Türk dillərinin tarixi sintaksisi
93
isə universal bir əsər kimi bütün qrup, dil və ləhcələrin fövqündə dayanan, onların
arasında heç bir fərq qoymadan, istisnasız olaraq hamısını əhatə edən və özündə
cəmləşdirən son dərəcə zəngin xəzinədir”. “Divanü lüğat-it-türk” əsəri türk dilinin
ortaq abidəsi olmaqla, təkcə türk dilinin nümunəsi deyildir. Əsərdə min il bundan
əvvəlki türklüyün bütün xüsusiyyətləri – başda dili və ədəbiyyatı olmaqla türk
xalqlarının tarixi, coğrafıyası, mədəniyyəti, iqtisadiyyatı, milli-mənəvi dəyərləri,
psixologiyası, dünyagörüşü, həyat tərzi, adət və ənənələri, ailə, qohumluq, qonşuluq
və ümumən sosial münasibətləri, geyimi, silahları, mətbəxi, oyunları, əyləncəsi... Bir
sözlə, hər şeyi ideal şəkildə öz əksini tapmışdır. “Divan”da bütün bu xüsusiyyətləri,
tarixi yaddaşı özündə ən çox əks etdirən isə heç şübhəsiz, atalar sözləri və
məsəllərdir. Bu barədə M.Kaşğarinin özü də söz açır və yazır: “Kitabda türklərin
dünyagörüşlərini və bilgilərini göstərmək üçün onların şeirlərindən, qayğılı və
sevincli günlərində yüksək düşüncələr ifadə edən hikmətli sözlərindən misallar da
verdim. Bunlar nəsillərdən-nəsillərə keçərək gəlmişdir” [1, s.8-52].
Dil özünəməxsus inkişaf qanunları olan mürəkkəb və çoxşaxəli bir sistemdir.
Bu sistemin cəmiyyətin yarandığı gündən ona xidmət etməsi və insanlar arasında
ünsiyyət prosesini həyata keçirməsi onu sistemlər sistemi kimi formalaşdırmışdır.
Dilin təfəkkürü ifadə etməsi, dolayısı ilə onun cəmiyyətdə baş verən prosesləri, daha
doğrusu, gerçəkliyi ifadə etməsi deməkdir. Gerçəklik isə bütün insanların beynində
eyni şəkildə təcəssüm etsə də, müxtəlif şəkildə ifadə olunur. Deməli, təfəkkürün ifadə
vasitəsi olan dil eyni məfhumu və ya hadisəni fərqli şəkildə ifadə edə bilər. Məsələn,
biz uşağın yuxudan oyanmasını bir neçə formada ifadə edə bilərik: oyanan uşaq,
oyanmış uşaq, oyanacaq uşaq, yuxudan oyanan uşaq, uşağın yuxudan oyanması,
uşağın oyanması və s. Misallardan da göründüyü kimi, insan dili ifadə imkanlarına
görə zəngindir. Bu zənginlik isə müxtəlif formalar hesabına reallaşır. Dilin əsas ifadə
vasitəsi söz birləşmələri və cümlələrdir. Bu mənada sintaksis və onun predmeti olan
söz birləşmələrinin və cümlələrin öyrənilməsi dilçilik baxımından hər zaman maraq
doğurur.
Dilçilikdə bir çox məsələlər kimi söz birləşməsi məsələsi də yeni deyildir. Belə
ki, söz birləşməsi problemi qədim dövrlərdən başlayaraq bu günə qədər dilçilərin
diqqətində olmuş, bir sıra dilçilər bu sahəyə öz münasibətlərini bildirmişlər. Məhz
buna görədir ki, həm ümumi dilçilikdə, həm də türkoloji ədəbiyyatda söz birləşməsi
məsələsi müxtəlif cəhətdən izah edilmişdir. Bəzən söz birləşməsi ümumiyyətlə,
kiçildilmiş, bəzən isə cümlə ilə eyniləşdirilmişdir. Bu məsələnin rus dilçiliyində daha
geniş izah edildiyini qeyd edən dilçi alim N.Məmmədov yunan dilçiliyindən müasir
rus dilçiliyinə qədər bir sıra görkəmli dilçilərin söz birləşməsinə münasibətini təhlil
D İ L Ç İ L İ K: Q R A M M A T İ K A
94
AZƏRBAYCAN DİLİ və ƏDƏBİYYAT TƏDRİSİ, 2021, №2
edərkən yazır: “Göründüyü kimi, dilçilərin bəziləri, ümumiyyətlə, söz birləşməsini
sintaksisin xüsusi obyekti hesab etməmiş (Buslayev, Potebnya), bu anlayışa olduqca
müxtəlif mənalar vermişlər. İki bütöv sözün birləşməsini də (Fortunatov), sözlərin
sadə cümlələr kimi birləşməsini də (Peterson), tam ifadəni daxil etməklə sözlərin
bütün birləşmələrini də (Peşkovski), cümlənin hissəsini də (Şaxmatov), hətta ayrı-
ayrı sözləri də (Peşkovski) söz birləşməsi hesab etmişlər” [Məmmədov N. Bakı,
1971].
Türkoloji ədəbiyyatda da söz birləşmələri haqqında kifayət qədər məlumat
verilir. Doğrudur, professor Y.Seyidov türkologiyada söz birləşmələrinin tədqiqi
tarixinin o qədər də qədim və zəngin olmadığını yazır. Lakin son illər türkologiyada
bu sahədə də kifayət qədər tədqiqat işləri aparılmışdır. Y.Seyidovun özü də türkoloji
ədəbiyyatda söz birləşmələrinin tədqiqi tarixini haqlı olaraq tədqiqat obyektimiz olan
M.Kaşğaridən başladığını bildirir. Müəllif yazır: “Türkologiyanın bahadırı” adlanan
Mahmud Kaşğarinin ilk və geniş müqayisəsini verən, bir sıra sahələrə aid ətraflı
faktlarla zəngin olan “Divanü lüğat-it-türk” kimi irihəcmli əsərində söz
birləşmələrinə nəzər yetirilməmiş və bunlar müqayisə obyekti kimi şərh
edilməmişdir. M.Kaşğari yalnız nadir hallarda, sözü müəyyənləşdirmək məqsədi ilə
birləşmələrə müraciət etmişdir. Məsələn, o, məsdərdən danışarkən, “məning
barığım”, “keyir keliği” kimi misallar verir və göstərir ki, bunlar (məsdərlər) əslində
yox, izafət yolunda məsdər olanlardır. Yaxud o, boya, rəng mənasında olan “çüvüt”
sözünü izah edərkən göstərir ki, “çüvüt” rənglərin hamısını toplayan bir kəlmədir.
Aralarını ayırmaq üçün “çüvüt” kəlməsinə rəng isimləri (adları) artırılaraq söylənilir:
“kızıl çüvüt, al çüvüt, kor çüvüt”. Sonrakı mərhələlərdə də söz birləşmələri türkoloji
ədəbiyyatda səthi şərh olunmuşdur. Yalnız XX əsrdən başlayaraq, bu sahədə ciddi
əsərlər yazılmağa başlanır. Doğrudur, söz birləşmələri ilk əvvəllər yalnız izafət kimi
öyrənilsə də, sonralar söz birləşmələrinə kompleks yanaşma müşahidə olunur [8, s.9-
313].
Görkəmli türkoloq-alim N.A.Baskakov haqlı olaraq türk dillərində əsas
sintaktik vahidlərin söz birləşməsi və cümlə olduğunu bildirir. Alim söz
birləşmələrinin cümlədən fərqindən danışarkən qeyd edir ki, cümləni təşkil edən
sözlərdə hökm ifadə olunduğu halda, söz birləşmələrini təşkil edən sözlər arasında
hökm ifadə olunmur. N.A.Baskakov qaraqalpaq dilindəki söz birləşmələrini sabit və
qeyri-sabit olmaqla iki yerə bölür və bunun bütün türk dillərində özünü göstərdiyini
yazır [9, s.50-61].
Ramil Zeynalov
Dostları ilə paylaş: |