Civildağin yuxusu ( Doğulmamış uşaqlar için yazılmışdır, ölülərin oxuması kəsinliklə yasaqdır.)



Yüklə 120.81 Kb.
səhifə3/6
tarix26.06.2017
ölçüsü120.81 Kb.
1   2   3   4   5   6

Mən anlamıram , nə için öz düşüncələrimi inanclara görə deyə bilmərəm? Bu inanclar yarandıqları çağlarla yerlərin, düşüncələrin oluşumu deyilmi? Düşncələrin doğru, yanlışlığını ölçən aracmı var? Bu inanclarla insanların bətərinə geçənlər varkən, nədən düşüncələrimi paylaşa bilmərəm? İnanc özgürlüyü düşüncə özgürlüyünün bir bölümüdür. İnancların düşüncə, söz özgürlüyünü qısıtlaması insanlıq ağlatısıdır. Min illərdir inanclar özgür düşüncələri qısıtlamış, insanlığı gəlişimdən qoymuşdular.

  • Düşncənin arxasında məntiq olmalıdır.

  • Məntiq! Məntiq! Çıxmazlıqların əlində qurumuş gizəmli bir dəyənəkdir.

  • Gizəmli dəyənək deyil, Sözün özünə görə tutarlılığı olmalıdır. Söz tutarsızsa, gəvəzəlikdən başaqa nəsə deyil.

  • Get aşıq atmağının dalınca! Biriləri tanrının elçiliyinə soyunur, soruları yanıtlayamayanda da , sınırı aşma deyə, xoxu gəlirlər. Tanrının elçiliyinə soyunursansa , sorulan soruları da yanıtlamalısan. Bu kimi gerçək sorulardan “ kafir” damğasıyla qaçmaq olmaz. Bir də sizə nə var o dünyada kimilərsə cəzalanacaq! Biz könüllü olaraq o cəzaların qəbizini alanlarıq. Bu kimsəni bağlamaz!

  • Sənin dilin deyəni qulağın duymur ay yazıq. Hansı gerçəklərdən danışırsan!? Gerçəklər sənin mənim bildiklərimin əyninə geydirilmiş boyalı yamaqlar deyildir. Gerçəklər çılpaqlığıyla ortaya qoyulmuş göz öynündə olanlardır.”

  • Ay yaşa! Ay gözünü yeyim! İndi düz yolla gəldin. Mən də onu deyirəm. Yoxsa qorxularla dolu bağlı gözlərlə gerçəkləri necə görmək olar? Buna görə də indiyə kimi gözlərimizi bağlayıb, qoyun təkin otarıblar. Bir qızıldəri atasözündə ; “ Yanlışı görüb əl uzatmayan, yanlış iş görən təkin suçludur deyilir.” Mən də yanlışlara deyinirəm.

  • Bir qızıldəri atasözündə də deyilir; “Arxamdan yerimə mən öndərin olmayabilirəm. Önümdən yerimə izləyicin olmayabilirəm. Yanımda yeri, beləcə ikimiz də eşit olarıq.” Buna görə də sən çox qotur geçi kimi önə sıçrama. Yerində ol.

  • Kimin önünüə sıçrayıram? Mən öz yerimi yaxşı bilirəm. Ancaq kimsənin də tanrı vəkilliyi etməyini umursamıram. Kimsə tanrını övər, kimsə sövər bu onun öz işidir. Tanrı vardısa yartdığının övgü, rüşvətinə gərək duymamalı. eləcə də yaratığın söyüşünə qırılmamalıdır. O yaratdığının onun istəncləri dışına çıxmasına da sevinməlidir. Yaratığın övgülərinə dilənçilik edən bir varlıq böyük olamaz.

    Qarşılığının ağır gəlcəyindən, sözün cığırından çıxmasından qorxaraq, araya girdim:

    • Məncə bu kimi dərin danışıqların yeri deyildir. Burada oturub bir birimizlə deyib gülərək anı paylaşmamız daha olumludur. Buna görə də yuxunun daha önəmli anlarını dinləsək pis olmaz.

    Bu sözlərimə qarşılıq ikisi də çiyin ataraq olumlu yanıt verdilər. Ancaq cıvıldaq: “ Mənim pis niyətim yoxdur, yalnız yuxuda gördüklərimi deyirəm”, deyə önə atıldı. Bir çay daha istəyib yuxusunu sürdürdü;

    • Orda insanlar arasında ayrıcalıqlara yer yoxdur. Bütün soylar bir birinə qarışıbdır. İnancı beş qəpiyə alcaq görməzsən. Sevgi nifrətin başına qonmuş, insan dəyərlənmişdir. Bütün yasaqlara insan özgürlüklə son qoymuşdur. Düşüncə özgürlüyünün verdiyi güvən insanı gəlişməyə sürüklmişdir. İnsanı sınırlandıracaq bütün etgənlər aradan qaldırılmışdır. Orada olan olayalar inasnın heyvan kimi bilncaltında deyil, gəlişmiş düşüncə düzənindən qaynaqlanırdı. Kimsə kimsəyə qulluqda durmurdu. Bütün insanlar olüm qorxusunu yendikləri için yaltaqlıq, rüşvət kimi olaylar anlamsızlaşmışdır. İnsanlar arasında ilişgilər sevginin üst düzeyə çıxmasına nədən olmuşdur. Kimsə bu dünyada olan yanlış davaranışları orada sərgilirdisə, ansızın göydən dəvəquşu kimi quşlar gəlib onu yerdən qaldırıb ucalıqdan yerə buraxırdılar. O cəzalanmış adam da bir neçə saat pox kimi yerə sərilib hərəkətsiz olurdu. Gözüzdən ıraq, bir anda qulağıma tanış bir səs gəldi. Səs gəln yönə yönəldim. Bizim məş Teymurdu. Molla Dördəmqulunu yerə yıxıb döyə-döyə bağırırdı; “Ədə köpəkoğlunun mollası, bə deyirdin hər bir salavata 70 huru verəcəklər, hanı o hurular? Məscidləri, kilsaları gömrüklər kimi rüşvət qaynağına çevirib, motal təkin qarnızı tıxdırdınız. Hanı o rüşvət verdiyimiz sucu, süt çayları? Hanı o yaltaqlandığmız görünməz güc? Ədə belə də yalan olar!? Bizə göz açtırmadınız. Nə etdiksə savabla suça bağlayıb, özünüzə qazanc sağladınız. İnsan istəncliydisə, onda nədən tapınma düşüncəsini beyinlərimizə yüklədiniz? Qorxu bütünü duyğularımızla düşüncələrimizi kehitmışdı. Bütün varlığımızla o dünyanın əsrük düşləri için yaşırdıq. Ancaq sizlər utanmazcasına sözcülərin sözcülərisiniz deyə bizi son damla qanımıza dək sömürürdüz. Hardadı o ağzı yaşmaqlı sözcülər? Nədən qorxularından yoxa çıxıblar? Davranış uzmanları, oğulluqlarının namusuna göz tikməyı yuxarının, EŞQ OLSUN YARADANA , buyuruqlarıyla bətərimizi dağıtmadılarmı? Olan! Qorxudan Misirə girərkən gözəl arvadını Ferona bacısı olaraq bağışlayanlar, nəyin nəsiymişlər? Bu kimi aldanmalarla o göz yaşlarına yoğurduğunuz insan istənclərini yox etdiniz. Sizin bu uyduruq yalanlarınız olmasaydı, insan bu yer topundan çoxdan uzaqlaşıb, başqa dünyalarda sevincə qovuşmuşdu. İnsan beyinini uyuşdurucu düşüncələrlə uğraşdırıb, duyğu, düşüncə sömürüsüylə yalnız özəl qarnınızı doyurdunuz. Tü sizə, eləcə də sizə bu ağılı çörək yolunu göstərənlərə! Ələ qavatoğlu qavatın mollası, haçan tanrıdan ufacıq söz açdıqsa ağzımızı; “Tanrının varlığına quşqu duymaq ən böyük suçdur” deyə qorxusuyla qıfıllamadınızmı? Nədən suçumuş!? Haaa...haaa! Bunların sözlərinin bitdiyi yerdə bir “ SUÇ ” ünləmi əkdirmişlər, onun da başına yobzlıq biliminin ana ilkələrini. Olan, bu acunu niyə sizmi yaratmışdınız bir dediyiniz iki etmek olmazdı!? Gözüzdən uzaq Molla Dördəmqulu isə hıqqa-hıqqla gəvşirdi; “İnanın bizim də suçumuz yoxudur. Bizi də uzaylılar aldatmışlar. Bizlər bu yer üzündən başqa yana köçməyəlim deyə, özlərinə sözcü seçib, bizi sömürmək için onların başını qızdırırdılar. O sözcülər də qızdırmanın etgisində özlərini seçgin, dediklərini isə üstün söz dəyəri olaraq anlırdılar. Bizlər aldanmışların aldanmışı yazıqlarıq. İndi olan olub, geçən geçib, böyüklüyünüzə bağışlayın. ..

    Məş Teymur onun özünü savunmasından dolayı daha da cın atına minirdi; “ Kəs itim molla! Minlərlə gənci yüksək diləklərindənmi etmədiniz!? Minlərlə bəyi bəyimsiz, bəyimi bəysizmi etmədiniz!? Tanrı vardısa, onun cəza düzəni vardısa, siz itoğlu itlər nəçiydiniz!? Sizin öldürdüyünüz bireylər toplumun açıq gözləri, döyünən ürəkləri, çalışan beyinləriydi. Ancaq onlar sizin uyduruqlarınızı topluma anlatdıqları için onları yaşamlarından etdiniz. Tamusunda uydurduğuz o kimi suç devingəni varkən, sizəmi cəzalandırmaq qalmışdı!? Sizin toplumda işinizin adı nəydi!? Böyük bir heç. Yəzid ətəyinizə yüzilləri aşacaq bir yağlı çörək qoymuşdu. Toplumu ağladıb bir kərbəla yerinə, milyonlar Kərbələ yaratmışdınız. Bu Kərbəla olayalarıyla ulsların beyinlərinimi, ürəklərinimi, sonra ciblərinimi boşatmadınız ? Olan qavatoğlu qavat! O dınqılı olayı böyütməklə öz varoluşunuzu qanıtladınız. Sonra da o olayı çeşitli nağıl boyalarıyla geniş ölçüdə qanatlandıraraq, toplumun duyar qulağın sağır, görər gözün görməz etdiniz. Bununla da özünüz için bir sömürü düzən yaratdınız.”


    Каталог: groups
    groups -> Mövzusu üzrə TƏDRİs proqrami bakı 2011
    groups -> Other Economic Cooperation: Other Economic Cooperation
    groups -> Azərbaycan, Bakı şəhəri, Azadlıq pr. 132/3, az 1106
    groups -> Kurşunun yutulması elimine edilmiş
    groups -> Ukok-2015 onayına sunulacak tcod bilimsel aktiviteleri / Ön çalışmalar
    groups -> Xəstəliyin qarşısını almaq onu müalicə etməkdən asandır Azərbaycanda ilk böyrək transplantasiyasını (köçürməsini) həyata keçirmiş
    groups -> Press-reliZ 06 Oktyabr 2011-ci IL Bakı, Azərbaycan
    groups -> Azərbaycanda İsrail Səhiyyəsi günləri
    groups -> Points Of Concern re: Council Bill 42-2015 a bill to create a Military Installation Overlay Zone (mioz) around Joint Base Andrews Our Objective: Council Bill 42-2015 the mioz bill – Concluding this is not a good bill. Why


    Поделитесь с Вашими друзьями:
  • 1   2   3   4   5   6


    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
    rəhbərliyinə müraciət

        Ana səhifə