ÇALĞi aləTLƏRİ DÜnyani valeh ediR


Simli alətlər (xordofonlar)



Yüklə 33,97 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix09.02.2017
ölçüsü33,97 Mb.
#7873
1   2   3   4   5   6   7   8   9   ...   23

Simli alətlər (xordofonlar)
Mətbuatda tarın görkəmli musiqişünas, filosof və ensiklopedik-alim Tür-
kis  tan  əsilli Əbu Nəsr əl-Fərabi (873-950) tərəfindən icad edilməsi haqqında 
fikir söylən sə də [80], bu alət ancaq Azərbaycan və İranda daha geniş yayılıb. 
Gu man edilir ki, İranda tar Qacarlar sülaləsi dövründə başqa İran alətlərinin 
XVII-XVIII əsrlərdə təkamülü [41,84] və ya XVIII əsrin sonunda Qafqazdan 
miq rasiyası  nəticəsin də meydana çıxıb [23]. Lakin tarın XI, XII,XIV, XVI-
XIX  əsrl ərdə mövcud olmasını Baba Tahir Üryan, Fərrux Sistani, Qətran 
Təb rizi,  Xa qani  Şirvani,  Əssar Təbrizi, Məhəmməd Füzuli, Qövsü Təbrizi, 
Rük nəddin Mə sud  Məsihi, Saib Təbrizi, Qasım bəy Zakir və Seyid Əzim Şir-
vaninin şeirlərı təs diq lə yir.
Udun gövdəsi armud və yaxud dəyirmi formaya malik idi. Geriyə əyilmiş 
kəl ləsində simlərin sayına uyğun 10-11 aşıx yerləşirdi. 
Bərbət ölçücə uddan böyük olub, aşıxlara sarınan 7 ipək simi var idi.
Şahrud uda oxşasa da, ondan uzun idi və 10 simə malik idi; hər bir uzun 
və yanaşı yerləşən qısa simlər qoşalaşmışdı. Əl-Fərabinin Qahirə siyahısında 
“Mu  siqi  haqqında kitab”ında verilən cizgidə şahrud çoxlu sayda simlər çə kil-
miş dörd bucaq rezonator qutusu şəklində təsvir edilir [35].
Çoxsimli (30-dan çox) çəngin  gövdəsini qövsvarı  və  aşağıya doğru 
genişlə nən rezonator təşkil edirdi. Onun yuxarı hissəsi kəskin aşağıya əyilirdi. 
Gövdəyə aşağı tə rəfdən özül və çalğı vaxtı alətin döşəməyə dirənməsi üçün 
uzun mil pərçim edilirdi. 
Rübabın gövdəsinin aşağı hissəsi dəri ilə, yuxarı hissəsi isə ağac lövhə 
ilə  ör tü lürdü.  Rübabın 3-6 ipək simli növləri istifadə edilirdi. Bəzən simlərdən 
biri gü müş simlə əvəz olunurdu. 
Dütar, tənbur və onun digər növlərinin (setar, çahartar, pənctar, şeştar
kiçik armudabənzər gövdəsi və uzun qolu var idi. Qolun yuxarı hissəsinə 
aşıxlar bərkidilirdi. 
Tənburla müqayisədə, saz və donqarın gövdələri bir qədər uzun idi.
Rudun gövdəsinin aşağı hissəsi dairəvi idi və dəri membranla örtülürdü, 
yuxarı hissəsi isə uzadılmışdı və orta hissədə bir qədər gen idi. Gövdə tədricən 

Səadət ABDULLAYEVA
16
daralaraq uzun qola keçirdi. Kəlləsi ilgək şəklində əyilirdi. Səslər mizrab va-
sitəsilə dörd bağırsaq və ya ipək simlərdən əldə edilirdi.
Ərğənun  özündə rübab, bərbət, çəng və  tənburun xüsusiyyətlərini bir-
ləşdirirdi. 
Qanunun gövdəsi dördbucaq şəklində idi. Ona melodiyalardan asılı ola-
raq kök lənən 8 üçər sim çəkilirdi.
Nüzhənin  düzbucaqlı gövdəsinə nazik ağac deka bərkidilirdi və bütün 
uzunu boyu 27 qoşa sim çəkilirdi. Onların arasında, gövdənin sol və sağ tə rəf-
lə rində  müx  təlif uzunluqda tək simlər yerləşirdi. Simlərin ümumi sayı 108-ə 
ça tırdı. Nüz hədə, qanunda olduğu kimi, çalğı zamanı hər iki əlin barmaqların-
dan istifadə edilirdi. 
Müğni rübab və nüzhənin quruluşlarını özündə əks etdirirdi. 6 aşıx qolun 
yu xarı hissəsində, 3-ü isə onun aşağı sağ hissəsində yerləşirdi. Enli deka və qol 
üzərindən 39 sim keçirdi.
Rzaəddin Şirvaninin icad etdiyi şeşxananın geriyə əyilən kəlləsi var idi. 
Onun qolu udla müqayisədə uzun idi, gövdəsinin üst hissəsi isə balıq dərisi ilə 
ör tülürdü. 
İri armudabənzər gövdəsi olan şeştay qolun uzunluğuna və dekanın yuxarı 
his  səsində rezonans simlərin olması ilə fərqlənən üç növdə mövcud idi. 
Başqa simli alətlərlə müqayisədə ozanın daha uzunsov gövdəsi var idi, üç-
də iki hissəsi dəri ilə örtülürdü. Bəzən qısa burdon sim də bağlanırdı. 
İkisimli  damburun  aşağıda üç və ya dörd diş  şəklində  çıxıntıları olan 
uzun sov  çalov  şəkilində gövdəsi var idi. 
Aşağı tərəfdə kəsilmiş armudaoxşar gövdəli, uzunqollu çoğurun kəlləsi 
tar  dak ı  na  oxşayırdı. 
8 və ya 9 simli çəhəsdəh iri, bir qədər uzunsov gövdəsi ilə seçilirdi.
Dəri dekası və 24 simi olan simbala oxşar alət də çəng adlanırdı. 
Santurun gövdəsi trapesiya formalı qutu şəklində idi. 96 metal sim deka 
üzə rin  dən keçərək bir ucları ilə linglərə, o biriləri isə metal aşıxlara bərkidilir-
di. Üçər simlər yeri dəyişdirilən xərəklərə söykənirdi. Onda ucları əyilmiş çu-
buqlarla ça lır dılar.
Kamança nisbətən kiçik çanağa, dəyirmi qola, müasir nümunələrinə nis-
bətən daha uzun və dayaq rolunu oynayan fiqurlu ucluğa malik idi. Alətin iki 
simi üçün at quyruğunun çəngə halda tükündən və ya ipək sapdan istifadə 
edilirdi. Sonralar simlərin sayı dördə çatdırılıb. 
Kamanlı dördsimli çəğanənin iri armudabənzər gövdəsi, ağac dekası var 
idi və çalğı zamanı döşəməyə uzun uçluqla dirənirdi. 
Digər kamanlı üçsimli çəğanaq uzun qola və dairəvi gövdəyə malik idi.

17
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
SİMLİ ÇALĞI ALƏTLƏRİ.  
STRINGED MUSICAL INSTRUMENTS. 
СТРУННЫЕ МУЗЫКАЛЬНЫЕ ИНСТРУМЕНТЫ.
Qanun. Məcnun Kərimin şəxsi kolleksiyası.
Ganun. Mejnun Kerim`s private collection.
Канун. Личная коллекция Меджнуна Керима.
Nüzhə. Nuzha. Нузха.*
Tar. Tar. Тар.
Bərbət. Barbat. Барбат*
Şahrud. Shahrud. Шахруд
Ud. Oud. Уд.
Rübab. Rubab. Рубаб.*
Çəng. Chang. Чанг.*
Saz. Saz. Саз.
Rud. Rud. Руд.*
Ərğənun. Arghanun. Арганун.
Şirvan tənburu. 
Shirvan tanbur.
Ширванский танбур.*
                                                 

Səadət ABDULLAYEVA
18
Müğni. 
Mughni. 
Мугни.
Qopuz (ozan). 
Gopuz (ozan). 
Гопуз (озан)*
Çəhəsdəh. Chehesdeh. Чехесдех.
Santur. Santur. Сантур
Kamança. 
Kamancha.
Кяманча.
Çəğanaq. 
Chaghanag. 
Чаганаг.
Dambur. Dambur. Дамбур.
Çəğanə.
Chaghana.
Чагана.*
Çoğur.
Choghur. 
Чогур.*
Qeyd: * ulduz işarəsi Məcnun Kərimin bərpa etdiyi çalğı alətlərini göstərir.
Note: * indicates a sign of musical instruments recovered Mejnun Kerim.
Пимечание: знак * указывает  музыкальные инструменты, восстановленные
Меджнун Керимом.

19
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Nəfəs alətləri (aerofonlar)
Ney kiçik diametrli uzun borucuq şəklində idi. Miniatürlərin ölçüləri rəs-
samlara göv dənin üzərindəki dəlikləri göstərməyə imkan vermirdi, lakin bar-
maqların və ziy yətinə görə ehtimal etmək olur ki, onların sayı bir neçədir və 
alətin aşağı hiss ə sində yer ləşirdilər. 
Nay adətən qamışdan hazırlanırdı, peşəkarlar onun ağac növləri olan ağ və 
qara naylardan istifadə edirdilər. Ağ nay (nayi-səfid) – 75-80 sm uzunluğunda 
içiboş düz borucuq olub, üst hissəsində 8, arxa tərəfində isə bir dəlik açılırdı. 
Qara nay (nayi-siyah) və ya mizmar daha təkmil idi. Onun uzunluğu ağ na-
yın uzunluğunun yarısına bərabər idi. Yeddi çalğı dəlyi olan gövdəsinə qamış 
dilçək taxılırdı. Alət dodaqların dayağı üçün dairəvi lövhə ilə təchiz edilirdi.
Zurna (surna) ağ və qara naylara nisbətən daha qısa idi, ona görə onda 
olduqca zil səslər hasil edilirdi. Ölçüsünə görə müasir nümunələrindən böyük 
idi, 7 çalğı dəliyi və enli ağızlığı var idi. 
Yumşaq və incə səslənən neyçə-balaban və tütək, zurnadan fərqli olaraq, 
silindr formalı düz borudan ibarət idilər.
Çoxgövdəli  musiqar  bir-birinə artan ardıcıllıqla – qısadan uzuna qədər 
bir ləş  dirilən müxtəlif uzunluqlu borucuqlardan (20-yə qədər) ibarət idi. İfa za-
manı alət bo rucuqların açıq ucları yuxarı vəziyyətdə şaquli tutulurdu. Bir əllə 
alt, digər  əllə ensiz  tərəfdən saxlanılırdı. Borucuqların açıq ucları ifaçının 
dodaqlarına toxunurdu.
Ərğanda  bürünc borular yanaşı yerləşirdi, onlardan yuxarı  bəm səsli 
uzun boru lar bərkidilirdi. Borulardan arxada havanın üfürülməsi üçün kö-
rük yerləşirdi. Kö rük sol əllə, sağ  əlin barmaqları ilə isə boruların yanında 
yerləşən düymələr basılırdı. Bu vaxt havanın daxil olma yolu açılırdı, bununla 
da müxtəlif yüksəklikdə səslər alı nırdı.
Kərənay (gərənay) düz, gavdum (burmalı boru) isə iki hissədə əyilmiş və 
4-7 yer də halqa şəklində yoğunlaşan borudan ibarət idilər. Onların mövcudlu-
ğu alətlərin gövdələrinin quraşdırılma olduğunu göstərir. Kərənay və gavdu-
mun çalğı dəlikləri yox idi. Alət bir və ya iki əllə (əksər halda) ağızlığı yuxarı 
tutulurdu, dodaqlar isə müştüyə toxunurdu. 
Tunc nəfir kərənayla müqayisədə iki dəfə qısa idi. Onda yalnız üç səs ha-
sil etmək mümkün idi. Daha uzun nəfirlər boru, buynuz kimi əyilən boru isə 
şaxnəfir adlanırdı.
Başqa müştüklü siqnal aləti – buğ adətən bişmiş gildən hazırlanırdı. 
Şeypur düz, borusunun ağız hissəsi isə qıf şəklində enləşən mis borudan 
ibarət idi.

Səadət ABDULLAYEVA
20
Nayi-xik (tuluq, körük nayı) iki kəsik dilçəkli borucuq bərkidilən tuluq-
dan ibarət idi. Çalğı zamanı körüyə hava üfürülürdü. Hazırda həmin alət tu-
lum adlanır.
NƏFƏS ÇALĞI ALƏTLƏRİ.  
WIND MUSICAL INSTRUMENTS.
ДУХОВЫЕ  МУЗЫКАЛЬНЫЕ  ИНСТРУМЕНТЫ.
Ney. Ney. Ней.
Ərğan. Arghan. Арган.
Kərənay. Karanay. Каранай.
Gavdum. Gavdum. Гавдум.
Şeypur. Sheypur. Шейпур.
Tulum. Tulum. Тулум.
Şaxnəfir. 
Shax-nefir. 
Шах-нефир.
Zurna. Zourna. Зурна.
Buğ. Bugh. Буг.
Musiqar. Musigar. Мусигар.
Tütək. Tutek. Тутек.

21
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Dərili alətlər (membranofonlar)
Dəf bir tərəfinə dəri çəkilmiş dairəvi ağac sağanaqdan ibarət idi. Sağanaq 
bo yu  bir-birinə görə eyni məsafədə 5 cüt kiçik girdə metal lövhəciklər yer-
ləşdirilirdi. Hər iki əl membrana vurulurdu. 
Dairənin sağanağında kiçik halqalar, qavalda isə zınqırovlar bərkidilirdi. 
Məz  hərdə halqa və zınqırovlar olmurdu.
Ağacdan hazırlanan nağaranın gövdəsi silindr formasında idi. Membran 
üçün  ke  çi  dərisi istifadə edilirdi. Böyük nağara davul adlanırdı. 
Döhül silindr şəkilli enli, hər iki tərəfinə dəri çəkilmiş ağac sağanaqdan 
iba rət idi. Onun hündürlüyü diametrindən artıq idi. Çalğı zamanı ucları alətin 
göv dəsinə bağlanan qayış çiyinə keçirilirdi və ağac çubuqlarla hər iki üzünə 
vurulan zərbələrlə səs çıxarılırdı. Çubuqlardan birinin ucu yumru idi. 
Silindr  şəklində olan təbil  mis və ya tuncdan hazırlanırdı, açıq tərəfinə 
qurd dərisi çəkilirdi, onda iki çubuqla çalırdılar.  
Təbilbaz və ya təbləkbaz kasaşəkilli kiçik gövdəyə malik idi, açıq tərəfinə 
dəri çəkilirdi. Alət sağ tərəfdən atın yəhərinə bağlanırdı. Ov zamanı təbilbaz 
səs lən dikdə şahin buraxılırdı.
Dümbək  aşağı  tərəfləri açıq olan uzunsov iri küpə  şəklində dulusçu 
gilindən, də mirdən və ya ağacdan hazırlanırdı. Çalğı zamanı onu qoltuq altın-
da saxlayırdılar və əllə dəri üzünə vururdular. 
Dumbul əl tutanı olan uzunsov çəllək şəklində idi. 
Kus və ya kos misdən hazırlanırdı və Avropa litavrasına oxşayırdı. Daha 
mülayim səs almaq üçün qayış toru ilə örtülürdü. Membranın üzərinə uclarına 
parça sarınan iki çubuqla vururdular. 
İkigövdəli qoşanağara xarici görünüşünə və hazırlanma materialına görə 
ku sa  bən zəyirdi, lakin onun gövdələri çox kiçik idi. Gövdələr bir-birinə möh-
kəm  bir  ləş di ri lirdi. 
Cifti-kosun (qoşa kos) membranına ucları əyilmiş çubuqlar vurulurdu. 
Təbirənin gövdəsi orta hissədə daralırdı. Çalğı vaxtı qoltuqda saxlanırdı 
və membranına çubuq əvəzinə qayış vurulurdu.

Səadət ABDULLAYEVA
22
DƏRİLİ ÇALĞI ALƏTLƏRİ.  
MEMBRANE MUSICAL INSTRUMENTS. 
ПЕРЕПОНОЧНЫЕ МУЗЫКАЛЬНЫЕ ИНСТРУМЕНТЫ.
Dəf. Def. Деф.
Dairə. Daira. Даира.
Qaval. Gaval. Гавал.
Nağara. Naghara. Нагара.
Təbil. Tebil. Тебил.
Davul. Davul. Давул.
Dümbək. 
Dumbek.
Думбек.
Təbilbaz. 
Tebil-baz.
Тебил-баз.
Kus. Kus. Кус.
Təbirə. Tabira. Табира.
Qoşanağara. 
Qosha-naghara.
Гоша-нагара.

23
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Özənsəsli alətlər (idiofonlar)
Yumruq ölçüdə kəsik konus şəklində olan zəng mis, bürünc və başqa me-
tallardan hazırlanırdı və daxili tərəfinə dəstəkli dil pərçim edilirdi. Onun kiçik 
ölçülü  növü zınqırov və cərəs, böyük növü isə çan və dəray adlanırdı.
Qızıl və yaxud gümüşdən hazırlanan xəlxal bilərzik şəklində idi, üst tə-
rəfinə zınqırovlar bər  kidilirdi. 
Qumrov və ya qımro kiçik ölçülü içiboş bürünc kürəcik olub, daxilində 
iki-üç girdə kiçik daş və ya qurğuşun qırma yerləşirdi.
Sinc əl tutacağı olan iki mis boşqab şəkilli lövhədən ibarət idi, zil isə onun 
miniatür növü olub, baş və orta barmaqlara taxılırdı.
Laqquti  ölçülərinə görə  fərqlənən iki ayrı-ayrı yastı düzbucaq şəklində 
olan löv hədən ibarət idi. Onu iki çubuqla çalırdılar.  
Qaşığek iç tərəfləri üz-üzə iplə bağlanmış iki qaşıq olub, arada qalan boş-
luğa xırda metal parçaları salınırdı. 
Şaxşax ağac dəstəyin bir və ya hər iki ucuna iplə bərkidilən bir tərəfi qa-
barıq olan iki dairəvi taxta lövhəcikdən ibarət idi. 
Kasa (kasə) yuxarı hissəsi enli olan fincan idi. İfa zamanı fincanlar müx-
təlif sə viy yədə su ilə doldurulurdu və çubuqla onlara vurduqda müxtəlif uca-
lıqda səs lər alınırdı. 
Teşt məişətdə işlədilən geniş açıq tərəfi olan dayaz mis tas idi. 
Səfail iki ağac çubuqdan ibarət idi. Dəmir ilgəklər vasitəsilə onlara dəmir 
halqalar keçirilən iki metal çənbər bərkidilirdi. Çubuqlar çənbərin daxilində 
yer ləş dirilirdi.
Kamanın ağacı yay kamanı kimi əyilmişdi, onun kirişinə metal lövhəcik, 
halqa və zınqırovlar keçirilirdi. 
Ağız qopuzu ucları uzadılmış  və arasına polad dilçək yerləşdirilən nal 
şək  lində dəmir çubuqdan hazırlanırdı. 
Miniatürlərə görə solo çaldıqda saz, rübab, çəng, ney, döhül və təbilbaz 
is tifadə edilirdi. Çox vaxt bərbət, çəng və ya çəng, rud və rübab birlikdə səs-
lənirdi. Ərğənun-çəng, çəng-dəf (xanəndənin əlində), ud-dəf, tənbur-dəf, setar-
dəf, rud-dəf, ney-dəf, kə  rənay-gavdum duetləri mövcud idi.
Ansambllara aşağıdakı alətlər daxil idi: ud, rud, dəf və qaval; ud, kamança 
və dəf; iki ney, iki dəf və dairə; musiqar, dəf, döhül və təbirə; musiqar, dəf və 
qaval; musiqar, qaval və təbirə; kərənay, gavdum, zurna və qoşanağara.
Xalq tamaşalarında iştirakçıların  əllərində bir-birinə vurulan qaşığek, 
mas qa raçı nın kəmərində zınqırov, qumrov, rəqqasələrin ayaqlarında xəlxallar 
cin gil də  yirdi  [3].  Döyüşçüləri ruhlandırmaq və davada düşmənləri vahiməyə 

Səadət ABDULLAYEVA
24
salmaq üçün, habelə əmin-amanlıq zamanı nəfəs (kərənay, nay, gavdum, şey-
pur, mizmar, zur  na, musiqar, nəfir), membranlı (kus, təbil, döhül, təbirə) və 
özənsəsli (sinc, cə rəs, zəng, kaman, də ray)  alətlərdə çalırdılar.
ÖZƏNSƏSLİ ÇALĞI ALƏTLƏRI. 
SELF-SOUNDING MUSICAL INSTRUMENTS. 
САМОЗВУЧАЩИЕ МУЗЫКАЛЬНЫЕ ИНСТРУМЕНТЫ.
Zəng. Zeng. Зенг.
Xəlxal. Khalkhal. Халхал.
Zil. Zil. Зил.
Sinc. Sinj. Синдж.
Laqquti. Laqquti. Лаггути.
Qaşığek. Gashighek. Гашыгек.
Zınqırov. 
Zingirov.
Зынгыров.
Qımrov. Gymrov. Гымров.
Şaxşax. Shakh-shakh. Шах-шах.
Kaman. Kaman. Каман.
Səfail. Safail. Сафаиль.
        

25
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Orta əsr Azərbaycanında yayılan 88 çalğı alətindən yaxın günlərədək yal-
nız 17-i çalınırdı. Məcnun Kərim, Abbasqulu Nəcəfzadə və Məmmədəli Məm-
mə dovun  sıradan çıxan çalğı alətlərin bərpası üzrə  səyləri nəticəsində onla-
rın bir hissəsi (ozan, qopuz, çəng, bərbət, rübab, Şirvan tənburu, rud, nüzhə, 
çəğanə, çoğur, santur, kos, əlvah,  ərğənun) həyata qaytarılıb. Kamança, ba-
laban, santur və laqqutinin yeni növləri hazırlanıb, tar və kamança yenidən 
qurulub, çəng, balaban, zurna tək milləşdirilib. Bundan başqa, Qasım Qasımov 
cürəud, sınəud, vəlud, yektar, zil saz, zülfar, Məmmədəli Məmmədov – Qara-
bağ kamanı, ud-mən, ayulduz, irs, Azər baycan,  rəmiş, sevgili lər, elektro-ka-
mança, Əlicavad Cavadov – sümsü-balaban, tülək, neyvarı, zümzümə, zurna-
balaban,
 
Fikrət Quliyev – fitar, Famil Qurbanov – bas-kaman, Musa Yaqubov 
– qoşaqol kamança, İxtiyar Seyidov – ovuc neyi, Naxçıvan tənburu, Mahmud 
Səlah – şeşkaman, şərqi-tar, Adil Xəlilov – buta kimi yeni alətlər yaratmışlar.  
Düşünürük ki, qədim Azərbaycan çalğı alətləri indi fəaliyyət göstərən xalq 
çal ğı alətləri orkestr və ansamblların tərkibində öz layiqli yerlərini tutması çox 
uzaq da  deyil.  Ənənəvi alətlərə qoşularaq, onlar orkestr və ansamblların daha 
əl van  və parlaq səslənməsinə imkan yaradacaqlar.
DÜNYA MAHİYYƏTLİ ÇALĞI ALƏTİ
Tar – Azərbaycanlılar arasında  ən populyar çalğı alətidir. Onun başqa 
simli alətlərinə oxşamayan görünüşü dərhal diqqəti cəlb edir. 
Tarın simlərindən axan məlahətli və koloritli səslər qulağa xoş gəlir, din-
lə  yici lə ri  məftun edir. Bu, şübhəsiz, mükəmməl quruluş, onda xalq me lo di ya-
la rının xü susən, muğamların bütün incəliklərini çatdıran polad, mis bu  rumlu 
simlərin, alətin qolunda muğamların kökünə uyğun gələn beş pər dənin, ancaq 
onların ifası zamanı işlədilən bəm simin olması və alətin baş qa  xüsusiyyətlərilə 
izah olu nur. Geniş diapazon, aydın səslənmə, ahənglik,  özü  nəməxsus registrlər, 
çoxsəsli ak 
kord və virtuoz passajların ça 
lın masının müm 
künlüyü, səsin 
dinamikliyinin uzun müddət artması  və sönməsinə nail olun  ması, koloritik 
bəzəklər, çalarların də rə cələrə bölünməsi – bütün bunlar ta rın solo, müşayiətçi, 
ansambl və orkestr alə ti kimi istifadə edilməsinə imkan ya radır. Bununla belə, 
tar, ilk növbədə, mu ğam ların solo ifası üçün əvəzsiz alət dir.  İfa çının bü tün mə-

Səadət ABDULLAYEVA
26
harəti və alətin texniki im kanları  məhz bu zaman özünü bü ruzə verir. Onda 
insanın hissi, könlü və arzusu daha parlaq çatdırılır, qəlbi tam açılır.
Tar farscadan tərcümədə “sim”, “sap” deməkdir [31,65]. Adətən, bu söz 
yal nız sim lərin sayına görə fərqlənən eyni tipli alətləri işarə etmək üçün is-
tifa də edilirdi. Mə sələn, yektar, dütar, setar, çahartar, pənctar və şeştarda dəyi-
şən birinci heca rə qəmləri (birdən altıya qədər) göstərir. Tar kimi çoxsimli 
alə tin  adı üçün bu sözlərin kö künün seçilməsinin səbəbini izah etmək çə tin-
dir. Çox ehtimal ki, tarın adı “qimtar” sö zünün (qim – səs, tar/dar – ağac) 
sa də ləşdirilməsindən ya ra nıb [20]. Maraqlıdır ki, Mərkəzi Asiyada geniş ya-
yı lan çoxsimli (16-ya qədər) tənburun adında əsas kimi sim lərin sayı deyil, 
səs lənməsi (qədim yunan dilində “tən” – ürək, “bur” – üzmək) nə  zərə alınıb.  
Quruluşca yalnız Pamir rübabı tara yaxın hesab edilir; başqa mülahizəyə 
görə tar tənbur və udun nə isə bir hibrididir [86]. Daha əvvəlki mənbələrdə 
belə variant söylənilmişdir ki, tar setar və ya İranda geniş yayılan qeyçəkin 
əsasında yaranmış dır [41,84]. Lakin bu nəticə setarın gövdəsinin formasının 
armuda bənzərliyi və dəri dekanın əvəzində taxta olması ziddiyyət təşkil edir. 
Qeyçəkdə İkili gövdə olsa da, tardan fərqli olaraq qısa qola və geriyə əyilən 
kəlləsi vardır. Bundan başqa, bu aləti kamanla çalırlar. Bu cəhətləri nəzərə 
alaraq, tarın Qafqazdan, məhz  Azər baycandan miqrasiya etməsi istisna edilmir 
[23,25]. O burada XVIII əsrdən başlayaraq daha geniş yayılmışdır.
Tarixən tar Azərbaycan və İranla hüdudlanan nisbətən kiçik arealda daha 
çox yayılıb. Onun beş simi (iki ağ, iki sarı, bir bəm), iri və dərin çanağı olub, 
uzun qoluna 27-28 pərdə bağlanıb. Alət ağırlığına görə çalğı zamanı dizlər 
üzərində və ya sinədən aşağıda saxlanırdı. 
XIX əsrin 70-ci illərində tar görkəmli ifaçı, Qarabağın yetirməsi, çalğısına 
məf tun olan dinləyicilər ucadan “can!”, “Sadıq can!” səslədiklərinə görə xalq 
arasında Sa dıqcan kimi tanınan Mirzə Sadıq Əsədoğlu (1846-1902) tərəfindən 
yenidən quru lur. Əv vəlcə o, simlərin sayını 18-ə qaldırmış, sonra 13 – aşağıda 
iki üçər, ortada qoşa və tək bəmlər və qolun yuxarı hissəsində iki qoşa cingiltili 
simlə kifayətlənib, qolda isə 22 pərdə saxlamışdı. Qolun əyilməsinə yol ver-
məmək üçün qol gövdənin xüsusi çı x ın tısına bərkidilir, daxilində isə ağac di-
rək yerləşdirilir. Bundan başqa, Sadıqcan göv də nin  qalınlığını azaldır, onun 
kə nar  tərəflərini düz ləndirir, bununla da gövdənin üst his səsini genişləndirir və 
səslənmə gücünü ar tırır. Çəkicə yüngülləşən aləti artıq sinə üzə rində saxlamaq 
mümkün idi. Bu da ta rın ifaçılıq imkanlarını xeyli artırmışdı [17]. 
Belə quruluşda  şöhrət qazanan tar tezliklə bütün Qafqazda, Türkiyənin 
Qars vilayətində  və  Mərkəzi Asiyada yayılır. Beşsimli tarın isə  Mərkəzi və 
Cə nubi  İranda istifadəsi davam edir. XX əsrin başlanğıcında İran musiqiçisi 

27
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Qu lamhüseyn  Dərvişxan (1873-1926) ona altıncı simi əlavə edir [84]. Yenidən 
qurulan tar isə “Azərbaycan tarı” adlanaraq [25] XIX əsrin sonuncu rübündən 
başlayaraq Azər baycanda  geniş ya yılır. 1929-cu ildə alətin daha dayanaqlı 
kök lənməsi üçün  simlərin sayı 11-ə qədər azaldılır.
Keçən əsrin 30-cu illərində tarın saxlanması və ya inkar edilməsi mə sə-
ləsində [53] Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli onu bərabər tem-
pe rasiyalı 12 ton lu kökü olan alətlər sırasında qoruya bildi [36] və bununla 
da notlu xalq, opera və simfonik orkestrlərin tərkibinə daxil edilməsini təmin 
et di. Bunun nəticəsində orta xü susi musiqi məktəblərində və konservatoriyada 
tar sinifləri açılır.
Tarın tərkib hissələrinə çanaq, iç qol, küp, qol, kəllə, aşıx, pərdə, xərək və 
sim lər aiddir. Alətin ümumi uzunluğu 830-890 mm arasında dəyişir.
Yüklə 33,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin