D İalektik coğrafiYA



Yüklə 3.88 Mb.
Pdf просмотр
səhifə3/28
tarix27.06.2017
ölçüsü3.88 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   28

  Ağazeynal A. Qurbanzadə 
 
20 
 
 
Məntiqi olaraq, XIX əsrin ortalarından başlayaraq coğrafiyaşünaslıqda yeni 
bir yanaşma (dialekktik təbiətşünaslıqda olduğu kimi - A.Q.) = dialektik elmi 
dəyərlərinə, prinsiplərinə konstruktiv formada təhlillərinə üstünlük verilməsi-
dir: 

 
coğrafiya elminin inkişafında fəlsəfi düşüncə reallıqlarının qəbul edil-
məsi və inkişaf tərzinin artması. Məhşur danimarkalı alimi Nils Borun
19
 fikri 
desək, elmin fəlsəfi tərəfi onu xüsusi nəticələrdən (o cümlədən coğrafi tədqi-
qatları - A.Q.) daha çox maraqlandırmışdır; 

 
coğrafiya elm araşdırmalarında fəlsəfi ideyalar - təbii mühitin potensial 
vəhdəti, insanın coğrafi mühitlə dialektikası,coğrafi obyektlərin və onun idrakı 
prinsipləri arasında kompleks əlaqələrinin davamlığı və s. məsələlərinin önə-
mə gətirilməsi; 

 
сoğrafiya elmi dinamik informasiyası miqyasında riyazi-statistik me-
todlarının tədbiqinin mühüm əhəmiyyət kəsb etməsi; 

 
coğrafi elmi nəzəri ideyaların yaradılması mexanizmi haqqında düşüncə 
tərzinin dəyişilməsi və s. 
Coğrafiya elmi təfəkkür, onun dinamik varlığı ilkin olaraq elmi mənbə kimi  
emprik-nəzəri reallığa söykənminşdir. Bu səbəbdən də empirik davamlı real-
lıqlarının nəticəsində coğrafiya elminin nəzəri baxışlarında yeni məzmunlu 
formalarının yaranmasına səbəb olmuşdur. Sonrakı  mərhələlərdə rasional id-
rak çağrışlarına söykənən coğrafiya elmi təfəkküründə “məkan-zaman” idealo-
giyası önəmə gətirilmiş və alternativ coğrafi obyektlərinin konstruktiv-yaradıcı 
məsələlərinin önəmində aparılan tədqiqatlara üstünlük verilmişdir. Bu üstün-
lük “abstrak yanaşmadan - konstruktiv yanaşmaya” doğru coğrafiya elminin 
nəzəri və metodoloji inkişafında radikal elmi ideyaları önəmli olmuşdur. Bu-
nunla yanaşı qərb coğrafiya elmi məktəblərində daha çox konstruktiv – prak-
tiki məsələlərinə yönəldilən araşdırmalar problematik yaradıçılıq sferasına 
çevrilməsinə səbəb olmuşdur. 
Qərb elmi məktəblərində (ABŞ-Kanada-Böyük Britaniya, Almaniya-Fran-
sa-Avstriya və s.) idrakın rasional gerçəkliyində coğrafiya elminin problematik 
məsələlərinin, o cümlədən, müəyyən sosial coğrafi araşdırmalara meyilli 
“mütləq və mütləq deyil” ideyalarına üstünlük veilirdi (əsasən subyektiv – 
intersubyektiv baxışlara).  
Tədqiqat mənbələrinin reallıq müstəvisinin əsasını araşdırarkən = elmi dü-
şüncə fəlsəfəsinin reallıqlarını, onun “mütləq neytral deyil və ya mütləq həqi-
                                                            
19
 
Бор Н. Избранные  научные  труды. Т. 2. М., 1971. 

Dialektik coğrafiya
 
 
 
21
 
 
qət deyil” miqyasına dair metodoloji təliminin hansı yol ilə aparılmasına dair 
coğrafiya elminin  metodikasının arasında fərqli münasibətlərinin yaranmasına 
səbəb olmuşdur. 
20
 
Ümumiyyətlə, coğrafiya elminin fəlsəfəsi ilə  məşğul olan tədqiatçılarin 
fəaliyyət dairəsində “coğrafi məkan-cəmiyyət” formulasının konstruktiv halla-
rının xarakterləri diqqət mərkəzində olmuşdur. Bu səbəbdən də Qərb universi-
tetlərinin nəzdində  fəaliyyət göstərən elmi-nəzəri coğrafi tədqiqatlar yeni in-
novasiya və  rasional məzmunlu olub, akademik təhlillər üzərində qurulması 
ilə fərqlənirdi
21

Avropada baş verən elmi revalyusiyasının nəzəri-metodoloji baxışlarının 
formalaşmasına uyğun olaraq faundamental elmlərlə yanaşı, coğrafiya elminin 
yeni istiqamətləri önəmə gətirilımiş və sonrakı dövrlərdə isə praktiki məzmun-
lu coğrafi elmi  tədqiqat şəbəkələrinin yaranmasına səbəb olmuşdur.
22
 
Coğrafiya elminin “yaradıcılıq” baxışlarının tədiqatçısı F.Ratsel 
23
 Berlin 
univesitetində coğrafiya elmi kafedrasının yaradıcılarından sayılır. F.Ratsel və 
onun  əməkdaşları tərəfindən yaradılan və inkişf etdirilən  elmi məktəbin  (E
əsas önəmli tədqiqat ideyları məntiqi olaraq aşağıdakı kimidir:  
                                                
                                                                             
                               
                                                                    
G = orginallıq (yenilikli) - coğrafi elmi  yeniliklərin praktiki tədbiqinə yö-
nəldilən tədqiqatlarının aparılması  və konseptual ideyalarının önəmə  gətiril-
məsidir. 
R = kollegial formiyasıya mənbələrinə əsasən coğrafi tədqiqatlarının apa-
rılması və praktikı istifadə edilməsinin kompleksliyinin əsaslandırılmasıdır.    
                                                                                                            
                               
 
 
                                                                                
       
       
                                                            
20
 Modellinq in geography. New York. 2002. 
21
 Progress in Geography. London: Edward  Arnold. 2001. 
22
 W.K. Davies. The conceptual  revolution  in  geography. London. 1972. 
23
 Ф.Ратцель. Земля и жизнь. Т.1-2,СПб,1903-1904. Политическая  география. СПб.1897. 
   F.Ratsel:  
  Antropologiya,  geosiyasi,  coğrafi diffuziya və s. prob-
lemlərinə dair tədqiqatlar aparmışdır. İnsanın inkişaf kon-
dekstində coğrafi məkan konsepsiyasının  əsasını qoyan 
tədqiqatçılarından sayılır
.
 (E) 



  Ağazeynal A. Qurbanzadə 
 
22 
 
 
  Coğrafi determinizm ideyasında 
bir mütləqlik, radikallıq və öz ira-
dəsini başqa ölkələrinə  qəbul et-
dirmək  meyli özünü  göstərir. 
Geosiyasət və coğrafi determinizm ideyalarının meydana gəlməsində Al-
man coğrafiya elmi məktəbinin, xüsusən F.Ratselin xidmətləri çox böyükdür.  
Coğrafi determinizmə görə, ölkələrin yerləşdiyi  ərazinin coğrafi mövqeyi və 
təbii şəraiti mühüm rol oynayır. 
Coğrafi determinizm cəryanı, geosiyasi mənada götürülən “məkan” = fiziki 
“məkan” anlayışının sinomini kimi qəbul olunmur. Lakin coğrafi determinzm 
mövqeyindən “geosiyasi məkan” anlayışı dövlətin (regionun) virtual yanaşma-
lar sistemində üstün cəhətlərini əhatə edir. F.Ratsel tərəfindən irəli sürülən de-
terminzm önəmli tədqiqatlarında ABŞ  və Almaniyanın kontenental dövlətlər 
kimi gələcəyini müəyyən etməyə dair fikirləri üstünlük təşkil edirdi. 
F.Ratsel ingilis təbiətşünası Ç.Darvinin 
təkamül nəzəriyyəsinin sosial-siyasi sahə-
yə reduksiyasını  əsas götürərək insanları 
və  cəmiyyəti coğrafi mühitə tam uyğun-
laşmalı olan varlıqlar kimi qəbul edirdi. 
F.Ratselin geosiyasi  baxışlarında: dövlətlər və xalqlar arasında fərqləri də bu 
bölgü  əsasında müəyyən etməyi tələb edilirdi. Dövlət və xalqların geosiyasi 
əhəmiyyəti bu prinsip əsasında, yəni birinci və ikinci dərəcəli dövlətlər böl-
güsünün ayrılması kimi çağrışlarının yaranmasına səbəb olurdu. 
Coğrafiya elminin fomalaşmasında radikal coğrafiya istiqamətli elmi mək-
təbinin mühüm yeri və mövqeyi olmuşdur. Bu məktəbin tərəfdarlarından sayı-
lan U.Bunqenin tədqiqatlarının rolu və əhəmiyyəti çox böyükdür. Bunqe tərə-
findən irəli sürülmüş “məkan təhlili” konsepsiyasının və “kəmiyyət” təhlilləri 
əsasında “Nəzəri coğrafiya” (1962-ci ildə) monoqrafiyasında geniş  mənada 
araşdırmalar yerinə yetirilmişdir. Bu əsərdə U.Bunqenin məntiqi araşdırmasın-
da ilkin olaraq nəzəri coğrafiya elminin tərkibində = sosial həyat tərzinə  nə-
zəri-idealoji problemlərinin, riyazi-statistik, təhlilinin metakartoqrafik mövqe 
nümayiş etdirilməsinin məntiqi durur. 
T.Haqerctrand (İsveç coğrafı) “İnnovasiya məkan diffuziyası” nəzəriyyəsini 
yaratmış və konstruktiv coğrafiya elminin yeni məzmunlu mənbələrinin kon-
turlarının araşdırmalarını aparmışdır. Onun (1967-ci il) “İnnovasiya diffuziya- 
coğrafi proses kimi” adlı tədqiqat əsərində “coğrafi zaman” (Time-Geographu) 
ideyası Avropa elmi dairələrində qəbul olunmuş və istifadə edilməsi üçün əsas 
mənbə kimi coğrafiya elmində tətbiq olunmuşdur. Praktiki olaraq bu ideyadan 
İsveç ölkəsində elmi əsaslarla sosial coğrafiya  şəbəkələrinin  ərazi təşkili və 
idarəedilməsində kompleks formada tədbiqi daha çox səmərə vermişdir.  
İngilis coğrafiya elmi məktəbinin yaradanlardan sayılan P.Xaqqet (Peter 
Haqqet) tədqiqatlarında “Məkan təhlilləri” nəzəri baxışlarına yeni prizmadan 

Dialektik coğrafiya
 
 
 
23
 
 
yanaşmış və bu da coğrafiya elmi biliklərinin, təhlillərinin aparılmasına, prak-
tikasına önəm yaratmışdır. Onun “Coğrafiya: müasir elmi biliklər” (1972-ci il)  
adlı sanballı monoqrafik tədqiqat işi coğrafiya elminin davamlı  və kompleks 
inkişafında mühüm rasional idrak mənbəyi hesab edilir. P.Xaqqet həmçinin  
bir çox coğrafiya elmi istiqamətlərinə, o cümlədən tibbi coğrafiya elminin ak-
tual məsələlərinə aid araşdırmaları  da dəyərli hesab edilir. 
                                                                                                                 
           
     
 
 
 
 
Coğrafiya elmi istiqamətlərinin xarakterinə əsasən ABŞ tədqiqatçısı Riçard 
Hartşorn (“The Nature of Geography:a Critical Sarvey of Current Thought in 
the Light of the Past”) adlı monoqrafiyasında coğrafiya elmi sistemi üçün  ye-
ni məzmunda ideyalar təklif etmişdir. Onun ideya məqsədi ondan ibarət ol-
muşdur ki, coğrafiya elminin əsas fokus nöqtəsi = ərazinin potensial differen-
siyasının = müstəvisinin optimallıq dərəcəsinin təyini  və praktikası ilə əlaqə- 
ləndirilməsidir. 
       
               
 
 
 
 
 
R.Hartşorn “coğrafi məkan” anlayışına yeni prizmadan yanaşmış və oz sə-
ləflərindən fərqli olaraq coğrafiya elminin praktikasına, natural coğrafiya el-
mi
24
 baxışlarına üstünlük verməsi ilə fərqlənmişdir. Onun siyasi coğrafiya el-
mi yanaşmaları  və ideya istiqamətləri ümumi coğrafiya elminin formalaşma-
sında mühüm əhəmiyyət kəsb etmişdir. 
Aparılan araşdırmalar  şəbəkəsində morfoloji sistem paradiqmasında Corli 
(Chorley)
25
 və Kennedi (Kennedy) 
26
 tərəfindən statisatik təliminin metodiki 
                                                            
24
 R.Hartshome. Pecspective on the nature of geograpu. Chicago: Rand McNally.1959. 
25
 Chorley R.J. Directions in geography. London.1973. 
26
 Kennedy B.A. Physical geography:a systems approach. London.1976. 
   
R.Xaqqet:  
  Coğrafiya elmində “qovşaq rayon” şəbəkəsinin model pa-
radiqma təliminin  əsasını qoyan tədqiqatçıların sıraların-
dadır. Tədqiqatlarının kompleks nəticələri “Ümumi coğra-
fiya” elminin konstruktiv inkişaında əsas metodoloji  mənbə 
kimi dəyərləndirilir.
  Riçard Hartşorn:  
 Coğrafiya elminin xorologiyasının formalaşmasına səy 
göstərmişdir.  Əsas məqsədi vahid coğrafiya elminin 
yaradılması olmuşdur. Coğrafiya elmi tədqiqatlarında 
analitik metoduna  üstünlük vermişdir.
 

  Ağazeynal A. Qurbanzadə 
 
24 
 
 
anlayışlarının  əhali və yaşayış  məntəqəsinin yerləşməsi, istehsalın idarəedil-
məsi və müxtəlif sahələr arasında sistem funksional əlaqələrin məntiqinə dair 
yanaşmalara, təhlillərə üstünlük verilmişdir. Corli və Kennedi tərəfindən mor-
foloji və dayanıqlı  özünütəmin edən homostatistik (morfostatistik) funksional 
sistem əlaqələrinin təminatına dair bloklarının coğrafi parametrləri təklif olun-
muşdur.   
Elmi medodologiyasının konseptual inkişafına dair U.İzardın (ABŞ) xid-
mətləri coğrafiya və iqtisadiyyat elmlərinin funksional formalaşmasında mü-
hüm əhəmiyyət kəsb etmişdir. Sənaye kompleksin təşkili və idarə edilməsinin 
coğrafiya yönümlü tədqiqatları elmi məktəbləri tərəfindən dəyərləndirilmişdir 
və praktiki olaraq tədbiqi reallaşmışdır. Coğrafiya elmi araşdırılmalarında coğ-
rafi sistemlərinin formalaşması prosesində riyazi modelləşmə metodologiyası-
na üstünlük vermişdir. 
U.İzardın coğrafiya elminin rasional idrak ideyalarından sayılan və müasir 
dövrdə də öz aktuallığını saxlayan regional təhlil modellər sisteminə dair araş-
dırmaları fundamental xarakter daşıyır. Bu sistemin əsas ideya miqyasında iq-
tisadi dəyər modelinin nəzəri  və praktiki  elmi əsaslarının müəyyənliyi durur. 
            
         
 
 
 
 
 
Ümumi məntiqi baxımdan coğrafiya elmi tədqiqatlarının aparılmasının  
önəmində müəyyən bir konsepsiya çərçivəsində tədqiqat apamaq qeyri-müm-
kündür. Əks təqdirdə, nəzəri baxışlardan kənar öyrənilən hər hansı bir coğrafi 
tədqiqat obyektin ərazi təşkilinin təhlili konkret elmi nəticələrinin reallaşdır-
masının effekti rasional dəyər daşıya bilməz. Problemə kompleks yanaşsaq, 
rasional idrak kondekstində coğrafiya elminin tədqiqat fəlsəfəsinin məzmunun 
dialektikası və ərazi təşkili idealogiyasının müstəqillik əldə edilməsi ilə fərq-
lənir.
27
 
U.İzardın tədqiqatlarının mühüm nəzəri-metodoloji yanaşmalarından müa-
sir dövrdə də coğrafiya elmi məktəblərın praktiki tədqiqatlarında geniş istifadə 
edilir. “Regonal analizin metodları: regional elminə giriş” (Methods if Regio-
                                                            
27
 Qurbanzadə A.A. Qloballaşma şəraitində coğrafiya informasiya sisteminin formalaşması. 
   // Az CC əsərələri. XVI. 2011. 
  U.İzard:  
  Regional coğrafiya elminin banisidir. Bu sahədə geniş mə-
nada tədqiqatlar aparmışdır. İzardın təlimində təcrüməsi çə-
tin ifadə olunan = regional scince = ideyası coğrafiya elmi-
nin tədqiqatlarında geniş istifadə edilir. 

Dialektik coğrafiya
 
 
 
25
 
 
nal Analysis: an İntroduetion to Regional Seience) monoqrafiyasında İzard = 
riyazi modellərinin tədbiqinnin fonunda kompleks formada istifadə etməklə =  
regional coğrafiya elmi problemlərini önəmə  gətirmişdir. Regional iqtisadi 
inkişafın indeksləşdirmə modelinin praktiki məsələlərinin coğrafi reallıqları 
müasir dövr üçün də effektlidir. U.İzardın təklif etdiyi regional ərazi-istehsal 
kompleksinin optimal səviyyədə  təşkili və idarə edilməsinin nəzəri baxış-
larından ABŞ, Böyük Britaniya və s. ölkələrində istifadə edilmişdir.  
Elmi-nəzəri araşdırmalarının tədbiqi kodlarına  əsasən coğrafiya elminin 
çoxfunksional informasiya mənbələrində “pradiqma”
28
 anlayışının meydana 
gəlməsinə  səbəb olmuşdur. Formalaşmış paradiqma ideyalarının informasiya 
modellərinin reallıqları əsasında: coğrafiya elminin tədqiqat obyekti yeni məz-
mun kəsb etmişdir. Yeni məzmunun önəmində coğrafiya elminin metodoloji-
dialektik  kodunun gerçəkləşməsinə və davamlığına dair tədqiqatlarının aparıl-
ması üçün imkanlar yaranmışdır. 
XX  əsrdən başlayaraq coğrafiya elminin dialektik paradiqma istiqamətləri 
üzrə aparılan tədqiqatlar inkişaf etmiş  sənaye ölkələrinin iqtisadi və sosial 
inkişafının siyasətinin tərkibinə daxil olmuşdur. Dialektik paradiqma məsələ-
ləri ABŞ, Fransa və s. elmi mərkəzlərində T.Kun, V.Barnes, Vadal de La 
Blans, E.Reklyu, J.Brayun və başqaları  tədqiqatçılar tərəfindən müəyyən sə-
viyyələrdə problemin təhlillərinə üstünlük verilmişdir. 
Fikrimizcə, paradiqma məsələlərinin elmi araşdırmalarının “nüvəsi”ndə 
“gerçəklik” və “məkan-zaman” kodlarının informasiya mənbələrinin təyini
praktikası coğrafiya elminin dialektikasında mühüm xarakterə malikdir.  
 
 
 
                                  
                                                 
                                 
 
 Coğrafiya elminin  struktur  dialektik  paradiqma  kodları. 
 
Məntiqi nəticə ondan ibarətdir ki, dialektik paradiqma kodlarına uyğun 
olaraq “məkan-zaman” kontekstində  tədqiqatların aparılması  məsələlərinə 
kompleks yanaşmaqla  ərazi-istehsal strukturlarının təşkili və idarəedilməsi 
coğrafiya elmində yeni bir mərhələnin yaranmasına səbəb olmuşdur. 
                                                            
28
 Paradiqma (lat. nümunə, model, misal deməkdir) = ideya istiqaməti elmi naliyyətlərinin  
   fundamental vəhdəti deməkdir.
 


G =  Gerçəklik  (G
1
 – obyektiv;  
G
2
 –subyektiv)  
D = Məkan və zaman  ( D
1
 – hərəkət,   
D
2
 –informasiya, D
3
 – funksional,   
D
4
 – praktika) 
{G
1
 ,   G
2
}        
{D
1
, D
2
, D
3
, D
4
}
 

  Ağazeynal A. Qurbanzadə 
 
26 
 
 
Coğrafiya elminin təhlillərinin miqyasında  paradiqma  formalarının önəmə 
gətirilməsi və ümumi inkişaf prosesində praktikası bir çox ölkələrdə (Böyük 
Britaniya, Şimali Avropa ölkələrində və s.) mühüm əhəmiyyət kəsb etmişdir. 
Xüsusi ilə  sənayenin inkişafı ilə  əlaqədar baş verən dəyişikliklər nəticəsində 
Avropa və Şimali Amerika ölkələrində dayanıqlı inkişafının təminatında  para-
diqma məsələlərinin önəmə gətirilməsi faydalı hesab edilmişdir.
29
      
                                                                                                             
  
       
 
 
 
Elmi araşdırmalarında mühüm əhəmiyyət kəsb edən paradiqma anlayışı  
(modeli) daha geniş mənada, yeni məzmunda fərqlənir. Aktuallığı ilə seçilən 
tədqiqatlarının əksəriyyəti demək olar ki, T.Kunun paradiqma aparatının  təs-
nifatına uyğun elmi araşdırılmalarına üstünlük verilir. T.Kunun elmi paradiq-
ma təsnifat aparatının əsas məqsədi = nəzəri-metodoloji istiqamətli ideyaları-
nın praktiki həllindən ibarət olmasıdır. Burada simvolik ümumiləşdirmə model 
faktoru ilə dayanıqlı strateji proqramlarının həllinə nail olunması problemlə-
rinin reallqları nəzərdə tutulur. T.Kunun elmi paradiqma aparatının nəticələri 
sonrakı tədqiqatçılar tərəfəfindən yeni məzmunda öz ifadəsini tapmışdır. 
Ümumiləşdirilmiş  nəticələrinin rasional idrak formalarına uyğun olaraq 
coğrafiya elmin tədqiqatlarının önəmində aşağıdakı təklif etdiyimiz pradiqma 
kodlarının (PK) reallqlarının  ifadəsində özünü göstərir:     
                          PK             R + G  +   D                              
= tədqiqatın rasional ideyaları və metodları (elmin miqyası və onun davam-    
       lı inkişaf yolları); 
G = coğrafiya elminin qanunauyğunluqları, yeni məzmunda tədqiqat aparatın  
       yaradılması və inkişafı; 
D  =  coğrafi elmi tədqiqatın  struktur fonunda   əsaslandırılması. 
Coğrafiya elmi-tədqiqatın metodları (R) davamlı inkişafa nail olmağın 
mümkünlüyünü artırır. Bu mümkünlük ilk növbədə coğrafiya elminin təd-
qiqatının aparatında (G) rasional qanunauyğunluqlar önəmə gətirir və praktiki 
mövqeyinin artırılmasında iştirak edir. Coğrafiya elmi tədqiqatının struktur 
fonunda (D) ərazi istehsal tsikllərin potensial imkanları formalaşır ki, bu da 
ölkənin (regionun) kompleks inkişafına səbəb olur. 
                                                            
29
 
В.Л. Бабурин .  Эволюционная  география. М., 2006. 
   T. Kun: (ABŞ) 
 “Paradiqma” = anlayışını elmə ilk dəfə olaraq (1962-ci il-
də) təklif etmişdir. Paradiqma anlayışı sonrakı tədqiqatçılar 
tərəfindən geniş istifadə olunmuşdur. 

Dialektik coğrafiya
 
 
 
27
 
 
Elmi paradiqma mənbələrində tarixən baş verən radikal dəyişikliklərinin 
müəyyən edilməsinə uyğun olaraq coğrafiya elmində də bir sıra sıçrayışlar baş 
vermişdir. 
İlkin sıçrayış mənbə kimi antik dövrün fəlsəfəsinə uyğun coğrafi təfəkkürün 
meydana gəlməsini göstərmək olar. Bunun əhəmiyyəti ondan ibarətdir ki, elmi 
idrakla dünyanın dərkinin və nəzəri formalarından istifadə edilməsinə meyil-
lərin meydana gəlməsidir. Məsələn, Aristitel məntiqində “kateqoriya-anla-
yışlar” elmi aparatı əsaslandırılmışdır. Onun təklif etdiyi biliklərin elmliyi nor-
malarına dair ideyaları bütün elmlər miqyasında, o cümlədən coğrafiya el-
mində də rasional elmi istiqamət kimi istifadə edilmişdir. 
Coğrafiya elm tarixində ikinci sıçrayış Böyük Coğrafi kəsflər dövründən 
sonra baş verən dəyişikliklərini hesab etmək olar. Bu dövrdə dünyanın coğrafi-
yasının yeniləşməsində aydın nəzərə çarpan əlamət olsa da, həmin dövrdə  
elmdə baş verən dəyişkənliklərin konstruktiv mahiyyəti tam açılmamışdır. 
XIX-XX əsrin qovşağında coğrafiya elminin üçünçü sıçrayış dövrü başlan-
mışdır. Bu sıçrayışda başverən əsaslı dəyişkənliklər coğrafiya elmin müxtəlif 
sahələrini özündə birləşdirdi. Sistem-struktur nəzəri baxışlar meydana gəlməsi 
ilə coğrafi tədqiqatlarının xarakteri yeni məzmuna çevrildi; klassik elm ideya-
ları və metodları dəyişilərək mürəkkəb sistemlərinin vəhdəti fəlsəfi-coğrafi is-
tiqamətli araşdırmalar ilə əvəz olundu. 
Coğrafiya elminin yüksəliş  səviyyəsi prizmasında dördüncü sıçrayışı XX 
əsrin sonundan başlayaraq elmi tədqiqatlarda  coğrafi innovasiya sistemlərinin 
virtual inkişafa doğru dəyişiklərinin meydana gəlməsidir. Bu dövrdən başlaya-
raq coğrafiya elmin tədqiqat obyektlərinin proqnozlaşdırılması, elmi axtarışla-
rının mərkəsində duran insan coğrafiyasının dəyərlərinin  şəhr edilməsi və s. 
məsələlərinin  əsaslandırılması elmi-praktiki əhəmiyyət daşımışdır.. 
Tarixi-sistem tsikllər nəzəri baxışlarına dair N.D.Kondratyevin
30
 araşdırma-
ları coğrafiya elmi tarixinin öyrənilməsi cəhətdən faydalı konsepsiya sayılır. 
“Kontrateyev tsiklləri” ifadəsi ilə elmə daxil edilən bu konsepsiya iqtisadiyyat 
və eləcə də coğrafiya elmində metodoloji əsas kimi istifadə edilir.  
 
                
 
    
    
 
                                                            
30
 
Koндратьев Н.Д. Проблемы экономической динамики. М.,1989. 
  N.D.Kondratyev:  
 Tarixi-iqtisadi tsikllər konsepsiyasının inkişaf edirilməsin-
də xidmətləri elm aləmində qəbul olunmuşdur. O, Avropa 
ölkələrinin tarixi - iqtisadi tsiklli inkişafında 100-150  ildə-
ki dəyişikliklərini təhlil etmişdir.
 
1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə