D I l ç İ L i K: q r a m m a t I k a türk dillərinin tarixi sintaksisi


Türk dillərinin tarixi sintaksisi



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix05.06.2023
ölçüsü0,7 Mb.
#124880
növüXülasə
1   2   3   4   5   6   7
№ 2 - Meqale 6

Türk dillərinin tarixi sintaksisi 
 
95 
Türkoloq-alim M.B.Balakayev isə qazax dilinin qrammatikasından bəhs 
edərkən onların quruluşu və növlərindən söz açır. Alim söz birləşmələrini ismi və 
feili olmaqla iki yerə bölür. Yakut dilinin sintaksisindən bəhs edərkən türkoloq-alim 
Y.İ.Ubryatova söz birləşmələrinin yalnız cümlə daxilində reallaşdığını qeyd edir. 
Türk dillərinin qrammatik quruluşu və söz birləşmələri ilə bağlı ən dəqiq 
müəyyənləşməyə isə biz dilçi-alim Ə.Rəcəblinin elmi yaradıcılığında rast gəlirik. 
Müəllif Göytürk dilinin qrammatik quruluşu barədə yazır: “Türk dilləri öz inkişafının 
hələ Orxon-Yenisey dövründə (VII-VIII yüzilliklər) yetkin qrammatik quruluşa malik 
olmuşdur. Bu yetkinlik özünü göytürk dilinin morfologiyasında göstərdiyi kimi, 
sintaksisində də göstərir. Göytürk dili qeyri-predikativ söz birləşmələrinin sintaktik 
çalarına görə müasir türk dillərindən nəinki geri qalmır, hətta onların bir çoxundan 
daha zəngindir: Göytürk dilində müasir türk dillərində rast gəldiyimiz qeyri-
predikativ söz birləşmələrinin bütün növləri işlənir, növlərin məna çalarlarına gəlincə 
isə, qədim türk qəbilələrinin dili bu sahədə, bəlkə də, müasir türk xalqlarının 
dillərindən, bu paradoks kimi görünsə də, daha rəngarəng, daha zəngindir” [Rəcəbli 
Ə. Bakı, 2003].
Söz birləşmələrinin daha doğru izahı üçün ilk növbədə, onların təsnif 
prinsiplərini müəyyənləşdirmək lazımdır. İndiyə qədər türk dillərinin tədqiqi 
tarixində söz birləşmələrinin müxtəlif təsnifləri olmuşdur. Y.Seyidov yazır: “Hər bir 
elm sahəsində, hər bir problematik məsələnin tədqiqində olduğu kimi, söz 
birləşmələrinin hərtərəfli və düzgün izahı üçün onların təsnif edilərək 
qruplaşdırılması mühüm əhəmiyyətə malikdir. Təsnifat tədqiqat obyektini əhatə 
etmək, dəqiqləşdirmək və düzgün başa düşmək üçün ən əhəmiyyətli vasitələrdən 
biridir” [7, s.142]. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin