Çəmən Üçyarpaq Yoncası (Trifolium pratense L.) Bitkisinin Morfoloji- anatomik Xüsusiyyətləri



Yüklə 60.27 Kb.
Pdf просмотр
tarix30.06.2017
ölçüsü60.27 Kb.

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №3, səh. 89-93 (2014)

 

89 



Çəmən Üçyarpaq Yoncası (Trifolium pratense L.) Bitkisinin Morfoloji-

Anatomik Xüsusiyyətləri 

 

A.Hüseynova*, B.Əliyev, A.Sərdarova 

 

Azərbaycan Dövlət Aqrar Universiteti, Heydər Əliyev prospekti,159, Gəncə AZ 2000, Azərbaycan; 

*E-mail:

 

myllen@mail.ru 



 

Məqalədə Trifolium pratense L. növünün  morfoloji-anatomik xüsusiyyətləri təhlil olunmuşdur. 

Anatomik tədqiqatlar aparılmış  və ilk dəfə olaraq Çəmənyoncası (üçyarpaq) bitkisinin 

xarakterik anatomik quruluş xüsusiyyətləri müəyyən olunmuşdur. Mikroskopik tədqiqatlarla 

aşkar olunmuş əlamət göstəriciləri diaqnostik əhəmiyyət kəsb edir

 

Açar sözlər: Sklerenxim, kutikul, epidermis, cins 

 

 

GİRİŞ 

 

Çəmən üçyarpaq yoncası 

(Trifolium 

pratense L.) çoxillik bitkidir. Gövdəsi bərk, 

budaqlanan, adətən yapışıq tükcüklüdür, 15-40 sm 

hündürlükdədir. Yarpaqcıqları yumurtavaridir, 

itikənarlıdır, qıraqları tükcüklüdür. Alt yarpaqları 

uzun saplaqlıdır,  yuxarıdakılar qısa saplaqlıdır, 

yumurta-varidir, bəzən tərsyumurtavaridir ya da 

elipsavaridir, təpəsi küt ya da bir balaca kəsikdir, 

alt hissəsi daha çox tükcüklüdür. Başcıqları 1-2-dir, 

yumurtavaridir, kipdir, 2-3(4) sm uzunluqdadır, 

adətən  əsasında yuxarı yarpaqları ilə  əhatələnir, 

oturaqdır, ya da saplaqlıdır. 

Çiçəkləri oturaqdır, çoxsaylıdır, 11-14 mm 

uzunluqdadır. Kasacıq boruvari-zəngvaridir, 10 

damarlıdır, tükcüklüdür, dişicikləri bizvaridir, 

aşağıdakılar borudan iki dəfə uzundur. Ləçəkləri 

açıq qırmızıdan tünd ətvariqırmızıdır, bəzən ağdır. 

Paxla yumurtavaridir, yuxarı hissəsində arakəsmə-

lidir, birtoxumludur (Şəkil 1). 

Azərbaycanda aşağı qurşaqdan alp yüksək-

liklərə  qədər, çəmənlərdə, talalarda, meşələrdə, 

bağlarda, daşlışlarda, yarımsəhralarda, oazislərdə 

rast gəlinir. 

Qafqazın hər yerində, Arktikada, Avropanın 

hər yerində, Qərb Sibirdə (hər yerində), Şərq Sibi-

rin (Anq-Sayan, Yeniseyin cənubunda, Daur, Uzaq 

Şərqdə, Orta Asiyada yayılmışdır (Xəlilov, 1952). 

Ümumi yayılması – Şimal Atlantika, Orta 

Avropa, Orta Asiya, Malaziya, İran,  İndo-Qimalay 

(Qrossheym, 1936, 1952,1967). 

Təsərrüfat  əhəmiyyəti. Çəmən yoncası kol 

qruplu paxlalı otlara aiddir. Köklərində 1-5% əhəng 

var, ona görə  də ölüb, çürüyəndə davamlı olan 

formalı üzvi maddələr  əmələ  gəlir və torpağa 

struktur quruluş verir. Azotmənimsəmə rolu 

məlumdur, bundan başqa zülallı-vitaminli Zibrillin 

preparatı hazırlanır. Çəmən yoncası bütün növ mal-

qara tərəfindən otlaqlarda yeyilir, yaşıl yem kimi 

istifadə olunur, qidalı samanı olur və bütün kənd 

təsərrüfatı heyvanlanlarına  əla yem növüdür. Un 

konsentratı kimi də qidalarına  əlavə olunur, 

samanından silos hazırlanması üçün istifadə olunur. 

S.Stankov və E.Bordzilovski göstərirlər ki, çəmən 

yoncasının çiçək qrupları  tənəffüs orqanlarının 

xəstəliklərinin müalicəsində  dərman vasitəsi kimi 

istifadə olunur.  

Çəmən yoncası nisbətən kölgəyə davamlıdır, 

ona görə  də onu müxtəlif örtük bitkilər altına 

səpmək olar. Tez yığılan bitkilər - yaşıl kütlə üçün 

payızlıq çovdar, yaşıl yem üçün vələmir və gülül-

vələmir qarışığı yaxşı örtük (qoruyucu) bitkisi 

hesab olunur.  

 

 

 



Şəkil 1. Çəmən üçyarpaq yoncası 

(Trifolium paratense L.) 

 

Bu bitki turş  və güclü şorlaşmış torpaqları 



sevmir. 

Bir ton quru ot yaratmaq üçün üçyarpağın qida 

elementlərinə maksimal tələbatı, kq: azot-31, fosfor-


Çəmən Üçyarpaq Yoncası (Trifolium pratense L.) 

90 


9, kalium-22, kalsium-16, maqnezium-5, kükürd-1,5; 

həmin məhsulla torpaqdan 22 kq azot, 5 kq fosfor və 

16 kq kalium aparır. Üçyarpaq bor və molibden 

elementlərinə kifayət qədər tələbkardır. Molibden 

havanın molekulyar azotunu təsbit edən nitrogenaza 

ferment kompleksinin tərkibinə daxildir, bor 

elementi isə ötürücü-borular sisteminin yaxşı 

inkişafına, simbiotik sistemin energetik materialının 

kifayət qədər təminatına və bioloji azotun maksimal 

təsbit olunmasın köməklik göstərir.  

Qiymətli yem bitkisidir, bütün növ heyvanlar 

tərəfindən həvəslə yeyilir. Tərkibində protein 

yüksəkdir, çoxlu kalsium və vitaminlər olur. Kök 

sistemində inkişaf edən yumrucuq bakteriyaları 

torpağı azotla zənginləşdirir (Лотова, 2007).  

Yoncanın quru otunun tərkibində 18% protein, 

30,2% sellüloza, 30,4% azotsuz ekstrativ maddə, 

2,7% yağ, müxtəlif vitaminlər, habelə fosfor, 

kalsium və s. elementlər olur. 

Yoncanın kökləri üzərindəki kök yumruçuğu 

bakteriyaları hesabına bir hektar torpaq sahəsində 

100-150 kq azot toplanır, bu da fiziki çəkidə 4-5 

sentner ammonium şorasına və ya 30-40 ton peyinə 

bərabərdir. Yonca bitkisi torpağın strukturunu da 

yaxşılaşdırır. Ona görə də yonca əvəzolunmaz sələf 

bitkisidir. Yoncadan sonra becərilən bitkilərin məh-

suldarlığı 15-30%-ə  qədər yüksəlir. Yonca bitkisi 

şorlaşma və eroziya proseslərinin də qarşısını alır.  

Yonca həm də bal verən bitkidir. Güclü 

kollanma qabiliyyətinə malik olduğundan tarlaların 

alaq otlarından təmizlənməsində də bu bitkinin rolu 

böyükdür.  Trifolium pratense L. növü tədqiqat 

məqsədi ilə  Gədəbəy rayonu Aşağı Narzan 

ərazisindən götürülmüşdür.  



 

 

MATERİAL VƏ METODLAR 

 

Respublikamızın yabanı florasında yayılan Tri-



folium pratense L. növünün morfoloji və bioekoloji 

xüsusiyyətlərini öyrənmək məqsədilə fenoloji müşa-

hidələr aparılmışdır. Aparılan fenoloji müşahidələr 

R.M.Kuperman (1984) metoduna əsaslanmışdır. 

Anatomik tədqiqatlar üçün material əsasən 

bitki tam morfo-fizioloji yetkinliyə çatdıqdan sonra 

götürülmüş  və 96%-li spirtdə fiksə edilmişdir. 

Preparatın hazırlanması ümumi qəbul olunmuş me-

todikaya (Барыкина, 2004) əsasən  aparılıb. 

Hazırlanmış preparatlar «Motic» 18/20, MBİ-3 

mikroskoplarında tədqiq edilmişdir. Anatomik 

şəkillərin çəkilməsində «RA-4» şəkil aparatından 

və  mikroskopundan istifadə edilmişdir. 

 

 



NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Tədqiqatlar göstərdi ki, T. pratense L. növü-

nün bəzi anatomik struktur elementləri bitkinin 

morfoloji quruluşuna və bitdiyi ərazinin iqdim fak-

torlarına uyğun olaraq qazanılmışdır.  İlk dəfə ola-

raq tədqiq etdiyimiz növün vegetativ orqanlarının 

anatomik xüsusiyyətləri bizim tərəfimizdən öyrənil-

mişdir və növə xarakterik olan quruluş elementləri 

ətraflı təhlil olunmuşdur. Çəmən yoncası bitkisinin 

yarpaq və gövdəsinin parenxim hüceyrələrində ehti-

yat şəklində maddələrin toplanması müəyyən olun-

muşdur. Bundan əlavə mikroskopik tədqiqatlarla 

öyrənildi ki, növün gövdəsində ötürücü sistem daha 

yaxşı inkişaf etmişdir. Ksilemdə çox saylı, yəni 25-

30 ədəd su boruları əmələ gəlmişdir. 

Floemdən alt səthə doğru 8-12 qatdan ibarət 

sklerenxim hüceyrələri formalaşmışdır.  Əlavə ola-

raq yarpağın ötürücü topasında həm də floemdən 

əlavə ksilemin də üst hissəsində 5-6 qatdan ibarət 

sklerenxim hüceyrələri vardır. Aparılan anatomik 

tədqiqatlar müəyyən etdi ki, növ xarakterik anato-

mik quruluşa malikdir. 

İlk dəfə olaraq bitkinin morfoloji-anatomik 

quruluş xüsusiyyətləri öyrənilmişdir.  



Yarpaq  (Şəkil 2). Yarpaq eninə  kəsikdə dor-

zoventral quruluşludur. Həm alt, həm də üst səthdən 

dəriciklə  əhatə olunmuşdur. Onlar şəffafdırlar, sıx 

yerləşmişlər. Üzəri kutikul təbəqəsi ilə örtülmüşdür. 

Dəricikdən daxilə bir qat çəpərvari parenxim hücey-

rələri yerləşir (Qasımov və b., 2010).  

 

 

Şəkil 2. Trifolium pratense L.–Çəmən üçyarpaq  



yoncası. Yarpağın anatomik quruluşu: 1 – kutikul,  

2 – epidermis, 3 – sütunvari parenxim, 4 – çəpərvari 

parenxim, 5 – ağızcıq, 6 – sklerexim, 7 – ksilem,  

8 – floem 

 

Çəpərvari parenxim güclü inkişaf etmişdir, 



xloroplastlarla zəngindir, sıx yerləşmişlər. Belə 

quruluş bitkinin normal inkişafma zəmin yaradır 



1

2



4

5

6

7



Hüseynova və b. 

91 


(Əsgərov, 2006). Süngərvari parenxim 4-5 qat 

hüceyrədən təşkil olunmuşdur, iri həcmlidir, 

nisbətən seyrək yerləşirlər. Bu hüceyrələr qaz 

mübadiləsində 

və suyun buxarlanmasında 

(transpirasiya) daha yaxından iştirak edirlər. 

Çəpərvari parenxim hüceyrələri isə xlorofıl danələri 

ilə daha zəngin olub, günəş  şüaları ilə bilavasitə 

işıqlandırıldığından assimilysiya prosesində aktiv 

iştirak edir. Yarpağın mərkəzində bir ədəd iri həcmli 

kollateral tipli topa yerləşir. Topa xaricdən bir qat 

əhatəedici hüceyrələrlə  əhatə olunmuşdur. Bu 

hüceyrələr uzunsov formalı olmaqla kiçik 

həcmlidirlər, onlar topa elementləri ilə yarpaq 

mezofılini təşkil edən digər hüceyrələr arasındakı 

əlaqəni təmin edirlər. Ksilemdə su boruları  sıra ilə 

düzülmüşdür. Hər sırada 3-4 ədəd su borusu olur. 

Floemi təşkil edən ələkvari borular və qonşu hücey-

rələr xırda həcmli olmaqla sıx yerləşmişdər, lifli-

borulu ötürücü sistemin həm floemlə, həm də ksi-

lemlə  sərhədləşən sahəsində yaxşı inkişaf etmiş 

sklerenxim hüceyrələri formalaşmışdır. Mexaniki 

toxuma olan sklerenximin bu qaydada həm güclü, 

həm də xarakterik quruluşlu əmələ gəlməsi tədqiqat-

lar zamanı bizim tərəfimizdən bitkinin gövdəsində 

də müəyyən olunmuşdur. T. pratense bitkisinin yer-

üstü vegetativ orqanlarında sklerenximin belə çox-

saylı və quruluş baxımdan xarakterik olması ilk dəfə 

anatomik tədqiqatlar aparılaraq bizim tərəfimizdən 

müəyyən olunmuşdur. Bu əlamət göstəricisi bitki 

sistematikası və anatomiyası sahəsində həm praktik, 

həm də nəzəri əhəmiyyət kəsb edir. Mexaniki hücey-

rələrin belə güclü inkişafı  çəmən yoncası bitkisinin 

yabanı floranın ekstremal mühit şəraitinə dözümlü-

lüyünün təminatçısı kimi qiymətləndirilir və diaq-

nostik göstəricisidir. Bitkinin yarpağının həm sütun-

vari, həm süngərvari və digər  əsas parenxim kütlə-

sində gövdədə olduğu kimi tünd rəngli ehtiyat şək-

lində maddələr toplanmışdır. Bu da bitkinin fayda-

lılıq xüsusiyyətini sübut edən bir nişanədir. 

Ağızcıq aparatına yalnız yarpağın alt səthində 

təsadüf olunur. 

Tədqiqatlar göstərmişdir ki, yüksəklik artdıqca 

dəricik hüceyrələrinin xarici qılafları  və kutin qatı 

qalınlaşır. Belə quruluş  əlverişsiz iqlim şəraitində 

bir uyğunlaşma əlaməti kimi qiymətləndirilə bilər. 

Yarpağın anatomik quruluşunda çəpərvari pa-

renximin bir qatlı olmaqla sıx yerləşməsi, ağazcıq-

ların yalnız alt səthdə yerləşməsi, yarpaq mezofılini 

təşkil edən hüceyrələrin kip yerləşməsi, mexaniki 

və ötürücü toxumanın güclü inkişafı, ötürücü 

topaların quruluşu, forması və əmələ gəlməsi və s. 

yalnız həmin növ üçün xarakterikdir və diaqnostik 

nişanə kimi istifadə oluna bilər.  



Gövdə  (Şəkil 3). Gövdə eninə  kəsikdə dairəvi 

quruluşludur. Xaricdən dəriciklə  əhatə olunmuşdur. 

Dəriciyin üzərində nazik kutikul yerləşir. Dəricikdən 

daxilə 2-4 qat xlorenxim əmələ  gəlmişdir. Bu 

hüceyrələr dairəvi formalı olub yerləşmişlər, kiçik 

həcmlidirlər, xloroplastlarla zəngindirlər. Xloren-

ximdən daxilə 6-8 qat hüceyrədən təşkil olunmuş 

qabıq parenximi yerləşir. Bu hüceyrələr dəriciklə və 

ötürücü topalarla sərhədləşən hissədə  həcmcə kiçik, 

mərkəzə doğru xeyli iriləşirlər, nisbətən seyrək yer-

ləşirlər. Mikroskopik tədqiqatlarla müəyyən olundu 

ki, T. pratense növünün gövdəsinin parenxim hücey-

rələrində ehtiyat şəklində tünd rəngli maddələr 

toplanmışdır ki, bu da bitkinin perspektivliyinin 

zəmanəti kimi qiymətləndirilə bilər. Bitkinin gövdə-

sində ötürücü toxuma güclü inkişaf etmişdir. Gövdə 

topa quruluşludur, topalar irihəcmli olmaqla kolla-

teral tiplidir, dairə şəkilində sıra ilə düzülmüşlər.  

 

 

 



Şəkil 3. Trifolium pratense L. – Çəmən üçyarpaq 

yoncası. Gövdənin  anatomik  quruluşu: 1 – dəricik,  

2 – qabıq parenximi, 3 – sklerenxim,  4 – floem,  

5 – ksilem, 6 – özək.  

 

 

Topalarda floem xaricə, ksilem isə daxilə doğru 



yönəlmişdir. Ksilemdə çoxsaylı su boruları yerləşir, 

hər topada onların sayı 15-20 ədəd olur. Onlar sıx 

şəkildə parenxim hüxeyrələri ilə  əhatə olunmuşdur. 

Hər bir topanın üzərində 8-12 qatdan ibarət mexaniki 

toxuma  sklerenxim əmələ gəlmişdir.  Sklerenximin 

hüceyrələri floemlə  sərhədləşən sahədə sanki onu 

papaq  şəklində örtmüşdür. Bu mexaniki toxuma 

növə xarakterik  quruluşda formalaşmışdır və çox 

güclü inkişaf etmişdir. Bu gövdəyə xeyli möhkəmlik 

verir. Gövdənin mərkəzini irihəcmli özək hüceyrələri 

tutur. Gövdənin anatomik quruluşunda ötürücü 

topaların quruluşu, forması və əmələ gəlməsi, silindr 

arasında mübadilə prosesini tənzimləyir. Özək  şüa-

ları  əmələ  gəlmə qanuqauyğunluğuna görə  T.pra-



tense növünün kökü tetrarx tiplidir.xlorenximin və 

əsasən də sklerenximin inkişafı  və quruluşu, tük 

örtüyünün quruluşu və s. yalnız həmin növ üçün 

xarakterikdir və diaqnostik nişanə kimi mühüm 

əhəmiyyət kəsb edir. 

Kök. Kök eninə  kəsikdə dairəvi quruluşludur. 

Xaricdən onu mantar örtüyü və ya periderm əhatə 



3



4

5

6



Çəmən Üçyarpaq Yoncası (Trifolium pratense L.) 

92 


edir (Şəkil 4). Mantar örtüyünün altında girdə paren-

ximdən ibarət qabıq yerləşir. Mikroskopik tədqi-

qatlar zamanı müəyyən olundu ki, kökün qabıq 

parenximi hüceyrələrində çoxlu miqdarda ehtiyat 

maddələri toplanmışdır.   

 

 

 

Şəkil 4. Trifolium pratense L. – Çəmən üçyarpaq 

yoncası. Kökün  anatomik  quruluşu: 1 – periderm,  

2 –qabıq parenximi, 3 – libroform,  4 – floem,  

5 – floem, 6 – ksilem 

 

Daxilə doğru qurşaq  şəkilində floem sahəciyi 



yerləşir. Tədqiqatın nəticəsində müəyyən olun-

muşdur ki, kök ikinci quruluşdadır. Bu ikinci 

quruluşda olan kökün qabıq sahəsinin ən daxili qatı 

kambi qurşağıdır. qabığın bu qeyd olunan 

hissələrindən periderm, peritsikdən başlanğıc 

götürmüş mantar kambisinin fəaliyyəti nəticəsində 

inkişaf etmişdir. Kökün qabıq parenximi, qismən 

mantar kambisi, qismən də kambi qurşağı  əmələ 

gətirmişdir (Metcalfe və b., 1950). 

Kambidən daxilə mərkəzi silindr yerləşir. Onun 

daxili hissəsində isə ksilem şüaları vardır. Bundan 

başqa mərkəzi silindrdə uzunsov hüceyrələrdən 

ibarət özək şüaları əmələ gəlmişdir. Bu şüalar görün-

düyü kimi ayrı-ayrı topalar arasında sərhəd  əmələ 

gətirir və  qabıqla mərkəzi  

  

 



ƏDƏBİYYAT 

 

Əsgərov A.M. (2006) Azərbaycanın ali bitkiləri. 

Bakı: Elm, 284 s. 



Qasımov N.A., Əliyeva N.Ş., Tahirli S.M., 

Abdullayeva-İsmayılova S.M. (2010) Bitki 

anatomiyası, Bakı: CBŞ, 388 s. 



Барыкина Р.П. и др. (2004) Справочник по бо-

танической  микротехнике. “Основы  и  метод”, 

М: МГУ, 43 с. 

Гроссгейм  А.А. (1936) Анализ  флоры  Кавказа. 

Тр. Бот. Инст. Аз. ФАН СССР (М.-Л.), I: 256 

с. 


Гроссгейм  А.А. (1952, 1967) Флора  Кавказа. 

М.-Л.: 5: с. 294-221. 



Куперман  Ф.М. (1984) Морфозиология  расте-

ний, М.: Высшая школа, 240 с. 



Лотова  Л.И. (2007) Ботаника,  морфология  и 

анатомия растений. М.: МГУ, 355 с. 



Халилов  Э.Х. (1952) Trifolium L. В  кн.:  Флора 

Азербайджана5: 194-221. 

Metcalfe C.A., Chalk L. (1950) Anatomy of the 

dicotyledones. Oxford: Cladenron Press, 2: с.534. 

 

 

 

 

 

 

Морфо-Анатомические Особенности Клеверa Лугового (Trifolium pratense L.) 

 

А.Гусейнова, Б.Алиев, A.Сардарова 

 

Азербайджанский государственный аграрный университет 

 

В  статье  проанализированы  морфо-анатомические  характеристики  клевера  (Trifolium pratense L.). 

Впервые были проведены анатомические исследования и определено анатомическое строение харак-

терных черт клевера лугового. Микроскопические исследования показали, что эти признаки являются 

важными диагностическими показателями. 

 

Ключевые слова: Склеренхима, кутикула, эпидермис, род 

 

 

2



3

6





Hüseynova və b. 

93 


Morpho-Anatomical Features of Red Clover (Trifolium pratense L.) 

 

A.Huseynova, B.Aliyev, A.Sardarova 

 

Azerbaijan State Agrarian University 

 

Morphological and anatomical characteristics of clover (Trifolium pretense L.) has been analyzed in the arti-

cle. Anatomical studies were carried out and the anatomical structure of the characteristics of red clover was 

determined for the first time. The microscopic studies have shown that these signs are important diagnostic 



indicators. 

 

Key words: sclerenchim, cuticle, epidermis, genus 

 

: uploads -> journal
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> 29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə