CƏFƏrqulu rüSTƏmov


QOBUSTAN ABİDƏLƏRİNƏ BƏZİ MÜNASİBƏTLƏR HAQQINDA



Yüklə 225,42 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix25.04.2017
ölçüsü225,42 Kb.
#15724
1   2   3   4   5   6   7   8   9   10

QOBUSTAN ABİDƏLƏRİNƏ BƏZİ MÜNASİBƏTLƏR HAQQINDA 
 
Həyat aksiomalarından biri odur ki, insan dünyaya bir dəfə gəlir və bir dəfə 
də ölür. Lakin bir ölməzlik, yəni insanın cismani olaraq ölməsi, ruhunun isə mütləq 
və  əbədi  yaşaması  ideyası  da  var.  Bu  ideya  bütün  dinlər  tərəfindən  qəbul  edilir, 
inanılır.  İnsamları  pis  işlərdən  çəkinməyə,  dəyərli,  xeyirli  işləri  isə  sevməyə, 
qürurlu olmağa səsləyir. Bu yaxşıdır. Lakin doğrudanmı insan öləndən sonra onun 
ruhu yaşayır, gəzir, görür? 
Biz  yuxarıda,  qədim  Qobustana  səyahət  edərkən,  ulu  bir  nənənin  ruhu  ilə 
«danışdıq», Qobustanda apardığımız arxeoloji qazıntı və tədqiqat işləri nəticəsində 
Qobustanın keçmişi haqda bizdə yaranan təsəvvürləri  onun  dili  ilə söylədik. 
Bizim çıxardığımız nəticələr doğru, həqiqətə uyğundursa, ulu nənənin «dili 
ilə» dediklərimiz tam olmasa da o dövrün həyat tərzini ümumən az-çox düzgün əks 
etdirirsə,  deməli  o  nənənin  də,  onunla  tayadan  bizə  baxan  qədim  şəkillərdəki 
babaların  da  ruhunu  sezindirmiş,  onları  ölməz  etmiş  oluruq.  Biz  əminik  ki,  o 
dövrdə qədim qobustanlılar yalan, fırıldaq bilməyib, heç yalana, əyriliyə ehtiyacları 
da  olmayıb,  məqsədlərini,  deyək  ki,  kitab  yazıb  səhifə  doldurmaq,  ad,  dərəcə 
almaq,  yüksək  vəzifə  tutmaq  üçün  əyrilik,  satqınlıq  etməkdən  uzaq  olub,  düzlük, 
doğruluq, halal əmək seviblər. Başqasının tikəsini ələ keçirmək üçün onun üstünə 
tüpürüb  sahibini  iyrəndirmək,  başqasının  yaxşı  işini  öz  adına  çıxmaq  və  s.  kimi, 
zəmanəmizdə  rast  gəldiyimiz  yaramazlıqları  ağıllarına  da  gətirməyiblər,  Onların 
ruhu  həqiqətlərdə,  insanlıqda,  nağıllarda,  atalar  sözlərində,  qəlblərdə,  istəklərdə 

90 
 
yaşayır,  xalq  tərəfindən  yaşadılır.  Onlar  doğrudan  da  ölməzdirlər  və  doğruçu, 
zəhmətkeş,  tamahsız,  geniş  ürəkli  və  s  kimi  insani  sifətli  nəvə-nəticələrinin 
simasında yaşayırlar. 
Bu yozumlar üçün biz tələsməmişik. Bunun üçün 30 il  ərzində Qobustanda 
onlarca  abidədə  qazıntı  aparmışıq,  eyni  bir  qaya  üzərindəki  qədim  şəkil  və 
səhnələrə  dəfələrlə  tamaşa  etmiş,  düşünmüşük.  Biri  birinə  zidd  çıxan  nəticələr  və 
dəlillərin 
həyatiliyi 
haqda  düşünmüş,  çalışmışıq  ki,  olub  keçmişləri 
təsəvvürümüzdə  tələsik,  şəxsi  istəyimiz  baxımından  yox,  tarixi  dövrün  tələbinə 
uyğun, həyatiliyi nöqteyi-nəzərdən canlandıraq. 
* * * 
Qədim  qayaüstü  təsvirlər  dünyada  müxtəlif  regionlarda,  tarixin  müxtəlif 
mərhələlərində    yaranmış  və  qədim  tarixin  şahidləri  kimi  saxlanmışdır.  Biz  qeyd 
etmişdik ki, qayaüstü təsvirlərin meydana   gəlməsi həyat, həyati zərurətlə, insanın 
tarixi  dövrlər  ərzində  dünyəvi  görüşləri  və  təsərrüfat  həyatı  ilə  bağlı  olmuşdur. 
Bəli, bu, qayaüstü   təsvirlərin  yaradılması  məqsədinə  ümumi    yanaşmadır. Lakin 
onun bilavasitə nə  məqsəd güdməsinin izahında fikir ayrılıqları, müxtəlif   izahlar   
mövcuddur.   Bu   müxtəliflik  özünü qayaüstü təsvirlərin  niyə  bəzən, deyək  ki,  
2000-2500 metr yüksəklikdə, ibtidai adamlar üçün çıxılması çətin   olan   yerlərdə,   
yaşayış    düşərgələrindən  çox-çox  uzaqlarda,    mağaraların    qaranlıq  zallarında,  
qayaların  əlçatmaz  hündür  sahələrində,  dar,  keçilməz  aralarında  çəkilməsinin 
izahında  özünü  göstərir.  Bunlarla  yanaşı  bizim  Qobustanımızda  qədim  qayaüstü 
təsvirlər  qədim      insan    düşərgələri  daşaltı      sığınacaqların  divarlarında,  düşərgə  
ətrafında, heç bir çətinlik çəkmədən   yaxınlaşması mümkün olan daşlar üzərində, 
hətta ocaq qırağındakı kiçik daşlar üzərində də çəkilmişdir. 
Bütün  bunlara  görə  qayaüstü  təsvirlərin  meydanagəlmə,  çəkilmə  səbəbləri 
hələ də çox tədqiqatlar tələb edir. 
Qədim qayaüstü təsvirlərin varlığı bizə ümumən məlumdur. Onların minillər 
bundan  qabaq  yarandıqlarını  bilirik.  Təsəvvür  edək  ki,  bu  biliklərimiz  böyük  bir 
dağ  massivinin  yaxınlığında  durub  5-10  km  məsafədən  görünən  dağın    yaşıl 
görünməsi  səbəbinin  meşə      ilə      örtülü      olmasını      bilməyimizə      bərabərdir. 
Qədim  qayaüstü  təsvirlər  kolleksiyasındakı  şəkil  və  səhnələrin  ayrı-ayrılıqda  nə 
üçün çəkildiyi, nə demək olduğunu bilmək  isə,  bu  baxımdan,  uzaq məsafədən o 
meşədə hansı ağacların bitdiyini, ayrı-ayrılıqda görüb seçməyə bərabərdir. Əlbəttə, 
qeyd  etdiyimiz  kimi  əgər  bu  niyələri  öz  bildiyi,  düşündüyü,  bacardığı  kimi  izah 
edənlərin  fikirlərini  birbaşa  filan  alim  belə  deyibsə  onu  sən  də  öz  süzgəcindən 
keçirmədən,  olduğu  kimi  ya  qəbul  edir,  ya  da  əks  cərəyanla  həmrəy  olub  inkar  
edirsənsə  qədim    qayaüstü  təsvirlərin  yaranma  səbəbləri  haqda  izahının  ən  çox 
yayılmışı,  ovsunçuluqla      bağlıdır.  Başqa  qrup  alimlərin      konsepsiyasına,  görə 
ovsunçuluq  qayaüstü  təsvirlərin  nə  meydana  gəlməsinə,  nə  də  rəssamlığın  və 
nəqqaşlığın  inkişafına  səbəb  olmamışdır.  Onlara  görə  qayaüstü  təsvirlər  heç  bir 
mistik  və  dini  oyanmalar  nəticəsi  deyil,  insanların  təbiətən  təsviri  sənətə  meyilli 

91 
 
olmasının, həyatla bağlı, həyati görüşlərinin nəticəsidir. Biz də sonuncu konsepsiya 
ilə razılaşırıq. 
Uşaqlıqda  hər  kəs,  əli  bir  təhər  qələm  tutan  uşaq  da  ilk  əvvəl  qələmini 
cızma-qara  şəkillər  çəkməyə  yönəldir,  çəkdiyi  eybəcər  şəkillərdə  anasını,  atasını, 
özünü,  bacı  və  qardaşını  görür.  Quş  çəkir,  heyvan  çəkir,  meyvə  ağacı  çəkir... 
dairədən şüa saçan günəş təsvir edir və s. Mən özüm də, əminəm ki, oxucuların da 
100% olmasa da 99 faizi, hərf öyrənməzdən qabaq belə şəkillər çəkmişik. Əlbəttə, 
5-6  yaşlı  uşağın  bu  kimi  əyri-düz  çəkdiyi  rəsmləri  ovsun  və  ya  dinlə  bağlamaq   
ağıla   sığan   deyil. 
Qayaüstü  təsvirlərlə  yanaşı  qədim  insanlardan  yadigar  qalmış  abidələr 
sırasında  daşdan,  gildən  metaldan  və  s.  hazırlanmış  kiçik  fiqurlar,  modellər, 
heykəlciklər  kimi  qədim  incəsənət  abidələri  də  diqqəti  cəlb  edir.  Bunların  da 
yaranma  səbəbləri  və  izahı  çox  vaxt  eyni  ilə  qayaüstü  təsvirlərə  olan  fikirlərə 
uyğunlaşdırılır,  makiya  (ovsun) ilə  bağlanır. Makiya  tərəfdarları qədim insanların 
demək  olar  ki,  bütöv  hərəkət  və  əməllərini  ovçuluqla  bağlı  ovsunçuluq  hərəkəti 
hesab  etməklə,  necə  deyərlər,  məsələni  birbaşa,  zəhmətsiz  «həll  etmiş»  olurlar. 
İnandırıcı  olmaq  üçün  ovsunçuluğun  təbliğ  etdiyi  şəksiz  inamdan  da  istifadə 
edirlər. 
Ovsunçuluq  insanların  sonradan,  həyat  şəraitinin  ağırlaşması  nəticəsində 
axtardığı çıxış, yaratdığı istəkdir. Ov obyektinin istənilən qədər çox olduğu bolluq 
şəraitində  ov  heyvanını  ovsunlamaq  ovçuların  ağlına  çətin  ki,  kələydi.  Bir  də 
qayaüstü təsvirlərin çoxunun məzmunu etibarilə, nə ovsunçuluq, nə də totem kimi 
yaranmasını  iddia  etmək  çətindir  (yırtıcının  ot  yeyən  heyvana  hücumu,  gəminin 
burnunda günəş şəkli çəkmək, öküzün tələyə düşməsi və s. səhnələr). 
Mən  nə  qayaüstü  təsvirlər,  nə  də  plastik  abidələr  haqda  deyilənlərin 
ucdantutma  hamısını  inkar  etmək  fikirində  deyiləm.  Demirəm  ki,  qayaüstü  və  ya 
plastik  abidələrin  heç  biri  dinləmi,  ovsunçuluqlamı,  rəvayətlərin  kökü  iləmi  bağlı 
ola bilməz. İstəyirəm ki, oxucular da və sözsüz ki mənim bu fikirlərimə qarşı nizə 
çevirəcək həmkarlarım da mənim dediklərimi deyilənlərə qarşı şəkk sayaraq götür-
qoy  etsinlər,  məntiqi  cəhətdən  mümkünlüyünə  fikir  versinlər.  Mənə  görə,  hər 
deyilənin  düzlüyünə  kor-koranə  inanmaq,  şəksiz  inanmaq  fanatikliyə  gətirib 
çıxarır.  Mən  elmdə  fanatizmi  görmək  istəmirəm.  Elmdə  məntiq  tərəfdarıyam. 
Əlbəttə,  min-min  illər  bundan  qabaqkı  hər  hansı  bir  abidəni  yaratmış  insanın  hər 
abidə  üçün  ayrılıqda  nə  düşündüyünü  olduğu  kimi  tapmaq,  yozmaq  çox  çətindir. 
Lakin  bunun  üçün  baş  çatladıb  fikir  demək  (qədim  adamın  fikrini  «oxumaq») 
lazımdır. Bu elmdir və o vaxt əsl elmdir ki, izahı məntiqi, inandırıcı, həyati olsun. 
Söylədiyi fikirləri əks fikir və şəklərdən qoruya bilsin. 
Mən  hesab  edirəm  ki,  tədqiqatçı  bir  abidənin  dövrü,  yaranma  səbəbi  və 
mənası  haqda  fikir  söyləmək  üçün  (özü  də  yeni  fikir)  oxşar  abidələr  haqda 
söylənmişlərlə  yanaşı  deyəcəyi  fikrin  həyatiliyini  də  öyrənməli,  bu  fikrin 
doğruluğuna özü əmin olmalıdır. 

92 
 
Yuxarıda,  Qobustan  qayalarındakı  qədim  kişi  təsvirlərindən  söz  açanda 
göstərmişdik  ki,  başı  sıxıntıvari  verilmiş,  qamətli,  qıçı  dizdən  aşağısı  qabarıq 
əzələli, çiyinlərində kaman, əllərində ox, belləri kəmərçinli kişi təsvirlərinə yalnız 
Böyükdaş dağının yuxarı  səki sahəsinin daşları üzərində rast gəlinir. Bu tip insan 
təsvirləri  Yazılıtəpədə,  Kiçikdaşda,  eləcə  də  Böyükdaşın  aşağı  səki  sahəsində 
yoxdur.  Yazılıtəpədə  bu  tip  kişi  təsvirlərinin  olmaması  sözsüz  ki,  buradakı 
kolleksiyanın onlardan çox cavan olması ilə əlaqədərdir. Bəs Kiçikdaşda bu tip kişi 
şəkilləri niyə yoxdu? Orada onlardan daha qədim də cavan da şəkillər var. Bu da 
bir    yana,  elə  Böyükdaş  dağının  özündə,  onun  yuxarı  hissəsi  üçün  bu  tip  kişi  
təsvirlərinin  səciyyəvi  olduğu  halda,  onlardan  300-400  metr  alçaqda,  dağın 
ətəyində  (aşağı  səki  kimi  qeydə  alınmış  hissəsində),  minlərlə  qədim  şəkillər 
arasında  onlar  yoxdur.  Çox  maraqlıdır,  deyilmi?    Bu  sualın  niyəsinə  mən  hələlik 
cavab  verə  bilmərəm.  Çox  maraqlı  və  qəribə  vəziyətdir.  Bu  sualın  cavabı  xüsusi 
tədqiqat  tələb  edir.  Mənim  isə  buna  hələlik  nə  vaxtım,  nə  də  imkanım  olmayıb. 
Əlbəttə,  özünü  Qobustan  rəsmlərinin  bilicisi  kimi  göstərən  bəzi  «tədqiqatçılar» 
kimi mən də bu məsələnin izahı ilə əlaqədər bir fikir  (əyri-düz) söyləyə bilərdim. 
Bu  izah  tamam,  səhv  olsaydı  da  30  il  Qobustanda  tədqiqat  aparan  adam 
olduğumdan hamı  ona inanardı. Lakin əgər   deyəcəyim fikrin həyatiliyinə mənim 
özümdə tam inam yaranmayıbsa tələsmək nəyə gərək? Mən belə edə bilmərəm. 
Qobustan  abidələri  Azərbaycan  xalqının  keçmişi,  adət-ənənələri,  qədim 
mədəniyyəti  və  incəsənətinin  köklərini,  Şərqi  Azərbaycanda  keçmişin  heyvanat 
aləmini, bitki örtüyünü, bu ərazidə geoloji və coğrafi dəyişiklikləri öyrənmək üçün 
gözəl mənbə, dilsiz məxəzdir. Bu (mənbədən istifadə etmək, bu məxəzi dindirmək 
üçün Qobustan qayaları üzərindəki qədim şəkilləri oxumaq lazımdır. Ona görə də 
bu daş kitablar tək alimləri, tarixçi arxeoloqları deyil, hamını maraqlandırır. Nəinki 
respublikamızda, ondan xaricdə də Qobustanla maraqlananların sayı çoxalır. 
Son  illər  Qobustan  abidələri  və  onların  tədqiqinə  aid  tədqiqatçılarla  yanaşı 
mətbuat  səhifələrində,  eləcə  də  elmi,  elmi-publisistik  ədəbiyyatda  da  tarixçilərin, 
sənətşünasların, jurnalistlərin və həvəskarların Qobustan haqqında çoxlu məqalə və 
yazılarına  rast  gəlmək  olur.  Qobustan  radio  dalğalarında  eşidilir,  televiziya 
ekranlarında görünür. Bütün bunlara Qobustan abidələrinə marağın, ona hörmətin, 
ona verilən  qiymətin təzahürü  kimi  baxmaq lazımdır. 
Bu,  əslində  çox  yaxşıdır  ki,  xalqımızın  kimliyi,  kökü  haqqında  tariximizin 
daş  səlnaməsinə  diqqət  bu  qədər  artıqdır.  Lakin  Qobustana,  onun  qayaüstü 
təsvirlərinin  izahına  həsr  edilən  yazılarda  bəzən  səhvlərə,  qeyri-həyati  izahlara  da 
təsadüf olunur. Əlbəttə, neçə minillik tarixə malik abidələrin sirlərini yozarkən hər 
şeyi olduğu kimi görmək, heç bir səhvə yol verməmək mümkün deyil. Lakin səhv 
də var səhv də. Səhv var səndən, sənin izah etmə imkanından kənar məlumata aid 
olsun,  səhv  də  var  heç  özünə  əziyyət  vermədən,  axtarmadan,  götür-qoy  etmədən 
ağlına  necə  gəldi elə də  yazıb səhv edəsən. Dözülməz odur ki bəzi  məqalələr elə 
məqalə  yazmaq  xatirinə  yazılır,  Qobustan  haqda  eşitsə  də  onun  haqqında 

93 
 
mütəxəssis,  tədqiqatçı  axtarmadan,  Qobustanın  bilmədən,  öyrənmədən  yazılır. 
Qobustan şəkillərinin izahı və tarixi həyati faktların ziddinə olsa da müəllifin istəyi 
baxımından  şərh  edilir,  saxtalaşdırılır,  əfsanəyə  çevrilir.  Bizə  görə  qələmə  alınan 
vaxt üçün hər hansı bir izahda buraxılmış səhvi görməmək imkan xaricində olubsa 
o  əslində  səhv  deyil,  açılmamış  sirri  yada  salmaqdır.  Bir  də  var  əlində  imkan, 
məlumat  ola-ola,  həyati  məntiqilikdən  istifadə  etmədən,  özünə  əziyyət  vermədən, 
araşdırmalar aparmadan edilən səhvlər, bu dözülməz və zərərlidir. 
Birinci  hal  üçün.  İ.  M.  Cəfərzadənin  əsərlərində  iddia  edilir  ki,  ölçücə  iri, 
təbii ölçülü və ya bu ölçüyə yaxın insan və heyvan şəkilləri daha qədimdir. Onun 
ilk əsərlərində ən qədim təsvirlərin tarixi də xeyli cavan verilir və neolitdən qabağa 
hesab olunmur. Bizim Qobustanda apardığımız arxeoloji qazıntılar isə göstərir ki, 
şəkillərin daha qədim, ya gec olmağı üçün onların ölçüsü şərt deyil və Qobustanda 
həyat  Neolitdən  çox-çox  qabaq,  orta  Daş  dövrünün  əvvəllərindən,  (son  illərin 
tədqiqatlarına  görə  isə  bəlkə,  də  üst  Paleolitdən)  başlayır.  Mən  bu  haqda  İshaq 
müəllimin  («Qobustan».  Bakı,  Elm,  1973)  kitabına  yazdığım  rəydə  demişəm. 
Lakin  oradaca  göstərirəm  ki,  bu  «səhvlər»  İshaq  müəllimin  səhvləri 
sayılmamalıdır. Çünki,  o vaxtlar o öz fikirlərini ümumi  ədəbiyyat  və  mülahizələr 
əsasında söyləmişdi. Onun əlində bizim apardığımız  geniş  arxeoloji  qazıntıların 
verdiyi nəticələr yox idi. 
İkinci hal-üçün. 1992-ci ildə İncəsənət İnstitutunun hazırladığı «Azərbaycan 
incəsənəti»  kitabı  çapdan  çıxıb.  Sözsüz  ki,  burada  Qobustana  yer  verilməsi  lazım 
idi və adi haldır.  . 

, ' 
Kitabın  15-ci  səhifəsində  «Kromlexlər»  bəhsindən  söhbət  gedir.  Göstərilir 
ki, «Qobustanın, Böyükdaş adlanan   hissəsində (?)  qayalıqların ətəyində, nisbətən 
düzənlik sahədə belə bir abidə var, diametri 21 metrdir, mərkəzində də tək daş var, 
ətrafına isə çevrə şəklində daşlar qoyulmuşdur». Sonra qeyd olunur ki, «hələlik bu 
abidənin  daxilində  və  ətrafında  arxeoloji  qazıntı  aparılmadığından  onun  haqqında 
ətraflı danışmaq mümkün deyil». 
Nə  deyim?  Mənim  Qobustanda,  xüsusən  də  Böyükdaş  dağında  başına 
dəfələrlə  dolanmadığım  daş  yoxdu.  Lakin  diametri  21  metr  və  ortasında  tək  daş 
dayanmış, kromlex tipli abidə tanımıram. Qobustanda Böyükdaşda da Kiçikdaşda 
da  hörgü  ilə  hasarlanmış  sahələr  çoxdur,  qədimləri  də,  cavanları  da  var.  Lakin 
onlar  çəpər,  xalxal  tipli  hasarlardır,  hörgüləri  də  yerin  üstündə  aydın  görünür. 
Onların heç biri arxeoloji ədəbiyyatda kromlex adlanan abidələrdən deyil. Kromlex 
adətən  qəbir  ətrafı  və  dini  yerlərin  ətrafında  dairəvi  daş  düzümləri  kimi  səslənir. 
Qobustanda  arxeoloji  qazıntılarla  tədqiq  etdiyimiz  30-dan  çox  kurqan  qəbirlərin, 
demək olar ki, hamısı kurqanların -iri-xırdalığından asılı olaraq 5-dən 10-12 metrə 
qədər  diametri  olan  kromlexlə  -  dairəvi  daş  düzümü  ilə  əhatə  olunmuşdur  (2-ci 
tablo,  şəkil  B).  Kromlex  tipli,  çox  iri  diametrli  dairəvi  daş  düzümlərindən  ibarət 
abidələr  Qobustanın  içərilərində,  Qaynarça  deyilən  yerdə  (Böyükdaşdan  25  km 
qərbə),  Sofu  Novruz  piri  yanında  və  Qoçbulaq    ətrafında  da  var.  Bəli,  Böyükdaş 

94 
 
dağının  şimal-şərq  ətəyində,  düzdə  də  kromlex  formalı  bir  abidə  var.  Əslində 
«Azərbaycan  incəsənəti»  kitabında,  görünür  bu  abidə  nəzərdə  tutulur.  Lakin 
«Dairə» yaşayış yeri adlandırdığımız bu abidənin diametri 21 metr yox, bir tərəfdə 
45,  onu  kəsməklə  isə  50  metrdir.  Bu  abidənin  ortasında  da  deyilən  kimi,  nəzərə 
çarpacaq  xüsusi  daş  yoxdur.  Ən  əsası  da  budur  ki,  1969  və  1970-ci  illərdə  tarix 
elmləri  namizədi  F.  M.  Muradova  ilə  bu  abidənin  cənub  və  şimal  sektorlarında 
geniş arxeoloji qazıntı aparmışıq. Qazıntının nəticələri F. Muradovanın «Qobustan 
Tunc dövründə» adlı  namizədlik dissertasiyasının  materiallarının  yarısını  verib və 
1979-cu ildə eyni adlı monoqrafiyada çap olunub. 
Oxuculardan üzr istəyirəm, məni maraqlandıran və ən çox narahat edən odur 
ki,  kitabın  müəllifləri  arasında  Qobustan  abidələrinin  izahına  xüsusi  kitablar  həsr 
etmiş,  məqalələr    yazmış,  doktorluq  dissertasiyasında  Qobustan  abidələrinə  fəsil 
ayırmış adam, sənətşünaslıq elmləri doktoru N. Rzayev ola-ola belə diqqətsizliyə, 
faktlara  biganəliyə,  Qobustana  hörmətsizliyə  niyə  yol  verilmişdir?  Axı,  N. 
Rzayevdə  F.  Muradovanın  kitabı  da  var,  özü  də  Qobustanda  apardığımız  bütün 
tədqiqatlardan xəbəri də. 
Bu  sətirləri  yazmaqla  mən  Qobustan  haqda  qələm  çalmağı  heç  kəsə  irad 
tutmaq  fikrində  deyiləm.  Lakin  onda  da  olmur,  necə  deyərlər  biri  bir  quyuya  bir 
daş atır, on beşi çəkib çıxara bilmir. Bir də görürsən biri Qobustan haqda yazdığı 
adi  məlumatların içində özündən ad (deyək ki,  «Çobanlar  zağası») işlədir. Həmin 
alimin işində getmiş, deyək ki, təsadüfi və ya makinaçı tərəfindən Ovçular zağası 
əvəzinə «Çobanlar zağası» yazılması nəticəsində buraxılmış bu səhvi başqaları da 
təkrar edir, kitaba salır. Elə bil Herodotdan və ya Strabondan sitat gətirilir ki, əyri-
düzlüyünü  yoxlamaq  mümkün  də  deyil.  Əlbəttə,  səhvdir  olub.  Bəs  mən  niyə 
ağardıram? Çünki yuxarıda dedim səhv də var səhv də. Bir dəfə yay vaxtı şübhəli 
olduğum bir təsvirdə  elementi dəqiqləşdirmək  üçün  Qobustanda  idim. Qobustana 
gələn  çox  idi.  Qobustan  qoruğunun  işçiləri  gələnlərə  ekskursiyalar  aparırdılar. 
Marşrutdan  qayıdan  bir  dəstə  mənimlə  qarşılaşdı.  Ekskursiya  aparıcısı  mənimlə 
salamlaşıb  qruppaya  təqdim  etdi:  «Uşaqlar,  tanış  olun  sizə  dediyim  Qobustan 
abidələrinin tədqiqatçısı Cəfərqulu müəllimdir». Sonra bir tələbəyə üz tutub: «İndi 
sizin  soruşduğunuz  zağanın  yerini  bilərik,  Qobustanda  nəinki  zağaların  hətta  hər 
bir  daşın  yerini  bilir,  onları  tədqiq  edir,  öyrənir»,  -  dedi.  (Məlum  oldu  ki, 
tələbələrdən  biri  tənəzzöhçüdən  «Çobanlar  zağası»nı  soruşub,  o  isə  bilməyib  və 
hesab  edib  ki,  bəlkə  mən  onu  qeydə  alsam  da  hələ  ekskursiya  marşrutuna  daxil 
etməmişəm).  Sonra  məndən  «Çobanlar  zağası»nın  yerini  soruşdular.  Mən 
fikirləşmədən: «Qobustanda bu adda mağara qeydə alınmayıb» - dedim. Sual verən 
tələbə qürurla, döşünü irəli verib: «Necə yoxdu, müəllim, kitabda var. Kitab yalan 
yazmır  ki,  yəqin  siz  bilmirsiniz»  -  deyir.  Dəstədə  bir  canlanma  əmələ  gəldi, 
üzlərindən  «bu  da  Qobustanın  tədqiqatçısı,  onun  ən  yaxşı  bilicisi»  istehzası 
oxundu. 

95 
 
Oxucu mənim vəziyyətimi təsəvvür edər. Deməli, «Çobanlar zağası» sözünü 
kitaba  salan  «müəllif»  (bəlkə  də  heç  Qobustanda  olmayıb  və  ya  elə  bu  tələbələr 
kimi  cəmi  30  dəqiqə  -  bir  saat,  elə  bu  marşrutda  olub)  Qobustanı  məndən  yaxşı 
bilir... Mənim deməyə sözüm qalmır. 
Bəzən Qobustana gələnlər çox olanda və qoruğum inciləri çatışmayanda və 
ya dəstədə  məni  tanıyan elm, incəsənət  və  mədəniyyət işçiləri olub  məndən  xahiş 
edəndə  və  bu  kimi  hallarda  və  s.  mən  özüm  də  həvəslə  ekskursiyalar  aparır  və 
açığı,  adamlara  xidmət  etməyimdən  ləzzət  alıram.  Çünki  öz  tədqiqatlarımın 
nəticəsini  təbliğ  etməyə  imkan  yaranır,  həm  də  belə  qruplar  adamı  diqqətlə 
dinləyir, bu özü də tədqiqatçı üçün böyük hörmətə çevrilir... nə isə, sözüm onadır 
ki,  bir  də  görürsən  kimsə  müxtəlif  kitab  və  mətbuatdan  oxuyub  eşitdiyi  (axı  indi 
Qobustanla maraqlanan, onu oxuyanlar çoxdur) hansısa müəllifin əyri-düz izahı ilə 
əlaqədar  suallar  verir.  Suallar  çox  vaxt  adi  suallar  olsa  da  bəzən  kabinet 
tədqiqatçılarının qeyri-həyati və qeyri-məntiqi izahlarının nəticələrinə əsaslanır. Bu 
cür  suallar  bəzən,  qısa  izah  verilmiş  ekskursiya  mətni  əsasında  hazırlığa  malik 
ekskursiya  aparıcılarını  da  çaş-baş  sala  bilir.  Belə  olduqda  Qobustan  haqda 
uydurma izahlar, əsassız tarixlər və s. səhv fikirlər də yayılır ki, bunlar xalqımızın 
qədim mədəniyyətinə hörmətsizlikdir. 
Bir-iki  dəlilə  müraciət  edək.  Yuxarıda  qeyd  etdim  ki,  Qobustan  haqda 
yazılar  çoxdur  və  getdikcə  çoxalır.  Onların  əksəriyyəti  jurnalistlər,  qonaqlar, 
Qobustan  haqda  yazan  ziyalı  və  tələbələr  tərəfindən  qələmə  alınır.  Bu  kimi 
yazılarda  gedən  səhvlər  xırda olur,  gözə  görünmür, elmi-izahi  səhvlər olmur. Bir 
də  var  Qobustan  abidələrinə  elmi  izah  vermək  baxımından  yazılar  ki,  dediyimiz 
kimi  bu  sahədəki  səhvlərlə  razılaşmaq  düz  deyil.  Götürək  elə  yuxarıda  qeyd 
etdiyimiz  «Azərbaycan incəsənəti»  kitabını. Orada 20-23-cü səhifələrdə Qobustan 
qayaüstü  təsvirləri  haqda  bəhs  edilir.  Bu  hissənin  hörmətli  Nəsir  Rzayev 
tərəfindəm yazıldığına heç bir şübhəmiz yoxdur. Buradakı fikir və yozumlar onun 
«Əsrlərin  səsi»  (1974),  «Möcüzəli  qərinələr»  (1984),  «Qayalar  danışır»  (1985), 
«Əcdadların  izi  ilə»  (1992),  ««Зарјa  искусства  Азербајджана»  (1993)  kimi 
kitabları  və  bir  sıra  məqalələrindəki  fikir  və  yozumların  eynidir.  N.  Rzayevin 
incəsənətşünas  alim  kimi  Qobustan  qayaüstü  təsvirlərinə  müraciət  etməsi,  ixtisası 
baxımından  bu  abidələr  haqda  fikir  söyləməsi  təbiidir  və  xalqımızın  qədim 
mədəniyyət  və  incəsənət  abidələrinə,  Qobustan  qayaüstü  təsvirlərinə  müraciət 
etməyə  onun  tam  haqqı  var.  Lakin  Qobustana,  onun  qədim  qayaüstü  təsvirlərinin 
izahına  həsr  edilmiş  məqalələr  elə  məqalə  yazmaq  xatirinə  yazılırsa,  bu  izahlar 
müəllifin  istəyi  ilə  tarixi  və  həyati  faktların  ziddinə  şərh  edilirsə,  saxtalaşdırılırsa 
belə  izahların  müəlliflərinin,  lap  elə  N.  Rzayevin  özünün  də  tədqiqatçı   
adlandırılmağa   hüququ  qalmır. 
Qobustan  qayaüstü  təsvirləri  haqda  deyilənlər,  söylənən  fikir  və  izahların 
hamısının  əyri-düzlüyündən  söhbət  açmağa  nə  ehtiyac  var,  nə  də  vaxt  və  həcm 

96 
 
imkanı.  Lakin  yuxarıda  dediklərimizlə  əlaqədar  bir  neçə  məqamları 
aydınlaşdırmağı lazım bilirəm. 
Qobustanda  ən  qədim  şəkillərin  bir  hissəsini  döşləri  və  baldırları  qabarıq 
verilmiş qadın təsvirləri təşkil edir. Onlarda nəslin davametdiricisi ana təsvir edilir 
və rəmzi məna daşıyır. 
Qobustanın  ana  rəmzi  ifadə  edən  qadın  təsvirlərinin  oxşarı  daha  qədim 
dövrlərə aid edilən qadın heykəlcikləri Paleolit düşərgələrindən məlumdur. Qədim 
dövrlərin  tədqiqi  ilə  məşğul  olan  heç  bir  alim  -  arxeoloq  bu  şəkillərin  və 
heykəlciklərin  qadını  təsvir  etdiyinə  şübhə  etmir.  Qeyd  edək  ki,  Qobustanda 
«Kənizə»  düşərgəsindən  arxeoloji  qazıntılar  zamanı  qadın  şəkillərinin  tam  oxşarı 
olan qadın heykəlcikləri də tapılmışdır. 
N.  Rzayev  doktorluq  dissertasiyasının  2-ci  fəslində  qədim  Qobustan 
şəkillərini  incəsənət  baxımından  izah  edərkən  yeni  bir  fikir  söyləmək  xatirinə 
Böyükdaş  dağı  yuxarı  səki  sahəsində  78  №-li  daşdakı  qadın  təsvirlərini  «bələk»  
(«mumiya»)  şəkli  kimi vermiş, az  sonra   isə  «Qobustan» toplusunun    1970-ci  il   
1-ci  nömrəsindəki məqaləsində öz səhvini etiraf etsə də qadın şəkilləri üçün yeni 
məna  axtarmış,  onları  və  bütün  insan  təsvirlərini  heyvan  dərisindən  düzəldilmiş 
gizləncəklər hesab etmişdir. O, yuxarıda göstərilən əsərləri və başqa işlərində də bu 
izahı dönə-dönə təkrar edir. Gəlin Nəsir müəllimin qalın təsvirlərindən düzəltdiyi 
«gizləncəklərin» mahiyyəti ilə tanış olaq və məntiqi olaraq   onların   həyatiliyinə   
fikir      verək.  N.  Rzayev      yazır      ki,      ovlanacaq      heyvana        yaxınlaşmaq  üçün 
«ovçular  içalatı  təmizlənmiş  heyvan  cəmdəklərini  günün  altında  qurudur,  sonra 
cəmdəyin  mərkəzinə  şaquli  vəziyyətdə  uzun  bir  ağac  bənd  edərək  onun  da  ucuna 
heyvan başı keçirirmişlər. Qədim ovçu  həmin ağacdan  yapışıb heyvan cəmdəyini 
öz qarşısında qalxan kimi tutaraq ov edəcəyi heyvana asanlıqla  yaxınlaşır və onu 
qəfildən oxla vururmuş» («Qayalar danışır», səh. 11). 
N.  Rzayev  öküz  təsvirlərinin  hədəf,  nişangah  olduğunu  iddia  edir  (bu  fikir 
başqalarında  da  var).  Deməli,  belə  çıxır  ki,  qədim  qobustanlılar  əsasən  öküz 
ovlayırmışlar, özü də nizə və oxla öküz  rəsmi üzərində sərrast atmaq üçün məşq 
keçir,  heyvan,  yəni  öküz  (söhbət  öküz  ovundan  gedir,  o  bir  dəfə  də  olsa,  qədim 
Qobustanda  əsas  ov  obyekti  olmuş  nə  gurun,  nə  də  ceyranın  adını  çəkir) 
ovlayırmışlar.  Onlar  vəhşi  öküz  sürüsünə  yaxınlaşmaq  üçün  qurudulmuş  öküz 
cəmdəyinə  (müqəvvasına)    girir  və  onlara    yaxınlaşıb  yaxın  məsafədən  oxla  
«öldürücü»  zərbə  endirirmişlər.  Bu  və  buna  oxşar  izahların  elementlərinə  onun, 
bütün  əsərlərində  rast  gəlinir.  O  bu  fikirlərini  xüsusi  genişliyi  ilə  izah  edir  və  ilk 
baxışda oxucuda belə cəfəngiyatlara inam yaradır. 
Gəlin  bu  fikirləri  məntiqin  süzgəsindən  keçirək.  Bizim  Qobustanın  daşaltı 
düşərgələrində  apardığımız  arxeoloji  qazıntıların  nəticələri  göstərir  ki,  qədim 
Qobustanda (Mezolit dövrü)  əsasən ceyran və  gur ovlanmışdır. Bu dövrün sümük 
qalıqlarının 80%-i «Ana zağada» da heyvanlara, ən qədim düşərgə - Qayaarasında 
isə  95%-dən  çoxu  ceyrana  aiddir.  Qazıntılar  zamanı  tək-tək  öküz  sümüklərinə  də 

97 
 
rast  gəlinmişdir.  Lakin  onlar  əsasən  qarışıq  təbəqələrdən  və  sonrakı  dövrlərin 
abidələrindən tapılmışdır. Deməli, öküz qədim Qobustanda heç də əsas ov obyekti 
olmamışdı.  Qobustanda  yalnız  Böyükdaş  dağı  yuxarı  səki  sahəsindəki  45  №-li 
daşın  şimal  üzündə  yay-oxla  (hələ  öz  izahı  və  tarixinin  dürüstləşdirilməsini 
gözləyən) öküz ovu səhnəsi var. Lakin N. Rzayev Qobustanda Kiçikdaş dağında 18 
№-li  daşda  da  öküzlərin  ox  və  kamanla  ovlandığını  göstərir  («Qayalar  danışır», 
səh. 10). 
Qəribədir,  Kiçikdaş  dağında  18  №-li  daşda  öküzün  ox  və  kamanla 
ovlanması  haqda  məlumatı  N.  Rzayev  görəsən  haradan  alıb?  Axı,  Nəsir  müəllim 
əvvələn ümumiyyətlə Qobustanda olmayıb, xüsusən də Kiçikdaşda və 18 №-li daşı 
görməyib. İkincisi,  18 №-li daşın nə fotosu, nə də estap surəti çıxarılmayıb və heç 
yerdə də çap olunmayıb. Üçüncüsü də Kiçikdaş dağı 18 №-li daşda öküz şəkilləri 
var,  lakin  onlara  heç  kəs  ox  atmır...  N.  Rzayev  göstərir  ki,  Qobustanın  bu  dövr 
(Mezolit) böyük öküz rəsmlərində nizə və ox izləri indi də görünür. Mən bilmirəm 
o hansı öküz təsviri üzərində nizə və ya ox izi görüb, özü onu naturada görübmü? 
Mən  30  ildən  çoxdur  Qobustan  qayaları  arasında  öküz,  təsvirlərinə  tamaşa 
etmişəm, lakin öküz təsvirləri üzərində nizə və ox zərbəsinin yerini görməmişəm. 
Görünür  savadsız  və  azsavadlı  kəndlilərin  bildiyi  adi  həyat  qanunlarını  N. 
Rzayev bilmir. Yəni o bilmir ki, öküzün diri çəkisi 300-400, dərisiz təmiz əti 120-
150 kq və daha çox çəkir. Dərisi də üstə qurudulmuş cəsədi daha ağır olar. Bu cür 
öküz cəmdəyini, elə lap öküzün cəmdəksiz bütöv dərisini belə ovçuya «gizlənsək» 
kimi  gəzdirmək  çox  çətindir  və  onun  içindən  yay-oxdan  atəş  açmaq  da  mümkün 
deyil. Bir də deyək  ki, qədim ovçunun öküzün  cəmdəyini  gəzdirməyə gücü çatdı, 
öküz  sürüsünə  yaxınlaşa bildi, gizləncəkdən də çıxıb öküzü oxla  vurdu. Yox,  heç 
bir qədim qobustanlı ovçu belə ova getməzdi. O, yaxşı bilirdi ki, ibtidai yay-oxun 
zərbəsi  vəhşi  öküzü  öldürə  bilməz,  əksinə,  yaralı  öküz  ovçunu  buynuzuna  taxar, 
ayaqlayıb öldürər. Bunu qədim qobustanlılar da yaxşı bilirdi, elə indiki ovçular da 
bilirlər.  İndinin  özündə  qaban  ovuna  gedən  ovçu  heç  də  qabanla  üz-üzə  gəldikdə 
müasir  ov  tüfəngindən  açacağı  atəşə  tam  arxayın  olmur.  O,  atəşdən  əvvəl,  əgər 
qaban yaralanıb ona cühum edərsə özünü necə müdafiə edə biləcəyini, hansı daşın 
üstünə  çıxacağı  və  ya  ağacın  budağına  qalxacağını  və  ya  cığırdan  necə  kənara 
atılacağını  götür-qoy  edir.  Çünki  az  hallarda  ov  tüfəngindən  sərrast  atılan  güllə 
qabanın ürəyinə çatıb onun hərəkətini dayandıra bilir... 
N.  Rzayev  alman  Bernard  Qrjimekin  fil,  şir,  pələng  üçün  iybilmə 
qabiliyyətini  inkar  etməsinə  isnad  edərək  heyvanlarda  (yəni  Qobustanda  da)  belə 
olduğunu,  onlar  üçün  görmə  qabiliyyətinin  əsas  olduğunu  göstərir.  Aydındır  ki, 
Nəsir müəllim başqasının fikirlərini öz istəyinə uyğunlaşdırmaq yolu ilə belə həyati 
«kəşflər»  edir.  O  bilməlidir  ki,  heyvanlarda  (itdə  və  pişikdəki  kimi  olmasa  da) 
iybilmə  var,  güclüdür.  Körpə  buzovlar  biri-birindən  heç  seçilmədiyi  halda  balası 
ölmüş  inək  onların  heç  birini  yaxına,  əmməyə  buraxmır,  yalnız  üzərinə  öz 
balasının iyi gələn dərisi salınmış buzovu, özü də şübhə ilə yaxın buraxır. Eləcə də 

98 
 
qoyun sürüsündə əmiş vaxtı yüzlərlə bir boyda, bir rəngdə körpə quzunun içindən 
qoyun yalnız öz balasını seçib əmizdirir. 
Nəsir  müəllim  Qobustanın  qadın  şəkillərini  Mezolit  dövrü  ovçularının 
gizlənəcəkləri,  öküz  şəkillərinin  isə  onların  atıcılıq  məşqi  keçirməsi  üçün  hədəf 
kimi çəkildiyini iddia edir və öküz şəkillərini Neolit dövrünə aid edir. Belə çıxır ki, 
Mezolit ovçuları Neolit dövründə  çəkilmiş öküz təsvirləri üzərində  atıcılıq  məşqi 
keçiblər? 
Deyək  ki,  öküz  şəkillərinin  hədəf  kimi  istifadə  edilməsi,  həqiqətə  uyğun 
olması  da,  deyilişdə  məqsədyönlüdür,  ağılabatandır.  Bəs  ovçuları  gizləncəkdə  - 
müqəvvada çəkmək nəyə lazım? Vəhşi heyvanlar qayalardakı şəkillərə baxmırdılar 
ki? Bir də qadın (eləcə də kişi) təsvirlərində hansı heyvanın dərisindən düzəldilmiş 
gizləncəklərdir? N. Rzayevin «gizləncəkləri» bir heyvana oxşamalıdır ya yox? 
Görünür,  N.  Rzayev  Sibir  petroqlifləri  içərisində  ayı,  Afrikada  dəvəquşu 
dərisinə  girmiş  ovçu  şəkillərini  (biz  onlar  haqda  fikir  söyləməyi  lazım  bilmirik) 
görüb  və  Qobustanda  onlara  oxşar  axtarıb.  Lakin  onlarda  ayı  və  dəvəquşu  öz 
görünüşündədir.  İçərisində  ovçu  olması  isə  döş  tərəfində  oxun  ucu  (?)  sayılan 
çıxıntı ilə izah edilir. 
Böyükdaş  dağı  yuxarı  səki  sahəsində  78  №-li  daşdakı,  tədqiqatçı  İ.  M. 
Cəfərzadə tərəfindən şərti olaraq «Yeddi gözəl» adlandırılmış qadın təsvirlərini (4-
cü tablo, şəkil A). N. Rzayev heyvan dərisindən gen şalvarlar geymiş, böyük öküz 
təsvirinə ox atan ovçular sayır. Hesab edir ki, ovçular arxadan görünür və onların 
yönü öküzə tərəf olduğundan irəlidə ox və kaman tutan əlləri görünmür. Sonra da 
onların  kürəklərindəki  alətin  kaman  olduğu  göstərilir  («Qobustanın  sirləri»,  1-ci 
məqalə,  səh.  19).  Maraqlıdır,  əgər  ovçular  doğrudan  da  görünməyən  əlləri  ilə 
öküzə öx atırlarsa (axı, ox kamanla atılır) kürəklərindəki kaman nədir? 
Buradakı  qadın  təsvirlərini  İ.  Cəfərzadə  IV-III,  öküz  təsvirini  isə  VI 
minilliyin əvvəllərinə aid edir. N. Rzayev isə bu öküz şəklinin X-VIII minilliklərdə 
«cızıldığını»  göstərir.   Deməli,   İshaq   müəllimin  səhvini daha da dərinləşdirir. 
Axı,  buradakı  öküz  təsviri  qadın  (Rzayevə  görə  heyvan  dərisindən  gen  şalvar 
geymiş  və  üstündən  sarınmış  kişi  ovçular)  şəkillərindən  sonra  çəkilibdir.  Bunu    
nəinki  şəkilin  özünə  yerində  baxmaqla  yoxlamaq,  elə  təsvirə  kitabda  diqqətlə 
baxmaqla da müəyyən etmək olur. 
Qobustanın  qayaüstü  təsvirlərinin  ən  qədim  tarixini  İ.  M.  Cəfərzadə  ilk 
məqalələrində  eramızdan  əvvəlki  IV,  VI  minilliklərə,  Ovçular  zağasında,  öz 
rəhbərliyi  ilə  apardığımız  qazıntıya  əsasən  isə  VIII  minnillikdən  qabağa  aid 
etməmişdi (Qobustan, 1973). O bu kitabı hazırlayarkən mənim Ana zağada və IV 
daşaltı  sığınacaqda  apardığım  qazıntıların  nəticələri  ilə  tanış  və  mənim  elmi 
rəhbərim  idi.  O  vaxt  İshaq  müəllim  bilirdi  ki,  mən  Qobustanda  Mezolit  dövrü 
düşərgələri  açmışam  və  Qobustanda  həyatın  kökləri  VIII  minillikdən  çox-çox 
qabaqlara,  XII-X  minilliklərə  gedir.  Lakin  o  bunları  öz  adından  deməyi  rəva 
bilməmişdir.  N.  Rzayev  isə  Qobustanın  qədim  tarixinin  Mezolitin  əvvəllərindən 

99 
 
başlanmasının  mənim  zəhmətim  nəticəsində  aşkarlandığını  çox  yaxşı  bilir.  Lakin 
son əsərlərində yazılarını oxuculara elə təqdim edir ki, guya Qobustan təsvirlərinin 
tarixinin Mezolit dövrünə - XIII minilliyə qədər dərinləşdirilməsi onun tədqiqatları 
nəticəsidir. Cəmi bir-iki yerdə adımı çəksə də elə deyir ki, yəni mən də Qobustanda 
şəkillərin  axtarışında  iştirak  etmişəm,  hətta  «Qobustan  muzeyinin  direktoru, 
arxeoloq  C.  Rüstəmovun  Böyükdaşda  tapdığı  marala  hücum  edən  şir  təsviri  oxra 
ilə  boyanmışdır»  yazmışdı.  Əvvələn,  mən  özüm  o  səhnədəki  şəkilləri  tapmışam 
demərəm, çünki onu mənə rəhmətlik Araz dayı göstərib, ikincisi, oradakı təsvirlər 
orxa ilə boyanmayıb, elə rənglə çəkilib. 
Yuxarıdakıları deməklə N. Rzayevin Qobustan abidələri haqqında incəsənət 
baxımından  söylədiyi  başqa  dəyərli  fikirlərinin  də  əleyhinə  çıxmaq  fikirində 
deyilik.  İrad  tutduğumuz  və  qeyd  etmədiyimiz  səhvləri  isə  sözsüz  ki,  onun 
Qobustanı  yalnız  yarımçıq,  dəqiqləşdirilməmiş  yazılar  əsasında,  öz  istəyi, 
quraşdırması  baxımından  yozması  nəticəsidir.  Belə  səhvlər  isə  Qobustanı 
şöhrətləndirmək əvəzinə onun başını aşağı edir. 
Yeri gəlmişkən Qobustan «mədh» edən başqa bir kitab «İşıq» nəşriyyatının 
1974-cü  ildə  buraxdığı  «İnsan,  zaman,  izlər...»  haqqında.  Görkəmcə  çox  gözəl 
tərtib    edilmiş      bu      kitab    əslində      Qobustan      abidələrinə,  xalqımızın  qədim 
mədəniyyətinə hörmətsizlikdir. 
Kitabda  əsas  mətn  kimi  şair  E.  Borçalının  eyni  adlı  poeması  verilmiş, 
xalqımızın  qədim  mədəniyyət  və  incəsənət  abidələri  və  qədim  həyat  tərzinin 
güzgüsü  olan  Qobustanın    qədim  qayaüstü  təsvirləri  poema  üçün  heç  uyğun    
olmayan     illüstrasiya      edilmişdir.     Bizim E. Borçalının şairlik bacarığına  və 
onun poeması bədiiliyinə sözümüz yoxdu. Lakin tədim babalarımızın əl izinin əsli 
olan  Qobustan  təsvirlərinin  hər  hansı  nağıl-poema  üçün  adi  və  izahsız  şəkillərə 
çevrilməsi    qəbahətdir.  Poemada    şairin  Qobustanı  elmi  əsaslarla  bilmədən  mədh 
etmək və bilmədən sahədə ona verilmiş, sifarişi   yerinə yetirmək istəyi Qobustanı 
nağıla çevirməyə gətirib çıxarmış,  xalqımızın qədim   mədəniyyət   və   incəsənət 
abidələri  Məlikməmməd  nağılı    kimi  qələmə  verilmişdir.  Qobustanda  qədim 
qayaüstü təsvirlərin   fotosundan   ibarət   bu   albomda Qobustan  rəsmlərinin izahı 
və tarixi haqqında  məlumat yoxdur. Heç bu qədim   təsvirlərin fotoşəkilləri üçün 
şəkilaltı  yazılar belə  verilməmişdir. Bir də  ki,  şəkilaltı   sözləri   kim  yazacaqdı? 
Məsələ burasındadır  ki, Qobustan fotoalbomunu o vaxt ―Foto nəşriyyat‖  adlanan 
«İşıq»  nəşriyyatının  təşəbbüsü  idə  Qobustan  qoruğu  hazırlayırdı.  Əmək 
müqaviləsinə əsasən albom  0,5 ç.v. həcmində mətnlə müşayiət edilməli idi. 
Qobustan    abidələrini      təbliğ      edəcək      fotoalbomun  lazımı  səviyyədə 
çıxması  üçün  Qobustan  qoruğu  müqavilədə  göstərilən  mətni  də  hazırladı, 
abidələrin  fotosunun  çəkilməsi  üçün  isə  bir  aydan  çox  qoruğun  əməkdaşları  və 
avtomaşını fotoqraf Y. Şamilovun qulluğuna verildi. Lakin iş başa çatdıqda məlum 
oldu  ki,  kitaba    nağıl-poema  da  daxil    edilir.  Qobustan  qoruğu  fotoalboma  onun  

100 
 
hazırlanması  planında    nəzərdə  tutulmamış  nağıl-poemanın  daxil  edilməsinə, 
Qobustan təsvirlərinin nağıla çevrilməsinə qəti etiraz etdi. 
Etiraz    Qobustan  təsvirlərinin    poemada    illustirasiyaya  çevrilməsi  ilə 
nəticələndi.  Bəs  səbəb?  Səbəb  amirlik  dövrünün  dostbazlığı,      tanışbazlığı,  sən 
mənə,  mən  sənə  prinsipi...  Sən  demə  poema  sifariş  veriləndə,  tanışlıqda 
qabaqcadan  onun  qonararı  da  ödənilibmiş  və  poema  yaradı-yaramadı,  heç  bir 
etiraza      baxmadan  çap  olunmalı  imiş.  Qobustan  qoruğu  isə  əsasən  Qobustanın 
təbliği  ilə  maraqlandığı  üçün  yazdığı  mətn  üçün  əmək  müqaviləsi  ilə  nəzərdə 
tutulmuş qonararı vaxtında tələb etməmiş və almamışdı. Bəli, nəşriyyatın o vaxtkı 
rəhbərliyi  planlaşdırılmış,  lakin  qonararı  verilməmiş  mətnin  əvəzinə  nağıl-
poemamı çap etdirdi. 
Qeyd  edək  ki,  Qobustan  haqda  poemanı  yazmaq  üçün  şairin  Qobustanla 
tanışlığı  yalnız  bizim  verdiyimiz  kiçik  mətndən  ibarət  olub,  vəssalam. 
Ümumiyyətlə  maddi  abidələr,  arxeoloji  tədqiqatlar  haqda  təsəvvürü  olmayan  şair 
onu  da  nəzmə  çəkməkdə  çətinlik  çəkib.  Bizim  mətndən  götürüb  nəzmə  çəkməklə 
işlətdiyi: 
 
«-Buyur-dedi-ocaq başına, 
buyur, oturaq, danışaq. 
tunc geyimli, qartal gözlü bu qadın 
 
Əmr elədi bir ikidə: 
 - Kabab çəkin gur ətindən!  
Qonağımız da dadsın bir az  
dünyanın ləzzətindən?» 
 
bir qədər sonra 
 
«bu   gördüyün   həqiqət,  
yoxsa əfsanə idi?  
bəs o biri qayada  
o öküzlər nə idi, 
o atlılar nə idi?» 
 
kimi ifadələrin mənasını da tam dərk etməyib. Mən əminəm ki, əgər o vaxt 
şair poemasını Kislovodsk kurortunda fikirləşdiyi fantaziyalar əsasında yox, bircə 
gün  Qobustanda  bizi  dinlədikdən  sonra  yazsaydı  onun  poeması  nağıl-poema  yox, 
Qobustanı  oxucuya  çatdıracaq  poema  olardı.  Görünür,  elə  buna  görədir  ki, 
kitabdakı 80 fotoşəkil heç bir izahını tapmır. Poemaya isə olsa-olsa yalnız rəssam 
P. Babayevin çəkdiyi 6-7 ədəd fantastik tabloları uyğunlaşdırmaq olar. 

101 
 
Qobustanın dərdləri, müsibətləri çox olub. Onlar haqda sonrakı bölmələrdə 
də  az-çox  söhbət  açacağıq.  Lakin  yuxarıda  göstərilənlər  kimi  başdansovdu 
münasibətlər onun üçün az dərd deyil, dözülməzdir. 
Qobustanın qədim qayaüstü təsvirləri ilə əlaqədar yazılar çox olub və olacaq 
da.  Biz  onların  hamısına  münasibət  bildirməyi  artıq  sayırıq.  Lakin  daha  iki  yazı 
haqda söz deməyi vacib hesab edirəm. Ona görə yox ki, kim olsa Qobustan haqda 
öz,  fikrini,  izahını,  sözünü  deyə  bilməz,  yox,  ona  görə  ki,  qoy  hamı  bilsin, 
Qobustan  cəfəngiyat  obyekti  deyil  və  olmamalıdır.  Onun  nə  şişirdilməyə,  nə  də 
tarixinin  dərinləşdirilməsinə  ehtiyacı  yoxdu.  Qobustan  elə  Qobustan,  xalqımızın 
qədim  mədəniyyəti,  mədəni  irsimizin  kökü, tariximizin güzgücüdür. 
1990-cı  il  noyabr  ayının  2-də  «Aydınlıq»  qəzetində  «Qobustan-Qobustan» 
başlıqlı bir səhifəlik məqalə çap olunub. Məqalədə Qobustan sözünün «qur» və ya 
«qor»  kimi  sözlərdən  kök  götürməsi,  günəşlə  bağlılıq  və  s.  kimi  məsələlər  haqda 
fikir  yürüdülür,  bəzi  cəfəngiyatlar  da  söylənilir.  Əslində  bizi  bu  kimi  fikirlər 
narahat  etmədi.  Nə  olar,  adamdır,  öz  fikrini  deyir  (özü  də  mərhum  Mirəli 
Seyidovun  fikirlərinə  isnadla)  qoy  desin,  mühakiməsini  qoy  aidi  elmi  sahələrin 
alimləri  aparsın.  Məni  isə  elmi-arxeoloji  dəlillərin  şişirdilməsi  və  yalanı  narahat 
etdi.  Belə  ki,  əvvələn,  qəzetdə  Qobustan  adı  ilə  çap  edilən  yeganə  şəkil 
Qobustandan deyil. Müəllif əlinə düşən və haradan olduğunu heç özü də bilmədiyi 
şəkil Qobustan kimi qəzetə verib. 
İkincisi  və  ən  dəhşətlisi  odur  ki,  məqalənin  müəllifi  (qeyd  edək  ki,  o 
minlərlə  şagird  və  tələbə  kimi  də  olsa  bəlkə  heç  Qobustanda  olmayıb  da  və 
məqalədən hiss olunduğu kimi Qobustan haqda heç bir elmi, ya jurnalist məqaləsi 
belə oxumamışdır) çox inamla Qobustanın tarixinin eramızdan 30-32 min il əvvələ 
aid olduğunu deyir. Bunu oxuduqda məni dəhşət götürdü. Necə yəni, 25 ildən çox 
Qobustan  düşərgələrində  apardığım  qazıntılar  nəticəsində  mən  15  min  ildən 
qədimə  aid  dəlil  tapmamışam,  bu  məqalənin  müəllifi  T.  Ağazadə  isə  evində  və 
institutda oturub Qobustanın yaşının 32-34 min olduğunu göstərir. 
Doğrusu  mən  belə  məsuliyyətsizliyə  dözməyib  qəzetin  redaksiyasına  zəng 
vurdum. Dəstəyi redaktor özü götürdü. Mən  məqalədə Qobustan üçün 32-34 min. 
illik  tarixin  göstərilməsinin  çox  böyük  qəbahət  olması,  aidi  olmayan    şəklin  
Qobustan  adına   çap olunduğunu  bildirdim.  Hörmətli  redaktor  mənə  mədəni  
şəkildə, çox düzgün olaraq cavab verdi: 
- Cəfərqulu müəllim, biz müəllifin məqaləsini olduğu kimi çap etmişik.  Siz 
deyirsiniz  düz  deyil,  sözüm  yox,  ancaq  EA  Tarix  İnstitutunun  əməkdaşı  özü  də 
tarix elmləri namizədinin dəlillərinə biz inanmaya bilməzdik. 
Nə  deyim,  çox  haqlı  cavabdır.  Mən  redaktordan  üzr  istəməli  oldum.  Lakin 
yenə  dözə  bilməyib  müəllifi  tapıb  etirazımı  bildirdim  ki,  ay  yoldaş,  axı  siz  nə 
əsasla Qobustanı eramızdan əvvəlki 30-32-ci minilliklərə aid edirsiniz? Nə cavab 
alsam  yaxşıdır?  «Bu  da  mənim  fikirimdir».  Əcəb  fikirdir.  Görünür  bu  da  bir  cür 
«patiriotluqdur».  Deməli,  elm  nəyə  lazım,  tədqiqat  nəyə  lazımmış,  kim  istəsə 

102 
 
Qobustana  nəinki  30-32,  hətta  50,  100,  500  min  istəsə  lap  milyon  da  yaş  verə 
bilərmiş. 
Başqa bir əsərdə İ. M. Cəfərzadənin Cingirdağda 123 və 14,3 № ilə qeydə 
aldığı  daşlar  üzərindəki,  son  orta  əsrlərdə  qazılmış  işarə  və  damğalar  Neolit  və 
Eneolit  dövrlərinin  yaşayış  yeri  və  tikili  qalıqlarının  planı  kimi  qələmə  verilir. 
Yenə də cəfəngiyat, həqiqətlə heç bir əlaqəsi olmayan, məntiqilikdən və həyatdan 
uzaq bir nağıl, elmi axtarışın «nəticəsi» kimi qələmə verilən bir «elmi» cəfəngiyat! 
Bu  əsər  çox  hörmətli,  tanınmış,  adlar  almış  bir  alimindir.  Onun  əsərləri  və 
işi,  elmimizə  köməyi  haqda  çox  yüksək  fikirlər  söyləyir.  Mən  özüm  də  onu 
alicənab və dərin elm sahibi  kimi tanımışam. Lakin Qobustanla  əlaqədər, ilk dəfə 
olaraq tanış olduğum bir işini oxuduqda belə fikrə gəldim ki, əgər onun başqa elmi 
məqalələri  və  həcmcə  sanballı  kitabların  da  bu  cür  «elmi»  dəlilləri  işıqlandırır, 
təbliğ edirsə vay elmimizin və millətimizin halına. Yəni elmlə cəfəngiyyat arasında 
bir  fərq,  sərhəd  olmazmı?  Sonra  müəllifin  başqa  işləri  ilə  də  maraqlandıqda 
gördüm ki, elmi fəaliyyətinin şah əsəri sayılacaq kitabının da əsasını bu və bu kimi 
başqa cəfəngiyatlar təşkil edir. Onu da qeyd edək ki, müəllifin əsərlərində 123 və 
143  №-li  daşların  yeri  səhv  olaraq  Yazılıtəpədə  göstərilir.  Əslində  123  №-li  daş 
Yazılıtəpədən 300-350 m qərbdə, 143 №-li daş isə  1-km qədər cənub-şərqdə  özü 
də  qayalıqlardan  və  yaşayış  sahəsi  ola  biləcək  yerlərdən  çox  uzaq,  düzənlikdədir. 
Sonuncu  (№  143)  çox  kiçik  (hündürlüyü  108,  ümumi  uzunluğu  260  sm)  daşdır  
(14-cü tablo, şəkil A). O çoxüzlüdür. İşarələr də daşın beş müxtəlif üzündə, normal 
vəziyyətdə qazılıb. İ. Cəfərzadə 143 №-li daşın müxtəlif üzlərindəki işarələri qrup-
qrup  olmaqla  bir  tabloda  çap  edib.  Bizim  müəllif  isə  daşın  müxtəlif  istiqamətlərə 
baxan     işarələr  qrupunda  dağlar  arasında, müxtəlif terraslarda salınmış kəndlər 
- qəsəbələr görür. Qayalarda qazılmış bəzi işarə və damğalarda nəinki evləri, hətta 
evlərin  döşəməsinə  həsir  döşəndiyini,      içində    ocaq  yandığını,    adamları,  
həyətində çəpəri, heyvanları  və s.  görür. O bunları elə təsvir edir ki, elə bil İshaq 
müəllimin  X-XV  əsrlərə  aid  etdiyi    (əslində,  bəlkə  bir  qədər  də  gec  qazılmış)  bu 
işarə  və  damğalar doğrudan da  7-8 min il bundan qabağın yaşayış  məhəllələrinin 
planıdır  və  onların  kosmosa  uçmuş  əksi  hansısa  ulduza  dəyib  geri  qayıdıb,  bizə 
indi  çatıb,  onu  da  bu  müəllif  görüb  kağıza  köçürüb?      Görəsən,  XV  əsrdə    inşa  
edilmiş    Bakı  Xan  sarayının  əsas  giriş  qapısının  sol  tərəfində  və  bir  qədər   
hündürdəki,  eləcə  də  Qaraçı  karvansarasının  divarlarında  və  müəllifin  özünün 
etiraf etdiyi kimi son orta əsrlərin təbir abidələri üzərində çoxlu miqdarda qazılmış, 
eyni işarə və damğaları da Peolit dövrünün adamlarımı qazıblar? 
Mən  əminəm  ki,  müəllif  Cingirdağ  sahəsində  143  №-li  daşın  özünü  görsə, 
nəinki işarə və damğaların Neolit və Eneolit dövrü  yaşayış  məskənlərinin  «planı» 
olması  fikrindən  əl  çəkər,  həm  də  kitabında  müraciət  etdiyi  bütün  qayaüstü 
təsvirlər kolleksiyalarının tədqiqatçılarından onları saymadığına görə üzr istərdi, 
Nə  deyim?  Allah  Qobustanı  onun  haqqında  cəfəngiyat  yazan,  yuxarıdakı 
kimi tədqiqatçı və təbliğatçılardan qorusun! 

103 
 
Yüklə 225,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin