Cü il tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Ağciyər emboliyasının yaranmasında ən çox təsadüf edilən səbəb hansıdır?



Yüklə 1,94 Mb.
səhifə16/26
tarix09.02.2017
ölçüsü1,94 Mb.
#7875
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

660) Ağciyər emboliyasının yaranmasında ən çox təsadüf edilən səbəb hansıdır?

A) çanaq venalarının trombozu

B) sağ qulaqcıqda tromboz

C) aşağı ətraf venalarının trombozu

D) prostat vəzinin trombozu

E) yuxarı ətraf venalarının trombozu


Ədəbiyyat: Ю. Н. Беленков, Р. Г. Оганов - Кардиология, национальное руководство, 2007г
Neyrosirkulyator distoniya
661) Neyrosirkulyator distoniyada müalicə necə aparılır?

A) qeyrimedikamentoz üsulları

B) bütün cavablar düzgündür

C) sakitləşdirici dərman maddələri ilə

D) fiziki məşqlərlə

E) psixoterapevtik üsullarla


Ədəbiyyat: В. И. Маколкин, С. И. Овчаренко « Внутренние болезни» , 1989
Sinkopal vəziyyət
662) Aşağıdakılardan hansı funksional ortostatik hipotoniyanın səbəblərinə aid deyil?

A) ümumi periferik damar müqavimətinin azalması

B) hipervolemiya

C) hipovolemiya

D) ürəyə gələn venoz qanın həcminin azalması

E) venoz tonusun azalması


Ədəbiyyat: А. С. Сметнев, А. А. Гроссу, Н. М. Шевченко « Синкопальные состояния в кардиологии» , 2001
663) Fiziki yük zamanı bayılma daha çox hansı xəstələr üçün səciyyəvidir?

A) mitral çatışmazlığı olan

B) aortal stenozu olan

C) aortal çatışmazlığı olan

D) mitral stenozu və mitral çatışmazlığı olan

E) mitral stenozu olan


Ədəbiyyat: Н. М. Шевченко « Кардиология» , 2006
664) Hansı antianginal prepara ortostatik hipotoniyaya səbəb ola bilər?

A) nitrosorbid

B) anaprilin

C) nifedipin

D) verapamil (finoptin)

E) kaptopril


Ədəbiyyat: A. B. Baxşəliyev « Kliniki farmakologiya» , 2004
665) Verapamilin vena daxilinə yeridilməsi nəticəsində yaranan hipotoniyanı aradan qaldırmaq üçün seçim preparatı hansıdır?

A) kalsium xlorid (və ya kalsium qlükonat)

B) plazmaəvəzedici məhlullar

C) efedrin

D) mezaton

E) ürək qlikozidləri


Ədəbiyyat: A. B. Baxşəliyev « Kliniki farmakologiya» , 2004
666) Aşağıdakı əlavə təsirlərdən hansı prazozinin istifadəsi zamanı yarana bilər ?

A) fotofobiya

B) ortostatik hipotoniya

C) quru öskürək

D) ağızda quruluq

E) bradikardiya


Ədəbiyyat: Ю. Белоусов, В. С. Моисеев, В. К. Лепахин « Клиническая фармакология и фармакотерапия. Руководство для врачей », 2000
667) Miokard infarktlı xəstələrdə kəskin hipotoniya və bradikardiya yarandıqda hansı preparatların təyini əsas sayılır?

A) bütün cavablar düzdür

B) vena daxilinə atropinin yeridilməsi

C) vena daxilinə mayenin (reopoliqlükin, 5%-li qlükoza məhlulu) köçürülməsi

D) vena daxilinə noradrenalinin yeridilməsi

E) ürək qlikozidlərinin vena daxilinə yeridilməsi


Ədəbiyyat: В. А. Михайлов « Руководство для врачей скорой помощи», 1989.
668) Arterial təzyiq düşərkən (qanaxma zamanı), baroreseptorların impulsasiyası azaldığı zaman sinir siteminin hansı təsiri üstünlük təşkil edir?
A) simpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm azalır, damar tonusu yüksəlir

B) parasimpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm azalır, damar tonusu yüksəlir

C) parasimpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm artır, damar tonusu aşağı düşür

D) simpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm artır, damar tonusu aşağı düşür

E) simpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm və damar tonusu yüksəlir
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 52
Kardioloji təxirəsalınmaz vəziyyətlərdə müalicə tədbirlərinin ardıcıllığı
669) Kəskin sol mədəсik çatışmazlığı zamanı hansı diuretikə üstünlük verilməlidir?

A) mannitol

B) hiqroton

C) veroşpiron

D) furosemid

E) diakarb


Ədəbiyyat: Ю. Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002
670) Miokard infarktlı xəstələrdə ağciyər ödemi zamanı hansı preparat əks göstərişdir?

A) heparin

B) eufillin

C) laziks

D) dobutamin

E) morfin


Ədəbiyyat: С. А. Крижановский « Клиническая фармакология», 2003
671) Ağciyər ödemi zamanı dərman preparatının yeridilməsi ardıcıllığından hansı düzgündür?

A) laziks, pentamin, panangin

B) morfın, arfonad, strofantin

C) eufillin, strofantin, laziks

D) nitratlar, eufillin, enalapril

E) morfin, laziks, nitratlar


Ədəbiyyat: С. А. Крижановский « Клиническая фармакология», 2003
672) Ağ ciyər ödemi zamanı arterial təzyiqin endirilməsi məqsədi ilə hansı preparat məsləhət görülmür?

A) Labetolol

B) Nitroqliserin

C) Natrium nitroprussid

D) Furosemid

E) Enalaprilat


Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 665
673) Hipotenziya fonunda ağciyər ödemi zamanı hansı preparat təyin edilir?

A) adrenalin

B) kordiamin

C) strofantin

D) dopamin + natrium nitroprussid

E) atropin


Ədəbiyyat: В. И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005
674) Ağciyər ödeminin hansı ağırlaşmalarında morfinin işlədilməsi göstərişdir?

A) beynə qansızma

B) hipertonik kriz

C) qulaqcıqların səyriməsi

D) kollaps

E) mədəciklərin fibrilyasiyası


Ədəbiyyat: С. А. Крижановский « Клиническая фармакология», 2003
675) Ağciyər ödeminin farmakoterapiyasında hansı diuretikə üstünlük verilir?

A) higroton

B) furosemid

C) diakarb

D) indapamid

E) mannitol


Ədəbiyyat: Е. И. Чазов, Ю. Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006
676) Miokard infarktlı xəstələrdə mədəcik ritm pozğunluqlarında seçim preparatı hansıdır?

A) lidokain

B) xinidin

C) amiodaron

D) atenolol

E) novokainamid


Ədəbiyyat: Е. И. Чазов, Ю. Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006
677) Miokard infarktın yaranmasından sonra trombolizisin aparılması hansı ilkin saatlarda effektivdir?

A) 12 - 18 saat

B) 6 - 8 saat

C) 8 - 12 saat

D) 12 - 24 saat

E) 10 - 24 saat


Ədəbiyyat: В. И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005
678) Kardiogen şokun reflektor formasında hansı tədbirlər ilkin olaraq həyata keçirilməlidir?

A) miokardın revaskulyarizasiyası

B) arterial təzyiqin yüksəldilməsi

C) trombolizis

D) plazmaəvəzedicilərin yeridilməsi

E) neyroleptanalgeziya


Ədəbiyyat: В. И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005
679) Aritmik formalı kardiogen şokda hansı tədbirlər ilkin olaraq həyata keçirilməlidir ?

A) arterial təzyiqin yüksəldilməsi

B) ritm pozğunluğunun təcili aradan qaldırılması

C) plazmaəvəzedicilərin infuziyası

D) trombolizis

E) neyroleptanalgeziya


Ədəbiyyat: В. И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005
680) Miokard infarktlı xəstələrdə yaranmış tez-tez rast gələn mədəcik ekstrasistoliyalarda birinci dərəcəli seçim preparatı nədir?

A) novokainamid

B) lidokain

C) metoprolol

D) verapamil

E) kordaron


Ədəbiyyat: В. И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005
681) Hipovolemiya əlamətləri olan kəskin hipotoniya və şok zamanı hansı müalicə tədbirləri əsas sayılır?

A) vena daxilinə noradrenalinin yeridilməsi

B) vena daxilinə antikoaqulyatların yeridilməsi

C) vena daxilinə plazmaəvəzedicilərin yeridilməsi

D) bütün cavablar düzdür

E) vena daxilinə ürək qlikozidlərinin yeridilməsi


Ədəbiyyat: В. И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005
682) Miokard infarktı zamanı kardiogen şokun yaranma səbəblərinə aşağıda qeyd olunanlardan hansı aid deyil?

A) papilyar əzələ başının qırılması

B) mədəcikarası çəpərin yarılması

C) sol mədəciyin cırılması

D) sağ mədəciyin miokard infarktı

E) perikardit


Ədəbiyyat: Е. И. Чазов, Ю. Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006
683) Mədəciklərin fibrilyasiyası olan xəstələrdə elekroimpuls terapiyanın effektivliyi hansı preparatın tətbiqi zamanı artmış olur?

A) amiodaron

B) propafenon

C) ritmilen

D) obzidan

E) novokainamid


Ədəbiyyat: Е. И. Чазов, Ю. Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006
684) Kəskin sol mədəcik çatışmazlığı fonunda hipertonik krizlərdə aşağıdakılardan hansı istifadə olunmur?

A) vazodilatatorlar

B) kalsium antaqonistləri və beta-adrenoblokatorlar

C) kalsium antaqonistləri

D) beta-adrenoblokatorlar

E) sidikqovucular


Ədəbiyyat: В. И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005
685) Aortanın laylanan anevrizması zamanı hipertonik krizlərdə preparatların yeridilmə ardıcıllığından hansı doğrudur?

A) vazodilatatorlar, qanqlioblokatorlar

B) vazodilatatorlar, sidikqovucular

C) vazodilatatorlar, beta-blokatorlar

D) beta-blokatorlar, qanqlioblokatorlar

E) beta-blokatorlar, vazodilatatorlar


Ədəbiyyat: С. А. Крижановский « Клиническая фармакология», 2003
686) Aortanın laylanması ilə müşayiət olunan krizlərdə apressinin venadaxili yeridilməsi hansı fəsada gətirib çıxara bilər?

A) aortanın yarılması

B) mədəciklərin fibrilyasiyası

C) ürəyin dayanması

D) ürəyin tamponadası

E) kollaps


Ədəbiyyat: С. А. Крижановский « Клиническая фармакология», 2003
687) Hansı hallarda ağciyər ödemi zamanı ürək qlikozidlərinin işlədilməsi məqsədəuyğundur?

A) ümumi fikir yoxdur

B) kəskin miokard infarktı

C) qulaqcıqların səyriməsinin taxisistolik forması və ümumi fikir yoxdur

D) hipotenziya

E) qulaqcıqların səyriməsinin taxisistolik forması


Ədəbiyyat: С. А. Крижановский « Клиническая фармакология», 2003
688) Kəskin miokard infarktının durğunluq hemodinamik növündə yaranan ağciyər ödeminin müalicəsində hansının preparatın tətbiqi əks göstərişdir?

A) β-adrenoblokator

B) Nitroqliserin, Na nitroprussid

C) Oksigen terapiyası

D) Furosemid

E) Morfin


Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 566
689) Kəskin hipotenziya və taxikardiya ilə müşayiət olunan ağciyər ödemi zamanı hansı preparat istifadə olunur?

A) dobutamin

B) atropin

C) adrenalin

D) talinolol

E) diltiazem


Ədəbiyyat: В. И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005
690) Qəfləti ürək-damar sisteminin dayanması zamanı aşağıdakı tədbirlərdən hansı icra olunmur?

A) adrenalinin yeridilməsi

B) ağciyərlərin süni ventilyasiyası

C) defibrilyasiya

D) prednizolonun yeridilməsi

E) ürəyin qapalı masajı


Ədəbiyyat: Е. И. Чазов, Ю. Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006
691) Ağciyərlərin ödemi zamanı eufillinin təyini nəyin fonunda göstərişdir?

A) bronxospazm

B) hipertenziya

C) taxikardiya

D) miokard infarktı

E) hipotenziya


Ədəbiyyat: Ю. Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002
692) Bronxospazm və bradikardiya ilə birgə müşayiət olunan ağciyər ödemində hansı preparatın işlədilməsi məqsədəuyğundur?

A) efedrin

B) adrenalin

C) eufillin

D) atropin

E) izadrin


Ədəbiyyat: Ю. Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002
693) Aterosklerozun konservativ müalicəsinin və ikincili profilaktikasının əsas məqsədi aterosklerotik piləyin destabilləşməsinin, onun dağılmasının və damardivarı tromblaşmanın başlamasının qarşısının alınmasıdır. Bunun üçün nələrin istifadəsi vacıb deyil?
A) antiaqreqant terapiyanın

B) anqiotenzinçevirici ferment inhibitorlarının

C) β - adrenoblokatorların

D) antioksidant müdafiəli fermentlərin

E) antianqinal preparatların
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
694) Aterosklerozlu xəstələrdə hidroksi - metilqlütaril (HMQ) - КоА - reduktazanın inhibitorlarının (statinlərin) müsbət effektinə nə aid deyil? (XS - xolesterin, ASL - aşağı sıxlıqlı lipoproteinlər, YSL – yüksək sıxlıqlı lipoproteinlər)
A) Xolesterinin sintezinin azalması nəticəsində ASL XS həddinin əhəmiyyətli enməsi

B) Xolesterinin sintezinin azalması nəticəsində YSL XS həddinin əhəmiyyətli enməsi

C) ASL - reseptorların aktivliyinin artması

D) Qan dövranında aşağı sıxlıqlı lipoproteinlərin tutulması

E) Qan dövranında aşağı sıxlıqlı lipoproteinlərin utilizasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 360
695) Hansı kliniki vəziyyətlərdə hidroksi - metilqlütaril (HMQ) – КоА - reduktaza inhibitorlarının qəbulu əks göstəriş deyil?
A) hamiləlik və döş əmizdirmə zamanı

B) qara ciyərin aktiv patoloji proseslərində

C) ətraflarda podaqraya uyğun dəyişiklik

D) qara ciyər fermentlərinin səviyyəsinin ilkin yüksək olmasında

E) preparatın komponentlərinə həssaslığın yüksək olmasında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 363
696) Hansı kliniki vəziyyətlərdə fibratların təyini göstəriş deyil?
A) hiperproteinemiya

B) hipoproteinemiya

C) xroniki qastrit

D) xroniki otit

E) xroniki piyelonefrit
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 365
697) Hansı klinik halda öd turşusunun sekvestrantlarıyla müalicə əks göstəriş deyil?
A) arterial hipertoniyada

B) hamiləlikdə

C) preparata yüksək həssaslıq olduqda

D) əhəmiyyətli hipertriqliseridemiyada

E) öd yollarının obstruksiyasında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 365
Ürək damar sisteminin müayinə üsulları
698) QT intervalının uzanması nə zaman rast gəlinir?

A) Mədəciklərin erkən repolyarizasiya sindromunda

B) Anadangəlmə QT intervalının uzanma sindromu

C) Ürək vurğularının sayının artması

D) Ürək qlikozidləri ilə intoksikasiya zamanı

E) Ürək vurğularının sayının azalması


Ədəbiyyat: I. A. Latfullin “Kliniki aritmologiya” 2002
699) QT intervalının qısalması nə zaman rast gəlinir?

A) Ürək vurğularının sayının artması

B) Hipermaqneziemiya

C) Uremiya fəsadlaşmasında

D) Hipokalsemiya

E) Ürək qlikozidləri ilə intoksikasiya


Ədəbiyyat: I. A. Latfullin “Kliniki aritmologiya” 2002
700) 2-ci sıradan olan AV birləşmədən əvəzedici ritmin tezliyi neçəyə bərabərdir?

A) ÜVS 1 dəq-də 20-dən az

B) ÜVS 1 dəq-də 40-50

C) ÜVS 1 dəq-də 30-dan az

D) ÜVS 1 dəq-də 20-30

E) ÜVS 1 dəq-də 90-100


Ədəbiyyat: V. N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003
701) 5- ci sıradan olan Purkinye liflərindən əvəzləyici ritmin tezliyi neçəyə bərabərdir?

A) ÜVS dəq-də 20-30

B) ÜVS dəq-də 60-80

C) ÜVS<30 1 dəq-də

D) ÜVS<20 1 dəq-də

E) ÜVS dəq-də 40-50


Ədəbiyyat: V. N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003
702) Sol mədəcik ekstrasistolalarının xarakterizə edici amilləri:

A) EKQ də V1-3 aparmalarında QRS kompleksində hündür “R”dişi və V4-6 aparmalarında dərin “S” dişlərinin qeydi

B) Natamam kompensator pauza

C) EKQ də V1-6 aparmalarında QRS kompleksində dərin“S” dişlərinin qeydi

D) EKQ də V1-3 aparmalarında QRS kompleksində dərin “S”dişlərinin qeydi

E) EKQ də V1-6 aparmalarında QRS kompleksində hündür “R” dişlərinin qeydi


Ədəbiyyat: V. N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003
703) His dəstəsi sol ön şaxəsinin blokadası zamanı ürəyin elektrik oxunun istiqaməti:

A) Aşağı, sağa

B) Ön və arxaya

C) Önə və yuxarı

D) Kəskin sola, yuxarı

E) Sola, aşağı


Ədəbiyyat: V. N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003
704) His dəstəsi sol arxa şaxəsinin blokadası zamanı ürəyin elektrik oxunun istiqaməti:

A) Sola və aşağı

B) Sola və yuxarı

C) Önə və arxaya

D) Sağa və aşağı

E) Önə və yuxarı


Ədəbiyyat: V. N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003
705) ExoKQ zamanı sol mədəciyin son–sistolik ölçüsü neçədir?

A) 42-56 mm

B) 32-36 mm

C) 22-38 mm

D) 38-56 mm

E) 36-48 mm


Ədəbiyyat: H. Feiqenbaum “Руководство по эхокардиографии”,5 издание,издательство Вивар,1999
706) Əsasən hansı xəstəliklər zamanı rentqenolojı müayinədə aortanın uzanması və genişlənməsi müşahidə olunur?
A) üçtaylı qapaq çatışmazlığında və mitral qapaqların prolapsında

B) mitral qapaq çatışmazlığında və Botal axacağın bağlanmamasında

C) ağciyər qapaqlarının çatışmazlığında

D) aorta qapaqlarının çatışmazlığında

E) aterosklerotik zədələnmə və arterial hipertenziyalarda
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
707) Xroniki ürək çatışmazlığının erkən mərhələlərində kliniki əlamətlərə görə diaqnoz qoymaq mümkün olmadıqda sadalanan instrumental müayinə metodlarının hansından istifadə olunması effektiv hesab olunmur (o cümlədən mədəciklərin gizli, simptomsuz sistolik disfunksiyaları zamanı)?
A) Yüklənmə sınaqları

B) Radionuklid müayinə metodları

C) Maqnit - rezonans tomoqrafiya

D) EKQ


E) Exo KQ
Ədəbiyyat: 1) Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 92. 2) А. Джонн Кэмм, Томас Ф. Люшер, Патрик В. Серруис. Болезни сердца и сосудов. Руководство Европейского общества кардиологов. Москва, «ГЭОТАР - Медиа», 2011, стр. 873, 874
708) Aterosklerotik kardiosklerozlu xəstələrin rentgenoloji müayinəsi zamanı aortanın düz, sol ön çəp və sol yan proyeksiyasında hansı pozğunluq qeyd olunmur?
A) Genişlənməsi

B) Divarında kalsiumun toplanması

C) Anevrizmatik qabarması

D) Rentqenoskopiyada pulsasiyanın zəifləməsi

E) Uzanması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
709) Oxşar kliniki simptomlara (təngnəfəslik, taxikardiya və başqaları) malik və bu halda yüksək ürək atımlı xroniki ürək çatışmazlığının mümkün səbəbi hesab olunan hansı xəstəliyin nəticəsi qanın ümumi kliniki analizi ilə təstiqlənir?
A) Anemiya

B) Mitral qapaq çatışmazlığı

C) Ağ ciyərlərin obstruktiv xəstəlikləri

D) Miokardit

E) Kardiomiopatiyalar
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 92.
710) Sidiyin ümumi analizi ilə təsdiqlənən hansı laborator nəticə xroniki ürək çatışmazlığında böyrəklərin zədələnməsi markeri hesab olunur və eyni zamanda nefrotik sindromun, kəskin və xroniki qlomerulonefritin və başqa ödem sindromlu böyrək xəstəliklərinin xarakter əlamətlərindən biri hesab olunur?
A) Proteinuriya

B) Makrohematuriya

C) Silindruriya

D) Mikrohematuriya

E) Leykosituriya
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
711) Xroniki ürək çatışmazlıqlı xəstələrdə eyni zamanda diaqnostik test kimi istifadə olunan qanın biokimyəvi analizlərindən hansı nəticələri müalicə təyin olunduqda mütləq nəzərə alınmalıdır?
A) Qələvi fosfataza

B) Kortizol

C) Lipaza, amilaza

D) Lg-E immunoqlobulinlər

E) Elektrolitlərin disbalansı (Nа+, К+, Са2+, Мg2+ və s. )
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
712) Qanın biokimyəvi analizlərinin hansı nəticəsi xroniki ürək çatışmazlıqlı xəstələrdə şəkərli diabetin ola bilməsini təsdiq edir?
A) Elektrolitlərin disbalansı (Nа+, К+)

B) Dislipidemiya

C) Hiperqlikemiya

D) Testosteronunun miqdarının artması

E) Üzüm turşusunun artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
713) Böyrək xəstəliyi olan xroniki ürək çatışmazlıqlı xəstələrdə qanın biokimyəvi analizlərinin hansı nəticələri xroniki böyrək çatışmazlığının başlanmasını təsdiq edir?
A) Qalıq azotun və şəkərin miqdarının artması

B) Elektrolitlərin disbalansı (dəmir, mis, fosfor)

C) Sidik cövhərinin və kreatininin miqdarının artması

D) Ümumi bilirubinin miqdarının artması

E) Qələvi fosfatazanın və lipidlərin miqdarının artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
714) Qanın biokimyəvi analizinin hansı nəticələri koronar arteriyaların aterosklerozu və ürəyin işemik xəstəliklərini təsdiqləyir və çox güman ki, xroniki ürək çatışmazlığının səbəbidir? (XS- xolesterin, ASL –aşagı sıxlıqlı lipoproteinlər, YSL – yuxarı sıxlıqlı lipoproteinlər, TQ - triqliseridlər)
A) Lipaza və diastaza

B) Hiperlipidemiya (ümumi ХS, ХS ASL, ХS YSL, TQ, aterogenlik əmsalı)

C) Xolinesteraza və qələvi fosfataza

D) Timol sınağı, tiroksin və triyodtironin

E) Kreatinin və sidik cövhəri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
715) Qanın biokimyəvi analizinin hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə qara ciyər funksiyasının pozğunluğunu təsdiq etmir? (АsАТ - аspartat-aminotransferaza, АlАТ - alanin-aminotrasferaza, QQTP - qamma-qlutamiltranspeptidaza, LDH - laktat-dehidroqenaza, KFK - kreatinfosfokinaza МВ fraksiyası)
A) Qara ciyərin çöküntü sınağının dəyişilməsi

B) МВ KFK miqdarının dəyişilməsi

C) LDH, KFK miqdarının dəyişilməsi

D) Haptoqlobin Hp1-1 fenotipinin miqdarının artması

E) Hiperfermentemiya (АsАТ, АlАТ, QQTP)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
716) Qanın biokimyəvi analizinin hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə hipertireozu və ya hipotireozu təsdiq edir? (ТТH - tireotrop hormon, Т4 - tiroksin, Т3 - triyodtironin, LDH - laktatdehidroqenaza, KFK - kreatinfosfokinaza МВ -fraksiyası)
A) Α-1- qlobulinlərin miqdarının artması

B) LDH, KFK МВ miqdarının dəyişilməsi

C) Qara ciyərin çöküntü sınağının dəyişilməsi

D) ТТH, Т3, Т4 miqdarının dəyişilməsi

E) Γ -qlutamiltranspeptidazanın miqdarının artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin