Çiçəkləri dürlü-dürlü, rəngbərəng, Bülbüllərdə nə gözəldir səs, ahəng



Yüklə 2.96 Mb.
Pdf просмотр
səhifə14/19
tarix01.06.2017
ölçüsü2.96 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

HƏQİQƏTƏN,  

DOĞRUDAN

Müdrik, aqil adamdı,

Bir həlim dil adamdı.

Sübut, dəlil adamdı, 

Həqiqətən, doğrudan!

Düz danışır, düz deyir,

Bu astar, bu üz deyir.

Bu yaxşı, bu pis deyir,

Həqiqətən, doğrudan!

Anadan olduğundan...

Sevdiyidir üfüq, dan.

Gecə-gündüz, hər zaman,

Həqiqətən, doğrudan!


Mövlud Teymur

340

İstəyinin quludur,

Düzün, haqqın yoludur.

Solun, sağın yoludur,

Həqiqətən, doğrudan!

Mövlud, məhəbbətdi bu,

Sonsuz sədaqətdi bu.

Ehtiram, ülviyyətdi bu,

Həqiqətən, doğrudan!..

1987

ANA MÜQƏDDƏSDİR,  

ANA ƏZİZDİR

Ana qucağında böyümüşük biz,

Onunla fəxr edib, öyünmüşük biz.

Odlu ürəyində döyünmüşük biz,

Ana müqəddəsdir, ana əzizdir!

Qurbanam anamın şirin dilinə,

O nurlu gözünə, o ağ telinə.

Ana bir arxadır doğma elinə,

Ana müqəddəsdir, ana əzizdir!

Dərd görüb başının tükləri sanı,

Bir möcüzə bilib Tanrı da onu.

Şerimin canıdır, sözümün sonu:

Ana müqəddəsdir, ana əzizdir!

1986


İsmayıllı dağları

341

ANA

Bəşəri doğan ana,

Bəşər ülviyyətlidir.

Asiman əzəmətli,

Allah ünsiyyətlidir!

Riya, yalan, şər bilməz,

Haqqa, doğruya əvəz.

Başı ağsaçlı Kəpəz,

Hamıdan qüdrətlidir!

2002

MIKAYIL MÜŞFIQƏ

Şairlər içində bir şair idin,

Mislin, bərabərin, tayın yox idi.

Dillərdə gəzirdi şeir çələngin,

Amma ki ömürdən payın yox idi!

Allah vergisiydi, Tanrı duası,

Əsl şair idin, şeir atası.

Başından getmirdi ana laylası,

Anasız bir günün, ayın yox idi!

Şerin bir ətirli gül-çiçək idi,

Xalqa lazım idi, çox gərək idi.

Su idi, həb idi, duz-çörək idi,

Nə qədər yesək də gözlər tox idi!


Mövlud Teymur

342

Həyatın axırdı öz axarıyla,

Kim onu soyutdu qışın qarıyla?!

Bəs niyə tən gəldi ömrün yarıyla,

Deşən bağrımızı kaman, ox idi,

Mislin, bərabərin, tayın yox idi!



1998

DAHA BUNDAN GÖZƏL  

NƏ VAR

Çəmənləri, çiçəkləri sevirəm,

Gözəlləri, göyçəkləri sevirəm.

Allahları, mələkləri sevirəm,

Daha bundan gözəl nə var dünyada!?

Öz eşqimi, öz sevdamı sevirəm,

Gül insanı, xoş adamı sevirəm.

Öz anamı, öz atamı sevirəm,

Daha bundan gözəl nə var dünyada!?

Mövlud Teymur belə sevib dünyanı,

Əzizləyib düz göstərən aynanı.

Mədh eləyib haqq tərəfi, haqq yanı,

Daha bundan gözəl nə var dünyada!?

1999


İsmayıllı dağları

343

VƏTƏNDI

Evdi, yurddu, vətəndi,

Nə ürəkdən gedəndi,

Nə də ölüb itəndi,

O səninlə bir təndi,

Ona görə vətəndi!

Düşmənləri ütəndi,

Dadımıza yetəndi!

Bir qapını açanda,

O birini bağladı.

Bir gözü sevinəndə,

Bir gözü də ağladı.

Vətəndir bu təzad da,

Odur ömür, həyat da!

Evdi, yurddu, vətəndi,

Mənə bu kainat da!



2001

OLSUN

Bir körpə dünyaya göz açdı bu gün,

Elə bil çöl, çəmən, düz açdı bu gün.

Gəlişi yeni bir iz açdı bu gün,

Gedişi yüz yaşda olsun, ay Allah!

Gül, çiçək qisməti hər fəsil olsun,

Yolunda həmişə mərd, əsil olsun.

Bir nəsli çoxalsın, min nəsli olsun,

Adları ən başda olsun, ay Allah!


Mövlud Teymur

344

Tarixdə iz salsın, yaddaşda qalsın,

Hər ildə könlümü oxşasın, alsın.

Mehriban qolunu boynuma salsın,

Mənə bir qardaş da olsun, ay Allah!

Az deyil, çox olsa dövlətim, varım,

Əyilməz qüdrətim, sınmaz vüqarım.

Daha da bərkiyər düz addımlarım,

Evimdə sal daş da olsun, ay Allah!

Dünya, gidi dünya çox mərd yaşatdı,

Yaxşını qaldırdı, pisi alçaltdı.

Zirvəsi göy dələn heykəl ucaltdı,

Babadağ naxışda olsun, ay Allah!

2001

TEZ ANLASAN YAXŞIDI

Güc birlikdə, birlikdə,

Savadda, həm bilikdə!

De neyləyər çəlik də

Düz dayana biləndə!

Yıxılmazsan, düşməzsən,

Bərkiməzsən, bişməzsən.

Sərt qayanı deşməzsən

Gec oyana biləndə!


İsmayıllı dağları

345

Tez anlasan yaxşıdı,

Bəd danlasan yaxşıdı.

Düz balasan, yaxşıdı

Ata, ana biləndə!

2007

GÖZƏLDİR BU ADƏT

Kiçik toy məclisi böyük toy kimi, -

Çal-çağır, oynamaq, hay-haray kimi...

Ata sünnət toyu edir oğluna,

Baş əyir müqəddəs bu din yoluna!

Gözəldir bu adət, bu xoş ənənə,

Bu dini ayinlər güc verir mənə.

Müsəlman dünyası, müsəlman ərzi,

Yazdı tarixlərə pozulmaz izi!

Allahın qoyduğu bu yol müqəddəs,

Bu yola dünyada tapılmaz əvəz.

Dünya yaranandan bu adət gedir,

Bu gözəl ənənə - bu sünnət gedir!

Yaşa, ey müqəddəs Qurani-Kərim,

Ayələr, surələr səcdəgah yerim.

Ay Ata, ay Ana, sevincək olun,

Böyük bayramıdır kiçik oğlunun!


Mövlud Teymur

346

Mövlud Teymur deyir sünnət adəti,

Mərhəmət, kişilik, hörmət adəti!

Nə qədər dünya var, müsəlman da var,

Etiqad, toy-sünnət, din, iman da var!

1983

CÜMƏ GÜNÜ  

QƏBRİSTANA GETMİŞDİM

Cümə günü qəbristana getmişdim,

Çiçəklərdə gözlər gördüm şeh dolu.

Göy otların bükülmüşdü belləri,

Bağlamışdı hər cığırı, hər yolu!

Elə bil ki, “gəlmə”, “gəlmə” deyirdi,

Bura kədər, qüssə, ələm yeridi.

Heç bilmirdim nə eləyim, nə edim,

Dağlar sanki mənə tərəf yeridi!

Büdrəmişdim, çaşdırmışdım özümü,

Mən bu yerdə ağlayımmı, susummu?!

Burda susmaq ağlamaqdan betərdi,

Mən bu yerdə itirmişəm anamı!

Atam, babam, yeddi arxam burdadı,

Bu yerlərə heç gəlməmək olarmı?!

İldə bir yol bu yerlərə dəyməsəm,

Qəlb sinədə sakit, aram qalarmı?!


İsmayıllı dağları

347

Cümə günü qəbristana getmişdim,

Çiçəklərdə gözlər gördüm şeh dolu.

Göy otların bükülmüşdü belləri,

Bağlamışdı hər cığırı, hər yolu!

1997

ANA ÖLÜMÜ

Dünən bir şəhərdə matəm quruldu,

Dedilər bir ana həyatdan gedir.

Ananın ölümü övladlarını,

Yaman qəmgin edir, narahat edir!..

Dünyada anaya ölüm yaraşmaz,

Ana bir əbədi, ölməz xilqətdi.

Misli, bərabəri heç görünməyən,

Arzudu, diləkdi, xoş məhəbbətdi!

Analar əzizdi, analar ulu,

Analar oxşayır şair könlümü.

Ömründə bir kərə ağlamayanı, 

Ağladır, sızladır ana ölümü!

1979

YOLLARIM

Atam öldü, anam öldü... Öldüm mən, 

Ondan sonra nə sevindim, güldüm mən.

Tez-tez dolan gözlərimi sildim mən,

Çiskin oldu, duman oldu yollarım!


Mövlud Teymur

348

Dağ başından bir nəfəsə aşardım,

Yoxuşlarda nə azıb, nə çaşardım.

Öz sevgimi təbiətə qoşardım,

Arzu dolu güman oldu yollarım!

Ləngiməzdim çağırılan yerlərə,

Qoşulardım küləklərə, yellərə.

Mən xoş soraq aparardım ellərə,

Nəğmə oldu, kaman oldu yollarım!

İndi kədər çulğalayıb canımı,

Zaman yaman qızardıbdı qanımı.

Kimsə bilmir dərdlə keçən anımı,

Tufan oldu, leysan oldu yollarım!..

2007

ÖLÜM HAQDIR

Ata, ana gedən yerə

Heç kim getmək istəmir,

Loğman getmək istəmir,

həkim getmək istəmir.

Övlad getmək istəmir,

arvad getmək istəmir!

Qardaş getmək istəmir,

bacı getmək istəmir.

Şirin getmək istəmir,

acı getmək istəmir.


İsmayıllı dağları

349

Rəis getmək istəmir,

hakim getmək istəmir!

Allah özü yaxşı bilir

daha kim getmək istəmir!

Ancaq bunlar əbəsdi,

həyat bir quru səsdi,

Hamının sonu budur,

Dünyanı torpaq udur!...

2001

ANA MÜQƏDDƏSLƏR  

MÜQƏDDƏSIDİ

Atamı yad etdim, anamı yazdım,

Əziz, xanım-xatın sonamı yazdım.

Şirin bayatımı, laylamı yazdım,

Rahat nəfəs alım, rahat dincəlim!

Aycan söyləyəndə, aycan deyəndə,

Olsun bu dünyada haqqı öyən də!

Anamın ahında ərisin qəm də,

Rahat nəfəs alım, rahat dincəlim!

Günəş gülümsəsin, ay bədirlənsin,

Çiçək xoşa gəlsin, gül qədirlənsin.

Anamın eşqinə söz sətirlənsin,

Rahat nəfəs alım, rahat dincəlim!


Mövlud Teymur

350

Amalda nur saçsın, məramda dinsin,

Hər gündə, hər vaxtda, zamanda dinsin!

Qaboyda səslənsin, kamanda dinsin,

Rahat nəfəs alım, rahat dincəlim!

Ürək nəğməsidi, qəlb nəğməsidi,

Ana müqəddəslər müqəddəsidi.

Mövludun dünyada tək o bəsidi,

Rahat nəfəs alım, rahat dincəlim!

1994

ÖVLAD

Öz doğma atanın, doğma ananın

Yanında bəxtəvər, xoşbəxtdi övlad.

Özünü kədərsiz, qəmsiz hiss edər,

Sevincdi, şadlıqdı, büsatdı övlad!

Duyar böyüklüyü, anar qüruru,

Çəkər ürəyinə safı, bülluru.

Çıxar milyon dəfə hər sudan quru,

Zirəkdi, çevikdi, sərvaxtdı övlad!

Mövlud, “hə” deməsən həll olmaz sözün,

İtidən itidir, sərrafdı gözün.

Hər yerdə, hər zaman deyirəm düzün:

Pöhrədi, budaqdı, qanaddı övlad!

2004


İsmayıllı dağları

351

CAN DEYƏN QIZ

Ətirli, çiçəklidi,

Xətirli, istəklidi.

Qardaşa gərəklidi,

Anaya can deyən qız!

Göz üstündə yeri var,

Qılığı var, mehri var.

Açan bahardır, bahar,

Sonaya can deyən qız!

Ayna göldə darandı,

Çiçəkliyə boylandı.

Dağı ucalıq sandı,

Qayaya can deyən qız!

Dinlə dedi, an dedi,

Ataya ay can dedi.

Elinə qurban dedi,

Obaya can deyən qız!

2007

MƏNIM QIZIM

Kitab həvəskarı, kitab hərisi,

Bir qızım var mənim Tovuz adında.

O, hansı kitabı alıb oxusa,

Mənası büsbütün qalar yadında!


Mövlud Teymur

352

Duyar mənasını dağın, daşın da,

Sevər vətənini, sevər elini.

Çox gözəl danışar ana dilində,

İkinci dil sanar Puşkin dilini!

Mənim əziz qızım, mehriban qızım,

Sənin sözlərinə şərikəm mən də.

Bizdə saf duyğuyla yaşayanların

Qədir-qiymətini bilir vətən də!..

1989

SEVIMLI YAZIÇIDIR

Əbülhəsən Ələkbərzadəyə

Əbülhəsən Basqallı,

Bizim elli, obalı.

Ulu, müdrik, babalı,

Sevimli yazıçıdır!

Onu yer, göy tanıyır,

Güney, quzey tanıyır.

Doğma, ögey tanıyır,

Sevimli yazıçıdır!

Həyatı burulğanlı,

Müharibə, boranlı.

Fəqət şöhrətli-şanlı,

Sevimli yazıçıdır!


İsmayıllı dağları

353

İsmayıllı dağları,

Yaşıl bağça, bağları.

Sanır onu dost, yarı,

Sevimli yazıçıdır!

Mövlud Teymur var sanır,

Babadağ, Qoşqar sanır.

Məmləkət, diyar sanır,

Sevimli yazıçıdır!

1974

DOYMARAM

Dünyam günəşlidir, dünyam aylıdır,

Dünyam o taylıdır, həm bu taylıdır.

Günlü, həftəlidir, illi, aylıdır,

Dünyamdan doymaram, doyammaram da!

Başı qarlı dağdı, ayağı aran,

Gözü suallıdır, dili hal soran.

Könüllər oxşayan, ürəklər alan

Dünyamdan doymaram, doyammaram da!

O elə dövlətdi, elə sərvətdi,

O elə gövhərdi, elə zinətdi.

O elə sevgidi, elə ülfətdi,

Dünyamdan doymaram, doyammaram da!


Mövlud Teymur

354

Sonu görünməyən əngin üfüqdü,

Qədrini bilməyən o kəs dönükdü.

Eşqi müqəddəsdi, kamı böyükdü,

Dünyamdan doymaram, doyammaram da!

Anadır, vətəndir, eldir, ulusdur,

Kəpəzdir, Qoşqardır, ulu Murğuzdur.

Hörmətdir, izzətdir, addır, nüfuzdur,

Dünyamdan doymaram, doyammaram da!

1996

OXUNARSAN  

NƏĞMƏ KİMİ

Mənim kimi sevə bilsən,

Şənə gəlsən, şada gəlsən.

Mətə gəlsən, dada gəlsən,

Oxunarsan nəğmə kimi!

Adın gəzər dil-ağızda,

Mahnı, şeir, xoş avazda.

Yaz olarsan buz, ayazda,

Oxunarsan nəğmə kimi!

Bülbül kimi ləhcən olar,

Sənə alqış, əhsən olar.

Çox sevilən, sevən olar,

Oxunarsan nəğmə kimi!


İsmayıllı dağları

355

Çəmən-çəmən ötər səni,

Gülşən-gülşən ötər səni.

Özünə bənd edər səni,

Oxunarsan nəğmə kimi!

Mövlud Teymur, sevgi nədi,

Arzu, dilək, eşqi nədi?!

Dərin məna, məzmun dedi,

Oxunarsan nəğmə kimi!

1973

SƏN BİZİMLƏSƏN

Böyük yazıçımız İlyas Əfəndiyevin 

xatirəsinə

“Söyüdlü arx” üstdə oxudum səni,

Axdı ürəyimə “Bahar suları”.

“Dağlar arxasında üç dost” tanıdım,

Dünyanı titrətdi gücü, vüqarı!

Ucaldı xan qızı “Natəvan”ında,

Sənətin ən uca fövqünə çatdı.

Nəsrdə elə bir şairlik etdin,

Nəzmdə nasirlik edənlər batdı!

Bizə bəxş etdiyin “Büllur sarayda”,

Qızıl teşt içində qusanlar oldu.

Sən hansı qüdrətə, gücə maliksən,

Ustad, arxayın ol, yazanlar oldu!


Mövlud Teymur

356

“Şəhərdən gələn ovçu” bir yana,

Kənddə meşəbəyi səndən söz saldı.

Bir zaman Vurğunla, Rəsulla birgə,

Dedi, evimizdə qonaq da qaldı!

Burdakı hörməti görmədik dedi,

Vallah “Atayevlər ailəsində”.

O üç sənətkarı yad eləyirəm,

İndi də qəlbimin o xoş səsində!

Sanıram o “Mahnı dağlarda qaldı”,

Onlarsız kövrəlib, çox doluram mən.

Unuda bilmirəm, əfəndim, səni,

Hər zaman, həmişə sən bizimləsən!

2004

ATALAR DEYİB

Ot kökü üstündə bitər, ucalar,

Kökdən mayalanıb yaşar, qocalar.

Bunu mən demədim, atalar deyib,

Atalar sözündə bir həqiqət var!

1972

ÜRƏKDƏN KEÇƏR

Gözəl rəftar, davranış,

Qoymaz yaxın düşə qış.

Olar ömrə bahar tuş,

Yolun çiçəkdən keçər!


İsmayıllı dağları

357

Daşa dəyməz istəyin,

Gülər qəlbin, ürəyin.

Açar, solmaz çiçəyin,

Süfrən çörəkdən keçər!

Halallığın çoxalar,

Haramlığın yox olar.

Nəfsin də ki tox olar,

Eşqin ürəkdən keçər!

Ayın, günəşin doğar,

Haqsızı haqqın boğar.

Səndə bu dünya sığar,

Sözün gerçəkdən keçər!

Nəsimitək yaşarsan.

Haqq dağını aşarsan.

Bir şeir də qoşarsan,

Təbin mələkdən keçər!

2001

ANA DÜNYADI

Ana sözü doğma olsun yada da,

Övladı tək sevsin özgə övladı.

Hər insanı oğlu, qızı sansın, o

Südü kimi təmiz tutsun o adı!


Mövlud Teymur

358

Axı, ana tək, yeganə varlıqdı,

Xoş rəftardı, xoş mehirdi, qılıqdı!

Ana daim bizə bəxtiyarlıqdı,

Böyük olur onun arzu, muradı!

Eşqi sonsuz, məhəbbəti ümmandı,

Bizə dayaq, arxa, kömək, həyandı.

Sülh sözünü daim ərzə yayandı,

Nifrəti hər qırğınadı, qanadı!

O, elləri səadətə çağırar,

Xoşbəxtliyə, məhəbbətə çağırar!

Ülviliyə, ülviyyətə çağırar,

Ana böyük bir aləmdi, dünyadı!

1987

HAQQA GÖZDÜR

Xalq şairi Mirvarid Dilbaziyə

Dünyamızda şairə çox,

Meyil salan şeirə çox.

Sözlə gedən xeyirə çox,

Şər deməyən Mirvariddir,

Dosta dostdur, mərdə mərddir!

Göyəzəndi, Avey dağdı,

Başı uca, üzü ağdı.

Coşqun, qaynar bir bulaqdı,

Nəğmələri mirvaridir,

Gövhər, inci, dürr yeridir!


İsmayıllı dağları

359

Sonaların sonasıdır,

Anaların anasıdır.

Yananlara yanasıdır,

Eşqə məlhəm, oda közdür,

Həqiqətə, haqqa gözdür!

O göylərə ucaldıqca,

Xoş xəyallara daldıqca,

Nurlu günəş, ay olduqca,

Deyirəm ki, səadətdir,

Tükənməyən bir sərvətdir!

Gur ilhamı, təbi sönməz,

İstəyirsən, ey tufan, əs.

Gedər cəhdin, gücün əbəs,

O möhtəşəm xan çinardır,

Əvəzsiz bir sənətkardır!



1996

GECƏLƏR

Sükuta bürünür, səssizcə ötür,

Ulduzlu gecələr, aylı gecələr.

İşıqlı səhərə yol alıb gedir

Ulduzlu gecələr, aylı gecələr!

Qaranlıq əlindən qaçmaq istəyir,

Quştək qanadlanıb uçmaq istəyir.

Sirrini kiməsə açmaq istəyir,

Ulduzlu gecələr, aylı gecələr!


Mövlud Teymur

360

Yorulmaq bilməyir ərzi nurladır.

Nə dincəlmək bilir, nə də ki, yatır.

Kədəri, qüssəni başından atır,

Ulduzlu gecələr, aylı gecələr!

Beləcə ömrünü başa yetirir,

Ömür dastanını yazıb bitirir.

Bizimçün işıqlı səhər gətirir,

Ulduzlu gecələr, aylı gecələr!

1984

NURLU OLANDA

Tanrı bizə ömür, güzəran verib,

Onu ədalətlə yaşamalıyıq.

Nəsildən-nəsilə verib, ötürüb,

Qeyrətlə, namusla daşımalıyıq!

Heç nəyə güzəştə getməməliyik,

Özümüzü ucuz etməməliyik.

Nə xeyir, nə fayda güdməməliyik,

Hamıya təmizlik aşlamalıyıq!

Bu yolda yolumuz nurlu olanda,

Yanan şamlarımız gurlu olanda,

Sözümüz sanballı, zorlu olanda,

Deyərlər elə bil aşıq Alıyıq!

2001


İsmayıllı dağları

361

DƏDƏ ŞƏMŞİR

Könlüm səni arzulardı,

Dədə Şəmşir, Dədə Şəmşir!

Nurlu üzün bir bahardı,

Dədə Şəmşir, Dədə Şəmşir!

Gülü güldən ayırmadın,

Tülü tüldən ayırmadın.

Eli eldən ayırmadın,

Dədə Şəmşir, Dədə Şəmşir!

Aşdı-daşdı bulaqların,

Gəldi, getdi qonaqların.

Əvəzsizdi yığnaqların,

Dədə Şəmşir, Dədə Şəmşir!

1986

USTAD AŞIQ ŞƏMŞİRƏ

Sazın, sözün ustadı,

El-obanın muradı.

Toy-yığnağın urvatı

Sən oldun, Dədə Şəmşir!

Həvəsin dağ çayıydı,

Nurun göyün ayıydı.

Payın Allah payıydı,

Şən oldun, Dədə Şəmşir!


Mövlud Teymur

362

Həyat qaynadı səndə,

Hay saldın dağ-dərəndə.

Namərdləri görəndə,

Gen oldun, Dədə Şəmşir!

1989

ANALAR

Qəfildən açılan güllə səsindən

Göydə pərən-pərən düşdü durnalar.

Beşikdə körpələr diksindi birdən,

Tələsik beşiyə qaçdı analar!

Yenicə dan yeri sökülən zaman,

Bu nə gurultuydu, bu nə vıyıltı?!

Şirin yuxusunu yatmamış hələ

Yarımçıq nə qədər körpə ayıldı!

1990

ƏSGƏRLƏRİMİZƏ

Nə gecəsi olur, nə də gündüzü,

Verməyir yuxuya o bir cüt gözü.

Keşikçi eləyib özünü özü,

Ayıqdır, sayıqdır vaxt, zaman kimi!

Onun da beləcə ötür günləri,

Yaxına qoymayır böhtanı, şəri.


İsmayıllı dağları

363

Nə qədər gözəldir xoş əməlləri,

Ucalır gözümdə qəhrəman kimi!

1997

YAXŞI ADAM YAXŞIDI

Yaxşı adam yaxşılıq

Edir hər bir insana.

O yaraşıq gəlibdir

Sanki bizim cahana!

Haqqı görüb bəsləyir,

Ədaləti səsləyir.

Ətaləti pisləyir,

Atır yoldan bir yana!

Yaxşı adam yaxşıdı,

İnsanların naxşıdı.

Ana, ata yaxşıdı

Dünyada hər insana!

1998

HƏR VAXT ŞİRİN OLUB

Atamdan qiymətli heç nə görmədim,

Anamdan da əziz nə var dünyada?!

Dünyanın gümüşü, zəri də heçdir,

Atam da, anam da düşəndə yada!


Mövlud Teymur

364

Unutmaq olmayır bir gün onları, -

Əziz insanları, doğma canları.

Topla, yığ bir yerə gülüstanları,

Onların ətrini verməz heç vədə!

Əvəzsiz nemətdi, tükənməz bardı,

Onlarsız bu dünya darısqal, dardı.

Atalar, analar zirvədə qardı,

Həmişə görünər uca zirvədə!

Parlayar günəş tək, yanar ulduz tək, 

Onlar yaşadılar çörək tək, duz tək.

Həyatda olublar həm sərt, həm kövrək,

Əl çalıb hər yerdə toya, büsata!

Onlara güc verib oğul, qız toyu,

Artıb əsli, nəsli, nəcabət-soyu.

Hər vaxt şirin olub, bal dadıb suyu,

Gözəllik bəxş edib ömrə, həyata!

2001

BACIM OĞLUNUN TOYU

Oğlunun toyudur bu gün, ay ata,

Oğlunun toyudur bu gün, ay ana.

Sevin, Səftər ata, gül, Solmaz ana,

Xeyir-dua verir hamı oğluna!

1   ...   11   12   13   14   15   16   17   18   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə