təxminən 5 min ada Çinə məxsusdur. Bu adaların bəzilərinə qonşu ölkələr (cənubda yerləşən ölkələr) iddia edirlər. Çinə məxsus adalardan ən böyölkələri Tayvan və Xaynandır.Çinin cənubunda 2 xüsusi inzibati rayon yerləşir. Bunlardan biri 150 il Böyük Britaniyanın mülki olan Syanqan (Honq Konq), digəri isə 1557-ci ildən Portuqaliyanın keçmiş müstəmləkəsi olmuş Aomındır (Makao).
Ölkə ərazisinin genişliyi onun təbii şəraiti və
ehtiyatlarının müxtəlifliyinə səbəb olmuşdur. Bu sərvətlərdən bəzilərinin
ehtiyatlarına görə Çin dünyada qabaqcıl yeri tutur. Ölkə yanacaq-energetika
xammalı ilə zəngindir. Bunlardan daş kömür xüsusilə seçilir. Ən iri daş kömür
hövzələri ölkənin şimal, şimal-şərq, mərkəz hissəsindədir.
Şimal-şərqdə,
həmçinin dənizsahili ərazilərdə, Sarı dənizin şelf zonasında zəngin neft ehtiyatı
vardır. Neftlə yanaşı təbii qaz da çıxarılır. Ölkədə yanar şist və nüvə yanacağı