Cü il tarixində əlavə edilmişdir 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?



Yüklə 1,79 Mb.
səhifə3/16
tarix25.11.2016
ölçüsü1,79 Mb.
#119
1   2   3   4   5   6   7   8   9   ...   16

139) Alveolyar diş əti nədir?

A) Dişi əhatə edən diş əti

B) Diş əti məməciyi

C) Keçid pərdənin selikli qişası

D) Diş ətrafı diş əti

E) Alveolyar çıxıntını örtən diş əti


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
140) Marginal diş əti nədir?

A) Alveolyar çıxıntını örtən diş əti

B) Dişi əhatə edən diş əti

C) Diş əti məməciyi

D) Keçid pərdəsinin selikli qişası

E) Dişlərin arasında olan diş əti


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
141) Parodont nədir?

A) Diş,dişin minası, diş əti, periodont

B) Diş, periodont, alveol sümüyü

C) Diş əti,dişin minası, periodont, kökün sementi

D) Alveol sümüküstlüyü, periodont

E) Diş əti, periodont, alveol sümüyü, kökün sementi


Ədəbiyyat: Боровский Е.В Терапевтическая стоматология, 2004
142) Normada hansı nahiyənin epitelisi buynuzlaşır?

A) Diş əti yarığının

B) Dodağın selikli qişasının

C) Keçid pərdənin

D) Papilyar diş ətinin

E) Yanağın selikli qişasının


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
143) İntakt parodontda diş əti şırımı necə müəyyən olunur?

A) Klinik

B) İmmunoloji

C) Rentgenoloji

D) Mikrobioloji

E) Histoloji


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
144) Alveolyar diş əti nədən təşkil olunub?

A) Epitel və xüsusi selikli qatdan

B) Sümüküstlüyü və selikaltı qatdan

C) Epitel, xüsusi selikli qat və selikaltı qatdan

D) Sümüküstlüyü və xüsusi selikli qatdan

E) Epitel və sümüküstlüyündən


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
145) İntakt parodont toxumasında parodontal yarıqda nə olur?

A) Diş əti mayesi

B) Seroz ekssudat

C) Mikrob assosiasiyası

D) İrinli ekssudat

E) Qranulyasion toxuma


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
146) Gingivit hansı tip xəstəlik hesab olunur?

A) İltihabi-distrofik

B) İltihabi

C) Distrofik

D) Atrofik

E) Şişəbənzər


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
147) PMA indeks nəyin ağırlıq dərəcəsini göstərir?

A) Parodontitin

B) Gingivitin

C) Parodontozun

D) Flüorozun

E) Kariesin


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
148) Kataral gingivit hansı tip xəstəlik hesab olunur?

A) Şişəbənzər

B) Atrofik

C) İltihabi-distrofik

D) Distrofik

E) İltihabi


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
149) Gingivit zamanı klinik baxımdan diş ətindəki ilkin klinik iltihabi əlamətlərə hansı aiddir?

A) Diş əti məməciklərinin deformasiyası

B) Zondlama zamanı qanaxma

C) Diş əti məməciklərinin hipertrofiyası

D) Diş əti məməciklərinin atrofiyası

E) Diş əti cibinin 3 mm-ə qədər olması


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
150) Yüngül dərəcəli kataral gingivitdə diş ətinin hansı hissəsi iltihablaşır?

A) Papilyar

B) Papilyar və marginal

C) Alveolyar

D) Alveolyar, marginal və papilyar

E) Marginal və alveolyar


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
151) Orta dərəcəli kataral gingivitdə diş ətinin hansı hissəsi iltihablaşır?

A) Marginal və alveolyar

B) Alveolyar

C) Marginal və alveolyar

D) Papilyar

E) Papilyar və marginal


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
152) Kataral gingivitin ağırlıq dərəcəsi hansı indeks vasitəsi ilə təyin olunur?

A) CPİTN


B) Qrin-vermilyon

C) Gigiyenik

D) Parodontal

E) PMA
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004


153) Kataral gingivit zamanı diş əti mayesinin miqdarı necə dəyişir?

A) Artır


B) Azalır

C) Əvvəl azalır, sonrakı mərhələlərdə artır

D) Diş əti mayesi olmur

E) Dəyişmir


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
154) Diş ətinin resessiyası zamanı diş əti mayesinin miqdarı necə dəyişir?

A) Dəyişmir

B) Azalır

C) Artır


D) Əvvəl azalır, sonrakı mərhələlərdə artır

E) Diş əti mayesi olmur


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
155) Kataral gingivit sadalananlardan hansı ilə diferensiasiya edilir?

A) Parodontitlə

B) Parodontozla

C) Fibromatozla

D) Herpetik gingivostomatitlə

E) Deskvamativ gingivitlə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
156) Metronidazol preparatı etiotrop vasitə kimi nəyin müalicəsində tətbiq edilir?

A) Kataral gingivitin

B) Xoralı-nekrotik gingivitin

C) Deskvamativ gingivitin

D) Parodontozun

E) Hipertrofik gingivitin


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
157) Hipertrofik gingivitin fibroz forması nə ilə diferensiasiya edilir?

A) Fibromatozla

B) Kataral gingivitlə

C) Parodontozla

D) Herpetik gingivostomatitlə

E) Parodontitlə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
158) Hipertrofik gingivitin fibroz formasında aparılan cərrahi müalicə üsulu hansıdır?

A) Dilim əməliyyatı

B) Küretaj

C) Gingivotomiya

D) Gingivoektomiya

E) Kriodestruksiya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
159) Xoralı-nekrotik gingivitin törədicisi nədir?

A) Stafilokokklar və laktobasillər

B) Streptokokklar və laktobasillər

C) Spiroxetlər və fuzobakteriyalar

D) Fuzobakteriyalar və laktobasillər

E) Stafilokokklar və spiroxetlər


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
160) Dişlər təmizləndikdən nə qədər sonra «erkən» diş ərpi əmələ gəlir?

A) 7-8 saat

B) 24 saat

C) 4-5 saat

D) 2 saat

E) 12 saat


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
161) «Dayanıqlı» diş ərpi hansı müddət ərzində əmələ gəlir?

A) 6-7 sutka ərzində

B) 2-3 sutka ərzində

C) 1 aydan çox müddətə

D) 4-5 sutka ərzində

E) 7 sutkadan çox müddətdə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
162) Bu toxumalar kompleksindən hansı parodont anlayışına daxildir?

A) Diş əti, dişin sement toxuması

B) Periodont, diş əti, sümüküstlüyü, diş

C) Diş əti, sümüküstlüyü, sement toxuması

D) Diş əti, sümüküstlüyü, alveol sümüyü, periodont, diş toxumaları

E) Diş əti və dişin dairəvi bağı


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
163) Parodontun funksiyaları hansılardır?

A) Reflektor

B) Baryer, amartizə edici

C) Baryer, trofik, reflektor, plastik, amortizə edici

D) Amortizə edici

E) Baryer, reflektor, plastik


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
164) Parodontun əsas funksiyası hansıdır?

A) Amortizasiya edici

B) Reseptor

C) Reflektor

D) Baryer

E) Plastik


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
165) Sadalananlardan hansı paradontun baryer funksiyasının həyata keçirilməsində rol oynamır?

A) Diş ətinin turqoru

B) Çoxqatlı yastı epitelin buynuzlaşması,diş əti cibi mayesinin funksiyası

C) Tüpürcəyin antibakterial funksiyası

D) Diş ətinin innervasiyası

E) Mukopolisaxaridlərin vəziyyəti


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
166) Parodontun mikrosirkulyator sxeminin əsasını ardıcıllıqla göstərin.

1. Arteriolalar

2. Prekapillyarlar

3. Kapillyarlar

4. Postkapillyarlar

5. Venulalar

A) 1, 2, 4, 3

B) 1, 2 , 3, 4, 5

C) 2, 3, 1, 5, 4

D) 5, 4, 3, 2, 1

E) 2, 3, 4, 5, 1


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
167) Parodontun innervasiyası nə ilə təmin olunur?

A) Üçlü sinirin birinci şaxəsi ilə

B) Üçlü sinirin ikinci şaxəsi ilə

C) Üçlü sinirin ikinci və üçüncü şaxəsinin diş kələfləri ilə

D) Üz siniri ilə

E) Üçlü sinirin bütün üç şaxəsi ilə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
168) Parodont xəstəliklərinin etiologiyasında həlledici faktorlara hansı aid deyil?
A) Ağız boşluğu toxumalarında metabolizmi tənzimləyən ümumi faktorlar

B) Mikroorqanizmlərin diş ərpində toplanmış mübadilə məhsulları

C) Orqanizmin reaktivliyinin dəyişməsi, travmatik okklyüziya

D) Ağız suyunun miqdarının azalması

E) Mikroorqanizmlərin təsirini artırıb azalda bilən ağız boşluğu faktorları
Ədəbiyyat: Боровский E.В.Терапевтическая стоматология, 2004
169) Parodontun iltihabi və distrofik xəstəlikləri (parodontit və parodontoz) arasında fərq varmı?

A) Distrofik proses iltihabi prosesdən əvvəl baş verir

B) Bunlar tamamilə müxtəlif xəstəliklərdir

C) İltihabi proses distrofik prosesdən əvvəl baş verir

D) İnkişaf etmiş mərhələlərində bu iki xəstəlik bir-birindən fərqlənmir

E) Çənələrdə gedən eyni distrofik prosesin müxtəlif formalarıdır


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
170) Hansı dişləm anomaliyası daha çox paradont xəstəliklərinin əmələ gəlməsinə səbəb olur?

A) Açıq dişləm

B) Düz dişləm

C) Distal dişləm

D) Çəp dişləm

E) Dərin dişləm


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
171) Kulaoenko sınağı nə məqsədlə aparılır?

A) Keçid pərdəsində damar divarı keçiriciliyini öyrənmək üçün

B) Diş ərpini aşkar etmək üçün

C) Parodontda damar divarının davamlılığını öyrənmək üçün

D) Dil altı nahiyədə damar divarı keçiriciliyini öyrənmək üçün

E) Retromolyar zonada damar divarı keçiriciliyini öyrənmək üçün


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
172) Parodontologiyada istifadə olunan funksional diaqnostika metodları hansılardır?

A) Yalnız Polyaroqrafiya

B) Reoparodontoqrafiya, osteometriya, polyaroqrafiya, biomikroskopiya

C) Reoparodontoqrafiya, polyaroqrafiya

D) Reoparodontoqrafiya, osteometriya

E) Yalnız Reoqrafiya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
173) Kataral gingivitin klinik əlamətləri hansılardır?

A) Diş əti qanaxmaları,diş əti kənarının hiperemiyası,şişkinliyi,

B) Dişlərin boynunda hiperesteziya, alveolarası çəpərin rezorbsiyası

C) Diş əti qanaxmaları,sümüklərdə müşahidə olunan kəskin destruktiv dəyişikliklər

D) Dişlərin boynunda hiperesteziya və onların pataloji laxlaması

E) Diş ərpinin olması,dərin patoloji diş əti cibləri


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
174) Kəskin-xoralı gingivitin diferensial-diaqnostikasında ən vacib əlamətlər hansılardır?

A) Diş əti məməciklərinin hiperemiyası, şişkinliyi, diş əti ciblərinin mövcudluğu, məməciklərin daxili səthlərində xoralaşmalar

B) Dərin diş əti ciblərinin mövcudluğu

C) Diş əti məməciklərinin ağrıları, basdıqda qanaması, çoxlu miqdarda diş əti altı və diş əti üstü çöküntülər

D) Diş əti kənarının yayılmış xoralaşması, məməciklərin zirvəsinin kəsilmiş görkəm alması, səthinin isə fibrinoz ərplə örtülməsi

E) Toxunduqda qanaxmalar


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
175) Yüngül dərəcəli parodontitin əsas klinik təzahürü necədir?

A) Diş əti məməciklərinin kəskin böyüməsi, göyümtül rəngə çalması, ağrılılıq, qanaxma, diş əti ciblərinin 8 mm-ə qədər dərinliyi, sümüyün diş kökünün yarısına qədər rezorbsiyası

B) Şişkinlik, diş əti məməciklərinin hiperemiyası, toxunduqda qanaxmalar, diş əti ciblərinin olmaması, dişlərin laxlamaması

C) Şişkinlik, diş əti kənarının hiperemiyası, basdıqda qanama, 3-4 mm dərinlikdə diş əti cibləri, dişlərarası arakəsmələrin kompakt səfhələrinin rezorbsiyası

D) Çoxlu miqdarda diş çöküntüləri

E) Diş əti məməciklərinin qanaxmaları


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
176) Yüngül dərəcəli parodontitin rentgenoqrafik müayinəsinin göstəriciləri necə olur?

A) Alveol sümüyündə osteoporz ocaqları qeydə alınır

B) Dişlərərası çəpərin zirvəsi və kompakt səfhələrdə rezorbsiya aşkarlanır

C) Alveolda sümük toxuması köklərin üçdəbirinədək rezorbsiyaya uğrayır

D) Alveol çıxıntısının sümük toxumasında dəyişinlik olmur

E) Alveol çıxıntısında sümük toxuması köklərin yarısınadək rezorbsiyaya uğrayır


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
177) Yüngül dərəcəli parodontitdə patoloji diş əti cibi olurmu?

A) Yalançı diş əti cibi olur

B) Sümük cibləri olur

C) Xeyr


D) Olur, 3-4 mm dərinlikdə

E) Olur, 6 mm dərinlikdə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
178) Orta ağırlıq dərəcəli parodontitlərdə diş əti cibinin dərinliyi nə qədər olur?

A) Yalançı diş əti cibi olur

B) 5 mm-ə qədər

C) 5-7 mm

D) 8 mm-dən çox

E) Ciblər olmur


Ədəbiyyat: Боровский E.B.Терапевтическая стоматология, 2004
179) Orta ağırlıq dərəcəli parodontitlərdə dişlərin laxlaması necə olur?

A) I-II dərəcəli

B) Dişlər travmatik okklyüziya olduğu halda laxlayır

C) II-III dərəcəli

D) I dərəcəli

E) Dişlər laxlamır


Ədəbiyyat: Боровский E.B.Терапевтическая стоматология, 2004
180) Ağır dərəcəli parodontitlərdə diş əti cibinin dərinliyi nə qədər olur?

A) 3-4 mm

B) 2,5 mm-ə qədər

C) 2-3 mm

D) 4-5 mm

E) 6 mm-dən çox


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
181) Ağır dərəcəli parodontitlərdə dişlərin laxlaması necə olur?

A) II - III dərəcəli

B) Laxlama ancaq çənənin bəzi nahiyyələrində olur

C) Laxlama olmur

D) I - II dərəcəli

E) Laxlama ancaq həddən artıq təzyiq olduqda baş verir


Ədəbiyyat: Боровский E.B.Терапевтическая стоматология, 2004
182) Parodontun idiopatik xəstəliklərinə hansılar aiddir?

A) Neytropeniya, aqammaqlobulinemiya, epulis, diş ətinin fibromatozu

B) Parodontoz, parodontit

C) Neytropeniya, X-histositozlar, gingivitlər, parodontomalar

D) Papiyon-Lefevr sindromu, X-histositozlar, neytropeniya, aqammaqlobulinemiya

E) Gingivit, parodontit


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
183) Xronik kataral gingivitlərin müalicəsində antimikrob preparat kimi nədən istifadə edilə bilər?

A) Yalnız keratolitik preparatlar

B) Yalnız antibiotik və fermentlər

C) Antiseptik məhlullar, fermentlər, trixopol, sarğının tərkibində biseptol

D) Zəif antiseptik məhlullarla applikasiya, trixopolla sarğı, heparin, dibunol, hidrokortizon məlhəmləri, sklerozlaşdırıjı preparatlar

E) Turşular, yandırıcı preparatlar, spirtli məhlullar


Ədəbiyyat: Боровский E.B.Терапевтическая стоматология, 2004
184) Applikasiya məqsədi ilə medikamentoz sarğılar diş əti üzərində nə qədər saxlanır?

A) 6 saat

B) 2 saat

C) 5 dəqiqə

D) 20 dəqiqə

E) 1-2 dəqiqə


Ədəbiyyat: Боровский E.B.Терапевтическая стоматология, 2004
185) Ağız boşluğunu yaxalamaq üçün neçə faizli xlorheksidindən istifadə olunur?

A) 0,05%


B) 0,1%

C) 0,01%


D) 2%

E) 0,5%
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004


186) Parodont xəstəliklərinin profilaktikası məqsədi ilə dişlər hansı qaydada təmizlənməlidir?

A) Gündə 2 dəfə – səhər və axşam

B) Gündə 1 dəfə axşam

C) Gündə 3 dəfə

D) 3-5 dəfə

E) Gündə 1 dəfə səhər


Ədəbiyyat: Боровский E.B.Терапевтическая стоматология, 2004
187) Aşağıdakılardan hansı ltihabın ilkin əlaməti hesab olunur?

A) Diş ətinin retraksiyası

B) Spontan qanaxmalar

C) Şişkinlik

D) Turqorun pozulması

E) Kontakt zamanı baş verən qanaxmalar


Ədəbiyyat: Боровский Е В.,Терапевтическая стоматология, 2004
188) Hansı amil diş ətinin hiperplaziyasının səbəbi deyildir?

A) Dişlərin flüorozu

B) Hamiləlik

C) Ağızla nəfəs alma

D) Postmenopauza

E) Leykemiya


Ədəbiyyat: Боровский E.B.Терапевтическая стоматология, 2004
189) Parodontitin əsas diferensial-diaqnostik əlamətləri hansılardır?

A) Diş əti ciblərindən irin axması

B) Diş əti bağının zədələnməsi və pataloji diş əti ciblərinin əmələ gəlməsi

C) Diş əti məməciyinin böyüməsi, hiperemiya, qanaxma, göyümtül rəngə çalma

D) Diş əti məməciyinə basdıqda diş əti cibindən irin və qan axması

E) 2 mm-ə qədər dərinlikdə diş əti cibinin olması


Ədəbiyyat: Боровский E.B.Терапевтическая стоматология, 2004
190) Parodontit zamanı dişlərin depulpasiyasına göstərişlər hansılardır?

A) Diş əti cibləri 6 mm-dən çox, dişlərin laxlaması II dərəcəli olduqda cərrahi əməliyyat keçirməzdən əvvəl

B) Heç vaxt depulpasiya edilmir

C) 6 mm dərinlikdə diş əti cibləri olduqda

D) Dişlərin II-III dərəcəli laxlamaları zamanı

E) Dişlərin laxlaması və ciblərin dərinliyi heç bir əhəmiyyət kəsb etmir


Ədəbiyyat: Боровский E.B.Терапевтическая стоматология, 2004
191) Parodontda irin axını ilə müşayiət olunan iltihabi prosesin kəskinləşməsi zamanı hansı fizioterapevtik tədbirlər həyata keçirilir?

A) Masaj


B) Kiçik spektrli ultrabənövşəyi şüalanma, lazer şüaları, flüktuorizasiya

C) Maqnit terapiyası

D) Vitaminlərlə elektroforez və fonoforez

E) UYT-terapiyası


Ədəbiyyat: Боровский Е.В.,Терапевтическая стоматология, 2004
192) Fizioterapevtik müalicənin aparılmasına əks göstərişlər hansılardır?

A) Onkoloji xəstəliklər, vərəm, yüksək temperaturla müşayət edilən infeksion xəstəliklər, hamiləlik

B) Xəstənin yaşının 50-dən yuxarı olması

C) Parodont xəstəliklərinin cərrahi müalicəsi

D) Xəstənin yaşının 0-14 olması

E) Diş əti cibindən irin axması


Ədəbiyyat: Боровский Е.В.,Терапевтическая стоматология, 2004
193) Dişlər təmizləndikdən neçə saat sonra diş ərpi toplanaraq dişlərə və diş ətinə zərərli təsir göstərə bilir?

A) 24 saat

B) 12 saat

C) 3 saat

D) 1 saat

E) 6 saat


Ədəbiyyat: Боровский E.B.Терапевтическая стоматология, 2004
194) Parodontal cibin mövcudluğu hansı xəstəlik üçün xarakterikdir?

A) Atrofik gingivit

B) Parodontit

C) Hipertrofik gingivit

D) Gingivostomatit

E) Parodontoz


Ədəbiyyat: Боровский Е.В.,Терапевтическая стоматология, 2004
195) Yalançı diş əti cibi hansı xəstəlik üçün xarakterikdir?

A) Parodontoz

B) Deskvamativ gingivit

C) Hipertrofik gingivit

D) Parodontit

E) Atrofik gingivit


Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004
196) Parodont xəstəliklərinin inkişafı üçün ən əlverişsiz dişləm hansı hesab olunur?

A) Çəp dişləm

B) Distal dişləm

C) Dərin dişləm

D) Düz dişləm

E) Açıq dişləm


Ədəbiyyat: Боровский E.B.Терапевтическая стоматология, 2004
197) Parodontit zamanı diş əti cibi hansı müayinə ilə aşkarlanır?

A) Klinik

B) Mikrobioloji

C) Histoloji

D) İmmunoloji

E) Rentgenoloji


Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004
198) Parodontologiyada hansı funksional diaqnostika metodlarından istifadə olunur?

A) Osteometriya

B) Reoparodontoqrafiya, osteometriya, polyaroqrafiya, biomikroskopiya

C) Polyaroqrafiya

D) Reoqrafiya

E) Reoparodontoqrafiya


Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004
199) Orta ağırlıq dərəcəli parodontit nə ilə differensiasiya olunur?

A) Kataral gingivitlə

B) Ağır dərəcəli parodontitlə

C) Parodontozla

D) Hipertrofik ingivitlə

E) Deskvamativ gingivitlə


Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004
200) Ağır dərəcəli parodontit nə ilə differensiasiya olunur?

A) Parodontozla

B) Deskvamativ gingivitlə

C) Kataral gingivitlə

D) Hipertrofik gingivitlə

E) Orta dərəcəli parodontitlə


Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004
201) Kataral gingivit zamanı rentgenoqrammada alveolarası çəpərin rezorbsiyası hansı səviyyədə olur?

A) 2/3


B) Olmur

C) 1/3


D) 2-3 mm

E) 1/2
Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004


202) Hipertrofik gingivit zamanı rentgenoqrammada alveolarası çəpərin rezorbsiyası hansı səviyyədə olur?

A) Olmur


B) 2/3

C) 1/2


D) 1/3

E) 4-5 mm


Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004
203) Xoralı-nekrotik gingivit zamanı rentgenoqrammada alveolarası çəpərin rezorbsiyası hansı səviyyədə olur?

A) 2/3


B) 1/2

C) 4-5 mm

D) Olmur

E) 1/3
Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004


204) Yüngül dərəcəli parodontit zamanı rentgenoqrammada alveol arası çəpərin rezorbsiyası hansı səviyyədə olur?

A) 1/2


B) 2/3

C) Qeyd olunmur

D) Süngəri maddənin osteoporozu

E) 1/3
Ədəbiyyat: Боровский E.B.Терапевтическая стоматология, 2004


205) Orta dərəcəli parodontit zamanı rentgenoqrammada alveol arası çəpərin rezorbsiyası hansı səviyyədə olur?

A) 1/2


B) 1/3

C) Süngəri maddənin osteoporozu

D) 2/3

E) Qeyd olunmur


Ədəbiyyat: Боровский E.B.Терапевтическая стоматология, 2004
206) Ağır dərəcəli parodontit zamanı rentgenoqrammada alveol arası çəpərin rezorbsiyası hansı səviyyədə olur?

A) Süngəri maddənin osteoporozu

B) Qeyd olunmur

C) 1/3


D) 1/2

E) 2/3
Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004


207) Alveolarası çəpərin rezorbsiyası hansı xəstəlik üçün xarakterikdir?

A) Parodontoz

B) Deskvamativ gingivit

C) Hipertrofik gingivit

D) Parodontit

E) Kataral gingivit


Ədəbiyyat: Боровский E.B.Терапевтическая стоматология, 2004
208) Parodontitin cərrahi müalicəsi hansı əlamətlər əsasında seçilir?

A) Xəstəliyin müddəti

B) Xəstənin ümumi vəziyyəti

C) Xəstənin şikayətləri

D) Parodontal cibin dərinliyi

E) Xəstənin yaşı


Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004
209) Parodontologiyada leykositlərin miqrasion aktivliyini qiymətləndirmək üçün hansı sınaqdan istifadə olunur?

A) Kotzschke sınağından

B) Şiller-Pisarev sınağından

C) Kulajenko sınağından

D) Yasinovski sınağından

E) Kavetski sınağından


Ədəbiyyat: Боровский E.B.Терапевтическая стоматология, 2004
Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin