Çiçəkləri dürlü-dürlü, rəngbərəng, Bülbüllərdə nə gözəldir səs, ahəng



Yüklə 2.96 Mb.
Pdf просмотр
səhifə1/19
tarix01.06.2017
ölçüsü2.96 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19

İsmayıllı dağları

17

Çiçəkləri dürlü-dürlü, rəngbərəng,

Bülbüllərdə nə gözəldir səs, ahəng.

Zəmi-zəmi arzuları var nəhəng

Ana yurdun, ana elin, vətənin!

Doyammadım qayasından, dağından,

Ətir dolu bağçasından, bağından.

Kim danışmaz belə gözəl çağından

Ana yurdun, ana elin, vətənin!

Var-dövlətdir çırtma daşı, çal daşı,

İz saxlayır qəbirlərin başdaşı.

Tarixində sıralanıb yaddaşı

Ana yurdun, ana elin, vətənin!

1984

VƏTƏN  

MƏNIMLƏ OLUB

Bölgələrdə olmuşam,

Ölkələrdə olmuşam.

Çox səfərdə olmuşam,

Vətən mənimlə olub!

Yaxın oldu, ya uzaq,

Pompey oldu, ya İraq.

Aran oldu, ya da dağ,

Vətən mənimlə olub!


Mövlud Teymur

18

Donquldanma, ay dığa,

Nə nökərsən, nə ağa.

Qulağında et sırğa,

Vətən mənimlə olub!

Göyçə də, Ağrı dağ da,

Zəngəzur, Qarabağ da.

O gəzdiyin torpaq da,

Mənimdir, Vartan gəda,

Vətən mənimlə olub!

Azərbaycan – Od yurdu,

Cavanşir, Qorqud yurdu.

Olmaz heç vaxt yad yurdu,

Vətən mənimlə olub!

Doğma, əzizdir mənə,

Dərbənd, Təbrizdir mənə.

Böyük bir ərzdir mənə,

Vətən mənimlə olub!



1993

BAKI PAYTAXTIDIR  

AZƏRBAYCANIN

Keçdim Abşeronun geniş düzündən,

Öpdüm torpağından, öpdüm üzündən.

Gördüm ki, gözəldi özü-özündən,

Bakı paytaxtıdır Azərbaycanın,

Bakı xoşbaxtıdır Azərbaycanın!



İsmayıllı dağları

19

Xəzər ayna tutub gül camalına,

Adam heyran olur cah-calalına.

Ötür nəğməsində bir gəlin ana:

Bakı paytaxtıdır Azərbaycanın,

Bakı xoşbaxtıdır Azərbaycanın!

Min tarix yaşayır Qobustanında,

Dincəl mehini ud Mərdəkanında.

Nələr görəcəksən Neft məkanında,

Bakı paytaxtıdır Azərbaycanın,

Bakı xoşbaxtıdır Azərbaycanın!

Əsrlər söz salır “Qız qalası”ndan,

Şirin nəğməsindən, xoş avazından.

Ürəklər doymayır güllü yazından,

Bakı paytaxtıdır Azərbaycanın,

Bakı xoşbaxtıdır Azərbaycanın!

Xoşbəxtəm, Bakımız mayakımızdır,

Əzmimiz, gücümüz, dayağımızdır.

Yenilməz, üçrəngli bayrağımızdır,

Bakı paytaxtıdır Azərbaycanın,

Bakı xoşbaxtıdır Azərbaycanın!

1992

GÜLLƏR

Bağçamızda hər gül var,

Lalə, nərgiz, yasəmən.

Yığıb dəstə tuturam,

Qoxlayıram gündə mən!


Mövlud Teymur

20

Hər birinin öz ətri,

Rayihəsi, qoxusu.

Bunları duyanların

Çox dərindir duyğusu!

Duyur gülün, çiçəyin

İnsan kimi hissi var.

Təmiz, büllur ürəyi,

Ətirli nəfəsi var!

Hər birinin öz bəxti,

Taleyi, həyatı var.

Tükənməyən diləyi,

Arzusu, muradı var!

Bu güllər insan kimi,

Sevir doğrunu, düzü.

Odur doğma çölümdə,

Açıqdır alnı, üzü!

1987

ƏHMƏDLI

Xırdalı-böyüklü qəsəbələrdən

Daha doğma olub Əhmədli mənə.

İlk dəfə Bakıya gəldiyim günü,

Sığındım mən onun gen sinəsinə!


İsmayıllı dağları

21

Qoşuldum yelinə, sərin mehinə,

Yordum yollarını belədən-belə.

Tükənmək bilmədi eşqim, həvəsim,

Açdım ürəyimi çıçəyə, gülə!

Dedim necə gözəl, necə qəşəngsiz,

Gözəl Əhmədlinin gözəlləri tək.

Mənə yer göstərin xoşuma gəlsin

Bu ana vətənin bu xoş yeri tək!

1999

BIZIM ELƏ GƏL 

Cənnət axtarmağa, behişt görməyə 

Mehmanlı, qonaqlı bizim elə gəl.

Ətirli çiçəklər, güllər dərməyə 

Reyhanlı, zanbaqlı bizim elə gəl!

İpək təbiətli, tül xasiyyətli,

Mehriban baxışlı, şipşirindilli,

Analar görməyə sinədəftərli,

Xoş nəğmə soraqlı bizim elə gəl!

Hər incə saflığı, hər gözəlliyi,

Tükənmək bilməyən arzu-diləyi,

Sən görmək istəsən açıq ürəyi

Saf, büllur bulaqlı bizim elə gəl!


Mövlud Teymur

22

Haqqı, həqiqəti uca tutanlar, 

Yaxşını qaldırıb, pisi atanlar,

Elin başbiləni desən harda var?

Şairli, aşıqlı bizim elə gəl!

Burda gözəlliyin nişanı mindir, 

Dosta sədaqətin meydanı gendir.

Bu sözü deyəcək kimi də dindir:

Yarlı-yaraşıqlı bizim elə gəl, 

İşıqlı, çıraqlı bizim elə gəl! 



1986

DAĞLAR

Baxıram zirvənə, dağ görkəminə,

Doymayır gözlərim, baxıram yenə.

Gör necə bənzəyir Koroğlum sənə

Vüqarda, dözümdə, təmkində, dağlar!

Namərdlər önündə məğrur dayandın, 

Həmişə özünü sən qorxmaz sandın.

Odur ki ucadır o dağlar adın, 

Dağdan ağır olub çəkin də, dağlar! 

1998


İsmayıllı dağları

23

QÜDRƏTLI ÖLKƏ

Qoyun-quzu yaylaqda, 

Mal-qaralar oylaqda.

Bir haray var çaylaqda,

Sellər coşub-daşır hey,

Bu nə məzə, bu nə mey!?

Baharın son günüdü,

Yayın ilki, önüdü.

Elin toy-düyünüdü,

Sevinən kim, gülən kim!?

Sevincini bölən kim!?

Binələrdən buğ çıxır,

Pendir çıxır, yağ çıxır.

Bazarlara sel axır,

Əhsən elin varına,

Alma, heyva, narına!

Burda nə giley-güzar?

İstəyini al apar.

Bərəkətdir bu diyar,

Torpağı qüdrətlidir,

Canlı, qanlı, ətlidir!

1987


Mövlud Teymur

24

ÇÖRƏKLƏ BƏZƏRƏM

Günəş kainata nur çiləməklə

Yerinə yetirir yaxşılığını.

Qaranquş: “yaz gəlib!”, car eləməklə

Yerinə yetirir yaxşılığını!

Bəs, insan, dünyada sən yaşamaqla

Necə yetirirsən yaxşılığını?!

Söylədi: əlləşib daşla, torpaqla

Çörəklə bəzərəm bütün cahanı!

1981

HƏR GÜNƏŞ DOĞANDA

Dünya çiçəkləyir, dünya gül açır,

Hər günəş doğanda, günəş doğanda.

Yellər əttar kimi rayihə saçır, 

Hər günəş doğanda, günəş doğanda!

Qəlbim dilə gəlir, könlümsə vəcdə, 

Ruhum qanadlanır, uçmayır gec də!

Sevinc əskik olmur gözümdən heç də,

Hər günəş doğanda, günəş doğanda!

Bu Mövlud Teymurun açılır bəxti,

Görəndə saflığı, həm ülviyyəti.

Göylərə birə-min olur hörməti, 

Hər günəş doğanda, günəş doğanda!

1987


İsmayıllı dağları

25

VƏTƏN QOYNUNDA-QOYNUNDA

Hay-haraylı axan seləm,

Xoş ətirli əsən yeləm.

Gül-çiçəkli geniş çöləm,

Vətən qoynunda-qoynunda!

Şah palıdam min şaxəli,

Xan çinaram milyon əlli,

Göy söyüdəm gümüş telli,

Vətən qoynunda-qoynunda!

Əzəmətli məğrur dağam,

Bol məhsullu, yaşıl bağam,

El yanında üzü ağam,

Vətən qoynunda-qoynunda!

Qəlbi kaman, qəlbi taram,

Düz ilqaram, etibaram;

Öz əhdimə vəfadaram

Vətən qoynunda-qoynunda!

1987

ÇOX GÖZƏL YERLƏRDIR 

Qayadı-qapçaqdı, dağdı, dərədi,

Ürək əfsunlayan xoş mənzərədi.

Sərgidi, muzeydi, yoxsa ki, nədi?!

Çox gözəl yerlərdir bizim bu yerlər!


Mövlud Teymur

26

Al-əlvan meşəsi, zümrüdü çölü,

Bir yanda bulağı, bir yanda gölü.

Dirilər suyundan içərsə ölü,

Çox gözəl yerlərdir bizim bu yerlər!

Cavanşir qalası, Canalı dağı,

Qurbangah dərəsi, Şeykəm yaylağı.

Açır bir baxışla kefi, damağı,

Çox gözəl yerlərdir bizim bu yerlər!

Hər addım başında bir buz bulağı,

İnsanda artırır ömrə marağı.

Sən harda görmüsən belə xoş çağı,

Çox gözəl yerlərdir bizim bu yerlər!

Göylərin üzündə ağappaq bulud,

Könlümdən boylanan umuddur, umud.

Bu yerdən, bu göydən doymadı Mövlud,

Çox gözəl yerlərdir bizim bu yerlər!

1994

CANALI DAĞ

Canalı dağ, can demişəm sənə mən,

Yaz gələndə çiçək səpir başına.

Mən ki dönüb heyrət ilə baxıram

Əl çatmayan, qartal qonan qaşına!


İsmayıllı dağları

27

Məğrur palıd, yaşıl çinar əl eylər,

Dünyamıza həyat verən günəşə.

İstərəm ki, o qranit daşında

Bir də çıxıb dağkəlləri gərnəşə!

Qoynun sərgi salonudur elə bil,

Yaranışdan tamaşadır, tamaşa.

Yerin, göyün gözəlliyi səndədir,

Canalı dağ, səni görüm min yaşa!

Körpəliyim keçib getdi qoynunda,

Gəncliyimdir bu yamaclar, bu düzlər.

Qocalanda işıq verər gözümə,

Ömrümdəki ala gözlü gündüzlər!

Canalı dağ, can demişəm sənə mən,

Vurulmuşam torpağına, daşına,

İstərəm ki, ömrüm günüm əbədi,

Qartal kimi həkk olaydı başına!

1992

VƏTƏN

Yaşıllaşdı dağ, dərə,

Əlvan geyindi çəmən.

Bir ətirli gözələ

Bənzədi ana vətən!


Mövlud Teymur

28

Güllü donda göründü,

Al qumaşa büründü.

Dedim, gözəl bir gündü,

Gəlibdir cana vətən!

1973

ODLAR YURDU

Azərbaycan, gözəlliklə dolusan,

Heyran oldum torpağına, daşına,

Fikrə getdim tarixini ananda,

Müsibətlər gəlib sənin başına!

Cəlalına neçə əllər uzandı,

Məcrasını aşdı qəzəb sellərin.

Yağıların qarşısında susmadı,

Binələrin, obaların, ellərin!

Səndən ötrü qurban verdi canını

Koroğlular, Cavanşirlər, Babəklər.

Soyduruldu Nəsiminin dərisi,

Kəsdirildi saysız əllər, biləklər!

Su yerinə axdı qızıl qanları

Milyon-milyon oğulların, qızların.

Qoymadılar duman qonsun başına, 

Açıldı xoş ruzigarın, baharın!


İsmayıllı dağları

29

Doğrudan da, övladların od imiş,

Öldü varmış, döndü yoxmuş onlarda.

Odlar yurdu, Azərbaycan diyarım,

Əyilmədin tarix boyu sən yada!

1987

USTAD AŞIQ YANVARA

Əsl aşıq davranışı səndədi, 

Sevən aşiq davranışı səndədi.

Qəm, kədərin dumandadı, çəndədi,

Qəlbimizi bir də güldür, çal, oxu!

Allah sənə ilham verib, təb verib,

Gözəlliyi duyan ürək, qəlb verib.

Bir də gözəl adət verib, dəb verib,

Hər məclisə özün yetir, çal, oxu!

Həvəs səndə, oyun səndə, səs səndə,

Sevir səni hər vətəndaş, hər bəndə.

Ona görə hörmətin var vətəndə,

Qəmi bir də geri ötür, çal, oxu!

Burax önə sevincini, nəşəni,

Sevən çoxdu sən sevdiyin peşəni.

Arzulayır uzaq ellər çox səni, 

Təbrizə də səsin gedir, çal, oxu!


Mövlud Teymur

30

Mövlud Teymur sazı, sözü xoşladı,

Saza, sözə bəd baxanı daşladı.

Hər sözünü əzəl səndən başladı,

Bu “sağlığ”a de bir şeir, çal, oxu!

İsmayıllı, 2014

VAR OL

Bu elin, bu yurdun, bu məmləkətin,

Oğlu da mətindir, qızı da mətin.

Bilir yad ölkələr gücün, qüdrətin,

Xətayi bizdəndir, Koroğlu bizdən!

Doğma torpağına basılsa yağı,

Çəkər sinəsinə, köksünə dağı.

Daşar məcrasından bu söz bulağı:

Xətayi bizdəndir, Koroğlu bizdən!

Var ol ərən oğul, igid qız səni,

Qoymadın yaxına dumanı, çəni.

Saxladın qəlbində bu söz kəlməni:

Xətayi bizdəndir, Koroğlu bizdən!

1995


İsmayıllı dağları

31

BU GÜNÇÜN

Hava soyuq, buz olub,

Göydə qar ulduz olub.

Lakin qəlbim yaz olub,

Gülür, sevinir bu gün!

Nə qəm, qüssə yeyirik,

Gözəldir gün deyirik.

Azadıq, müstəqilik,

Başdan-başa büsbütün!

Azərbaycan çatıbdır,

Arzusuna, bax, budur.

İndi azad bir yurddur, 

Çox çalışıb bu günçün!

1993

BABA DAĞI ƏZMİ

Dostum Samİr Zülfİyevə

Samir elə Samirdi, 

Nə kədərdi, nə qəmdi.

Sevinci bir aləmdi,

Dostlarına paylayır!

Səxavəti dəryadı,

Meyli günə, ayadı.

Nuru taya-tayadı,

Aparın,- ey, - haylayır!


Mövlud Teymur

32

Darda əldən tutandı,

İşində xan, sultandı.

Sözü qəlbə yatandı,

Hamı onu dost sayır!

Mehir, qılıq, qayğıdı,

Şirin arzu, duyğudu.

Uca Baba dağıdı,

Əzmini ərzə yayır!

2013

ŞAMAXI

Şamaxı! Qayalı-qapçaqlı bir yer,

Şəlalə hörüklü, saçaqlı bir yer.

Uca zirvələri bıçaqlı bir yer,

Qara buludları doğrayar, kəsər!

Deməyin səması keçdi dumansız,

Başı qalmaqallı ahsız, amansız.

Yadelli düşməni oldu imansız,

Batıdan, Çingizdən qalmadı əsər!

Fəqət sinə gərdi, comərd dayandı,

Xaqanlar diz çökdü, sultanlar yandı.

Buna Baba dağı şahid dayandı,

De nələr görmədi bu qədim şəhər?!


İsmayıllı dağları

33

Əsrlər üstündən adladı, keçdi,

Yağını, düşməni odladı, keçdi.

Möhtəşəm bir dağdı, qaladı keçdi,

Nurunda üz gülür hər axşam, səhər!

Mövlud, salnamədir bu Şirvan eli,

Ona xox gəlmədi erməni feli.

Əsrin kərgədanı, əsrin dağ fili,

Hünərdə hünərdi, zəfərdə zəfər,

Tarixdə tarixdir bu qədim şəhər!



2006

YAŞA SƏNI

Ulu dağlar, ulu dağlar,

Əzəmətin yolu dağlar.

İnsanlığın qulu dağlar,

Yaşa səni bu xislətlə,

Təmiz eşqlə, xoş niyyətlə!

Zirvələrin bəyaz qarlı,

Toy-büsatlı, çal-çağırlı,

Çiçək yazlı, gül baharlı,

Yaşa səni bu nemətlə,

Bəhrə-barla, var-dövlətlə!

Qoynun günəş, ulduz, aylı,

Bülbül, kəklik, torağaylı,


Mövlud Teymur

34

Çay nəğməli, sel haraylı,

Yaşa səni bu qüdrətlə,

Mətanətlə, dəyanətlə!

Ağacların yaşıl donlu,

Şux qamətli, boy-buxunlu.

Bir-birinə istiqanlı,

Yaşa səni bu ülfətlə,

Məhəbbətlə, sədaqətlə!

Mövlud Teymur heyran sənə,

Bürünübdür dərən çənə;

Quzey qara, güney günə,

Yaşa səni bu hikmətlə,

Ülviyyətlə, şeriyyətlə!



1981

DAĞLARA

Dayanmısan mıxlanıb

 

 

 



öz yerində,

Axır şəffaf suların dənizə

 

 

 



yer damarıyla!

Torpağım mehribanlıq, şəfqət axıdır

 

 

 



hər damarıyla!

Qüdrətin, əzəmətin

 

 

 



 oxunur gözündə

Azərbaycanın,



İsmayıllı dağları

35

Duyuram mehini yelinin

 

 

 düzündə Azərbaycanın!



Sən uca dağlarım, üz ağlarımsan,

Mehriban günlərim,

 

 

 xoş çağlarımsan!



Yazda ətirlisən,

 

 



 qışda bəmbəyaz,

Qoynunda gül açır arzu,

 

 

 həm muraz!



Şeirli, nəğməli, sözlü olubsan,

Ellərə çörəkli-duzlu olubsan!



2007

CAN, AY İSMAYILLIM

Yerləri gül səsli, çiçək dəslidi,

Göyləri ay, ulduz, günəş səslidi.

İşıq nəfəslidi, nur nəfəslidi,

Yox sənə dünayada tay, İsmayıllım,

Can, ay İsmayıllım, ay İsmayılım!

Qayan kəklik dolu, əlik doludu,

Fit dağın meh dolu, yelpik doludu.

Bağ-bağçan şaftalı, ərik doludu,

Yox sənə dünyada tay, İsmayıllım,

Can, ay İsmayıllım, ay İsmayıllım!

Bərəkət, naz-nemət, var ünvanlısan,

Yay fəsli quzeyi qar ünvanlısan.


Mövlud Teymur

36

Payızı kaman, saz, tar ünvanlısan,

Yox sənə dünyada tay, İsmayıllım,

Can, ay İsmayıllım, ay İsmayıllım!

Ötür nəğməsini ağ şəlalələr,

Necə həvəslidir bax, şəlalələr.

Arana yol alıb dağ şəlalələr,

Yox sənə dünyada tay, İsmayıllım,

Can, ay İsmayıllım, ay İsmayıllım!

Meşələr qoynunda cənnətməkansan,

Talıstan, Quşencə, Cülyan, Micansan.

Min könül oxşayan, ürək açansan,

Yox sənə dünyada tay, İsmayıllım

Can, ay İsmayıllım, ay İsmayıllım!

Doğmaca yurdusan Mövlud Teymurun,

Soyadı, adısan Mövlud Teymurun.

Sazısan, udusan Mövlud Teymurun,

Yox sənə dünyada tay, İsmayıllım,

Can, ay İsmayıllım, ay İsmayıllım!

2004

ŞAIRLƏRIN YURDU

Azərbaycan şairlərin yurdudur,

Hər kəlməsi topxanadır, ordudur.

Əyriləri vurur, yıxır, dağıdır,

Həqiqətə heykəl yapır qızıldan!


İsmayıllı dağları

37

Əsrarəngiz gözəlliyi bir yana,

Sərvətiylə qapı açıb cahana.

Gəl-gəl, - deyir isti qoynu insana;

De kim doyar hər cür şirin nübardan!?

Alması bol, heyvası bol, narı bol,

Güneylərdə güllər üstdə arı bol.

Quzeylərdə can yanğımın qarı bol,

Xoşum gəlir yaydan, qışdan, bahardan!

Mövlud Teymur söhbət açmaz tikandan,

Çünki onun xoşu gəlmir yamandan.

Şeir yazır yaxşı, gözəl insandan,

Bir də əziz, doğma eldən, diyardan!

1986

YANAN NEYLƏSIN...

İmran Həsənovun əziz xatirəsinə

Getdi haqq yerinə haqsız dünyadan,

Qarası çoxalmış ağsız dünyadan.

Çiçəyi talanmış bağsız dünyadan,

Bağban neyləsin!?

Əzələdən ürəyi zərif, yuxaydı,

Bəxtinə Tanrıdan verilən paydı.

Onu da nəğmə tək ellərə yaydı,

Bu can neyləsin!?


Mövlud Teymur

38

Əlindən gəlməyən bir iş olmadı,

Dincəlmək də ona vərdiş olmadı.

Yaşı nə altmış beş, yetmiş olmadı,

Zaman neyləsin!?

Qaldı duyanların duyğu-hissində,

Dəymədi xətrinə nə bir kəsin də.

Əbədi yanında oldu “düz”ün də,

Yanan neyləsin!?

Mövludun qəlbində yeri göründü,

Axtardığı yerdə qəbri göründü,

Deyirəm Allahın səbri göründü,

İman neyləsin!?

Avqust, 2014 

İNSAN

İnsanın əbədi yuxuluğu var,

Dünyanı tərk edib öl-yoxluğu var.

Niyə dünyamızın bu quyruğu var?

Olmazmı əbədi yaşasın insan?!

Qara qarğaya bax, ala qarğaya,

Üç yüz il yaşayır, kimə gərəkdir?!

Hər anı mənalı keçən insanın

Niyə ömrü qısa, ömrü gödəkdir!?


İsmayıllı dağları

39

Nizami dünyanı heyrətə saldı,

Füzuli möcüzə, ecaz yaratdı.

Bu yeri, bu göyü yaradan Tanrı

Bəs cismən onları nə az yaşatdı!

Cəfəri, Sabiri, Səməd Vurğunu...

Hələ mən demirəm çoxunu, hələ...

Əzəldən bu dünya belə qurulub,

Qarğaya üç yüz il, insana heç nə!..

1987

VƏTƏN ZIRVƏSI

Acıları gördükcə

Şirinləşir yaşamaq

Dünya gözəl olanda 

Gözəl olur aran, dağ!

Dərd büzüşüb-büzülür,

Gözlərə nur süzülür,

Sevinc, fərəh düzülür

Ürəkdə əsgərsayaq!

Budur vətən zirvəsi,

Nəğmə ötən zirvəsi.

Qəlbimə tən zirvəsi,

Ətəyi coşqun bulaq!

1999


Mövlud Teymur

40

ANA KƏNDIM

Mən gözəllik oylağında yaşayıram,

Ana kəndin qucağında yaşayıram.

Gözəl olub kəndim mənə, obam mənə,

Baş qoymuşam çiçəyinə, tər gülünə.

Bülbülünü dinləmişəm sükut ilə,

Qartalıtək qanad açıb uçdum belə!...

Yorulmadım, usanmadım yoxuşlarda,

Küləklərdə, tufanlarda, yağışlarda.

Sevdim uca, əzəmətli dağlarını,

Bol bəhrəli, bol meyvəli bağlarını!

Bir gün kəndsiz yaşamadım, yaratmadım,

Qoynundadır xəyal atım, ilham atım!...

1985

KƏNDIMIZ

Kəndimiz nə gözəl yerdə yerləşir,

Dağların yanında qorxmur, şirləşir.

Tufanla çarpışır, sal buzu deşir,

Dözümdə, vüqarda sirdi kəndimiz,

Koroğlu nərəli nərdi kəndimiz!

Aydan şəfəq alır, Günəşdən ziya,

Hüsnünə yaraşıq verir dağ, qaya.

Gəlin bahar fəsli siz tamaşaya,

Ətirli çiçəkdi, güldü kəndimiz,

Bir şirin nəğməli dildi kəndimiz!


İsmayıllı dağları

41

Babadağ, Canalı ərənləridi,

Çinarlar, söyüdlər gözəlləridi.

Görənlər deyir ki, cənnət yeridi,

Görəsən, sərgidi, nədi kəndimiz?!

Ən gözəl, əvəzsiz kənddi kəndimiz!



1992



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə