Cənubi Qafqaz regionunda (Ermənistan, Azərbaycan və Gürcüstan) insan hüquqları müdafiəçilərinin vəziyyətinə dair hesabat



Yüklə 301.66 Kb.
Pdf просмотр
tarix06.09.2017
ölçüsü301.66 Kb.

 

 

 



 

 

 



 

 

 



 

 

 

Cənubi Qafqaz regionunda (Ermənistan, Azərbaycan və Gürcüstan) 

insan hüquqları müdafiəçilərinin vəziyyətinə dair  

HESABAT 

 

Hesabat 11 mart 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları Şurasının  



16-cı sessiyasında təqdim edilib  

 

2010 – Mart 2011 

 

Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin üzvləri və İnsan Hüquqları Evi Fondu 



(Human Rights House Foundation) tərəfindən hazırlanıb  

 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında Niderland Krallığının Missiyasının 



və Norveç Xarici İşlər Nazirliyinin dəstəyi ilə tərtib edilib  

 

 



Tövsiyələr

  

 

Beynəlxalq  birliyə  tövsiyələr  –  bu  tövsiyələr  bütövlükdə  Cənubi  Qafqaz  regionuna  şamil 



olunur:   

 



Dövlət orqanları hüquq müdafiəçilərinin, müstəqil jurnalistlərin və hüquqşünasların 

müdafiəsini təmin etməlidirlər;  

 

Dövlət  orqanları  insan  hüquqları  ilə  bağlı  mühiti  yaxşılaşdırmaq  və  bununla  da 



hüquq  müdafiəçilərinin  öz  fəaliyyətlərini  həyata  keçirə  bilmələrini  təmin  etmək 

üçün tədbirlər görməlidirlər; 

 

Dövlət  orqanları,  xüsusən  də  Azərbaycanın  və  Gürcüstanın  hakimiyyət  orqanları 



İ

nsan  Hüquqları  Şurasının  xüsusi  prosedurları  çərçivəsində  ölkəyə  səfərlərə  icazə 

verməyə və bu səfərləri dəstəkləməyə çağırılsın;  

 



Azərbaycan  hakimiyyəti  özünün  Universal  Dövri  İcmalında  icraya  qəbul  etmiş 

olduğu tövsiyələri və İnsan Hüquqları Komitəsinin və İşgəncələrə qarşı Komitənin 

yekun qeydlərini bütünlüklə yerinə yetirməyə çağırılsın;  

 



Ermənistanın  dövlət  orqanları  Hüquq  müdafiəçilərinin  vəziyyəti  üzrə  Xüsusi 

Məruzəçinin  2010-cu  ildə  ölkəyə  səfərindən  sonrakı  icra  tədbirlərini  görməyə  və 

onun tövsiyələrini yerinə yetirməyə çağırılsın;   

 



Birləşmək  və  toplaşmaq  azadlığı  haqqında  qanunvericilikləri  beynəlxalq 

standartlara uyğunlaşdırmaq üçün həmin qanunvericiliklərdə dəyişikliklərin lehinə 

təşviqat aparılsın;  

 



Hakimlərin  müstəqilliyinin  və  qanunun  aliliyinin  səmərəli  şəkildə  təmin  olunması 

üçün məhkəmə sistemində mühüm dəyişikliklərin lehinə təzyiqlər həyata keçirilsin.  

 

Mündəricat

 


 

 

 



2

 

Ermənistan 

Hüquq müdafiəçilərinin təqib və hücumlara məruz qalması  

Hüquq müdafiəçilərinə qarşı ləkələyici kampaniyalar  

İ

nsan hüquqlarına təsir göstərən hüquqi addımlar və hüquq müdafiəçilərinin vəziyyəti  



 

Azərbaycan  

Hüquq müdafiəçilərinin ümumi vəziyyəti 

Hüquq  müdafiəçilərinə,  gənc  fəallara,  hüquq  müdafiəsi  ilə  məşğul  olan  təşkilatlara  və 

media təşkilatlarına qarşı son dövrlərdəki təzyiqlər  

İ

nsan hüquqları təşkilatlarının ofislərindən çıxarılması və ofislərində axtarışlar  



İ

nsan Hüquqları Evi Fondunun Azərbaycan bölməsinə qarşı hücumlar  

İ

fadə azadlığına hücumlar  



Toplaşmaq azadlığına məhdudiyyətlər  

Birləşmək azadlığının məhdudlaşdırılması  

Dövlət orqanlarının təzyiqi – mediada ləkələyici kampaniyalar  

 

Gürcüstan 

Hüquq müdafiəçilərinə qarşı təzyiq və təqiblər  

Hüquq müdafiəçilərinə hücumlar  

Cəzasızlıq və qanunun aliliyinin olmaması    

Mediada ləkələyici kampaniyalar 

Hüquq müdafiəçilərinə təsir göstərən hüquqi addımlar  

 

Ermənistan



 

 

2010-cu  ildə  Ermənistan  Respublikasında  insan  hüquqlarının  vəziyyəti  çoxsaylı 



problemlərlə  səciyyələnib.  Dövlət  orqanları  müxalifət  fəallarını  və  tənqidi  fikir 

bildirənləri  qorxutmaq  və  repressiyalara  məruz  qoymaq  üçün  təqiblərdən  istifadəni 

və  bürokratik  tədbirlərin  bezdirici  tətbiqini  davam  etdiriblər,  hərçənd  ki,  hökumət 

özünün  Universal  Dövri  İcmalında  ifadə  azadlığına  şərait  yaradan  mühiti  yaratmaq 

öhdəliyini  qəbul  edib.

1

  Polislər  məhkəməyəqədər  həbsdə  olanları  döyüblər  və  bəzi 

hallarda  müvafiq  prosedurlara  riayət  edilməsini  təmin  etməyiblər.  2008-ci  ilin 

martından  bəri  tənqidçi  QHT-lər  birgə  tədbirləri  üçün  yer  icarəyə  götürməkdə 

problemlərlə üzləşirlər.   

 

Hüquq müdafiəçilərinin təqib və hücumlara məruz qalması



2

  

 



2008-ci  ilin  martında  nümayişlər  zorakılıqla  dağıdıldığı  vaxtdan  bəri  QHT-lər  birgə 

tədbirləri  üçün  yer  icarəyə  götürməkdə  problemlərlə  üzləşirlər.  Müvafiq  məkanların 

sahibləri  çox  vaxt  həssas  mövzulara  dair  mətbuat  konfranslarının  və  ya  görüşlərin  təşkil 

edilməsi  üçün  həmin  məkanları  QHT-lərə  verməkdən  çəkinirlər.  Əsasən  Ermənistanda 

siyasi  məhbuslar  problemini  önə  çəkən  Demokratiyanın  Təşviqi  uğrunda  Qadın  Qeyri-

Hökumət  Təşkilatı  “Şahxatun”  mütəmadi  olaraq  belə  problemlərlə  üzləşir.  LGBT 

hüquqlarını  (lesbiyan,  gey,  biseksual  və  transseksualların  hüquqlarını)  önə  çəkən  PİNK 

təşkilatı da 2010-cu ilin aprelində analoji problemlə üzləşdi. Həmin ayda naməlum şəxslər 



LGBT hüquqlarını önə çəkən PİNK təşkilatının ofisinə soxuldular.  

                                                 

1

 Norveç tərəfindən irəli sürülmüş tövsiyə (recommendation 94.25, UN Doc: A/HRC/15/9, page 20). 



2

 Universal Dövri İcmalında Ermənistan Norveç tərəfindən irəli sürülmüş aşağıdakı qətnaməni icraya qəbul 

edib:  “Hüquq  müdafiəçilərinə,  jurnalistlərə  və  müxalifət  üzvlərinə  qarşı  cinayətlər  və  pozuntular  səmərəli 

şə

kildə  araşdırılsın  və  məhkəmə  qaydasında  təqib  olunsun,  məsuliyyət  daşıyanlar  ədalət  mühakiməsi 



qarşısına çıxarılsın” (recommendation 94.15, UN Doc: A/HRC/15/9, page 19). 

 

 

 



3

 

13  dekabr  2010-cu  ildə  naməlum  şəxslər  hüquq  müdafiəçisi  və  “Hüquqşünaslar 



İş

gəncələrə  Qarşı”  qeyri-hökumət  təşkilatının  koordinatoru  Artak  Zeynalyanın  ofisinə 

soxuldular,  bu  təşkilat  Cənubi  Qafqaz  Hüquq  Müdafiəçiləri  Şəbəkəsinin  üzvüdür. 

Naməlum  şəxslər  ofisə  girdilər,  mühüm  sənədlərin  saxlanıldığı  siyirtmələrin  kilidlərini 

sındırdılar.  Onlar  kompüter  monitorunu  və  peyk  televiziyası  kanallarının  kodunu  açan 

qurğunu  götürdülər.  10  yanvar  2011-ci  ildə  Artak  Zeynalyanın  ofisinə  yenidən  hücum 

edildi.  Artak  Zeynalyan  Ermənistan  Respublikasının  məhkəmələrində  və  Avropa  İnsan 

Hüquqları Məhkəməsində doqquzdan artıq siyasi məhbusun hüquqlarını müdafiə edib.  

 

“Haykakan  Jamanak”  qəzetinin  baş  redaktoru  və  müxalif  Erməni  Milli  Konqresinin  fəalı 



Nikol  Paşinyan  3  il  yarım  müddətinə  azadlıqdan  məhrum  edildi.  15  noyabr  2010-cu  ildə 

Nikol  Paşinyan  iddia  etdi  ki,  Araqatsotn  əyalətindəki  Koş  həbsxanasında  hücuma  məruz 

qalıb və fiziki xəsarət alıb. Baş prokurorun qərarı ilə cinayət işinə başlanıldı.  

 

Ermənistanda  hüquq  müdafiəçilərinin  vəziyyəti  üzrə  Xüsusi  Məruzəçinin  ölkə  üzrə 



hesabatında  2009-cu  və  2010-cu  illərdə  jurnalistlərə  qarşı  hücumlar  xüsusi  narahatlıq 

doğuran  hal  kimi  qeyd  edilir.  Hesabatda  həmçinin  qeyd  edilir  ki,  polis  və  məhkəmə 

orqanları  bu  insidentləri  araşdırmayıblar  və  hüquq  pozucularını  ədalət  mühakiməsi 

qarşısına çıxarmayıblar.  

 

Hüquq müdafiəçilərinə qarşı ləkələyici kampaniyalar

3

 

 

Beynəlxalq  qurumlar  daha  sonra  yayım  mediasında  yüksək  dərəcədə  özünüsenzuranın 



olmasından  və  dövlət  orqanları  tərəfindən  media  plüralizminin  məhdudlaşdırılmasından 

narahatlıqlarını  ifadə  etdilər.  2010-cu  ildə  hüquq  müdafiəçilərinə,  o  cümlədən  Cənubi 

Qafqaz  Hüquq  Müdafiəçiləri  Şəbəkəsinin  üzvü  olan  təşkilatların  nümayəndələrinə  qarşı 

ləkələyici  kampaniyalar  aparılıb.  Bir  neçə  siyasi  partiya,  hökumətyönlü  təşkilatlar  və 

kütləvi  informasiya  vasitələri  hüquq  müdafiəçilərini  casuslar,  agentlər,  qrant  alan,  amma 

vəsaitlərdən düzgün istifadə etməyən adamlar adlandırmaqda davam edirlər.   

 

Erməni  jurnalist  Nikol  Paşinyanın  həbsi  ilə  bağlı  Cənubi  Qafqaz  Hüquq  Müdafiəçiləri 



Şə

bəkəsinin  narahatlıq  məktubu  dərc  olunduqdan  sonra

4

  gündəlik  “Aravot”  qəzeti  bu 



qəzetin  baş  redaktoru  Aram  Abramyana  və  “A1+”  nəşrinin  baş  redaktoru  Mesrop 

Movsesyan  ünvanlanmış  açıq  məktub  dərc  etdi.  12  fevral  2010-cu  il  tarixli  bu  məktubda 

“Gənclik Tərəqqi və Demokratiya Uğrunda” təşkilatı Cənubi Qafqaz Hüquq Müdafiəçiləri 

Şə

bəkəsinə etimadı sarsıtmaq üçün ona və üzvlərinə hücumlar etdi.  



 

7  iyul  2010-cu  ildə  hökumətyönlü  gündəlik  “Hayots  Aşxarh”  qəzeti  hüquq  müdafiəçiləri 

Melissa  Braun,  Nune  Sarkisyan,  Mika  Danielyan,  Boris  Navasardyan,  Artur  Sakunts, 

Artak  Zeynalyan  və  digərlərini  qrantalanlar  adlandıran  məqalə  dərc  etdi:  “Aydın  olur  ki, 

ölkəmizdə  “vətəndaş  cəmiyyəti”  qrant  alan  təşkilatlarla,  radikal  müxalifət  fəalları  ilə  və 

Ter-Petrosyanın  agentləri  ilə  başlayır  və  onlarla  qurtarır”.  “Əlbəttə,  biz  bu  “vətəndaş 

cəmiyyəti” təmsilçilərinin kim tərəfindən və necə seçildiyini bilmirik, amma reallıq ondan 

ibarətdir  ki,  bu  şəxslər  anti-milli  fəaliyyətləri  ilə  cəmiyyətimizdə  birinci  deyil,  sonuncu 

yerlərdədirlər”.  

 

                                                 



3

  Öz  hesabatında  Hüquq  müdafiəçilərinin  vəziyyəti  üzrə  BMT-nin  Xüsusi  Məruzəçisi  tövsiyə  edib  ki, 

“hökumət  çiçəklənən,  plüralist  və  demokratik  cəmiyyətə  nail  olmaqda  hüquq  müdafiəçilərinin  rolunu  və 

mühüm əhəmiyyətini açaq şəkildə etiraf etsin” (UN Doc.: A/HRC/16/44/Add.2, 23 décembre 2010, page 21). 

4

 

http://caucasusnetwork.org/index.php?a=main&pid=173&lang=eng



 

 

 

 



4

19 noyabr 2010-cu ildə elə həmin qəzet keçmiş əsgərin “Casus, yoxsa hüquq müdafiəçisi” 

adlı  məktubunu  dərc  etdi,  məktubda  Ermənistan  ordusunun  vəziyyətini  tənqid  edən 

Vanadzor Helsinki Vətəndaş Assambleyasının sədri, Cənubi Qafqaz Hüquq Müdafiəçiləri 

Şə

bəkəsinin  üzvü  Artur  Sakunts  barəsində  deyilirdi:  “...  Artsax  müharibəsi  ilə  heç  bir 



ə

laqəsi olmayan, qrant almaq üçün tez-tez Ermənistan ordusunu tənqid edən adam Artsax 

müharibəsindən danışır ...”

5

.  



 

Yuxarıda  qeyd  edilən  nümunələr  Ermənistan  hakimiyyətini  tənqid  edən  hüquq 

müdafiəçilərini  gözdən  salmaq  və  sıxışdırmaq  üçün  mediadan  istifadə  etməkdən  ibarət 

yeni meyllərin meydana çıxdığını açıq-aydın nümayiş etdirir.  

 

İ

nsan  hüquqlarına  təsir  göstərən  hüquqi  addımlar  və  hüquq  müdafiəçilərinin 

vəziyyəti  

 

5  avqust  2010-cu  ildə  Ermənistan  Hökuməti  Qeyri-Kommersiya  Təşkilatlarının 



Fəaliyyətinin  Qanuniliyinə  Nəzarət  Departamentini  təsis  edən  qərar  qəbul  etdi,  bunda 

məqsəd  açıq-aydın  qeyri-hökumət  təşkilatlarına  nəzarət  etmək  idi.  O,  Ermənistan 

hakimiyyətinin  vətəndaş  cəmiyyəti  üzərində  nəzarətin  artırılmasına  yönələn  səylərinin 

tərkib hissəsi kimi nəzərdə tutulub. Narahatlıq doğuran daha bir məqam – “Qeyri-hökumət 

təşkilatları haqqında” Qanuna dəyişikliklər layihəsi 2009-cu ildə təqdim edildi və 2010-cu 

ildə  yerli  QHT-lər  tərəfindən  tənqid  olundu.  Baxmayaraq  ki,  dəyişikliklər  hələlik  təsdiq 

edilməyib,  onlar  vətəndaş  cəmiyyətinə  qarşı  hüquqi  təzyiqi  artırmaq  səylərini  nümayiş 

etdirir.  

 

Ermənistanın  vətəndaş  cəmiyyəti  Ermənistanın  İnsan  Hüquqları  üzrə  Ombdusmanı 



təsisatının  səmərəliliyi  ilə  bağlı  narahatdır.  Baxmayaraq  ki,  milli  qanunvericilik  bu 

təsisatın Ermənistanda insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı fərdlərin 

ş

ikayətlərinə  baxmasını  nəzərdə  tutur,  praktikada  onun  səlahiyyətləri  səmərəliliyinə  xələl 



gətirən dərəcədə məhdudlaşdırılır.  

 

Azərbaycan

  

 

Hüquq  müdafiəçiləri  və  müstəqil  hüquq  müdafiə  təşkilatları  azadlıqlarının  və 



hüquqlarının  məhdudlaşdırıldığının  şahidi  olurlar.  Dövlət  orqanları  hüquq 

müdafiəçilərini müdafiə etmək və onların işinə dəstək vermək üçün bütün tədbirləri 

görmürlər,  əksinə,  onları  təhdid  edir,  təqib  edir  və  hətta  bəzilərini  həbsə  alırlar. 

Azərbaycan  özünün  Universal  Dövri  İcmalında  vətəndaş  cəmiyyətini  və  hüquq 

müdafiəçilərini  dəstəkləmək  səylərini  gücləndirmək  barədə  tövsiyəni  icraya  qəbul 

edib.

6

  

 

Hüquq müdafiəçilərinin ümumi vəziyyəti  

 

Vətəndaş  cəmiyyətinin  məkanı  daralmaqda  davam  edir,  hüquq  müdafiəçilərinə,  müstəqil 



media  orqanlarına  və  insan  hüquqlarının  keşiyində  duran  təşkilatlara  təzyiq  artır.  İnsan 

hüquqları sahəsində fəaliyyət göstərən təşkilatlar repressiv və təhlükəli mühitdə işləyirlər, 

belə  mühitdə  hüquq  müdafiəçisi  olmaq  getdikcə  daha  da  çətinləşdir.  Bütün  ölkədə  dinc 

toplantıların  təşkilinə  və  ifadə  azadlığına  güclü  məhdudiyyətlər  qoyulur.  Əhalinin  daha 

böyük  hissəsini  səfərbər  etməyə  çalışan  və  dövlət  orqanlarını  hakimiyyətdən  sui-istifadə 

                                                 

5

 

http://armworld.am/detail.php?paperid=3990&pageid=123399&lang=



 

6

 Niderlandın irəli sürdüyü tövsiyə: “Toplaşmaq və birləşmək azadlığını təmin edilməsinə yönələn səylərini 



gücləndirmək,  hüquq  müdafiəçilərinin  işinə  hörmət  etmək  və  müvafiq  olaraq,  QHT-lər  barədə 

qanunvericiliyi yerinə yetirmək” (recommendation 18, UN Doc.: A/HRC/11/20, page 20). 



 

 

 



5

etməkdə  və  təzyiqlərdə  təqsirləndirən  gənc  fəallar  təhdidlərə,  təzyiqlərə  və  həbslərə  qarşı 

müdafiəsiz  vəziyyətdə  olanlar  arasında  qalmaqdadır.  İki  gənc  bloqçu  xüsusi  şəraitdə 

azadlığa  buraxıldı  –  bu,  əsasən  2010-cu  il  parlament  seçkilərində  beynəlxalq  tənqidləri 

azaltmaq cəhdi idi.

7

 



 

Mütəmadi hücumlar və təhdidlər vasitəsilə dövlət orqanları müstəqil və müxalif media ilə 

yanaşı həm də vətəndaş cəmiyyəti fəallarının işində özünüsenzuranın tətbiqinə əsasən nail 

olublar.  Onlarla  hüquq  müdafiəçiləri  və  hökumət  tənqidçiləri,  o  cümlədən  açıq  fikir 

bildirən jurnalistlər gündəlik vəzifələrinin icrasında ciddi problemlərlə üzləşməkdə davam 

edirlər.  Dövlət  orqanları  təqiblərdən,  qeydiyyatın  ləğvindən,  maliyyə  stimullarından, 

habelə  vergi  yoxlamalarından  tutmuş  həbs  cəzalarına  qədər  hədə-qorxulardan  istifadə 

etməklə  tənqidi  səsləri  susdurmağa  çalışırlar.  Hökumətin  tənqidlərə  qarşı  qoruyucu  sipər 

qurmaqdan  və  hər  hansı  alternativ  baxışlara  qarşı  dözümlülük  göstərmədən  hakimiyyəti 

qoruyub  saxlamaqdan  ibarət  geniş  siyasətinin  tərkib  hissəsi  olaraq,  getdikcə  insan 

hüquqları fəallarının imkanları və fəaliyyət şərtləri məhdudlaşmaqdadır.  

 

Hüquq müdafiəçilərinə, gənc fəallara, hüquq müdafiəsi ilə məşğul olan təşkilatlara və 



media təşkilatlarına qarşı son dövrlərdəki təzyiqlər  

 

Azərbaycan  Xalq  Cəbhəsi  Partiyasının  Gənclər  Komitəsindən  olan  Cabbar  Savalanlı 



Facebook

  şəbəkəsində  demokratiya  uğrunda  etirazlara  çağırışlar  etdikdən  sonra  5  fevral 

2011-ci  ildə  Sumqayıtda  həbs  olundu  və  narkotik  maddələr  saxlamaqda  ittiham  edildi. 

Onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi.     

 

Planlaşdırılmış 11 mart etirazlarının təşkilində əli olduğu iddia edilən gənc fəal, bloqçu və 



parlament üzvlüyünə keçmiş namizəd Bəxtiyar Hacıyevin barəsində 4 mart 2011-ci ildə 1 

aylıq həbs qətimkan tədbiri seçildi, bu tədbir hərbi xidmətdən yayınma ilə bağlı ittihamlar 

araşdırıldığı  müddətdə  Gəncə  şəhərini  tərk  etməməsinə  dair  qərarın  onun  tərəfindən 

pozulmasına görə qəbul edildi. Hacıyevin sözlərinə görə, onun vəkili ilə görüşməsinə icazə 

verilmədi  və  o,  polislər  tərəfindən  döyüldü  və  pis  rəftara  məruz  qaldı.  Savalanlı  və 

Hacıyev üç və iki ilədək azadlıqdan məhrumetmə cəzasına məruz qala bilərlər.  

 

Eləcə  də  4  mart  2001-ci  ildə  küçədə  telefonla  danışarkən  siyasi  müxalifət  fəalı  Dəyanət 



Babayev tutuldu və “ictimai qaydanı pozduğuna” görə 10 günlük inzibati həbs cəzası aldı. 

İ

ki  gün  ətraf  aləmdən  təcrid  halında  saxlanılmış  Babayevin  sözlərinə  görə,  polislər  ona 



deyiblər ki, onun həbsi müxalifətin planlaşdırdığı 12 mart 2011-ci il etirazları ilə bağlıdır. 

Babayev  bundan  bir  neçə  gün  əvvəl  Cabbar  Savalanlının  işinə  baxmış  məhkəmənin 

qarşısında həbs edilmişdi. Bir neçə saat sonra ona xəbərdarlıq edib buraxmışdılar.  

 

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutundan (IRFS) olan Mehman Hüseynov və 



Ə

bülfət  Namazov  martın  7-də  axşam  Bakıda  maşınlarından  zorla  çıxarıldıqdan  sonra 

polislər  tərəfindən  iki  saat  ərzində  dindirildilər.  Onlara  Hüseynovun  Facebook 

şə

bəkəsindəki  profili,  11  mart  etiraz  aksiyası  və  IRFS-in  fəaliyyətləri  və  işçiləri  barədə 



suallar verildi. Martın 9-da gənc fəallar Orxan Bayramov, Fuad Hacıyev və Famil Paşayev 

polis tərəfindən dörd saat ərzində həbsdə saxlanıldıqdan sonra azadlığa buraxıldılar.  

 

8 mart 2011-ci ildə gənc fəal Rəşadət Axundov və siyasi müxalifət fəalı Səxavət Soltanlı 



tutuldular  və  polisin  göstərişlərinə  tabe  olmamağa  (Axundov)  və  xuliqanlığa  (Soltanlı) 

görə  beş  gün  müddətinə  həbs  edildilər.  Onların  hər  ikisi  vəkil  istəsələr  də  vəkillə  təmin 

olunmadılar. Hər ittihamların qondarma olduğunu iddia edir.  

                                                 

7

 İnsan Hüquqları Komitəsinə və İşgəncələrə qarşı Komitəyə seçkilərdə Azərbaycan qiymətləndirilərkən bu 



gənc bloqçuların məsələsi qaldırıldı. 

 

 

 



6

 

İ



nsan hüquqları təşkilatlarının ofislərindən çıxarılması və ofislərində axtarışlar  

 

2010-cu  ildə  insan  hüquqları  təşkilatlarına  qarşı  bir  neçə  təftişlər  həyata  keçirildi.  Yeni 



vergi qaydaları QHT-ləri daha əlverişsiz vəziyyətə salıb və vergi təftişlərinə şərait yaradıb, 

çox  vaxt  həmin  təftişlər  böyük  cəzalarla  və  ya  ofisin  bağlanması  ilə,  yaxud  məhkəmə 

təqibi ilə nəticələnir. İndi QHT-lər üzvlərinin siyahısını təqdim etməyə borcludurlar ki, bu 

da  məlumatların  məxfiliyinin  qorunması  ilə  bağlı  narahatlıqlar  yaradır.  Maliyyət 

hesabatlarının  təqdim  edilməsinin  sərtləşdirilmiş  prosedurları  dövlət  orqanlarının  texniki 

səbəblərə  görə  qeydiyyatları  ləğv  etməsinə  imkan  yaradır.  2010-cu  ilin  yanvar-aprel 

aylarında  Naxçıvanda  Demokratiya  və  QHT-lərin  İnkişaf  və  Resurs  Mərkəzində  vergi 

təftişi aparıldı.  

 

Fikirlərini  açıq  ifadə  edən  QHT-lərin  icarəyə  götürdükləri  ofislərin  mülkiyyətçilərinin 



təzyiqləri  altında  ofislərindən  çıxarılması  yerli  hüquq  müdafiə  qruplarına  qarşı  geniş 

istifadə  edilən  taktikalar  arasındadır.  Yanvarın  19-da  İnsan  Hüquqları  Klubu  IRFS-in 

ofislərində  tədbir  keçirdi.  İştirakçıların  IRFS-in  ofislərinə  girişinə  maneə  yaradıldı,  bu 

müddətdə  kimliyini  bildirməyən  üç  polis  əməkdaşı  IRFS-in  təmsilçilərini  planlaşdırılan 

tədbirlər barədə sorğu-suala tutdu.

8

  



 

Dövlət  orqanları  QHT  ilə  icarə  müqaviləsini  dayandırması  üçün  ofisin  mülkiyyətçisinə 

təzyiq göstərdikdən sonra Media Hüquqları İnstitutu 2009-cu ildə ofisindən çıxarıldı.  

 

3 mart 2011-ci ildə üç QHT – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, 



“Demos”  İctimai  Birliyi  və  Gəncə  Regional  İnformasiya  Mərkəzi  ofislərindən  çıxarıldı. 

Gəncənin  icra  hakimiyyəti  orqanları  və  polis  əməkdaşları  bu  barədə  heç  bir  rəsmi  izahat 

vermədilər. 

 

İ



nsan Hüquqları Evi Fondunun Azərbaycan bölməsinə qarşı hücumlar  

 

2010-cu  ilin  aprelində  Media  Hüquqları  İnstitutu  ilə  İnsan  Hüquqları  Evi  Fondunun 



Azərbaycan  bölməsinin  (İnsan  Hüquqları  Evi-Azərbaycan)  ofislərində  polis  tərəfindən 

axtarış aparıldı və onların təmsilçiləri fəaliyyətləri barədə sorğu-suala tutuldu.   

 

10 fevral 2011-ci ildə İnsan Hüquqları Evi Fondunun Azərbaycan bölməsinin ofisində iki 



polis  əməkdaşı  axtarış  apardılar  və  təşkilatı  ofisdən  çıxaracaqları  ilə  hədələdilər.  Polislər 

menecer  Vüqar  Qocayevə  təkidlə  bildirdilər  ki,  planlaşdırılan  toplantılar  barədə 

qabaqcadan onlara məlumat verilsin. İnsan Hüquqları Evi Fondunun Bakıdakı bölməsinin 

tərəfdaşları polis yoxlamasına qarşı Daxili İşlər Nazirliyinə şikayət etdilər.  

 

10  mart  2011-ci  ildə  Ədliyyə  Nazirliyi  İnsan  Hüquqları  Evi  Fondunun  Azərbaycan 



bölməsinə göstəriş verdi ki, fəaliyyətlərini dayandırsın və təşkilatın gələcək fəaliyyətlərinə 

dair Ədliyyə Nazirliyi ilə razılıq əldə edilənə qədər ofisi bağlasın.  

 

İ

nsan  Hüquqları  Evi  Fondunun  Azərbaycan  bölməsi  2007-ci  ildə  İnsan  Hüquqları  Evi 



Fondunun beynəlxalq bölməsi kimi qeydiyyata alınıb və buna görə də fəaliyyətlərinə dair 

Azərbaycan  Respublikası  ilə  rəsmi  müqaviləsi  yoxdur.  2009-cu  ildə  qanunvericiliyə 

dəyişikliklər edildiyi vaxtdan bəri İnsan Hüquqları Evi Fondunun Azərbaycan bölməsi heç 

bir xəbərdarlıq almayıb.  

 

                                                 



8

 IRFS, 19 yanvar 2011-ci il. 



 

 

 



7

İ

fadə azadlığına hücumlar 

 

Bütün  növ  kütləvi  informasiya  vasitələri,  o  cümlədən  mətbuat,  televiziya  və  radio  xüsusi 



olaraq  ifadə  azadlığı  ilə  bağlı  maneələrlə  qarşılaşırlar.  Tənqidi  fikirlər  səsləndirən 

jurnalistlər  çox  vaxt  dövlət  orqanlarının  təqiblərinin  hədəfinə  çevrilirlər.  Diffamasiya, 

narkotik  maddələri  saxlama,  ədavətə  təhrik  etmə  və  xuliqanlıq  kimi  siyasi  motivli 

ittihamlar  hökumət  tənqidçilərini  həbsxanaya  salmaq  üçün  istifadə  edilir.  Məhkəmə 

araşdırmalarının ədalətsiz olduğuna dair geniş rəy yarandıqdan sonra bir sıra jurnalistlər və 

redaktorlar qondarma ittihamlarla əsassız olaraq həbsxanaya salınıblar.  

 

Redaktor Eynulla Fətullayev terrorizmi dəstəkləmə, ədavətə təhrik etmə, vergidən yayınma 



və diffamasiya ittihamları üzrə təqsirli bilindikdən sonra səkkiz il  yarım  həbs cəzası  alıb. 

Onun  azadlıqdan  məhrum  edilməsinin  düzgün  olmadığı  barədə  Avropa  İnsan  Hüquqları 

Məhkəməsinin  (AİHM)  2010-cu  ilin  aprelində  çıxardığı  qərara  baxmayaraq,  Fətullayev 

həbsxanada  qalmaqdadır.  Qərarda  deyilir  ki,  o,  öz  ifadə  azadlığını  həyata  keçirib,  onun 

ə

dalətli  məhkəmə  araşdırması  hüququ  pozulub,  o,  dərhal  azad  edilməli  və  ona 



kompensasiya ödənilməlidir.   

 

Diffamasiyaya  görə  cinayət  cəzası  müəyyən  edən  qanunların  əsassız  tətbiq  edildiyi 



çoxsaylı  hallardan  birində,  2010-cu  ilin  yanvarında  Təhsil  Nazirliyi  riyaziyyatçı,  fizik  və 

dərslik müəllifi Əlövsət Osmanlıya qarşı ittihamlar irəli sürdü. Onun cinayəti ondan ibarət 

idi ki, o, riyaziyyat dərsliklərindəki səhvlərə görə Nazirliyi açıq tənqid etmişdi.  

 

2010-cu  ilin  noyabrında  iki  bloqçu  –  Emin  Milli  və  Adnan  Hacızadə  16  aylıq  həbsdən 



sonra  azadlığa  buraxıldılar.  Onlar  şərti  azad  edilmişdilər,  bir  çox  təşkilatlar  onların  azad 

edilməsinə  təhrif  olunmuş  7  noyabr  seçkilərindən  sonra  beynəlxalq  tənqidləri  azaltmaq 

üçün hökumətin cəhdi kimi baxırdılar.  

 

Toplaşmaq azadlığına məhdudiyyətlər  

 

Vətəndaş  cəmiyyətinin  toplantılarına,  xüsusən  də  Bakıdan  kənardakı  toplantılara  hələ  də 



ş

übhə  ilə  yanaşılır  və  çox  vaxt  onlar  polis  tərəfindən  zorakılıqla  dağıdılır.  Hətta  ictimai 

debatlar da hücumlara məruz qalır. Paytaxt Bakıdan uzaqlaşdıqca hüquq müdafiəçilərinin 

müstəqil  işləməsi  daha  da  çətinləşir.  Seçkilər  ərəfəsində  regionların  icra  hakimiyyəti 

orqanları  tərəfindən  qanunsuz  müdaxilələrin  sayı  artdı.  Məsələn,  bu  həmlələrin  hədəfləri 

vətəndaş  cəmiyyəti  təsisatlarının,  o  cümlədən  Cənubi  Qafqaz  Hüquq  Müdafiəçiləri 

Şə

bəkəsinin  keçirdiyi  maarifləndirici  tədbirlər  idi.  Əksər  regionların  dövlət  orqanları  heç 



bir hüquqi əsas olmadan bu cür tədbirlərin keçirilməsinə icazə alınmasını istəyirlər. Tələb 

olunan  icazəsi  olmayan  təşkilatlar  polis  müdaxilələrinin  hədəfinə  çevrilir.  Seçkilərdən 

qabaq Bakıdan kənardakı regionlarda – Gəncə, Sabirabad və Zərdabda Hüquq Maarifçiliyi 

Cəmiyyətinin və Hüquq və İnkişaf İctimai Birliyinin təlimlər keçirməsinə icazə verilmədi. 

Sabirabadda  “Kür”  Vətəndaş  Cəmiyyəti  Qərargahının  üzvləri  təbii  fəlakət  zonalarında 

vətəndaşlara  dəymiş  ziyan  və  qurbanların  aldığı  kompensasiya  barədə  məlumat  əldə 

edərkən polis tərəfindən qanunsuz olaraq həbs edildilər.  

 

Baxmayaraq  ki,  həm  qanun,  həm  də  Konstitusiya  məhdudiyyət  qoyulmadan  toplaşmaq 



azadlığına  təminat  verir,  praktikada  müvafiq  icra  hakimiyyəti  orqanının  icazəsi  tələb 

olunur.  2010-cu  ildə  aparılmış  kütləvi  tədbirlərin  monitorinqi  göstərdi  ki,  Bakıda  və 

ölkənin  digər  şəhər  və  rayonlarında  ictimai  toplantılar  qadağan  olunub,  buna  görə  də 

onların  çoxu  “icazəsiz”  keçirilib.  Demək  olar  ki,  bütün  tədbirlər  zamanı  polislər 

toplantılara müdaxilə ediblər və onları dağıdıblar. Naxçıvanda 2010-cu ilin aprel, may və 

iyununda  dinc  piketlər  təşkil  etmək  cəhdləri  polislər  və  mülki  geyimli  naməlum  dövlət 



 

 

 



8

nümayəndələri tərəfindən zorakılıqla dağıdıldı. Onlarla müxalif partiya fəalları və bir neçə 

jurnalist  12  iyun  və  19  iyun  2010-cu  ildə  dinc  mitinqlər  keçirərkən  polis  tərəfindən 

mühasirəyə alındı, bu mitinqlərdə dövlət orqanlarının toplaşmaq azadlığına hörmət etməsi 

və seçkiqabağı durumu yaxşılaşdırması tələb olunurdu.  

 

2010-cu il parlament seçkiləri saxtalaşdırmalar və pozuntularla keçirildi.  İnsan Hüquqları 



Evi  Şəbəkəsinin  Çevik  Monitorinq  Qrupunun  milli  tərəfdaş  təşkilatlarla  birlikdə 

sənədləşdirdiyi narahatlıq doğuran məsələlər arasında bunlar da vardı: 2010-cu il noyabrın 

7-də  milli  QHT-lərdən  olan  müstəqil  seçki  müşahidəçilərinə  qarşı  təzyiqlər,  təqiblər  və 

onların  həbsi.  Reportyorların  Azadlığı  və  Təhlükəsizliyi  İnstitutundan  olan  jurnalist 

Nizami  Cəfərov  protokolların  saxtalaşdırılmasına  qarşı  etiraz  etdikdən  sonra  həbs  olunan 

müşahidəçilər  arasında  idi.  Digər  yeddi  müşahidəçi  ilə  birlikdə  o,  5  saat  ərzində  vəkillə 

görüşmədən  məhkəmə  binasının  həyətində  saxlanıldı.  Cəfərov  bu  hal  barədə  şikayət 

etdikdən  sonra  2011-ci  ilin  fevralında  dövlət  orqanları  tərəfindən  hədələndi.  2010-cu  ildə 

bir  neçə  aparıcı  vəkil  Vəkillər  Kollegiyasının  üzvlüyündən  azad  edildi.  Müxalifətçi 

Müsavat Partiyasının üzvü olan, bir neçə mübahisəli həssas işlərdə vəkillik etmiş tanınmış 

vəkil Osman Kazımov vəkillikdən xaric olundu.  

 

Birləşmək azadlığının məhdudlaşdırılması  

 

2010-cu  ildə  birləşmək  azadlığının  pozuntusu  ilə  bağlı  10-dan  artıq  məhkəmə  işinə 



başlanılması üçün müraciət edildi. Lakin onların hamısı qanunsuz olaraq rədd edildi. 2007-

ci  ildən  2010-cu  ilədək  olan  dövrdə  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  İnsan  hüquqları 

və  əsas  azadlıqlar  haqqında  Konvensiyanın  11-ci  maddəsinin  pozulduğuna  dair 

Azərbaycana qarşı dörd qərar çıxardı.  

 

Həmin qərarlar bu işlərə aid idi:  



 

1) Evsiz və Məzlum Bakılıların İnsan Hüquqlarının Müdafiəsinə Yardım İctimai Birliyinin 

işi;  

 

2) Jurnalist Tədqiqatları İctimai Birliyinin işi;  



 

3) Fərdlərin və Ətraf Mühit İctimai Birliyinin işi;  

 

4) Azərbaycan Hüquqşünaslar Forumunun işi.  



 

Avropa Məhkəməsinin bu qərarlarına baxmayaraq, Ədliyyə Nazirliyi birləşmək hüququnu 

həyata keçirmək istəyən vətəndaşların bu istəyini qanunsuz olaraq rədd edir, yuxarıda qeyd 

edildiyi kimi, təsis sənədlərində nöqsanların olması əsas gətirilərək sənədlərin təkrar-təkrar 

geri qaytarılması praktikası hələ də qalmaqdadır.  

 

Dövlət orqanlarının təzyiqi – mediada ləkələyici kampaniyalar  

 

Ermənistan  QHT-ləri  ilə  yüksək  dərəcədə  həssas  layihələrdə,  məsələn,  münaqişənin 



transformasiyasına  və  ya  sülhyaratma  diplomatiyasına  aid  layihələrdə  işləyən  təşkilatlara 

çox  vaxt  “xalq  düşməni”  damğası  vurulur,  yaxud  onlar  dövlətin  idarə  etdiyi  media 

tərəfindən  ləkələnir.  Ötən  illərdə  bir  neçə  insan  hüquqları  fəalı  casusluqdan  tutmuş  anti-

konstitusion  fəaliyyətlərə  qədər  siyasi  motivli  olduğu  güman  edilən  ittihamlarla  bağlı 

təhdid  ediliblər  və  təqsirləndiriliblər.  İnsan  hüquqlarının  müdafiəçisi  və  Media  Hüquqları 

İ

nstitutunun  rəhbəri  Rəşid  Hacılı  2010-cu  ilin  dekabrında  mediada  dövlət  orqanlarının 



böhtanı ilə üzləşib.  

 

 

 



9

 

Bəzi  hallarda  siyasi  cəhətdən  həssas  məsələlərə,  məsələn,  korrupsiyaya  dair  araşdırma 



aparan və ya məlumat verən hüquq müdafiəçilərinə hədələyici telefon zənglərinin edilməsi 

onların belə halların araşdırılması uğrunda mübarizəsinə mənfi təsir göstərir.   

 

2010-cu ildə Naxçıvanda yerli hakimiyyət orqanları jurnalistləri və hüquq müdafiəçilərini 



gülüş  hədəfinə  çevirmək  məqsədi  ilə  ləkələyici  və  böhtan  xarakterli  xüsusi  kağızlar 

hazırlamış  və  yaymışdılar.  Bu  sənədlərdə  onlar  dövlətə  xəyanətdə,  məlumatları  xarici 

ölkələrə satmaqda və beynəlxalq səviyyədə Naxçıvanın nüfuzuna ziyan vurmaqda ittiham 

olunurdular. 2010-cu ilin aprelində Naxçıvan Xarici İşlər İdarəsi Resurs Mərkəzi haqqında 

reallıqdan  uzaq  olan  ləkələyici  və  böhtan  xarakterli  informasiya  məktubları  hazırladı. 

Təşkilatla  donorlar  arasında  problemlər  yaratmaq  üçün  hakimiyyət  orqanları  Məlahət 

Nəsibovanın  rəhbərlik  etdiyi  Naxçıvandakı  Resurs  Mərkəzinə  qarşı  ləkələyici  məktub 

yaydılar. 

 

24-29 yanvar 2011-ci ildə Azərbaycanın bir neçə hüquq müdafiə təşkilatlarının nümayəndə 



heyəti  Strasburqda  AŞPA-nın  sonuncu  qış  sessiyasında  iştirak  etdi,  orada  2010-cu  ilin 

noyabrında  Azərbaycanda  keçirilmiş  parlament  seçkiləri  məsələsinə  baxılırdı.  AŞPA-nın 

sessiyasında  müzakirə  edilən  məsələlərlə  əlaqədar  İnsan  Hüquqları  Evi  Fondu  və  Human 

Rights  Watch  təşkilatı  milli  hüquq  müdafiəçiləri  ilə  birlikdə  Azərbaycanda  insan 

hüquqlarının  vəziyyəti  ilə  bağlı  paralel  tədbir  keçirdilər.  AŞPA-nın  sessiyası  müddətində 

hüquq  müdafiə  təşkilatlarının  qeyd  edilən  fəaliyyətləri  Azərbaycanda  dövlət  rəsmilərinin 

ciddi narazılığına səbəb oldu. 1 fevral 2011-ci ildə ölkənin milli parlamentinin spikeri bu 

səfərlə  bağlı  narazılığını  bildirdi  və  beynəlxalq  qurumlarda  hökuməti  tənqid  edən  bu  cür 

QHT-lərə qarşı “tədbirlər görməyə” çağırdı.  

 

Gürcüstan  

 

2010-cu ildə Gürcüstandakı tendensiyalar narahatedici oldu. Ədliyyə sistemi hər bir 



vətəndaşın  hüquqlarını  təmin  etmək  üçün  fəaliyyət  göstərmir,  dövlət  orqanları  isə 

toplaşmaq  azadlığı  hüququnu  məhdudlaşdırır.  Hüquq  müdafiəçiləri  insan 

hüquqlarının  pozuntularının  qurbanlarını  müdafiə  etməkdə  çətinliklərlə  üzləşirlər. 

Bundan  əlavə,  dövlət  orqanları  tənqidlərə  kəskin  reaksiya  verirlər.  Gürcüstan 

özünün Universal Dövri İcmalında ona verilən ciddi tövsiyələri qəbul etməklə müsbət 

ə

lamətlərin təməlini qoya bilərdi.  

 

Hüquq müdafiəçilərinə qarşı təzyiq və təqiblər  

 

Jurnalistlər  də  daxil  olmaqla  hüquq  müdafiəçiləri  və  onların  ailələri  öz  hüquq  və 



azadlıqlarının  həyata  keçirilməsində  müxtəlif  formada  təzyiqlərə  və  təhdidlərə  məruz 

qalıblar.  Buraya  ölümlə  hədələmə,  qondarma  ittihamlar,  məsələn,  casusluq,  fiziki  hücum 

və  sözlə  təhqir  etmə  ittihamları  əsasında  həbsə  almaqla  hədələmə,  dövlət  orqanları 

tərəfindən  qanunsuz  təftişlər,  media  vasitəsilə  və  yüksək  vəzifəli  dövlət  məmurları 

tərəfindən damğalama və ləkələmə kampaniyaları daxildir. Bəzi hallarda dövlət məmurları 

hüquq müdafiəçilərinə qarşı fiziki hücumlarda və onların təhdid edilməsində şəxsən iştirak 

ediblər.  

 

Gürcüstanın  regionlarında  fəaliyyət  göstərən  hüquq  müdafiəçiləri  xüsusilə  əlverişsiz 



vəziyyətdədirlər,  orada  yerli  hakimiyyət  orqanlarına  qarşı  açıq  tənqidlər  və  hüquqlar 

uğrunda  mübarizə  daha  çox  problemlər  yaradır.  Əsas  diqqət  paytaxta  və  iri  şəhərlərə 

yönəldiyinə  görə,  regionlarda  yerli  hakimiyyət  orqanlarının  sui-istifadə  halları, 

qanunsuzluqları və cəzasızlığı artmaqdadır.  



 

 

 



10

 

Hüquq müdafiəçilərinə hücumlar  

 

İ

fadə azadlığı Gürcüstanda ən problemli hüquq olaraq qaldığı üçün 2010-cu ildə Gürcüstan 



jurnalistlərinə  qarşı  təzyiq  və  təhdidlər  güclənməkdə  davam  etdi.  Onlar  xüsusən  2010-cu 

ilin yazında və yayında müxalifətin nümayişləri zamanı hədəfə alındılar, onların bir neçəsi 

dövlət nümayəndələrinin, habelə dövlət nümayəndəsi olmayan şəxslərin fiziki hücumlarına 

və  sözlə  təhqirlərinə  məruz  qaldılar.  Dövlət  orqanları  qadağan  olunmuş  silahlardan, 

xüsusən  plastik  və  rezin  güllələrdən  istifadə  etdiyinə  görə  nümayişləri  işıqlandıran 

jurnalistlərin  bir  neçəsi  ciddi  fiziki  xəsarətlərə  məruz  qaldı  və  bu  günə  qədər  belə 

hərəkətlərlə bağlı lazımi qaydada araşdırma araşdırılmayıb.  

 

2010-cu ilin fevralında  Gürcüstanın aparıcı tədqiqatçı jurnalisti və Cənubi Qafqaz Hüquq 



Müdafiəçiləri  Şəbəkəsinin  üzvü  Vaxtanq  Komaxidze  Rusiya  ilə  Gürcüstan  arasındakı 

münaqişə  ilə  bağlı  apardığı  jurnalist  araşdırması  ilə  əlaqədar  olaraq  ölümlə  təhdid  edildi. 

Məlumatlara  əsasən,  o,  2008-ci  ilin  avqustundakı  Gürcüstan-Rusiya  müharibəsinə  dair 

sənədli  film  çəkilişində  fəal  iştirakına  və  Cənubi  Osetiyaya  səfər  etdiyinə  görə,  habelə 

həmin sənədli filmin müharibəyə aid naməlum faktları üzə çıxaracağı barədə ictimaiyyətə 

verdiyi açıqlamalara görə hədələndi.  

 

2010-cu  ilin  yanvarında  Gürcüstanın  jurnalisti,  İnsan  Hüquqları  Mərkəzinin  regional 



müxbiri  və  “Kartlis  Khma”  (Kartlinin  səsi)  regional  qəzetinin  baş  redaktoru  Saba 

Tsitsikaşvili  Şida  Kartlidə  regional  təhlükəsizlik  mühafizəçiləri  tərəfindən  təhqirlərə  və 

təqiblərə  məruz  qaldı.  Mühafizəçilər  Tsitsikaşvilini  fiziki  hücumlara  və  sözlə  təhqirlərə 

məruz  qoydular  və  onun  peşə  fəaliyyətlərini  həyata  keçirməsinə,  konkret  olaraq,  regional 

administrasiyanın  sərf  etdiyi  inzibati-təşkilati  məsrəflər  barədə  ictimai  informasiya  əldə 

etməsinə  mane  oldular.  Saba  Tsitsikaşvili  birinci  dəfə  2008-ci  ilin  sentyabrında  məcburi 

köçkünlər  üçün  nəzərdə  tutulan  maddi  yardımı  almaqda  məcburi  köçkünlərə  kömək 

etdiyinə  görə  regional  hakimiyyət  orqanları  tərəfindən  təqiblərə  və  təhdidlərə  məruz 

qalmışdı.  

 

Cəzasızlıq və qanunun aliliyinin olmaması    

 

Jurnalistlərə,  vəkillərə,  hüquq  müdafiə  fəallarına  və  hüquq  müdafiəçilərinin  daha  geniş 



toplumuna qarşı hücumlara və təqiblərə görə cəzasızlıq xüsusən regionlarda geniş şəkildə 

yayılıb.  Hüquq  müdafiəçilərinə  qarşı  hücumlar  və  ya  təhdid  və  təzyiqlər  nadir  hallarda 

dovlət  orqanları  tərəfindən  açıq  şəkildə  pislənilir;  üstəlik,  siyasi  iradənin  olmaması 

səbəbindən  heç  bir  araşdırma  aparılmır,  məsuliyyət  daşıyan  şəxslər  barəsində  cinayət 

təqibi  həyata  keçirilmir.  Nəticədə  bəzi  hüquq  müdafiəçilərinə  qarşı  zorakılıq  halları  adi 

praktikaya çevrilib, çünki cəzasızlıq hüquq pozucuları qarşısında yaşıl işıq yandırıb.  

 

Narahatlıq  doğuran  digər  mühüm  məsələ  ədliyyə  sistemində  qərəzsizliyin  olmaması  və 



Gürcüstanda  ədalət  mühakiməsinin  selektiv  şəkildə  tətbiq  edilməsidir.  Milli  məhkəmələr 

nəinki  hüquq  pozucularını  məsuliyyətə  cəlb  etmirlər,  hətta  icra  hakimiyyətinin  bəzi 

nümayəndələri  tərəfindən  törədildiyi  iddia  edilən  pozuntuları  çox  vaxt  ört-basdır  edirlər. 

Bundan  başqa,  qeydə  alınmış  belə  bir  həyəcan  doğuran  nümunə  var  ki,  məhkəmə  və 

bütövlükdə  hüquq  sistemi  tənqidi  səsləri  susdurmaq  üçün  cəza  mexanizmi  kimi  istifadə 

olunur.  Nəticədə  jurnalistlər  qisasdan  və  əməkdaşlıq  xahişlərinin  rədd  ediləcəyindən 

qorxaraq  onlara  qarşı  törədilmiş  sui-istifadə  hallarına  görə  dövlət  orqanlarını  məhkəməyə 

verməkdən  çəkinirlər.  Ədalət  mühakiməsinin  selektiv  tətbiqi  və  qanunun  aliliyinə 

sadiqliyini olmaması barədə qeydə alınmış tendensiya insan hüquqlarının keşikçilərinə və 

bütövlükdə tənqidi fikir söyləyənlərə qarşı davamedici təhlükə yaradır.  



 

 

 



11

 

Mediada ləkələyici kampaniyalar 

 

Media  üzərində  hökumət  nəzarəti,  müxtəlif  hakimiyyət  orqanları  tərəfindən  jurnalistlərin 



fəaliyyətlərinə qanunsuz müdaxilələrlə, o cümlədən fiziki hücumlarla və media orqanlarına 

təzyiqlərlə  bağlı  səmərəli  araşdırmaların  aparılmaması  və  təqsirkarların  məsuliyyətə  cəlb 

olunmaması,  özünüsenzura,  jurnalistlərin  ictimai  informasiyalara  çıxışına  imkan 

verilməməsi,  media  üzərində  mülkiyyət  hüququ  ilə  bağlı  şəffaflığın  olmaması,  media 

üzərində  mülkiyyətin  təmərküzləşməsi,  müstəqil  və  öz  mövcudluğunu  təmin  edə  bilən 

medianın inkişafı üçün əlverişsiz şəraitin olması media ilə bağlı mühüm problemlərdəndir. 

Bu,  hüquq  müdafiəçilərinin  ictimaiyyətə  çıxışını,  insan  hüquqlarına,  onların  həyata 

keçirilməsinə  və  müdafiəsinə  dair  informasiya  təqdim  etməsini  və  eyni  zamanda  ölkədə 

insan  hüquqları  ilə  bağlı  pozuntular  barədə  məlumatlılığın  artırılmasını  ciddi  şəkildə 

məhdudlaşdırır.  

 

Üstəlik,  2009-cu  ilin  sonunda  mediadan  hüquq  müdafiəçilərinə  təzyiq  üçün  istifadə 



etməkdən  ibarət  yeni  tendensiya  formalaşıb  və  2010-cu  ildə  davam  edib.  Hüquq 

müdafiəçiləri belə bir faktdan xüsusilə narahatdırlar ki, ictimaiyyətlə manipulyasiya etmək 

və hüquq müdafiəçiləri və onların işi ilə bağlı ictimaiyyəti yanlış məlumatlandırmaq üçün 

media  və  siyasi  xadimlər  Rusiya-Gürcüstan  müharibəsi,  etnik-ərazi  münaqişələri,  azlıqlar 

və s. kimi həssas mövzulardan istifadə edirlər. Bəzi media orqanları, xüsusən televiziyalar 

Gürcüstanda  hüquq  müdafiəçilərinə  qarşı  dövlət  tərəfindən  dəstəklənən  ləkələyici 

kampaniyalara  başlanılmasına  cəlb  olunurlar.  Məcburi  köçkünlərin  və  2008-ci  il  Rusiya-

Gürcüstan  müharibəsinin  təsirinə  məruz  qalmış  əhalinin  məsələləri  ilə  bağlı  fəaliyyət 

göstərən  hüquq  müdafiəçiləri  xüsusilə  hədəfə  alınırlar.  Hökumətin  nəzarət  etdiyi  media 

orqanları  hüquq  müdafiəçilərinin  xain  və  Gürcüstan  xalqının  düşməni  olduqlarını,  dövlət 

maraqlarına  zidd  fəaliyyət  göstərən  şəxslər  olduqlarını  elan  edən  qərəzli  televiziya 

verilişləri  yayımlayırlar.  2010-cu  ildən  öncə  “İnsan  Hüquqları  Prioriteti”  təşkilatının  (10 

dekabr) və Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının (12 dekabr) üzərinə hücumlar 

edildi.  Daha  sonra  2010-cu  ildə  “Reportyor  Studiyası”nın  təsisçisi  Vaxtanq  Komaxidze, 

“Əlil  veteranlar  və  həlak  olmuş  əsgərlərin  həyat  yoldaşları  birliyi”nin  rəhbəri  Manana 

Mebuke  və  münaqişələr  üzrə  alim  Paata  Zakareişvili  (17  dekabr)  bu  kampaniyanın 

hədəfinə  çevrildilər.  Avropa  Şurasının  İnsan  Hüquqları  üzrə  Komissarı  Tomas 

Hammarberq  və  Gürcüstanın  keçmiş  ictimai  müdafiəçisi  Sozar  Subari  də  bu  cür  açıq 

tənqidlərə məruz qaldılar.  

 

2009-cu  ildə  Cənubi  Qafqaz  Hüquq  Müdafiəçiləri  Şəbəkəsinin  üzvü  olan  “Çoxmillətli 



Gürcüstan”  təşkilatının  rəhbəri,  hüquq  müdafiəçisi  Arnold  Stepanyan  fəaliyyətini 

dayandırmaqdan  imtina  edəcəyi  təqdirdə  mediada  xarici  ölkə  casusu  olmaqda  ittiham 

ediləcəyi  ilə  hədələndi.  “Çoxmillətli  Gürcüstan”  təşkilatı  azlıqların  hüquqları  uğrunda 

çalışır  və  2008-ci  il  münaqişəsindən  sonra  Rusiya  ilə  Gürcüstanın  vətəndaş  cəmiyyətləri 

arasında dialoqun qurulmasında iştirak edib. 2010-cu ilin əvvəlində Gürcüstanın “Versiya” 

qəzetində məqalə dərc olundu, orada deyilirdi ki, dövlət orqanları Rusiyanın xüsusi xidmət 

orqanlarının agentlərini ölkədən xaric etməyə başlayıblar və qeyd edilirdi ki, bu işdə QHT-

lər  xüsusi  diqqət  mərkəzində  olacaq.  Daha  sonra  məqalədə  deyilirdi  ki,  Arnold 

Stepanyanın  Rusiyanın  xüsusi  xidmət  orqanları  ilə  əlaqəsi  var,  çünki  o,  iddia  edildiyinə, 

kodlaşdırılmış məlumatlar və sənədlər alıb. Bir qədər sonra bu məlumat Gürcüstanda Real 

TV-də yayımlandı.  

 

Hüquq müdafiəçilərinə təsir göstərən hüquqi addımlar  

  


 

 

 



12

Son  dövrdə  insan  hüquqlarının  tətbiq  dairəsini  məhdudlaşdıran  və  milli  hakimiyyəti 

orqanlarının  səlahiyyətlərini  genişləndirən  hüquqi  addımların  atılmasına  hüquq 

müdafiəçilərini  susdurmaq,  demokratik  inkişafı  təhdid  etmək  üçün  meydana  çıxan  yeni 

tendensiyanın tərkib hissəsi kimi baxılır.  

 

2010-cu ildə Gürcüstan Parlamenti Gürcüstan Konstitusiyasına baş nazirin səlahiyyətlərini 



gücləndirən və müstəqil qanunverici orqan kimi Parlamentin mövcudluğunu təhlükə altına 

alan  yeni  dəyişikliklər  qəbul  etdi.  Bu  addımların  Venesiya  Komissiyası  tərəfindən  tənqid 

edilməsinə  baxmayaraq,

9

  Gürcüstanın  hakimiyyət  orqanları  onun  qeydlərinə  əhəmiyyət 



vermədilər.  

 

Məlumat  almaq  azadlığı  “Məlumat  azadlığı  haqqında”  Qanuna  2010-cu  ilin  iyulunda 



edilmiş  sonuncu  dəyişikliklər  vasitəsilə  məhdudlaşdırıldı,  belə  ki,  həmin  dəyişikliklər 

beynəlxalq  məhkəmələrin  icraatında  olan  Gürcüstan  hökumətinə  aid  işlərlə  bağlı 

məlumatları “üçüncü şəxslərin” əldə etməsinə ciddi məhdudiyyətlər tətbiq edir.  

 

2010-cu  ilin  sentyabrında  qanunvericiliyə  yeni  dəyişikliklər  qəbul  edildi,  həmin 



dəyişikliklər  hüquq  müdafiəçilərinin  vəziyyəti  ilə  bağlı  narahatlıq  yaradır.  Dəyişikliklər 

polis əməkdaşlarının səlahiyyətlərini artırır, onlar hər hansı şəxsin cinayət törətdiyinə dair 

ə

saslı şübhə olduqda ictimai yerdə həmin şəxsi dayandırmaq və üzərində axtarış aparmaq 



səlahiyyətinə  malikdirlər.  Qanunda  “əsaslı  şübhə”nin  anlayışı  verilmir  və  sözügedən 

şə

xslərin  hüquqları  və  onlara  verilən  təminatlar  nəzərdə  tutulmur.  Yeni  qəbul  edilmiş 



Cinayət  Prosessual  Məcəlləsində  bir  çox  təqdirəlayiq  müddəalar  var,  lakin  narahatlıq 

doğuran  məsələ  ondan  ibarətdir  ki,  həmin  Məcəllə  cinayət  işləri  üzrə  ədalət 

mühakiməsinin şəffaflığını məhdudlaşdıra bilər. O, cinayət prosesinin tərkib hissəsi hesab 

edilən  zərər  çəkmiş  şəxs  anlayışını  ləğv  edir  və  müvafiq  olaraq,  sonuncunu  araşdırmada 

iştirak  etməsinə  və  onun  səmərəliliyinə  nəzarət  etməsinə  imkan  yaradan  hər  hansı 

prosessual hüquqlardan və ya mexanizmlərdən məhrum edir.  

 

                                                 



9

 

http://www.venice.coe.int/docs/2010/CDL-AD(2010)028-e.pdf



  

Каталог: admin
admin -> Әrin cәmi vә hәr bir kateqoriya üzrә mәblәği vә kredit portfelindә xüsusi çәki
admin -> Qeyri-standart kreditlәrin cәmi vә hәr bir kateqoriya üzrә mәblәği vә kredit portfelindә xüsusi çәkisi
admin -> Guidance note on transferring contributions from one un agency to another for the purpose of programmatic activities
admin -> İLİ toplum sağLIĞi merkezi florüRLÜ vernik uygulamasi aydinlatilmiş onam formu
admin -> Diş Macunu Kullanımı
admin -> Obiskali so nas…
admin -> Penilaian perubatan murid dengan masalah pembelajaran
admin -> Tane omur bulunmaktadır. Omurlar kafatasının hemen altından başlıyarak kuyruk sokumuna kadar uzanırlar ve birbirleriyle üst üste eklem yaparak omurgayı teşkil ederler. Omurganın latinca adı " Vertebral Kolon"


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə