Cümlənin düzgün qurulması. Nitqin aydınlığı və orijinallığı Cümlənin düzgün qurulması



Yüklə 18,22 Kb.
səhifə3/3
tarix24.10.2023
ölçüsü18,22 Kb.
#161180
1   2   3
Cümlənin düzgün qurulması. Nitqin aydınlığı və orijinallığl

Nitqin orijinallığı.
Nitqin məziyyətlərindən biri onun orijinallığıdır. Bu, nitqdə özünəməxsusluqdur, bir şəxsin başqalarından fərqli danışması və yazmasıdır. Nitqin orijinallığı bir neçə cəhətdən özünü göstərir ki, bunlardan birincisi fərdi tələffüz tərzidir. Nitqin tələffüz baxımından fərqlənməsi, nəzərə çarpması aşağıdakı amillərlə daha çox bağlı olur:
1. Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü.
2. Söz və qrammatik formaların orfoepik qaydalar əsasında tələffüzü.
3. Bir qədər ucadan, aramla danışmaq və oxumaq.
4. Bir qədər astadan danışmaq, nitq fasilələrində daha münasib sözlər fikirləşib tapmaq və nitqini davam etdirmək.
5. Danışıq və xüsusən oxu prosesində intonasiya çalarlarından daha bacarıqla, məzmuna uyğun şəkildə istifadə edə bilmək.
6. Danışanın səciyyəvi söz, ifadə, sitat, sintaktik konstruksiyalar, frazeoloji ifadələr, aforizmlər, atalar sözü, zərb-məsəllər və s. işlətməsi, nitqin xüsusi tərzdə qurulması.
İctimai yerdə çıxış edən öz məqsədini aşkarlamaq, fikirlərini dinləyicilərə asan, aydın, ifadəli, həm də maraqlı bir şəkildə çatdıra bilmək üçün daha münasib, işlədilməmiş sözlərdən, ifadələrdən istifadə etməyə, cümlələr qurmağa çalışır. Bu orijinallıq nitqin qurulmasında daha çox nəzərə çarpır. Nitqdə müəyyən bir ənənəvi forma vardır ki, natiqlər öz çıxışlarını ona uyğun qururlar: məsələnin vacibliyi və aktuallığı izah olunur, sonra mövzunun əsas məzmunu dinləyicilərə çatdırılır, daha sonra isə deyilənlərə yekun vurulur, bəzən ümumi nəticələr çıxarılır. Lakin natiqlərin çoxu bu ənənəni gözləməklə dinləyicilərin diqqətini 55 cəlb etmək, nitqin effektliyini yüksəltmək məqsədilə yeni-yeni formalar axtarıb tapırlar. Bəziləri nitqinə atalar sözü, zərbi-məsəl, ibrətamiz bir əhvalatla başlayır. Bir başqası nitqinin əvvəlində şərh ediləcək mövzu ilə bağlı bir parça şeir söyləyir. Digər natiqlər məşhur adamların, görkəmli yazıçı və şairlərin əsərlərindən, dövlət xadimlərinin çıxışlarındakı sərrast və parlaq ifadələrdən sitatlar gətirdikdən sonra məsələnin mahiyyətini şərh etməyə başlayırlar.
Yüklə 18,22 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin