Civildağin yuxusu ( Doğulmamış uşaqlar için yazılmışdır, ölülərin oxuması kəsinliklə yasaqdır.)


Cıvıldaq boğazı qurumuşcasına bir daha da yeyin bardağı alıb boğazını yumuşatdı. Bu anda başqa bir tanışın da məsanın yanına yaxınlaşdığını gördü



Yüklə 120.81 Kb.
səhifə2/6
tarix26.06.2017
ölçüsü120.81 Kb.
1   2   3   4   5   6

Cıvıldaq boğazı qurumuşcasına bir daha da yeyin bardağı alıb boğazını yumuşatdı. Bu anda başqa bir tanışın da məsanın yanına yaxınlaşdığını gördü:

O da gəlib görüşəndən sonra, qollarını qoynuna büküb , qulaqlarını şuxlayıb oturdu.

  • Hə nə başınızı ağrıdım. Onlar gedəndən sonra, iki nəfər boynu yoğun zırtıx gəlib sürüyə sürüyə məni bir yerə apardılar. Onların da dilini anlamırdım. Məni it cəmdəyi kimi sürüyüb millyonların olduğu çox böyük düzənlik bir yerə gətirdilər. O iki zırtıx qorumaçılar kimi hədən hüdən anlamırdılar. Verilən buyuruğu yerinə gətirməkdə yükümlüydülər. Başdan ayağa dil olub yağsam da “ Qa” belə demədilər. Öz özümə, “ Tü sənə bu düzəni yalandan quranla uyanlara”, dedim. Gətirib o insanların arasına buraxandan sonra, yan yan baxıb çəkib getdilər. Bütün insanlar anadan gəlmə çılpağıdılar. Mən də öncə utandım . Çox çəkmədən rüşvətə alışan məmurlar təkin, üzümün suyu tökülən kimi alışdım. Daha sağımda, solumda olanlarla yavaş yavaş pıçıltaşmağa başladım. Klasik komonistə bənzəyən qalın bığlı, iri gövdəli yanımda olandan soruşdum; “ Biz daha burda nə edirik? Niyə hərə özünün sonsuza dək yaşayacağı yerə göndərilmir? O da deyəsən dilimi anlamadı. Qalın səsi Alman olduğunun qanıtı olabilirdi. Mənim sorumdan sonra, acığını yanında olan sarışın qadının dodaqlarından öpüşlə çıxartdı. O qadının yeni öpülmüş yaşlı dodaqları boğazıma udquntunu axıtdı. Şux döşlərinin ücündan baxışımı çətinliklə toplaya bildim. Gözlərimi aşağılara endirməkdən qoxdum. Nə də olsa müsəlmanıq, haram olsa da suçunu boyuna alıb dadına baxmaq istərik. Orada yeni olduğumdan, quralları bilmədiyimə görə onlardan uzaqlaşdım. Ancaq yer, göy gözəllə gözəlliklərlə doluydu. İstədiyin qədər gözünü suvara bilərdin. Mənə bir neçə saat ilginc gəlsə də sonra alışdım. Ancaq buna baxmıyraq, arasıra barmaqlarım da dinc durmurdu. Yeri, göyü qağayıların səsi kimi anlamsız səslər bürümüşdü. Kimisi mahni oxuyur, kimisi ağıt deyir, kimisi çığırır, kimisi ağlayır, kimsi gülürdü. Boğazım qurudu ə, bir açıq çay daha gətir!

Bu arada yeni gələn ürəklənib nədən söz edildiyini sordu. Cıvıldaq uca səslə:

  • Niyə səbəd dibindən gilas tökülür!? Bir saatdı çənə çalıram, hələ indi deyirsən nədən danışıram!?

  • İnan nədən danışdığını bilmirəm. Mən gələndə sən danışığının ardını sürdürdün. Nədən danışdığını demədin. Nə də olsa sənsən də.

  • Eləmi? Dünən gecə yuxuda öldüymdən danışıram.

  • Elə de da bə. Mən də deyirəm bu yenə nə sayıqlayır. Hardansa goplayır. Nə də olsa quşəppəyi bəylərdənsən, dalına önünə geçilməz. Harda soncuqlayacağın bəlli olmaz.

  • Sırtıxlanma ələ! Mən haçan sənin kimi boşu boşuna gəvəzələmişəm, hə!? Yuxumu olduğu kimi danışıram. Onsuz da bizim yaşmımızın böyük bölümü yuxularda yekə cırmaqla geçər. Burda doğal olmayan nə var? Bizlər gerçəkləri görmədiyimiz üçün boş uyduruqlarla qandırılmış toplum olmuşuq. Yoxsa gerçəkləri görsək, bu uyduruqların milyonuna yavan çörək belə doğramarıq. Toplum bilikli olmadan ürəkli olmaz, ürəkli olmadan yeniliklərə qol qoymaz. Bizim qorxumuzun başənda bilgisizlik durur. Buna görə qaranlıqların ürünü olan ilan çayan duvalarına inanar, günəş kimi gerçək biliyə quşqulu baxarıq.

  • Yuxunu de ay kişi! Mən mızıldandım.

Yeni gələn bir az ağırbaşlı olduğundan sözü altan alıb susdu. O da çayçının yeni gətirdiyi buğlu çayı, isti isti ağzını pörtlüyə pörtlüyə hopbuldatdı. Yeni gələnin təpkili qarşılması qarşısında, o da ona doğru yanpörtü oturub yuxusunun qalanına başladı:

  • O boyda düzənlikdə bir arşınlıq belə çala , çuxur görməzdin. Hər yer güpə gündüzdü. Ancaq göydə nə ay , nə ulduz, nə də günəş görünürdü. Göy bulutlu deyildi. Ancaq buluda bənzər xayalsı bir örtüyüdü məncə. Səslərin ucalığından doğru düzgün nəsə anlaşılmırdı. Arasıra böyük bir topluluq bağıraraq deyirdilər; “ Artıq gizli siyasətin yeri deyil. Çıx ortaya. Çıxmağa qorxursansa istifa ver. Gördüyün işlərdən peşmançılığını gizlənməklə ört bastır edəməzsən. Yanında olan yaltaq, yalançılarla insanları yönləndirmənin çağı geçmışdir. Artıq bireylərin gözlərində olan qorxular, gizli tutuğun bilgilərin açığa çıxmasıyla yox olmuşdur. Kimsə səndən eləcə də o zəyif yaltaqlarından qorxmur. Tamun da uçmağın da xalanın borcu olsun. Bizlər minnətsiz insan kimi öz haqqımızı yaşamaq istirik. Oyuncaq yartdığın insana istənc vermisənsə, onun usunun yetiri olan sorunlarını da yanıtlamalısan. Sən dayaz beyinlərin qorxularından yaranmış bir heçsən, heç! Sənin bağlı tutduğun əllər gücsüzlüyünün qanıtıdır. İstifa, İstifa, istifa...” Doğrusu mən də bu sloqanların kimə deyildiyinə öncə şaşırdım. Sonra birinciyə deyildiyini anlayanda barmağımı dişlədim. Öz özümə, bunlar şeytanın işidir, yoxsa insanda bu ürəklilik olmaz dedim. Doğurdan da inanasım gəlmirdi. Bir az orda qalandan sonra belə təpkilərin an başı olduğunu anladım. Kimsə də təpkililərə qarşı qoymağı düşünmürdü. Arasıra qarşı qoymaq istəyən olurdusa da ; “ Yalatq insan toplumdan dışarı, deyə susdurulurdu.” Öz özümə, bu insanlar nədənsə ölümdən sonra belə qorxmaz olublar deyə düşündüm. Demək insan öldüyündə gerçəkləri bildikdən sonra qorxulardan silkinir. Gerçəklər olduğu kimi vardır, ancaq onları bilib qavarmadığımzdan dolyaı anlamırıq. Bizi sınırlandıran ad, soyad, çevrə, qohum, yoldaş, əkin, ulus, yurd ... kimi çoxlu etgənlər vardır. Bu etgənlərin sınırlarını aşdığımızda evrənsəlləşirik. Nəsnələr qutsallaşdırıldığında qorxu etgənlərinə çevrilirlər. Bu etgənlərin üzərindən inanc alveri edilir. Bunun sonuncunda da insanları bir birinə qırım edirlər. İnanclar insanların mutluluğu için yarnmışlardır. Çağaşımına uğradıqlarıdan insanların yobazlıq silahına çevrilmişdilər. Bununla da fırıldaqçılar istəncsiz insanları, istədikləri kimi yönətmişlərdir.

  • Əşi, sən yuxunu de, boşboğazlıq etmə! Sən haçandan filosof olmusan? Uzunçuluqla gerçəkləri bir birinə qatırsan.

Bu sözləri içinə sindirəməzdı.

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə