Civildağin yuxusu ( Doğulmamış uşaqlar için yazılmışdır, ölülərin oxuması kəsinliklə yasaqdır.)



Yüklə 120.81 Kb.
səhifə4/6
tarix26.06.2017
ölçüsü120.81 Kb.
1   2   3   4   5   6

Baxdım üçüncü yoldaşımızın üzündə olan o ilkin acıqlamalar yox olmuşdur. Arasıra cıvıldağın dediklərinə yavaşdan hırıldamaqla olumlu baxış bildirirdi. Cıvıldaq da iki boş qulaq tapdığı için çayaları üst üstə boşaldıb, yuxusunu sapa düzrdü:

İnanın molla Dördəmquluya vurulanlar qalın gönlü bir eşşəyə vurulsaydı, çoxdan əzim əzim olardı. Ancaq o yabıoğluna vurulanlar eləbil təpəgözə vurulur, vurulduqca şişirdi. Özü də qaval kimi gum gum gumbuldurdu. Orada bütün mollaların, keşişlərin, xaxamların eləcə də başqa inanc başçılarının saçları dazalaq qırxılmış, anlılarının üstündə bir əlçlm uzun saç buraxılmışdı. O saçı da əl için yuvarlaq biçimdə düyünləmişdilər. Bu işi saqqal uclarında da görmüşdülər. Onları minərkən onlardan yararlanırdılar. At,eşşək yerinə onları minir, yerimiyəndə bizlirdilər. Bu işə orda mollamindi deyirdilər. Bizlərdən ərincək eşşəklərin yanları kimi şırım şırım qan axırdı. Acınacaqlı səslərini kimsə dinləmirdi. Bu səslər qarşısında ; “ Çəkdirdiklərinizin milyonda birini çəkmirsiniz, bu sizə verilən ən gözəl paydır”, sözləri eşidilirdi. Nəsə Teymur kişi çəkdiklərinin öcünü alarcasına bağırırdı; “ Bir dediyinizi iki etmək olmazdı. Düşündürücü bir sözü yanıtlamqda hıqqanar, sonra Kafir damğası vurar, dışlardınız. Olan, kərbəla olayından başqa bildiyiniz nəsə vardımı? Elə ilin 12 ayı bizi onla ağladar, ürəklərimizi yumuşadar, öz ciblərinizi doldurardınız. Köpəyim molla, acunda minlərlə Kərbəla olayından daha çox acınacaqlı olaylar olmuşdur. Onları dilinizə gətirdiyiniz oldumu!? Elə o balaca olaya qol qanad verib, özünüzü topluma sırayırdınız. Topluma bir Kərbəlanı min Kərbəla etdiniz. O göz yaşları toplumun gözünü görməz, ürəyini sömürü için yumuşadırdı. Ondan sonra da özünüzü uydurduğunuz tanrının sözcüsü edərək, topluma buyuruqçu olurdunuz. Siz sıraqul Hiyerarşı düzəni yardaraq, insanlığı saqqız kimi çeynədiniz.”

Burada Cıvıldaq səsinin xodunu almşcasına öz düşüncələrini də qatmaq istədi:

- Mən Teymur kişinin belə bilgili olduğunu öləndən sonra orda gördüm. Demək bizlər öləndən sonra qorxunu yenib, sözözgürlüyünü əldə edirik. Kişi yetgin bir bilgin kimi danışırdı. Doğurdan da bu sıraqulluq düzəninə inanclar öncüllük etmişlərdir. Başa uyduruq bir tanrı, aşağılara da yalvac, sonra onların quyruqları, xaqanlar, xanlar bəylər... Yazıq insan bu ağır yükün altından necə qalxsın? İnsan içində olan bu sıraqul qorxusu, özgürlük anlayışını insanda yox etməzmi? Bu sıraqul anlayışının başını inanclar çəkir. Orada tanrıya tapınmalar, insanı başqa tapınmlara uyğunlaşdırır. Ay qardaş inanın, gündə 17 kəz yaltaqlıq için donbalıb qalxan, yoldan yetən bir güclünün qarşısında da donbalar dayna. Nə için donbalır? Uçmağın var yoxu için, tamunun da qorxuları için. Bunun adına rüşvət deməzlərmi? Baxın elə bu rüşvətin qaynağıdı. Yaltaqlığın, yalanın, rüşvətin, ikiüzlülüyün qayanağı bu tapınmayla başalyır. İnsanları balacalıqdan bellərinə vura vura bunlara öyrədirlər. Sonra da bununla savaşamnın gərəksim olduğunu deyirlər. Necə olabilər? Siz insanları acunu qavaramay başladıqlardan bu pisliklərə alışdırırsınız. Sonra da onlarala savaşmağın gərəksim olduğunu deyirsiniz. Bunlarla savaşın yolu öncə bu tapınmanın önü almaqdan geçər. Tanrı varsa, o böyüksə, nədən bu pisliklərə gərəksim duyur? O eşsiz bir varlıqsa, bunlara gərəksim duymamalıdır. İnsan oyuncaqmışsa onda onun özgürlüyü yoxdur deməkdir. Özgürlüyü varsa beyninə gələn bütün soruları sormalı, onlara doğru yanıt tapmalıdır. Bir yandan onun özgür olduğunu savunur, bir yandan da qolu bağlı tapınmaya sürüklürlər. Bu çelişgiləri insan çözmədiyi sürəcə, tolumda insanlar eşit olmuyacaqlardır. Biriləri gecə gündüz yalmanmaq, yaltaqlanmaq üçün yer axtarırlar. Bu axtarışları aşılayan, tapınma davranışından qayanaqlanmırmı? Mənim kökənciliklə bağlı yetərincə bilgim vardır. Dinlər mitologiyaların sevgilərini qorxuya dönüşdürən etkənlərdir. Onlar bu sevgiləri öncə qısıtlayıb, sonra da dırnağa alaraq, özətçiliklə topluma qorxu biçimində axtarmışlardır. Bu gün bu inancların başında sevgidən daha çox qorxu dayanır. Qorxu insan özgürlüyünü baltalıyan, onu sürüngən heyvan düzeyinə endirən etgəndir. İnsan qorxuları yenmədiyi sürəcə bu yer yuvarlağının sınırlarını aşamıyacaqdır. Əkinsəl olquların oluşumunda, inancların çox geniş yeri olmuşdur. Ancaq bu etgilərin bütünü sıraqul düzəninin qulluğunda olduğundan, olumsuzluqların qayanğına çevrilmişdir. İndiyə kimi insan nədən bu yuvarlağın sınırları dışında duyğularını, düşüncələrini bəsləyə bilməmişdir? Bu inancların yerlə çağlara sınırlanmalrı üzündəndir. Özlərini tanrının sözcüsü bilən bu inanclar Ərəb, İsrail sınırları içində yarandıqları dönəmlərdə qalmışlardır. Onların birinci tümcəsindən, sonuncu tümcəsinə dək bütünü çağdışıdır. Onları uyduruq İM, CİMlərlə günümüzə daşımaq isə yobazlığın qanıtıdır. Bütün din bitikləri bu günün ilk oxul öyrəncisi için belə bilgisizdir. Bunları bilimyurdlarına bilikli olaraq sıraqul düzənçiləri daşıyırlar. Onlarda olan geçmiş insan davranışlarıyla ilgili bilgilər, yenə sıraqul düzənçilərinə yarayan bir anlayışdır. Artıq günümzdə çağdaş insanın gənəl toplum davranışlarından bilgisi vardır. Bu toplum davranışlarına uymayanları isə, devlətin yetgili qurumları bilgiləndirmək için gözətimə alır. Sözü edilən o inanc bitiklərinin deyim biçimləri bu gün insanın gözəllik anlayışını belə pozur. Onlarda olan dil kəsinliklə çağdaş bir insan danışığı deyildir. Yüzlərlə qalın qalın ünləmlər artıq yumuşaq yaşam sürdürən insandan çox uzaqdadır. Bu günün danışığıyla o dönəmlərn danışığı arsında dağlarla ara vardır. Doğal olaraq o dönəmlərdə insan orman yasalarına uyğun bir yaşam yşayırdı. Onun yediyi, içdiyi, geydiyi, yatdığı... nəsnələrin bu danışqlarda etgisi vardır. Qaya üstündə yatan biriylə, yumuşaq döşəkdə yaşayanın istər istəməz duyğuları, düşüncələri səsinə yansıyacaqdır. Bu günün yeməyi, geyimi də elə. Bu gün bir saat uçaqla acunun o başından bu başına ağrı duymadan gedən biriylə, min ili bundan öncə 100 kilometri hıqqa hıqqla, zıqqa zıqqla gedənin istər istəməz danışığında ayrıcalıq olacaqdır. İndi o ağrıları çəkmiş, çağdaş insan rahatlığından anlayışı olmayanların bu günə nə ilətiləri olabilər? Bunları ruhsallıq açısından incələsələr, ən böyük insan ağlatısı ortaya çıxar. O uyduruq qutsal bitiklərin günümüzdə danışılacaq nəsələri yoxdur. Onları yalandan uydurub bilimsəllik adı vermək, bilimdən bilgisizlikdir. Bilim çağaşımına uğramış qonuları gündəmdə tutmaq deyil, çağdaşlığı insan yararına topluma sunmaqdır. Bu gün bu inanc örgütlərinin uyqulayımbilim alanında gördükləri nəsə yararlı iş az da olsa yoxdur. Onlar yeri gəldiyində uyqulayımbilimə qarşı da çıxmışdılar. İndi onların bu o araclardan yararlanma haqları varmı? Məncə yox. Çün, onlar geçmişdə qalmış ilan çayan bilimiyilə eləcə də onlara yazılan duvalarla uğraşmaqdadılar. Bu dinlər yarandıqları gündən bəri insan öldürməklə yükümlüdürlər. Ancaq sloqlanları isə insan yararına olmaqdır. Bunların özgeçmişlərinə göz ucu baxmaq gerçəkləri aydınca göstərir. İnsan öldürmədikləri ili deyil, günü belə göstərmək çətindir. Bu yetgiyi tanrının verdiyini deyirlər.Tanrının verdiyi yetgi bəlgəsi deyilə nəsə yoxdur. Yalnız özlərini yükümlü bilən sıraqul düzəninin qulçaqları vardır. Bu açıdan gücsüz insanlardan özlərinin alçaq ərəkləri için yararlanırlar. Bilginin önə geçdiyi dönəmlərdə “Mötəzilə” azqınlaşmış, uyduruq tanrı yükümlüləri isə, buyruq vermişlərdir. Sancı buradan başlayır. İnanc bilgiyə qarşı durur. İnancın düşünməksızın olacaqdır. Düşündünsə, quşqular oluşdusa, demək səndə inanc yoxdur. Belə saçma anlayış olarmı? Bütün yeniliklər əskilərə qarşı quşquların oluşumundan başlayır. İnanclarda isə quşqu suçdur. Nədəni siə bəllidir. Bunlar uydurduqları tanrının varlığını nədənsiz mənimsətmək istəyirlər. Artıq ən gerici toplumlarda yüzdəsi atmışın üzərinə çıxmış insanlara, gözü bağlı nəsəyi mənimsətmək olanaqsızdı. Mən nəsə düşünürəmsə, düşüncələrimin yaratdığı soruları da yanıtlamalıyam. Bunları sorub araşdırmaq, tanrının varlığına quşqu duymaq, onu tanımamqdır. Bu anlamda suçlusan. Belə bir anlayış düşüncədən, dildən yoxsun olan hevana yaraşar. Yüksək duyğudan, düşüncədən, insanın ən böyük buluşu olan dildən yararlanmaq, onun ən doğal haqqıdır. Bunu inancların anlamsız yarğılarının yasallılığına bağlamq yobazlıqdır. Çağımızda sözözgürlüyü bireylərin doğal haqqı olduğu kimi, yasal da haqqıdır. Bunu hansı qoşullarla olursa olsun yasaqlamaq, insanlıq suçudur. Çağdaş toplumlar artıq bu dönəmi çoxdan aşmışlardır. Ancaq bizim bu tanrının gözü bağlı qulları öz çıxarları için, doğal olan haqları inanc yasalarıyla qısıtlamışdılar.


Каталог: groups
groups -> Mövzusu üzrə TƏDRİs proqrami bakı 2011
groups -> Other Economic Cooperation: Other Economic Cooperation
groups -> Azərbaycan, Bakı şəhəri, Azadlıq pr. 132/3, az 1106
groups -> Kurşunun yutulması elimine edilmiş
groups -> Ukok-2015 onayına sunulacak tcod bilimsel aktiviteleri / Ön çalışmalar
groups -> Xəstəliyin qarşısını almaq onu müalicə etməkdən asandır Azərbaycanda ilk böyrək transplantasiyasını (köçürməsini) həyata keçirmiş
groups -> Press-reliZ 06 Oktyabr 2011-ci IL Bakı, Azərbaycan
groups -> Azərbaycanda İsrail Səhiyyəsi günləri
groups -> Points Of Concern re: Council Bill 42-2015 a bill to create a Military Installation Overlay Zone (mioz) around Joint Base Andrews Our Objective: Council Bill 42-2015 the mioz bill – Concluding this is not a good bill. Why


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə