C virus hepatitinin müalicəsi üzrə klinik protokol



Yüklə 233,31 Kb.
səhifə6/41
tarix28.12.2021
ölçüsü233,31 Kb.
#11435
1   2   3   4   5   6   7   8   9   ...   41
Protokolun məqsədləri:  

 

Müasir diaqnostika və müalicə metodlarını tətbiq etməklə C virus 



hepatitinin diaqnostika və müalicəsinin təkmilləşdirilməsi 

 



C virus hepatiti ilə  xəstələnmə, onun fəsadlaşmaları  və ölüm 

hallarının azaldılması 



 

ÜMUMİ MÜDDƏALAR 

C virus hepatiti – RNT tərkibli virus tərəfindən törədilən və 

əsasən xroniki gedişli antroponoz infeksion xəstəlikdir. Törədici 

hepatotrop təsirli olsa da, virusun qaraciyərdən kənar lokalizasiyası 

da sübuta yetirilib.  

Hepatit C virusu (HCV) 1989-cu ildə  kəşf edilib. Bu, 



Flaviviridae ailəsindən ölçücə çox kiçik, 30-38 nm diametrli, 

təkzəncirli RNT-si olan virusdur.  

Yoluxma mexanizmi parenteraldır. Yoluxdurma dozası kifayət 

qədər böyük – tərkibində virus olan 10

-2

-10


-4

 ml qan qədərdir. 

İnfeksiyanın mənbəyi C virus hepatitli və ilk növbədə simptomsuz 

gedişli xroniki xəstələrdir.  

ÜST-nin (2004-cü il) araşdırmalarına  əsasən, dünyada C 

hepatitinə yoluxmuş insanların sayı 170 milyondan artıqdır. 

Onlardan 5 milyondan çoxu Avropa sakinidir.  

Hazırda bu virusun 10 genotipi aşkarlanıb və onlardan ilk 6-sı 

klinik cəhətdən daha çox öyrənilib. Avropa və Asiya ölkələrində 1-

ci, 2-ci və 3-cü genotiplərə daha çox rast gəlinir. Azərbaycanda 

yayılmasına görə 1-ci genotip üstünlük təşkil edir.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 8


Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin