Cemlesdirme ve birge olcmeler Beynelxalq ve regional standartlarin tetbiqi ve qaydalari


Nezaret metodlari(sinaq olcme analiz)ucun standartlar



Yüklə 168,52 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü168,52 Kb.
#37534
növüQaydalar
1   2   3   4   5
Standartla.dırma ve sertifikasiya sualların cavabları-1

Nezaret metodlari(sinaq olcme analiz)ucun standartlar

Nəzarət metodları (sınaq, ölçmə, analiz) standartları işlərin (əməliyyat­ların) ardıcıllığnı, üsullarını (qaydaları, rejimləri, normaları), onların yerinə yetirilməsi üçün lazım olan texniki vasitələri təyin edir. Bu standartlar məhsulun keyfiyyətinə qoyulan məcburi tələblərin obyektiv qiymətləndirilməsini yüksək dərəcədə təmin edən nəzarət metodlarının tətbiqini tövsiyə edir. Nəzarətin, sınaqların, ölçmələrin və analizin ancaq standartlaşdırılmış metodlarından istifadə etmək lazımdır, çünki bu metodlar beynəlxalq təcrübəyə və qabaqcıl nailiyyətlərə əsaslanır. Bu metodlardan hər birinin özünəməxsus xüsusiyyəti vardır, lakin standartlaşdırılmalı bir neçə ümumi müddəaları da qeyd etmək lazımdır. Onlar aşağdakılardır: nəzarət vasitələri və köməkçi qurğular; nəzarətin hazır­lanması və aparılması qaydası; nəticələrin işlənməsi və tərtib edilməsi qaydaları; metodun buraxıla bilən xətası.

Standart adətən, məhsulun bir keyfiyyət göstəricisini qiymətləndirmək üçün bir neçə nəzarət metodikalarını tövsiyə edir. Bu, o məqsədlə edilir ki, metodi­kalardan biri zəruri hallarda arbitraj rolunu oynasın. Lakin onu da yadda saxlamaq lazımdır ki, meto­dikalar heç də həmişə tam qarşılıqlı əvəzolunan deyildirlər. Bu cür hallar üçün standartda ya bu və ya digər metodun seçilməsi şəraitinə görə dəqiq tövsiyə verilir, ya da onların fərqləndirici xarakteristikaları üzrə məlumatlar verilir.




Yüklə 168,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin