«Cins idman atlarının təlimi və at idmanı yarışlarının keçirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında



Yüklə 173.03 Kb.
Pdf просмотр
tarix24.06.2017
ölçüsü173.03 Kb.

«Cins idman atlarının təlimi və at idmanı yarışlarının keçirilməsi 

Qaydaları»nın təsdiq edilməsi haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİN QƏRARI 

  

“Atçılıq  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi 



barədə»  Azərbaycan  Respublikası  Prezidentinin  2007-ci  il  22  may  tarixli  580 

nömrəli  Fərmanının  1.10-cu  bəndinin  icrasını  təmin  etmək  məqsədi  ilə 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1.  «Cins  idman  atlarının  təlimi  və  at  idmanı  yarışlarının  keçirilməsi 

Qaydaları» təsdiq edilsin (əlavə olunur). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

 

 

 



Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

  



Bakı şəhəri, 18 mart 2008-ci il

 

                 № 75



 

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin  

2008-ci il 18 mart tarixli 75 nömrəli qərarı ilə 

təsdiq edilmişdir  

  

Cins idman atlarının təlimi və at idmanı yarışlarının keçirilməsi 

  

Qaydaları 

  

1. Ümumi müddəalar 

  

1.1 Bu Qaydalarda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 



arena – atçılıq idmanı üzrə yarışların keçirilməsi üçün meydan; 

banket –marşrutu çətinləşdirmək üçün istifadə olunan torpaq bəndi; 

coker – atçılıq idmanı üzrə xüsusi yarışın adı; 

derbi – atçılıq idmanı üzrə xüsusi yarışın adı; 

konkur – maneələri dəfetmə üzrə yarışın adı; 

git – konkurda yarışın bir mərhələsi; 

ovçu konkuru – atçılıq idmanı üzrə xüsusi yarışın adı; 

jerd – dəf ediləcək maneənin bir hissəsi; 

marşrut – hərəkət trayektoriyası; 

kalabaska – jerdləri maneə üzərində saxlamaq üçün kronşteyn; 

kurs dizayner – konkurda marşrut tərtibçisi; 

manej – konkur üzrə yarışların keçirilməsi üçün bağlı və ya açıq meydança; 

stoyka – maneənin bir hissəsi; 

sponsor maneələri – reklam xarakterli məlumat yerləşdirilən maneələr; 

boks - atın saxlandığı yer; 

korda-yüyənə bağlanmış uzun ip. 

1.2. Cins idman atları at idmanı yarışları üçün seçilib yetişdirilmiş və xüsusi 

təlim görmüş cins atlardır. Onlar sağlam, dözümlü, güclü, çevik, cəld, itaətkar, 

sürətli və finişə daha tez çatmağa meyilli olmalıdırlar. 

  

2. Cins idman atlarının təlimi 

  

2.1.  Təlim  prosesində  cins  idman  atlarının  (bundan  sonra  -  atlar  və  ya  at) 



xüsusi  keyfiyyətlərinin  aşkar  edilməsi  və  təkmilləşdirilməsi  qaydalarına  riayət 

edilməlidir. Onların yarışlara hazırlıq səviyyəsini yüksəltmək üçün təlim prosesi 

düzgün və səmərəli təşkil edilməlidir. 

2.2.  Atın  ilkin  hazırlığı  minilməmiş  atı  sistematik  və  məqsədyönlü  təlim 

etməkdən ibarət olmalıdır. Təlimin əsas məqsədi minilməmiş atlara elə keyfiyyət 

və  xüsusiyyətlərin aşılanması olmalıdır ki,  gələcəkdə onların  yarışlarda  iştirakı 

zamanı  təhlükə  törənməsin  və  hazırlıq  səviyyəsinin  təkmilləşdirilməsinə  şərait 

yaradılsın. İlkin təlim prosesində və sonrakı inkişaf dövründə atların mövcud irsi 

xüsusiyyətləri  nəzərə  alınmalıdır.  At  ətraf  mühiti  qoxulamaq  vasitəsilə  yeni 

şəraitə  uyğunlaşmalı  və  bundan  sonra  təlim  prosesinin  ilkin  mərhələsi 

başlanmalıdır. 

2.3.  Cins  idman  atlarının  təlimi  zamanı  ucadan  danışmaq  və  qışqırmaq 

qadağandır. Eşitmə və görmə qabiliyyəti vasitəsilə yaddaşda qalmış hisslərindən 

atın təlimində səmərəli istifadə edilməlidir. 

2.4. Günün müxtəlif vaxtlarında atın psixoloji durumunun müxtəlif olması 

amili təlim prosesində nəzərə alınmalıdır. 

2.5. Təlim zamanı əsas məqsədlərdən biri də tələsik və ehtiyatsız hərəkətlərlə 

atın sinir sistemini gərginləşdirməməkdən ibarət olmalıdır. 

2.6. İlkin hazırlıq mərhələsində atların qamətinin düzgün formalaşdırılması 

və  impulsivliyinin  normal  inkişafına  xüsusi  diqqət  yetirilməlidir.  Məşqlərdə 

atlara  sürət  və  dözümlülük,  hərəkət  və  maneələrin  dəf  edilməsi  texnikası 


öyrədilməlidir. Buna nail olmaq üçün məşqlər planlı, məqsədyönlü və mərhələlər 

üzrə  aparılmalıdır.  Atların  altı  yaşı  tamam  olduqdan  sonra  onlar  daha  çətin 

proqramlarla təlim edilməlidir. 

2.7. İllik məşq planını tərtib edərkən atların idmanda olduğu müddəti nəzərə 

almaq lazımdır. İlkin hazırlıq mərhələsində yüngül hərəkətlər öyrədilir. Sonrakı 

məşğələlər  zamanı  məşqin  intensivliyi  tədricən  artırılmalıdır.  Hazırlıq 

mərhələsinin  uzunmüddətli  olduğunu  nəzərə  alaraq,  müəyyən  nəzarət  testləri 

keçirilməlidir.  Nəzarət  testləri  əvvəlki  həftələrdə  yerinə  yetirilmiş  hərəkətlərin 

toplusundan  ibarət  olmalıdır.  Bu  proses  zamanı  nəzərəçarpacaq  nöqsanlar 

tədricən aradan qaldırılmalı və təkmilləşdirilməlidir. Hər məşqin məqsədi məşq 

yükünün ümumi planı üzərində qurulmalıdır. Hazırlıq hissəsinin məzmunu atın 

əzələsi, temperamenti və vərdişlərinin formalaşdırılmasına yönəldilməlidir. 

2.8. Məşqin hazırlıq hissəsinin vaxtı hər bir at üçün fərdi şəkildə müəyyən 

edilir. Burada atın hazırlıq səviyyəsi və göstəriciləri nəzərə alınmalıdır. Hazırlıq 

hissəsinin  əsas  məqsədi  qısa  müddətdə  və  yorğunluq  hissi  başlamazdan  əvvəl 

optimal  nəticə  əldə  etməkdən  ibarət  olmalıdır.  Məşqin  əsas  hissəsində  növbəti 

hərəkətlərin  öyrədilməsinə başlayarkən, əvvəlki  məşqlərdə  yerinə  yetirilmiş və 

təkmilləşdirilmiş hərəkətlər təkrar edilir. Məşq zamanı atla ünsiyyətdə çətinliklər 

yarandıqda,  onların  aradan  qaldırılması  üçün  müəyyən  işlər  görülməlidir. 

Məşqin  tamamlayıcı  hissəsinin  əsas  məqsədi  atların  sinir  sisteminin  və  daxili 

orqanlarının  funksional  vəziyyətinin  normal  hala  qaytarılmasından  ibarət 

olmalıdır. 

2.9. Yadda saxlamaq lazımdır ki, at hər hansı şəraitin dəyişməsini olduqca 

həssaslıqla qəbul edir. Buna görə də birinci gün onu sakit buraxmaq, sonrakı 4-5 

gün isə ancaq yüyənlə gəzdirmə k və saxlandığı boksla tanış etmək lazımdır. Ata 

əvvəlcə yalnız bir adam qulluq etməlidir. At boksa öyrəşdikdən sonra mehtərdən 

başqa onunla daimi məşqçi də ünsiyyətdə ola bilər. 

2.10.  Atı  yəhər  və  yüyənə  alışdırdıqda,  refleks  nəzəriyyəsindən  istifadə 

edilməlidir. Birinci ünsiyyət «mehtər - yem» formasında olmalıdır. Atın ona tanış 

olmayan  əşyaları  yemlə  bağlı  xoş  təəssüratla  qarşılaması  və  yadda  saxlaması 

üçün mehtər yəhəri, yəhəraltı örtüyü, yüyəni və digər ləvazimatları atın boksuna 

yemlə birlikdə gətirməlidir. Bu ünsiyyətin tədricən və daimi vərdişə çevrilməsi 

ilə at yəhərə və digər əşyalara öyrəşdirilməlidir. Bir neçə gündən sonra qarınaltı 

kəməri bağlamaq və tədricən onu lazım olan həddə qədər sıxmaq lazımdır. Bütün 

bu proseslərdən sonra yüyənlə atın ümumi tanışlığına başlanmalıdır. Daha sonra 

atların  təlimi  atın  yüyəninə  bağlanmış  ip  –  korda  ilə  ehtiyatla  və  tədricən 

tanışlıqla davam etdirilməlidir. 


2.11.  At  miniciyə  etibar  etməyə  öyrədilməlidir.  Bu  məqsədlə  atın  yanına 

gedərkən, minici özü ilə yerkökü və ya çörək parçası götürməlidir. Sığallamaqla 

da  atı  sakitləşdirmək  lazımdır.  Məşq  prosesi  baytar  həkimi  tərəfindən  nəzarət 

altında saxlanılmalıdır. 

2.12. Atın məşqçisi məşqdən sonra onun boksuna getməli və atın vəziyyətini 

müşahidə  etməlidir.  At  özünü  adi  davranışından  fərqli  aparırsa,  bunun 

həddindən  artıq  yorulma  əlaməti  olduğu  nəzərə  alınmalıdır.  Əgər  at  həm  də 

yemdən  imtina  edirsə,  deməli  o,  tamamilə  haldan  düşmüşdür.  Məşqçi  atın 

sağlamlığını daim nəzarət altında saxlamalıdır. 

2.13.  Atlarla  birinci  məşq  yalnız  mütəxəssis  tərəfindən  aparılmalıdır.  İlkin 

mərhələdə atın düzgün hərəkət texnikasını formalaşdırmaq məqsədi ilə onu düz 

xətt  istiqamətində  gəzdirmək  lazımdır.  Məşğələlər  zamanı  at  öz  məşqçisinin 

səsinə, toxunmasına vərdiş etdirilməli, ona tədricən etibar etməyə başlamalı və 

özünün otlaqda olan sərbəst hərəkətlərini yenidən bərpa etməlidir. Bu məşğələdə 

at  itaətə  öyrədilməli  və  məşqin  sonunda  o,  verilən  tapşırığı  daha  tez 

mənimsəməlidir. 

2.14. Sonrakı məşq radiusu 10 metr olan dairə boyunca aparılmalıdır. Məşqçi 

daim dövrənin mərkəzində olmalıdır. Məşqlər manejdə və ya məşq üçün ayrılmış 

xüsusi  yerdə  keçirilməlidir.  İlkin  məşqlər  zamanı  qamçıdan  istifadə  etmək 

qadağandır. İp atın yüyəninin orta halqasına bağlanır. Məşqçi atla bir neçə dövrə 

etdikdən sonra tədricən əlindəki ipi boşaldır. Məşğələ zamanı atın hətta minimal 

uğuru  ona  çərəz  verməklə  qiymətləndirilməlidir.  Növbəti  məşqlər  artıq  açıq 

sahədə aparılmalıdır. 

2.15. Dairə üzrə məşqdə minici qamçıdan istifadə etməklə atı mahmıza və 

qırmanca  öyrətməlidir.  Atın  cilova  öyrəşdirilməsi  yüyənə  bağlanmış  uzun  ip 

vasitəsi  ilə  həyata  keçirilməlidir.  Korda  ilə  işləyərkən  vacib  vasitələrdən  biri 

məşqçinin səsi olmalıdır. Kordanın hərəkətləri ilə yanaşı, ona həmahəng olaraq, 

bir tonda səslə də eyni əmrlər verilməlidir. Qısa vaxtda at ən yüngül təsirlə tələb 

olunanları yerinə yetirməyə öyrədilməlidir. 

2.16.  At  korda  ilə  sərbəst  hərəkət  etməyə  və  cilova  öyrəşibsə,  onda  onu 

minicinin  çəkisi  ilə  tanış  etmək  lazımdır.  Minicinin  çəkisi  yüngül  olmalı  və  o, 

yəhərdə  möhkəm  otura  bilməlidir.  Atın  belinə  birinci  oturma  cəhdindən  əvvəl 

onu  hər  iki  istiqamətdə  korda  ilə  gəzdirmək  lazımdır  ki,  o,  yorulsun  və 

dayanmanı  yüngüllük  kimi  qəbul  etsin.  Bundan  sonra  minici  ləng  hərəkətlərlə 

əllərinə dayaq verərək, yəhərin üzərinə uzanmalıdır. At yəhərin üzərində uzanan 

minicini  sakit  qəbul  edirsə,  onda  minici  sağ  ayağını  ehmalca  atın  belindən 

aşıraraq, yəhərdə oturmalıdır. Minici ata minəndən sonra köməkçi ona üzəngini 


verməlidir.  Sonra  köməkçi  ovcundakı  vələmiri  ata  göstərərək  tədricən  geri 

çəkilməlidir ki, at onun ardınca hərəkət etsin. Bu mərhələdə minici cilovu əlinə 

almamalı  və  passiv  halda  atın  hərəkətlərinə  göz  qoymalıdır.  At  yortma  yerisə 

keçirsə,  minici  müvafiq  vəziyyəti  almalıdır.  At  minicini  üstündən  atmaq 

istədikdə, minici dizlərini ata sıxıb, əlləri ilə atın boynuna bağlanmış kəmərdən 

yapışmalıdır. 

2.17. Atın minici altında birinci hərəkətləri düz xətt üzrə, daha sonra tədricən 

sol  tərəfə  yönəlməlidir.  Bir  dəfə  dayanmaq  şərti  ilə,  bir  neçə  dövrə  etmək 

kifayətdir.  Bu  zaman  atı  sığallamaq,  ona  çərəz  vermək  və  onunla  xoş, 

sakitləşdirici  tonda  danışmaq  lazımdır.  Cilovla  tanışlıq  üçün  də,  həmçinin, 

kordadan və əmrlərdən istifadə edilməlidir. 

2.18.  Növbəti  hazırlıq  mərhələsinin  məqsədi  atın  təbii  görkəmini  bərpa 

etməsindən  ibarət  olmalıdır.  Atın  sərbəst  hərəkətləri  ilə  əzələlərin  boşalması 

təmin edilməlidir. Cilovun uzunluğu elə olmalıdır ki, minicinin atla əlaqəsi çox 

sadə olsun. At dəhnəyə dirənməməli və öz təbii tarazlığı vəziyyətində olmalıdır. 

At çaparağa keçmək istəyirsə, buna bir az imkan vermək lazımdır. 

Bu mərhələ ilə cins idman atlarının ibtidai hazırlığı başa çatır. Oyunlara və 

yarışlara  hazırlıq  mərhələsində  isə  təlim  prosesi  əsasən  tapşırıqların  qismən 

mürəkkəbləşdirilməsi istiqamətində davam etdirilməlidir. 

  

  



  

  

3. Yarışların əsas şərtləri 

  

3.1.  At-idmançı  cütlüyü  maneələrdən  tərtib  olunmuş  marşrutda  sınaqdan 



keçirilir. Bu sınaqda atın sərbəstliyi, idman bacarığı, sürət keyfiyyəti və maneələri 

dəf edərkən idmançının ustalığının nümayişi tələb olunur. 

3.2. İdman maneələrinin dağılması, atın itaətsizliyi, vaxt normasını aşma və 

sair kimi hallar ciddi texniki səhvlər hesab olunur. 

3.3. Yarışın növündən asılı olaraq, az cərimə xalı qazanan, marşrutu daha tez 

başa çatdıran və ən yüksək müsbət xallar qazanan idmançı qalib sayılır. 

3.4. Yarışlar bir və ya bir neçə gitdən ibarət ola bilər. 

  

4. Yarış və məşq meydanları 

  


Yarış  meydanı  idmançının  yarış  zamanı  hakimlər  tərəfindən  birinciliyini 

müəyyən etmək məqsədi ilə nəticələrinin qiymətləndirildiyi yerdir. 

Məşq meydanı yarışda iştirak edən idmançılara təşkilat komitəsi tərəfindən 

müəyyən vaxt ərzində məşq üçün təyin etdiyi yerdir. 

4.1. Meydanın ölçüləri və torpağın tipi 

4.1.1. Yarış meydanının və məşq meydanlarının ölçüləri (uzunluğu və eni) 

və torpağın növü yarış proqramında göstərilməlidir. 

4.1.2.  Üstüörtülü  idman  qurğusunda  yarış  meydanının  sahəsi  1200  kv.m, 

eni 20 m, üstüaçıq idman qurğusunda yarış meydanının sahəsi 4000 kv.m-dən az 

və  ya  eni  50  m-dən  az  olarsa,  yarışları  A  cədvəli  üzrə  qiymətləndirmək 

qadağandır. 

4.1.3. Yarış vaxtı idmançı atla birlikdə yarış meydanında olarkən bütün giriş 

və çıxışlar bağlı olmalıdır. 

4.1.4.  Sınaq  maneələri  hündürlüyü  1,40  m-dən  və  eni  1,60  m-dən  çox 

olmamaq  şərti  ilə  və  yaxud  da  hündürlüyü  1,40  m-dən  çox  olmamaq  şərti  ilə, 

şaquli vəziyyətdə olmalıdır. Maneələr qırmızı və ağ bayraqlarla təchiz olunmalı 

və  nömrələnməlidir.  Yarış  müddətində  maneələrin  ölçüsü  dəyişdirilə  bilməz. 

Sınaq maneəsinin üzərindən tullanmaq uçun yalnız iki cəhd göstərmək olar. 

4.1.5. Baş Hakimlər Kollegiyasının işarə verdiyi andan həmin cəhdləri yerinə 

yetirmək üçün idmançıya maksimum 90 saniyə vaxt verilir. 

4.1.6.  Baş  Hakimlər  Kollegiyasının  qərarı  ilə  çağırışdan  sonra  45  saniyə 

ərzində meydana çıxmayan idmançı yarışdan xaric olunur. 

4.1.7. Baş Hakimlər Kollegiyasının icazəsi ilə idmançı yarış meydanına atla 

daxil olmalı və onu atla tərk etməlidir. 

4.2. Zəng və ondan istifadə halları 

4.2.1.  Yarış  meydanı  hazır  olandan  sonra  tanışlıq  üçün  idmançıya  verilən 

vaxtın başlanması və bitməsini göstərmək üçün zəngdən istifadə olunur. 

4.2.2.  Start  barədə  işarəni  və  45  saniyədən  sonra  əks  hesablanmanın 

başlanğıcını göstərmək üçün də zəngdən istifadə olunur. 

4.2.3.  Elektrik  lövhə  və  ya  başqa  avadanlığın  köməyi  ilə  əks  hesablanma 

barədə  məlumat  idmançıya  yarış  meydanının  hər  bir  nöqtəsindən  aydın 

görünməlidir. Bu avadanlığın nasazlığı və ya olmaması hallarında əks hesablama 

barədə  məlumat  səsgücləndirici  vasitəsilə  bildirilməlidir.  Baş  hakim  lazım 

gəldikdə, əks hesablanmanı saxlaya bilər. Əks hesablanmanın saxlandığı andan 

asılı  olmayaraq,  onun  bərpası  yenidən  45  saniyədən  sonra  başlayır.  Zəngdən 

sonra start xəttini düzgün istiqamətdə keçənə qədər itaətsizlik, yıxılma və digər 

hallar üçün cərimə xalları verilmir. 


4.2.4. Maneənin itaətsizlik nəticəsində dağılması, yerini dəyişməsi və bərpa 

olunmasını göstərmək üçün zəngdən istifadə edilir. 

4.2.5.  İdmançının  hərəkətini  saxlamaq  və  marşrut  üzrə  hərəkəti  davam 

etməyə icazə vermək və ya idmançının yarışdan xaric edilməsini bildirmək üçün 

zəngdən istifadə olunur. 

4.3. Marşrut və onun ölçülməsi 

4.3.1. Marşrut – hərəkət trayektoriyasıdır. İdmançı yarış zamanı bu məsafəni 

düzgün  istiqamətdə  startdan  finişə  qədər  maneələri  dəf  edərək  keçməlidir. 

Marşrutun  uzunluğu  atın  normal  hərəkət  trayektoriyası  ilə  1  metr  dəqiqliyi  ilə 

ölçülür. 

4.3.2.  Start  xətti  ilə  birinci  maneə  arasında  məsafə  15  metrdən  çox 

olmamalıdır.  Finiş  xətti  ilə  axırıncı  maneə  arasında  məsafə  6  metrdən  az 

olmamalıdır.  Bu  iki  xətt  sağdan  qırmızı  bayraqla,  soldan  isə  ağ  bayraqla 

nişanlanmalıdır.  Bu  bayraqların  yanında  müvafiq  «Start»  və  «Finiş»  sözləri 

yazılmış lövhələr quraşdırılır. 

4.4. Marşrutun sxeminə aşağıdakılar daxildir: 

4.4.1. finiş və start xətlərinin olması; 

4.4.2.  nisbi  məsafə,  tip  (şaquli,  üfüqi,  üçqat  maneə),  maneələrin  yanında 

hərflərin və nömrələrin qoyulması; 

4.4.3. marşrut istiqamətində keçiləcək bütün yerlərin sol tərəfdən ağ bayraqla 

və sağ tərəfdən qırmızı bayraqla işarə edilməsi; 

4.4.4. nəticələri müəyyən etmək üçün istifadə edilən cədvəlin olması; 

4.4.5. təkrar tullanma üçün maneələrin nömrəsi, marşrutun uzunluğu, vaxt 

norması və vaxt limitinin göstərilməsi; 

4.4.6. konkur haqqında Baş Hakimlər Kollegiyasının qəbul etdiyi qərarların 

və onlar tərəfindən edilən dəyişikliklərin elan edilməsi. 

4.5. Marşrutda edilən dəyişikliklər 

4.5.1. Marşrutun açıqlanmasından  sonra, şəraitə görə marşrutun  sxemində 

dəyişiklik etmək vacibdirsə, bunu ancaq Baş Hakimlər Kollegiyasının razılığı ilə 

etmək  olar.  Bu  halda  komanda  nümayəndəsi  və  fərdi  idmançılar  bu  dəyişiklik 

barədə xəbərdar edilməlidirlər. 

4.5.2.  Torpağın  vəziyyətinin  pisləşməsi  və  ya  başqa  xüsusi  şəraitlər  bunu 

tələb edirsə, Baş Hakimlər Kollegiyasının qərarı ilə maneələrin yerini dəyişmək 

olar. Yerlərinin dəyişdirilməsi mümkün olmayan maneələr (su bəndi, qanov və 

ya stasionar maneə) marşrutdan çıxarılır. 

  

5. Maneələr 



  

5.1. Şaquli və üfüqi maneələr 

5.1.1. Maneə öz forma və görünüşünə görə cəlbedici görünməli, rəngarəng 

olmalıdır.  Maneələrin  özü  və  onların  tərkib  hissələri  elə  quraşdırılmalıdır  ki, 

onları vurub salmaq mümkün olsun. 

5.1.2.  Tullanma  qüvvəsi  üzrə  yarışlar,  güc,  cəldlik  və  ya  hündürlüyə 

tullanma üzrə yarışlar istisna olmaqla, digər yarışlarda maneələrin hündürlüyü 

1,70 metrdən yüksək olmamalıdır. Eni maksimum 2,20 metrə qədər olan maneə 

istisna  olmaqla,  üfüqi  maneələrin  eni  2  m-dən  çox  olmamalıdır.  Su  ilə 

doldurulmuş  qanovun  eni  cəza  xətti  daxil  olmaqla,  4,50  m-dən  çox  ola  bilməz 

(uzunluğa rekord tullanma üçün su maneəsi istisna olmaqla ). 

5.1.3. Klassik yarışlarda maneənin frontal müstəvi üzrə minimal eni 2 metr 

olmalıdır. 

5.1.4. Hər hansı bir konstruksiyalı maneəyə o vaxt şaquli maneə demək olar 

ki,  onun  tullanma  başlayan  tərəfdən  bütün  elementləri  eyni  üfüqi  səthdə 

yerləşmiş olsun. 

5.1.5.  Üfüqi  maneənin  arxa  hissəsinin  yuxarı  elementləri  onun  qabaq 

hissəsinin yuxarı elementlərindən aşağı ola bilməz. 

5.1.6. Əgər üfüqi maneənin hündürlüyü 140 sm-dən və faktiki eni 130 sm-

dən çox olarsa, bu halda təhlükəsizlik kronşteynindən istifadə olunmalıdır. 

5.2. Su ilə doldurulmuş qanov 

5.2.1.  Üfüqi  tullanmanı  su  ilə  doldurulmuş  qanov  hesab  etmək  üçün  su 

səthinin  ətrafında  maneə  olmamalıdır.  Su  ilə  doldurulmuş  qanovun  səthinin 

minimal uzunluğu 2,50 m-dən az olmamalıdır. 

5.2.2. Torpağın hündürlüyü 40 sm-dən 50 sm-ə qədər hündürlükdə cəza xətti 

(alçaq çəpər) qoyulur. 

5.3. Maneələr sistemi 

Maneələr sistemi - iki, üç və daha çox maneələrdən ibarət olur ki ,bu zaman 

onların arasındakı məsafə 7 m-dən az və 12 m-dən çox olmamalıdır. 

  

6. Yarış zamanı səhvlər 

  

6.1. Yarış zamanı buraxılmış səhvlər 



Aşağıdakı hallar buraxılmış səhvlər hesab olunur: 

6.1.1.  maneənin  dağılması,  tullanma  zamanı  idmançının  və  atın  su  ilə 

doldurulmuş qanovun kənarını əhatə edən ensiz uzun taxtada iz qoyması və ya 

suya düşməsi; 



6.1.2. atın itaətsizliyi; 

6.1.3. marşrutdan kənarlaşma 

6.1.4. atın və ya idmançının yıxılması; 

6.1.5. vaxt normasının və ya vaxt həddinin aşması. 

6.2. Maneələrin dağılması 

6.2.1. Maneənin üst elementinin biri düşərsə, maneə atın və ya idmançının 

səhvindən dağılmış hesab olunur. 

6.2.2.  Tullanma  vaxtı  maneənin  bir  hissəsi  və  ya  bayraq  hər  hansı  bir 

istiqamətdə yerini dəyişirsə və ya ona toxunulursa, bu dağılma sayılmır. Şübhəli 

hallar idmançının xeyrinə həll olunur. 

6.3. İtaətsizlik 

Aşağıdakı hallar itaətsizlik hesab edilir: 

atın maneə qarşısında dayanması (sarpma); 

dövrələnmə; 

atın maneələrdən yan keçməsi; 

müqavimət. 

6.4.  Marşrutdan  kənarlaşma  Aşağıdakı  hallar  idmançının  marşrutdan 

kənarlaşması hesab olunur: 

6.4.1. bütöv xətt ilə göstərilən marşrut üzrə getməməsi; 

6.4.2.  bayraqlar  arasından  start  və  ya  finiş  xətlərini  düzgün  istiqamətdə 

keçməməsi; 

6.4.3. dönüşün mütləq keçilmə yerini buraxmaması; 

6.4.4. maneələri göstərilən istiqamətdə və ya ardıcıllıqla dəf etməməsi. 

6.5. Sarpma 

6.5.1. Maneənin dağılması və yerdəyişməsindən asılı olmayaraq, atın maneə 

qarşısında dayanmasına sərpmə deyilir. 

6.6. Dövrələnmə 

6.6.1.  İdmançının  nəzarətindən  çıxaraq  atın  dəf  edəcəyi  maneədən  və  ya 

mütləq dönüş nöqtəsindən yan keçməsi dövrələnmə adlanır. 

6.6.2. At maneəni iki qırmızı və ya iki ağ bayraqlar arasından keçərsə, maneə 

düzgün keçilməmiş hesab olunur. 

6.6.3.  Finiş  xəttinin,  mütləq  keçmə  məntəqəsinin  və  ya  sayla  növbəti 

maneənin  qırmızı  və  ağ  bayraqlarını  birləşdirən  xəttin  ardını  at  bədəninin  hər 

hansı bir hissəsi ilə kəsib keçirsə, bu hal dövrələnmə hesab olunur. 

6.7.  Müqavimət  Atın  bəzən  irəli  getməkdən  imtina  etməsi,  yəni  istənilən 

səbəbdən dayanması, bir və ya bir neçə düzgün olmayan hərəkətlər etməsi və ya 



şahə  qalxanda  istənilən  səbəbdən  geriyə  addım  atması  atın  müqaviməti  hesab 

olunur. 


6.8. Yıxılma 

6.8.1.  İdmançı  bilərəkdən  və  ya  bilməyərəkdən  yıxılmamış  atdan  kənar 

düşübsə, yaxud torpağa toxunubsa və yaxud yəhərə qayıtmaq üçün hər hansı bir 

dayaqdan və ya kənar adamın köməyindən istifadə edibsə, yıxılmış hesab edilir. 

6.8.2. Çiyni və budu torpağa və maneəyə toxunubsa, at yıxılmış hesab edilir. 

  

  



  

7. Vaxt və sürət 

  

7.1. Yarışın vaxtı 



7.1.1.  İdmançı  tərəfindən  marşrutu  keçmək  üçün  sərf  olunan  vaxta  yarış 

vaxtı deyilir. 

7.1.2. Vaxtın hesablanması idmançının at üstündə start xəttini keçməsindən 

45 saniyə sonra başlayır. 

7.2. Sürət Marşrutda hərəkət üçün aşağıdakı sürət təyin edilir: 

7.2.1. klassik yarışlarda bütün yaşlardan olan atlar və bütün qrup idmançılar 

üçün minimum sürət dəqiqədə 300 m və maksimum sürət dəqiqədə 400 metr; 

7.2.2. 4 – 5 yaşlı atlar üçün keçirilən yarışlarda, minimum sürət dəqiqədə 300 

metr və maksimum sürət dəqiqədə 350 m. 

  

8. Səhvlərin qeydiyyatı və cəzalanma cədvəli 

  

8.1. Səhvlər 



8.1.1. Səhvlər cərimə xalları və ya saniyələrlə cəzalandırılır. 

8.1.2. Yarış zamanı ancaq start və finiş xətləri arasında hər hansı səbəbdən 

edilən səhvlər nəzərə alınır. 

8.2. Nəticələrin qeydiyyatı 

8.2.1.  Hər  bir  maneədə  idmançının  göstərdiyi  nəticə  ancaq  Baş  Hakimlər 

Kollegiyası tərəfindən qeyd edilir. Baş Hakimlər Kollegiyasının icazəsi ilə rəsmi 

texniki  vasitələrlə  çəkilmiş  video  və  audio  materiallar  idmançının  nəticəsinin 

qeydiyyatının əsası kimi istifadə edilə bilər. 

8.2.2.  Yarışa  hakimlik  etmək  üçün  təyin  olunmuş  üç  hakimdən  azı  ikisi 

idmançının hər maneədə, maneələr arasında və digər hallarda nəticələrini, xaric 

edilmə olduqda isə, onun səbəbini təsdiq etməlidir. 


8.3. A cədvəli üzrə cəzalanma 

8.3.1 İdmançı: 

marşrutda birinci itaətsizliyə görə - 4 cərimə xalı; 

maneənin  dağılması  və  ya  su  ilə  doldurulmuş  qanova  düşmə,  ya  onun 

sərhədini qeyd edən taxtaya toxunmaya görə - 4 cərimə xalı; 

əsas yarışda vaxt normasının həddini aşmanın və ya qabaqcadan keçirilmiş 

təkrar tullanmanın hər 4 saniyəsinə görə - 1 cərimə xalı; 

axırıncı  təkrar  tullanmada  vaxt  normasının  həddinin  aşmasının  hər  bir 

saniyəsinə görə - 1 cərimə xalı; 

marşrutda ikinci itaətsizlik, idmançının, atın və ya hər ikisinin birinci dəfə 

yıxılması  və  ya  göstərilən  hər  hansı  başqa  pozuntulara  görə  -  xaric  olma  ilə 

cərimələnir. 

8.4. B cədvəli üzrə cəzalanma 

8.4.1. İkinci idman dərəcəsindən yuxarı dərəcə normalarının və tələblərinin 

yerinə yetirilməsi üçün B cədvəlindən istifadə olunmalıdır. 

8.4.2. İdmançı: marşrutda birinci itaətsizliyə görə - 3 cərimə xalı; 

maneənin  dağılması,  su  ilə  doldurulmuş  qanova  düşmə,  və  ya  onu  əhatə 

edən ensiz uzun taxtaya toxunmaya görə - 4 cərimə xalı; 

marşrutda ikinci itaətsizliyə görə - 6 cərimə xalı; 

idmançının birinci yıxılmasına görə - 8 cərimə xalı; 

əsas yarışda vaxt normasının həddini aşmasına və ya qabaqcadan keçirilmiş 

təkrar tullanmada hər 1 saniyəyə görə - 0,25 cərimə xalı; 

sonuncu  təkrar  tullanmada  vaxt  normasının  həddini  aşmasının  hər  bir 

saniyəsinə görə - 1 cərimə xalı; 

idmançının  ikinci  yıxılmasına,  atın  birinci  yıxılmasına,  marşrutda  üçüncü 

itaətsizliyə və ya göstərilən başqa pozuntulara görə - xaric olma ilə cərimələnir. 

8.4.3. İtaətsizliyə görə verilən cərimə xalları təkcə həmin maneədə deyil, həm 

də bütün git üzrə toplanır. 

8.4.4. Yıxılmaya görə cərimə xalları yıxılmaya səbəb olan dağılmaya və ya 

itaətsizliyə görə cərimə xallarına əlavə olunur. 

8.5. C cədvəli üzrə cəzalanma 

8.5.1.  C  cədvəli  üzrə  keçirilən  yarışlar  dərəcə  normalarının  və  tələblərinin 

yerinə yetirilməsi üçün müvafiq (təsnifatlı) sayılmır. 

8.5.2. C cədvəli üzrə səhvlər idmançının yarışı başa çatdırmasına sərf olunan 

vaxta əlavə olunan saniyələrlə cərimələnir. 

8.5.3. İdmançı: 



maneənin  dağılması,  su  ilə  doldurulmuş  qanova  düşmə  və  ya  onun 

sərhədini göstərən taxtaya toxunmaya görə - 4 cərimə xalı; 

bağlı  maneələrdə  keçirilən  duelə,  iki  faza  yarışlarında  və  C  cədvəli  üzrə 

keçirilən təkrar tullanmaya görə - 3 cərimə xalı; 

birinci itaətsizliyə görə - avtomatik sərf olunan vaxt ilə cəzalandırılır. 

Qeyd.  C  cədvəli  üzrə  keçirilən  yarışlarda  vaxt  norması  anlayışı  tətbiq 

edilmir.  Marşrutun  uzunluğu  600  metrdən  çox  olarsa,  onda  vaxt  həddi  180 

saniyəy  ə,  marşrutun  uzunluğu  600  metrdən  az  olarsa,  onda  vaxt  həddi  120 

saniyəyə bərabərdir. 

  

9. Cəzalar 

  

9.1. Xaric edilmə 



Yarışın Baş hakimi aşağıdakı hallarda idmançını xaric etməyə məcburdur: 

9.1.1.  yıxılma  halında  belə  sistemin  birinci  hissəsinin  və  ya  birədədli 

maneənin dəf edilməsinə 45 saniyədən çox vaxt sərf olunmuşdursa; 

9.1.2.  birinci  maneəni  düzgün  istiqamətdə  start  xəttini  keçmədən  dəf 

etmişdirsə; 

9.1.3.  mütləq  keçilmə  məntəqəsini  ötürmüşdürsə  və  göstərilən 

trayektoriyada aradan qaldırıla bilməyən yankeçməyə yol vermişdirsə; 

9.1.4. yarış vaxtı marşruta daxil olmayan maneəni dəf etmişdirsə

9.1.5. maneəni müəyyən olunmuş ardıcıllıqla dəf etməmişdirsə; 

9.1.6. vaxt həddini aşmışdırsa; 

9.1.7. sarpma, dövrələmə və ya yıxılmadan sonra maneələr sistemini yenidən 

dəf etməmişdirsə; 

9.1.8. idman meydanından çıxana kimi axırıncı maneəni dəf etdikdən sonra 

at üstündə bayraqlar arasından finiş xəttini düzgün istiqamətdə keçməmişdirsə; 

9.1.9.  idman  meydanından  Baş  Hakimlər  Kollegiyasının  icazəsi  olmadan 

getmişdirsə və ya starta icazə aldıqdan sonra və git qurtarmadan atın getməsinə 

yol vermişdirsə; 

9.1.10.  hazırlıq  və  ya  məşq  meydanında,  yaxud  yarış  keçirilən  yerin 

bilavasitə  yaxınlığında  at  üstündə  əlində  75  sm-dən  uzun  və  ya  ucu  qəsdən 

ağırlaşdırılmış çubuq tutmuşdursa; 

9.1.11. təlim, məşq və yarış zamanı atlara qarşı zorakılıq və qəddarlıq halları 

müşahidə edilərsə; 

9.1.12. baş hakimin rəyi ilə yarışı davam etdirmək iqtidarında deyildirsə. 

9.2. Atların təlimi üçün hazırlıq meydanları 



9.2.1. Məşqlərin normal keçməsi üçün kifayət qədər böyük olan hazırlıq və 

ya  məşq  meydanları  olmalıdır.  Hər  bir  meydanda  atı  maneəsiz  işlətmək  üçün 

tətbiq  edilən  maneələrdən  başqa,  şaquli  və  üfüqi  maneələr  quraşdırılmalıdır. 

Torpaq  yaxşı  vəziyyətdə  olmalıdır.  Kifayət  qədər  yer  olduqda  və  məşq  edən 

idmançıların sayı çox olduqda, arenanı əlavə maneələrlə təmin etmək lazımdır. 

Bütün  maneələr  bir  qaydada  düzəldilməli,  qırmızı  və  ağ  bayraqla 

işarələnməlidirlər.  İdmançıların  sayı  çox  olduqda,  məşq  meydanlarının 

bölünməsi nəzərdə tutulmalıdır. 

9.2.2.  Maneənin  maksimal  hündürlüyü  140  sm-dən  çox  deyilsə,  hazırlıq 

meydanında  olan  maneələrin  hündürlüyü  yarış  meydanında  olan  maneələrin 

maksimal  hündürlüyündən  10  sm-dən  çox  ola  bilməz.  Əgər  yarışda  maneənin 

hündürlüyü  140  sm-dən  çoxdursa,  hazırlıq  meydanında  olan  maneənin 

hündürlüyü 160 sm-dən çox ola bilməz. 

9.2.3. İdmançılar öz atlarını klaviş təlim hərəkətləri ilə məşq etdirə bilərlər. 

Bu məqsədlə istifadə edilən maneələrin hündürlüyü 130 sm-dən çox olmamalıdır. 

Belə  maneələrdən  istifadə  edən  idmançılar  qəsdən  zədələnməyə  qarşı  olan 

qaydaları pozmamalıdırlar. 

9.2.4.  Əgər  meydanın  ölçüləri  imkan  verirsə,  hündürlüyü  130  sm-dən  çox 

olmayan  maneənin  qarşısında  250  sm-dən  yaxın  olmayan  məsafədə  bir  maneə 

qoyula bilər. 

9.2.5.  Məşq  və  hazırlıq  meydanları  istifadə  edildikdə,  meydanlar  daim 

nəzarət altında olmalıdır. Bu meydanlar iş üçün açıq olduqda, qaydaların riayət 

olunmasına nəzarət edən ən azı bir hakim-inspektor olmalıdır. 

  

10. Təkrar tullanma 

  

10.1. Təkrar tullanma anlayışı 



10.1.1. Eyni yarışda yalnız birinci və ya bir neçə əvvəlki gitlərdə birinci yer 

üçün  təxminən  bərabər  imkanlı  idmançılar  təkrar  tullanmada  iştirak  edirlər. 

Yarışın  qalibini  müəyyənləşdirmək  üçün  bir  və  ya  bir  neçə  təkrar  tullanma 

keçirilə bilər. 

10.1.2.  Əgər  birinci  yerə  iddia  edən  idmançı  əvvəlki  gitlərdə  maneələri 

cərimə  xalları  olmadan  dəf  etmişdirsə,  verilən  hədləri  aşmadan,  təkrar 

tullanmada (tullanmalarda) olan maneələrin ölçüləri böyüdülə bilər. 

10.1.3.  Maneənin  formasını,  tipini  (xüsusiyyətini)  və  rəngini  dəyişmək 

olmaz,  lakin  sistemdən  bir  maneə  götürmək  olar.  Əgər  sistem  üç  ədədli  və  ya 


dörd  ədədlidirsə,  onda  orta  elementi  və  digər  elementləri  götürmək  olmaz. 

Maneələrin dəfedilmə ardıcıllığı dəyişdirilə bilər. 

  

11. Yarışların keçirilməsi prosesi 

  

11.1. Start ardıcıllığını müəyyən etmək üçün püşk atılır. 



11.2.  Fərdi  idmançıların  və  komanda  üzvlərinin  yarışda  iştirakı  aşağıdakı 

qaydada müəyyənləşdirilir: 

11.2.1. fərdi idmançı yarışda iki və daha çox atla iştirak edirsə, Baş Hakimlər 

Kollegiyası start ardıcıllığını elə nizamlamalıdır ki, bu idmançının atlarının çıxış 

intervalı minimum 10 idmançının çıxış müddəti qədər olsun; 

11.2.2.  start  ardıcıllığı  elan  edildikdən  sonra  komanda  rəhbəri  atı  və 

idmançını dəyişmək qərarına gəlsə, yarışın birinci iştirakçısının startına 60 dəqiqə 

qalmasından gec olmayaraq bunu edə bilər

11.2.3. bütün turnir müddətində hər bir at təşkilat komitəsi tərəfindən verilən 

identifikasiya nömrəsini daşımalıdır. 

11.3. Starta bildiriş və yarışda iştirakın təsdiqi 

Komanda rəhbərləri komanda üzvlərinin siyahısını və atların ləqəbi ilə fərdi 

idmançıların  adını  yazılı  surətdə  katibliyə  verməlidirlər.  Bədbəxt  hadisə, 

idmançının və ya onun atının xəstəliyi hallarında və ya hər hansı başqa səbəbdən, 

komanda  rəhbəri  yarışın  birinci  iştirakçısının  startından  60  dəqiqədən  gec 

olmayaraq, onu (onları) fərdi iştirakçı ilə (əgər varsa) dəyişə bilər. 

11.4. Atların iştirakı 

11.4.1. Yarışda bir idmançı üç atdan çox atla iştirak edə bilməz. 

11.4.2.  Ölkə  çempionatlarında  iştirak  edən  atlar  üçün  aşağıdakı  normalar 

müəyyən edilir: 

4 yaş üçün maneənin hündürlüyü - 115 sm-ə qədər 

5 yaş üçün maneənin hündürlüyü - 125 sm-ə qədər 

6 yaş üçün maneənin hündürlüyü - 135 sm-ə qədər 

7 yaş üçün maneənin hündürlüyü - 140 sm-ə qədər 

8 yaş üçün maneənin hündürlüyü - 150 sm-ə qədər. 

Qeyd.  Birinci  və  ikinci  qrup  yarışlarda  hər  bir  at  bir  yarışda  ancaq  bir 

idmançı ilə çıxış edə bilər. 

11.5. Gənclər və yeniyetmələr 

11.5.1. 12 yaşı tamam olmuş idmançılar həmin il və 13 yaşı tamam olana kimi 

sonrakı ildə maneənin maksimal hündürlüyü təkrar tullanma daxil olmaqla, 110 

sm-dən çox olmayan yarışlarda iştirak edə bilərlər. Müvafiq olaraq 


13 yaşdan 14 yaşa qədər maneənin hündürlüyü -100 sm; 

14 yaşdan 15 yaşa qədər maneənin hündürlüyü -110 sm; 

15 yaşdan 16 yaşa qədər maneənin hündürlüyü -120 sm; 

16 yaşdan 17 yaşa qədər maneənin hündürlüyü -130 sm; 

17 yaşdan 18 yaşa qədər maneənin hündürlüyü -140 sm; 

18 yaş üçün maneənin hündürlüyü - 150 sm müəyyən edilir. 

11.5.2. Gənc idmançı yeniyetmələr arasında olan yarışlarda eyni atla iştirak 

edə bilməz. 

11.5.3. 16  yaşı  tamam  olana kimi  idmançılar 6  yaşdan  cavan atlarla  iştirak 

edə bilməzlər. 

  

12. Hakimlər və rəsmi şəxslər 

  

12.1. Hakimlər 



Baş  Hakimlər  Kollegiyası  turnirin  baş  hakimindən,  baş  katibdən  və  Baş 

Hakimlər Kollegiyasının üzvlərindən ibarət olur. 

12.2. Rəsmi şəxslər 

Apellyasiya komitəsinin sədri, apellyasiya komitəsinin üzvləri (2 nəfərdən 

az olmayaraq), baytar və texniki nümayəndə rəsmi şəxslər hesab olunurlar. 

  

13. Klassik yarışlar 

  

13.1. Konkur yarışları Konkur üzrə şəxsi və komanda yarışları mövcuddur. 



13.2. Klassik və Qran-pri yarışları 

13.2.1.  Klassik  yarışlar  və  Qran-pri  yarışları  maneələr  üzərindən  tullanma 

yarışlarının  növləridir.  Bu  yarışlar  A  və  B  cədvəlləri  üzrə  vaxt  norması  ilə 

qiymətləndirilmir. Vaxtın ölçülməsi məcburi deyil. 

13.2.2.  Maneələrin  sayı,  xüsusiyyəti,  hündürlüyü  və  eni  Baş  Hakimlər 

Kollegiyası tərəfindən təyin edilir. 

13.2.3. Konkur üzrə təsnifat marşrutları aşağıdakı şərtlərə uyğun olmalıdır: 

13.2.3.1. maneənin hündürlüyü 150 sm-ə qədər olduqda: 

maneələrin sayı 12; 

maneələrin minimal hündürlüyü 130 sm, maksimal hündürlüyü 150 sm; 

2 şaquli maneənin hündürlüyü 150 sm; 

2 üfüqi maneənin hündürlüyü və eni müvafiq olaraq 150 sm və 170 sm; 

digər 6 maneənin hər birinin hündürlüyü 140 sm; 

maneələrin maksimal eni 180 sm; 



üçhissəli maneənin maksimal eni 220 sm; 

cərimə xətti daxil olmaqla, su ilə doldurulmuş qanovun minimal eni 400 sm; 

maksimal eni 420 sm (məcburi deyil); 

marşrutun minimal uzunluğu 500 m, maksimal uzunluğu 700 m; 

açıq meydanda hərəkət sürəti dəqiqədə 400 m; 

bağlı meydanda hərəkət sürəti dəqiqədə 350 m müəyyən edilir; 

13.2.3.2. maneənin hündürlüyü 140 sm-ə qədər olduqda: 

maneələrin sayı 12; 

maneələrin minimal hündürlüyü 120 sm, maksimal hündürlüyü 140 sm; 

2 şaquli maneənin hündürlüyü 140 sm; 

2 üfüqi maneənin hündürlüyü 145 sm, eni 160 sm; 

digər 6 maneənin hər birinin hündürlüyü 135 sm; 

maneələrin maksimal eni 180 sm; 

üçhissəli maneənin maksimal eni 200 sm; 

cərimə xətti daxil olmaqla, su ilə doldurulmuş qanovun minimal eni 380 sm; 

maksimal eni 400 sm (məcburi deyil); 

marşrutun minimal uzunluğu 500 sm, maksimal uzunluğu 700 sm; 

açıq meydanda hərəkət sürəti dəqiqədə 400 m; 

bağlı meydanda hərəkət sürəti dəqiqədə 350 m müəyyən edilir; 

13.2.3.3. maneənin hündürlüyü 135 sm-ə qədər olduqda: 

maneələrin sayı 12; 

maneələrin minimal hündürlüyü 120 sm, maksimal hündürlüyü 135 sm; 

2 şaquli maneənin hündürlüyü 135 sm; 

2 üfüqi maneənin hündürlüyü 130 sm, eni 140 sm; 

digər 6 maneənin hər birinin hündürlüyü 130 sm; 

maneələrin maksimal eni 160 sm; 

üçhissəli maneənin maksimal eni 190 sm; 

cərimə xətti daxil olmaqla, su ilə doldurulmuş qanovun minimal eni 350 sm 

maksimal eni 370 sm (məcburi deyil); 

marşrutun minimal uzunluğu 500 m, maksimal eni 700 m; 

açıq meydanda hərəkət sürəti dəqiqədə 375 m; 

bağlı meydanda hərəkət sürəti dəqiqədə 350 m müəyyən edilir; 

13.2.3.4. maneənin hündürlüyü 130 sm-ə qədər olduqda: maneələrin sayı 12; 

maneələrin minimal hündürlüyü 110 sm, maksimal hündürlüyü 130 sm; 

2 şaquli maneənin hündürlüyü 130 sm; 

2 üfüqi maneənin hündürlüyü 120 sm, eni 140 sm; 

digər 6 maneənin hər birinin hündürlüyü 120 sm; 


maneələrin maksimal eni 140 sm; 

üçhissəli maneənin maksimal eni 180 sm; 

cərimə xətti daxil olmaqla, su ilə doldurulmuş qanovun minimal eni 320 sm, 

maksimal eni 350 sm (məcburi deyil); 

marşrutun minimal uzunluğu 500 m, maksimal uzunluğu 700 m; 

açıq və bağlı meydanda hərəkət sürəti dəqiqədə 350 m müəyyən edilir; 

13.2.3.5. maneənin hündürlüyü 120 sm-ə qədər olduqda: 

maneələrin sayı 12; 

maneələrin minimal hündürlüyü 100 sm, maksimal hündürlüyü 120 sm; 

2 şaquli maneənin hündürlüyü 120 sm; 

2 üfüqi maneənin hündürlüyü 100 sm, eni 130 sm; 

digər 6 maneənin hər birinin hündürlüyü 110 sm; 

maneələrin maksimal eni 130 sm; 

üçhissəli maneənin maksimal eni 170 sm; 

cərimə xətti daxil olmaqla, su ilə doldurulmuş qanovun minimal eni 270 sm, 

maksimal eni 300 sm (məcburi deyil); 

marşrutun minimal uzunluğu 500 m, maksimal uzunluğu 600 m; 

açıq və bağlı meydanda hərəkət sürəti dəqiqədə 350 m müəyyən edilir; 

13.2.3.6. maneənin hündürlüyü 110 sm-ə qədər olduqda: 

maneələrin sayı 10; 

maneələrin minimal hündürlüyü 90 sm, maksimal hündürlüyü 110 sm; 

2 şaquli maneənin hündürlüyü 110 sm; 

2 üfüqi maneənin hündürlüyü 100 sm; 

digər 4 maneənin hər birinin hündürlüyü 100 sm; 

maneələrin maksimal eni 110 sm; 

üçhissəli maneənin maksimal eni 150 sm; 

cərimə xətti daxil olmaqla, su ilə doldurulmuş qanovun minimal eni 250 sm, 

maksimal eni 270 sm (məcburi deyil); 

marşrutun minimal uzunluğu 350 m, maksimal uzunluğu 550 m; 

açıq və bağlı meydanda hərəkət sürəti dəqiqədə 350 m müəyyən edilir; 

13.2.3.7. maneənin hündürlüyü 100 sm-ə qədər olduqda: maneələrin sayı 8; 

maneələrin minimal hündürlüyü 80 sm, maksimal hündürlüyü 100 sm; 

2 şaquli maneənin hündürlüyü 100 sm; 

2 üfüqi maneənin hündürlüyü 90 sm, eni 100 sm; 

digər 2 maneənin hündürlüyü 90 sm; 

maneələrin maksimal eni 100 sm; 

üçhissəli maneənin maksimal eni 150 sm; 


marşrutun minimal uzunluğu 300 m, maksimal uzunluğu 450 m; 

açıq və bağlı meydanda hərəkət sürəti dəqiqədə 350 m müəyyən edilir. 

13.3. Tullanmanın qüvvə yarışları 

13.3.1. Bu yarışların məqsədi atın məhdud sayda böyük maneələr üzərindən 

tullanma bacarığını nümayiş etdirməkdir. 

13.3.2. Birinci gitə 4-dən 6-ya qədər birədədli maneə daxildir, onlardan ən azı 

biri  şaquli  maneə  olmalıdır.  Birinci  maneənin  hündürlüyü  minimum  120  sm, 

sonrakı iki maneə 140 sm-dən 150 sm-ə qədər və bir şaquli maneə 150 sm-dən 160 

sm-ə  qədər  hündürlükdə  olmalıdır.  Digər  maneələr  sistemi,  eləcə  də  su 

maneələri, qanovlar və təbii maneələr qadağandır. 

13.3.3.  Birinci  yer  uğrunda  idmançıların  topladığı  xallar  eyni  olarsa,  əlavə 

olaraq  şaquli  və  üfüqi  maneələr  üzərindən  təkrar  tullanma  keçirilir.  Bu  zaman 

qabaq  hissədən  meyilli  olan  şaquli  maneədən  istifadə  etməyə  icazə  verilir 

(maksimal əsasa qədər 30 sm). 

Təkrar tullanmada hər iki maneənin hündürlüyü, üfüqi maneənin isə həm 

də eni artırılır. Şaquli maneələr (birinci təkrar tullanmada meyillilik maksimum 

20 sm, növbəti təkrar tullanmalarda maksimum 10 sm olmaqla), o vaxt artırılır ki, 

idmançının əvvəlki gitlərdə cəriməsi olmasın və birinci yer uğrunda göstəricilərə 

malik olsun. 

13.4. Ovçu konkuru, cəldlik və idarəetmə yarışları 

13.4.1. Bu yarışın məqsədi atın itaətliliyini və cəldliyini nümayiş etdirməkdir. 

13.4.2.  Marşrutda  müxtəlif  maneələr  olmalıdır  (daha  çətin  maneələri  dəf 

etmək hesabına idmançıya öz marşrutunu qısaltmağa imkan yaradan alternativ 

maneələrdən  istifadə  etməyə  icazə  verilir).  Bu  tip  digər  yarışlar  cəldlik  və 

idarəetmə yarışları adlanır. 

13.4.3.  Marşrutun  sxemində  hərəkət  trayektoriyası  oxlarla  və  hər  maneə 

nömrələrlə işarə edilir. 

13.4.4. Bu yarış C cədvəli üzrə qiymətləndirilir. 

13.5. Komanda yarışları 

13.5.1. Bu yarışda komandalar idman təşkilatlarını və digər təşkilatları təmsil 

edirlər. 

13.5.2. Fərdi iştirakçılar komanda yarışlarına buraxılmırlar. 

13.6. Güc və cəldlik yarışları 

13.6.1. Bu yarışda ancaq jerdlərdən ibarət 6 şaquli maneə düz xətt boyunca 

bir-birindən  təxminən  11  metr  aralı  yerləşdirilir.  Meydanın  ölçülərind  ən  asılı 

olaraq maneələrin sayı azaldıla bilər. 



13.6.2. Bütün maneələr eyni hündürlükdə (məsələn, hər biri 120 sm), ardıcıl 

artırılmaqla 110 sm, 115 sm, 120 sm, 130 sm, 135 sm hündürlükdə və ya birinci və 

ikinci  maneələr  120  sm,  növbəti  2  maneə  130  sm  və  digər  hündürlükdə 

quraşdırılır. 

13.7. Altı maneə yarışları 

13.7.1. Bu yarış düz xətt üzrə quraşdırılmış maneələr yarışı keçirildiyi üsulla 

keçirilir. 

13.7.2. Bu altı maneə bir birindən fərqli ola bilər (şaquli və üfüqi maneələr). 

13.7.3.  Bu  maneələr  iki  temp  məsafəsində  (təxminən  11  metr),  düz  xətt 

üzərində quraşdırılmış maneələr yarışlarında olduğu kimi, bir düz xətt üzrə və 

ya iki düz xətt üzrə üç maneədən ibarət qrup şəklində düzülə bilər. 

13.8. Estafet yarışları 

13.8.1.  Bu  yarış  2  və  ya  3  idmançıdan  ibarət  komandalar  üçündür.  10-12 

maneədən  ibarət  marşrut  komandada  olan  idmançıların  sayı  qədər  dəf  edilir. 

Gitin vaxtı komandanın istənilən idmançısı tərəfindən start xəttini keçdiyi andan 

komandanın axırıncı idmançısının finiş xəttini keçdiyi ana qədər qeyd olunur. 

13.8.2. İdmançılar istənilən ardıcıllıqla starta çıxa bilərlər və istənilən yerdə 

və vaxtda əvəzedici təyin edilə bilər. 

13.8.3. Starta  icazə verən zəngdən  sonra  start  xəttini  birinci  keçən  idmançı 

birinci maneəni dəf etməlidir. 

13.8.4. Komandanın idmançısı finiş xəttini axırıncı marşrutun axırdan ikinci 

maneəsini dəf etdikdən sonra keçə bilər. 

13.8.5. Marşrutun əvvəlki maneələrini dəf etməyənə kimi sonrakı maneələri 

dəf etmək qadağandır. 

13.8.6. İtaətsizlik halında komandanın hər hansı idmançısı maneəni dəf edə 

bilər. 


13.9. Dəqiqə yarışı 

13.9.1. Bu yarışda idmançıya maneənin düzgün dəf edilməsinə görə 2 xal və 

maneənin dağılmasına görə 1 cərimə xalı verilir. Maneələr sistemindən istifadə 

qadağandır. 

13.9.2.  Bu  yarış  60-90  saniyəyədək  vaxt  məhdudiyyəti  ilə  keçirilir.  Əgər 

idmançı  marşrutu  verilmiş  vaxtdan  tez  qurtararsa,  onda  o,  marşrutu  yenidən 

başlayır. İtaətsizlik idmançının sərf etdiyi vaxt ilə cərimələnir. 3-cü itaətsizlik və 

1-ci yıxılma zamanı idmançının çıxışı dayandırılır. Bu halda idmançı onunla eyni 

xallar qazanan idmançılar arasında sonuncu yeri tutur. 


13.9.3.  Təyin  olunmuş  vaxt  bitdikdə  zəng  çalınır.  İdmançı  ardıcıl  növbəti 

maneəni dəf etməlidir və saniyəölçənlər atın qabaq ayaqları torpağa toxunduğu 

an saxlanılır. Bu halda ona zəngdən sonra dəf etdiyi maneələrə görə xal verilmir. 

13.9.4.  Təyin  olunmuş  vaxt  at  yerindən  itələndikdən  sonra  qurtarırsa,  bu, 

dağılıb  -  dağılmamasından  asılı  olmayaraq  maneənin  dəf  olunması  kimi  qəbul 

olunur. Əgər itaətsizlik nəticəsində maneənin dağılması baş verərsə, onda zəng 

çalınır və buna müvafiq olaraq təyin olunmuş vaxt 6 saniyə azaldılır. 

13.9.5. Əgər idmançı maneələri birinci cəhddən dəf etmirsə, onda git bitmiş 

hesab  olunur.  İdmançı  onunla  eyni  sayda  xallar  qazanan  idmançılar  arasında 

axırıncı yeri tutur. 

13.9.6. Verilən vaxt bitənə qədər ən çox xal qazanan idmançı yarışın qalibi 

olur.  Xallar  üzrə  bərabərlik  halında  giti  başa  çatdırmaq  üçün  sərf  olunan  vaxt 

nəzərə alınır. 

13.10. Artan çətinliklər üzrə yarışlar 

13.10.1.  Bu  yarış  ardıcıl  olaraq  çətinləşən  6,  8  və  ya  10  maneə  ilə  keçirilir. 

Maneələr sistemindən istifadəyə icazə verilmir. Ardıcıl olaraq çətinləşmə ancaq 

maneənin hündürlük və eni hesabına deyil, həm də trayektoriyanın çətinləşməsi 

ilə əldə edilir. 

13.10.2. Müsbət xallar aşağıdakı qayda ilə verilir: 

1 №-li maneəni dağılmaması şərti ilə dəf etmək ü çün - 1 xal; 

2 №-li maneəni dağılmaması şərti ilə dəf etmək üçün - 2 xal; 

3 №-li maneəni dağılmaması şərti ilə dəf etmək üçün - 3 xal və s. 

Dağılmış maneələrə görə xallar əlavə edilmir. Digər səhvlər A və B cədvəlləri 

üzrə cərimələnir. İdmançının nəticələri toplanmış cərimə xallarının çıxılması ilə 

müəyyən edilir. 

13.10.3. Bu yarış vaxt hesabı nəzərə alınmadan təkrar tullanma ilə və ya vaxt 

hesabı nəzərə alınmaqla, təkrar tullanmasız keçirilir. 

13.10.4.  Təkrar  tullanmada  hündürlük  və  en  ölçüləri  artırıla  bilən  6 

maneədən  az  maneə  ola  bilməz.  Təkrar  tullanmada  maneələr  birinci  gitdə  dəf 

edildiyi ardıcıllıqla dəf edilməlidir. 

13.10.5. Marşrutun axırıncı maneəsi üçün bir hissəsi coker kimi işarə edilmiş 

alternativ maneə nəzərdə tutula bilər. Coker alternativ maneədən çətin olmalıdır 

və cokerdə qazanılan xallar ikiqat artırılır. Əgər coker dağılmışdırsa, onda ikiqat 

artırılmış xallar ümumi xallardan çıxılır. 

13.11. Maksimum ballar üzrə yarışlar 

13.11.1. Bu yarışda yarış meydanında, maneələr sistemi istisna olmaqla, bir 

neçə maneə qoyulur. Hər bir maneə onun çətinliyinə müvafiq olaraq (10 xaldan 


120 xala qədər) qiymətləndirilir. Mütləq marşrut qoyulmur. Maneələr elə qoyulur 

ki,  onları  hər  iki  tərəfdən  dəf  etmək  mümkün  olsun.  Kurs-dizaynerin  qərarına 

əsasən maneənin dəf edilməsi üçün müəyyən edilən hallar bir neçə maneələrdə 

təkrarlana  bilər.  Əgər  yarış  meydanında  12  maneə  yerləşdirmək  mümkün 

deyilsə, onda kurs-dizayner istənilən maneələri götürə bilər. 

13.11.2. İdmançı hər düzgün dəf edilən maneəyə görə xal qazanır. Dağılmış 

maneəyə görə xal verilmir. 

13.11.3.  Hər  idmançıya  45  saniyədən  90  saniyəyədək  vaxt  verilir.  Bu  vaxt 

ərzində o, maneələri istənilən ardıcıllıqla və istənilən istiqamətdə dəf edə  bilər. 

Start xətti 4 bayraqla (hər iki tərəfdə 2 ağ və 2 qırmızı bayraq) işarə edilməlidir. 

İdmançı start xəttini istənilən istiqamətdə keçə bilər. 

13.11.4. Zəng gitin bitdiyini bildirir. Bundan sonra idmançı 4 bayraqla işarə 

edilmiş (hər iki tərəfdə 2 ağ  və 2 qırmızı) istənilən istiqamətdə öz vaxtını qeyd 

etmək  üçün  finiş  xəttini  keçməlidir.  Əgər  o,  finiş  xəttini  keçmirsə,  onda  bu 

idmançı onunla eyni sayda xalları olan idmançılar arasında axırıncı yeri tutur. 

13.11.5. Təyin olunmuş vaxt at yerindən itələndiyi an qurtardıqda, bu maneə 

düzgün dəf edilmişdirsə, hesaba alınır. 

13.11.6. Git ərzində dağılmış istənilən maneə bərpa olunmamalıdır. Əgər o, 

yenidən  dəf  edilirsə,  onda  buna  görə  xallar  verilmir.  Bu  qayda  bir  üfüqi 

müstəvidəki  aşağı  elementlərin  və  ya  bayraqların  yerinin  dəyişməsi  hallarında 

qüvvədə olur. Maneənin dağılması halında idmançı həmin və ya istənilən başqa 

maneəni dəf edə bilər. 

13.11.7. Hər maneə iki dəfə dəf oluna bilər. Maneənin 3-cü dəfə dəf edilməsi 

və ya dağılmış maneənin bayraqları arasından keçmə oyundan xaricolmaya səbəb 

olmur. İdmançı bu maneələrə görə xal qazanmır. 

13.11.8.  Bütün  itaətsizliklər  idmançı  tərəfindən  sərf  olunan  vaxtın 

azaldılması  ilə  cərimələnir.  İdmançı  birinci  yıxılmadan  sonra  marşrutdan 

çıxmalıdır. O, yıxılmaya qədər vaxtdan asılı olmayaraq topladığı xallara müvafiq 

yer tutur. 

13.11.9. Ən çox xal qazanan idmançı qalib olur. Xalların bərabərliyi halında 

start  və  finiş  xətləri  arasında  göstərilən  vaxt  həlledici  olur.  Xalların  və  vaxtın 

bərabərliyi halında birinci yer uğrunda təyin olunmuş 40 saniyəlik vaxtda təkrar 

tullanma keçirilir. 

13.11.10.  Meydanda  coker  qoyulmuşdursa,  onda  o,  lazımi  qa  ydada 

bayraqlarla  işarə  olunmalıdır.  Coker  2  dəfə  dəf  edilə  bilər.  Hər  düzgün  dəf 

edilməyə  görə  200  xal  verilir.  Əgər  o,  dağılırsa,  bu  zaman  idmançının 

nəticəsindən 200 xal çıxılır. 


13.11.11.  Bu  maneədə  sərpmə  və  ya  dövrələmə  halında  idmançının 

hesabından xallar çıxılmır. 

13.12. Öz marşrutunu seçmə yarışları 

13.12.1. Bu yarışda maneələr ancaq bir dəfə və idmançının seçdiyi ardıcıllıqla 

dəf edilməlidir. Maneələr sistemindən istifadə etməyə icazə verilmir. 

13.12.2. Bu yarış C cədvəli ilə sürət göstərilmədən qiymətləndirilir və vaxt 

norması qoyulmur. İdmançı 120 saniyədən sonra öz marşrutunu qurtarmırsa, o, 

yarışdan xaric olunur. 

13.12.3. Bütün itaətsizliklər vaxtla cərimələnir. 

13.12.4.  Əgər  hələ  dəf  olunmayan  maneə  itaətsizlik  və  ya  atın,  yaxud 

idmançının təsadüfi toxunması səbəbindən dağılmış, yaxud yerini dəyişmişdirsə, 

onda  zəng  çalınır  və  maneənin  bərpa  olunması  üçün  gitin  vaxtı  saxlanılır. 

İdmançının  nəticələrinə  6  saniyə  əlavə  edilir.  İdmançı  ancaq  zəng  təkrar 

səsləndikdən sonra hərəkəti yenidən başlaya bilər. 

13.13. Duel yarışı 

Bu yarışda iştirak etmək hüququnu qazanmaq üçün idmançılar: 

- ya ayrıca yarışın nəticəsinə görə təsnifat olunurlar; 

-  ya  da  vaxt  hesabına  uyğun,  A  və  C  cədvəlləri  üzrə  təsnifat  olma  imkanı 

verən gitdə iştirak edirlər. 

13.14. İki git yarışı 

13.14.1. Bu yarışa maneələrin ölçüsü və ya maneələrin dəf edilmə ardıcıllığı 

eyni və ya fərqli olan 2 marşrut daxildir. Bu marşrutlarda hər idmançı eyni atla 

iştirak  edir.  Yarışdan  xaric  olunmuş  idmançılar  və  ya  birinci  git  ərzində  öz 

təşəbbüsü  ilə  marşrutu  tərk  edən  idmançılar  ikinci  gitdə  iştirak  edə  bilməzlər. 

İkinci gitdə iştirak etməyən idmançılar mükafat yeri də tuta bilməzlər. 

13.14.2. Birinci gitdə bütün idmançılar iştirak edirlər; 

13.14.3. Xaric olan və ya birinci git ərzində öz təşəbbüsü ilə marşrutu tərk 

edən idmançılardan başqa, bütün idmançılar ikinci gitdə iştirak edə bilərlər. 

13.15. İki faza yarışları 

13.15.1. İki faza yarışları fasiləsiz olaraq, eyni və ya fərqli sürətlərlə keçirilir. 

Bu zaman birinci fazanın finiş xətti ikinci faza üçün start xətti olur. 

13.15.2. Bu yarış aşağıdakı qaydada keçirilir: 

13.15.2.1. hər iki faza A cədvəli üzrə hər faza üçün vaxt hesaba alınmamaqla; 

13.15.2.2.  birinci  faza  8-9  sistemli  və  ya  sistemsiz  maneələrdən  ibarətdir. 

İkinci faza isə 4-6 maneə ilə bir sistem daxil edilən marşrutdur; 

13.15.2.3.  birinci  fazada  cərimə  xalları  qazanan  idmançılar  finiş  xəttini 

keçdikdən sonra zənglə dayandırılırlar; 


13.15.2.4. əgər ikinci faza A cədvəli üzrə keçirilirsə, bu halda vaxt norması 

aşmasına görə idmançıya hər 4 saniyə üçün 1 cərimə xalı müəyyən olunur; xallar 

bərabər olduqda, idmançılar eyni yerlər tuturlar; 

13.15.2.5.  birinci  fazada  saxlanılan  idmançılar  hər  iki  fazada  iştirak  edən 

idmançılardan sonra yer tuturlar. 

13.16. Derbi 

13.16.1. Derbi yarışı minimum 1000 metr, maksimum 1300 metr məsafədə, 

təbii maneələrdən tullanmalardan ibarət olan marşrutla keçirilir. Qalibi müəyyən 

etmək üçün bir təkrar tullanmanın keçirilməsi nəzərdə tutula bilər. 

13.16.2. Yarış A, B və C cədvəlləri üzrə qiymətləndirilir. 

13.16.3. Əgər atların sayı azaldılmayıbsa, onda hər idmançıya maksimum 3 

atla iştirak etməyə icazə verilir. 

13.17. Maneələr sistemi üzrə yarışlar 

13.17.1. Bu yarışların sistemi 6 maneədən ibarət olur. 1-ci maneə tək, digər 5 

maneə isə sistemli maneələrdən ibarət olmalıdır. 

13.17.2. Yarış A, B və C cədvəlləri ilə qiymətləndirilir. 

13.17.3. Təkrar tullanma keçirilirsə, onun marşrutu hündürlük və en ölçüləri 

artırıla bilən 6 maneədən ibarət olmalıdır. 

13.17.4. Marşrutun uzunluğu 600 metrdən çox olmamalıdır. 

13.18. Hündürlüyə tullanma üzrə yarışlar 

13.18.1. Birinci gitdə hündürlüyü 140 sm olan maneələr qoyulur (hasar və ya 

şaquli maneə). Növbəti gitlərdə maneələrin hündürlüyü 10 sm artırılır. 

13.18.2. Start və finiş xətləri maneələrdən 10 metr aralı yerləşdirilir. 

13.18.3. Meydanda sınaq maneəsi qoyulur. 

13.18.4. Hər iştirakçı öz çıxışını istənilən gitdən başlaya bilər. 

13.18.5. Yarış A və B cədvəlləri ilə qiymətləndirilir. 

13.18.6. Giti cərimə xalı olmadan bitirən iştirakçı öz istəyi ilə növbəti gitdə 

iştirak edə bilər, ya da növbəti gitlərin bir və ya bir neçəsini ötürə bilər. O, yarışda 

iştirakdan imtina da edə bilər. 

13.18.7.  Gitdə  cərimə  xalları  qazanan  iştirakçı  öz  seçimi  ilə  həmin 

hündürlüyü  dəf  etməyə  cəhd  göstərə  bilər  və  sonrakı  yarışlarda  isə  iştirakdan 

imtina da edə bilər. 

13.18.8. İstənilən halda idmançı-at cütlüyü cəhdlərinin ümumi sayı 5 - dən 

çox ola bilməz. 

13.18.9.  Daha  hündür  maneəni  səhvsiz  dəf  edən  idmançı  yarışların  qalibi 

olur. Əgər yarış qurtarana kimi bir neçə idmançının göstəriciləri eyni olarsa, bu 



halda idmançılar eyni yerləri tuturlar. 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə