Cərrahiyyə Klinikasında qırtlaq-udlağın karsinoması olan xəstədə rekonstruktiv



Yüklə 14,73 Mb.
Pdf görüntüsü
səhifə3/46
tarix02.01.2022
ölçüsü14,73 Mb.
#1349
1   2   3   4   5   6   7   8   9   ...   46
Tədris Cərrahiyyə Klinikasında üçəm dünyaya gəlib

      


Hörmətli Əhliman müəllim!

Əhalinin sağlamlığının qorunması, tibbi yardımla təminatı istiqamətində Saatlı rayon 

sakinləri ilə ğörüşərək onların problem və qayğıları ilə maraqlanmağınız, müxtəlif  vaxt-

larda rayon sakinlərinə tibb yardım göstərmək məqsədilə Azərbaycan Tibb Universi-

tetinin əməkdaşlarını, tibb sahəsində tanınmış elm adamlarını rayona ezam etməyiniz 

və eləcə də cərrahi əməliyyat və tibbi müayinə üçün bilavasitə Sizə müraciət edən ra-

yon sakinlərinə göstərdiyiniz köməklilklərə görə Sizə rayon ictimaiyyəti adından dərin 

minnətdarlığımızı  bildiririk.

Saatlı  rayonunun  yüzlərlə  sakini  rəhbərliyinizlə  həyata  keçirilən  tibbi  müayinə  və 

cərrahi əməliyyatlardan şəfa tapmış, sağlam həyata qayıtmışdır. 2015­ ci ilin may ayın-

da bədbəxt hadisə nəticəsində öz sağlamlığını itirərək yataq xəstəsi olmuş, 1963­cü 

il təvəllüdlü, Saatlı rayon sakini Tağıyeva Sevinc Sarıbala qızı da müalicəsi ilə bağlı 

Sizə  müraciətindən  sonra  cərrahi  əməliyyat  nəticəsində  sağlam  həyata  qovuşmuş-

dur. Sizin zəngin təcrübə və bacarığınızdan, dəyərli məsləhətlərinizdən, göstərdiyiniz 

köməkliklərdən bəhrələnmiş xəstələr, onların doğmaları və yaxınları xeyirxah və nəcib 

işinizə  görə  öz  razılıqlarını  bildirmiş,  müasir  müalicə  üsullarından  faydalandıqlarını 

ifadə etmişlər.

Sizə və rəhbərlik etdiyiniz tibbi heyətə əhalinin sağlamlığının qorunması istiqamətində 

yüksək  təşkilatçılıqla  həyata  keçirdiyiniz  xeyirxah  tədbirlərə,  eyni  zamanda  böyük 

hörmət və rəğbətini qazandığınız seçicilərinizə göstərdiyiniz diqqət və qayğıya görə 

bir  daha  dərin  təşəkkürümüzü  bildirir,  sağlam  həyat  naminə  əvəzolunmaz  işinizdə 

yeni­ yeni uğurlar arzulayırıq.

                                    


Yüklə 14,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin