərəkət  mövcud deyildir 
(A. Eynşteyn). 
 “Zaman-məkan” kontekstinin coğrafiya elminin məzmunuda çox mühüm 
iqtisadi, sosial və siyasi xarakterlərinin müəyyənlik funksiyaları mövcuddur. 
Misal olaraq müəyyən zaman kəsiyində dünya ölkələrinin iqtisadi inkişafında 
sənaye revolyusiyasının kodları öz təsirini göstərmişdir: 
 
 
        Zaman                            
          Məkan
   Göstərici 
XIX əsrin sonu: 
-1890-cı  il                                  
 
B.Britaniya              
Almaniya 
ABŞ  
62 
56 
39 
XX əsrin əvvələri: 
- 1900-cu il           
B.Britaniya               
Almaniya    
ABŞ 
79 
66 
54 
 
 XIX –XX əsrin “zaman-məkan” gerçəkliyində sənaye istehsalının 
dinamikası (dünya üzrə-%). 
    
 
Sonrakı dövrlərdə dünya sənayesindəki liderlik statusu əsas etibarən ABŞ-a 
keçmişdir. Böyük Britaniyanın Birinci Dünya müharibəsindən sonra sənaye is-
tehsalında xüsusi çəkisi azalmışdır. Məntiqi formada desək, XIX əsrdən baş-
layaraq müəyyən zaman ölçüsündə Qərb ölkələrində ümumi inkişafının dina-
mikasında yeni məzmunlu taktika və strategiya formaları  dəyişilmiş  və he-
gemonluğunun statusu İEÖ arasında aktivləşməyə başlanmışdır. 
“Zaman-məkan” kəsiyinin genezisi kondekstində hegemonluq siyasəti 
Qərb-Şərq ölkələrinin formalaşmasının mühüm tarixi əhəmiyyəti dinamik 
olaraq dəyişkənliyə məruz qalmışdır. Misal olaraq göstərə bilərik:  
 
 
 
 
 
 
 
 
 
 
Qlobal ədalətsizliyinin meydana gəlməsi 
və dinamikası. Səbəb olaraq Yer kürə-
sində məskunlaşan əhalinin təxminən 3.5 
mlrd.-dan çoxu normal yaşamaq hüququ-
na malik deyildir.  
İqtisadi potensiala malik olan “yeddi-
lər”in - (ABŞ, Almaniya, Yaponiya 
və s.) fəaliyyəti nəticəsində ölkələr-
arası asimmetrik formalarının yaran-
masına səbəb olmuşdur. 
Ölkələrarasında baş verən iqtisai-so-
sial və siyasi problemlərinin kəskin-
ləşməsi. 
Qərb və Şərq ölkələri ayrı-ayrılıqda va-
hid sivilizasiya kimi şıxış etmir. Bu sə-
bəbdən də həm Qərb, həm də Şərq sivil 
dəyərlər önəmindən homogen deyildir. 

Dialektik coğrafiya
 
 
 
35
 
 
 Riyazi-coğrafi modellər üç 
elementi özündə birləşdirir. 
Ümumi cəmiyyət  miqyasında yeni dayanıqlı inkişafının meydana gəlməsi, 
insan həyat səviyyəsinin dəyərləri yüksəlmişdir. Qərb ölkələrində “iqtisadi in-
san”ın kodları “zaman-məkan” və onun formalaşdırdığı rasionalizm aparıcı 
mövqelərinə uyğunlaşdırılmış  və ritmik, dayanıqlı inkişaf yolu ilə müasirləş-
mişdir. 
 
 
Coğrafi-riyazi modellərinin rasionallığı 
  
Coğrafiya elmi təfəkküründə maddi və ya xəyali  göstərilə bilən elə tədqiqat 
prosesləri mövcuddur. Burada dayanıqlı, strateji xarakerə malik rasional və iq-
tisadi-sosial texniki  formalarını özündə birləşdirən coğrafi modellər 
37
 fəaliy-
yət göstərir. 
Coğrafi model – effektli tədqiqatın özünəməxsus bir elmi  idrakın dialekti-
kasının rasional halıdır. Coğrafiya elmi tədqiqatlarının effektli və praktiki var-
lığını məhz onun köməyi ilə öyrənmək mümkündür. Bu səbəbdən də coğrafiya 
elminin dialektik fonunda konstruktiv model və modelləşdirmə anlayışları-
nın geniş yayılmasına baxmayaraq, tədqiqat mənbələrində onların müxtəlif is-
tiqamətli izahatlarına rast gəlinir. Coğrafiya elminin kompleks tədqiqatlarında 
digər təsnifatlı modellərlə yanaşı, riyazi modellərinin tətbiqinə daha çox 
üstünlüklər verilir. Tədqiqatın məqsədinə uyğun olaraq coğrafi-riyazi model-
ləşmə təsnifatına diqqət yetirək. 
Coğrafi-riyazi modelləşdirmə coğrafi obyektlərin və onların dialektik əlaqə-
lərin mümkünlüyünün, hadisələrinin riyazi yanaşmalarla öyrənilməsi və proq-
nozlaşdırılması problemlərindən biridır. Coğrafi-riyazi modelin, daha doğrusu 
funksiyalarının dialektik əlaqələrinin köməyi ilə inikas edilən istənilən təbiətli 
obyektinin (coğrafi, iqtisadi, sosial və s.) müvafiq riyazi məsələlərinin öyrə-
nilməsi  və həll etmək yolu ilə anlaşıla bilər. 
Demək olar ki, riyazi modelləşdirmə bir tərəfdən fundamental araşdırmala-
rın nəticələrinin coğrafiya elminin praktikasında tətbiqi vasitəsidir, digər tərəf-
dən isə rasionallıq fonunda ən mühüm işləmələrin dayanıqlığının təminatı 
üçün  effektli tədqiqatın idrak  formasıdır. 
1)
 
obyektin  axtarılan xarakteristikaları (məchul kəmiyyətlər) –  
vektor:  Y= (y
i
);     
2) modelləşdirilən obyektə  nəzərən xarici 
şərtlərin xarakteistikası: X= (x
j
);    
                                                            
37
 Model - fran. modele, ölçü, nümunə deməkdir. Burada tədqiqat  obyektin  orjinalı haqqında    
   yeni  bilik formalaşır. 

  Ağazeynal A. Qurbanzadə 
 
36 
 
 
3) obyektin daxili parametrlərinin toplusu – 
 
D. Modeldən kənarda təyin 
olunan X şərtləri və D parametirlər toplusu ekzogen kəmiyyətlər, modelin kö-
məyi ilə təyin olunan Y vektoruna daxil olan kəmiyyətlər endogen kəmiyyətlər 
adlanır.      
Coğrafi - riyazi modelin obyektin  X  xarici şərtlərini (“giriş”) obyektin 
axtarılan Y xarakteristikasına (“çıxış”) çevirən xüsusi qurup kimi interpretasya 
etmək olar. 
Xarici  şərtlər, daxili parametrlər və axtarılan xarakteristikalar arasındakı 
münasibətlərin ifadə üsuluna görə coğrafi-riyazi modellərini iki əsas təsnifata: 
ərazi struktur və funksional modellərə ayrılır. Ərazi struktur modellərin tipik 
nümunəsi sahələrarası əlaqələr modelidir. Funksional modellərdə isə iqtisadi-
sosial strukturun optimal varintlarında tətbiq edilir. Bu zaman coğrafi obyektin  
“giriş” parametirlərini dəyişməklə  fəaliyyətinin çərçivəsi aktivləşir. 
Coğrafi struktur modellər obyektin daxili qurluşunu (onun tərkib hissələ-
rini, daxili parametrlərini, onların “giriş” və “çıxış” arasında dialektik əlaqə-
lərini) özündə əks etdirir. Bu tip modellərin üç növünü ayırmaq mümkündur. 
1. Bütün strukturların daxili parametrlərinin və xarici şərtlərin aşkar funksi-
yaları şəklində ifadə olunurlar: 
 
Y
ı 
= F

 ( D, X );                  (1.1) 
 
2. Coğrafi strukturlar dialektik əlaqələr sistemində birgə təyin olunurlar: 
 
F
İ  
(D, X, Y) =0;                (1.2) 
 
3. Coğrafi model (1.2) dialektik əlaqələ tipli funksiyalardan ibarətdir, lakin 
bu model müəyyən mənada “yarımçıqdır” tamamlanmamışdır.       
Coğrafi-riyazi modelin əsas ideyasını sistem haqqında bütün mövcud infor-
masiyadan maksimum istifadə etmıklə analitik təhlillərinin əsaslandırılmasın-
dan ibarətdir. Araşdırılan proseslər üçün obyektin elementlərinin qarşılıqlı əla-
qəsini təmin edən və verilən D və X parametirlərinə  görə Y məchulunu təyin 
etməyə imkan verən müəyyən rasional coğrafi model qurulur. Bu zaman bütün 
prosesin ayrı-ayrı hissələrinin və onların əlaqələrinin təsviri üçün adi riyazi 
modellərdən  istifadə oluna bilər.  
Ekisperimentin gedişində modelin ekzogen dəyişənləri, parametirləri vari-
yasiya edilir, onun strukturu aktivləşdirilir, qəbul edilmiş elmi-metodoloji ya-
naşmalarının nəticələri dəqiqləşdirilir. 
1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə