C virus hepatitinin müalicəsi üzrə klinik protokol


Dekompensasiyalı  sirrozu olan pasiyentlərin müalicəsi



Yüklə 233,31 Kb.
səhifə27/41
tarix28.12.2021
ölçüsü233,31 Kb.
#11435
1   ...   23   24   25   26   27   28   29   30   ...   41
Dekompensasiyalı  sirrozu olan pasiyentlərin müalicəsi 

Həyat üçün təhlükəli bakterial-infeksion ağırlaşmalar və 

qaraciyər funksiyasının dekompensasiyasının dərinləşməsi riskinin 

artması ilə  əlaqədar, dekompensasiya olunmuş sirroz zamanı XCH-

nin virus əleyhinə terapiyası  əks-göstərişdir. Alfa-peqinterferon ilə 

terapiya kiçik dozalarla başlamalı  və müalicə  nəticəsində yaranmış 

sitopeniyanı korreksiya etmək üçün artım faktorlarının erkən təyini 

ilə müşayiət edilməlidir. 

Təyinat zamanı, xüsusilə böyrək çatışmazlığı olan xəstələrdə

ribavirindən kiçik dozalarda istifadə olunmalıdır. Lakin kreatininin 

50 ml/dəq-dən az klirensi zamanı ribavirin əks-göstərişdir.  

 

Qaraciyərin transplantasiyası – dekompensasiya etmiş qaraciyər 



sirrozu olan pasiyentlər üçün seçim terapiyasıdır (C).  

 



Dekompensasiya etmiş qaraciyər sirrozu olan pasiyentlərin 

əksəriyyəti üçün virus əleyhinə terapiya əks-göstərişdir (C)

 

Qara ciyər transplantasiyasını gözləyən pasiyentlər üçün balların 



miqdarı Child-Pugh<7 və MELD<18 olduğu halda 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 24

kombinasiya olunmuş interferon və ribavirin terapiyası nəzərdən 

keçirilə bilər. 

 



İnterferonoterapiya kiçik dozalarla başlanmalı  və müalicə 

nəticəsində yaranmış sitopeniyanı korreksiya etmək üçün artım 

faktorları təyin edilməlidir.  

 



Kompensasiya olunmuş sirrozlu pasiyentlər virusoloji cavabın 

əldə edilməsi baxımından mötədil  şanslı  dəyərləndirilirlər və 

onlara VƏT, yanaşı təsirlərin daha ciddi monitorinqini aparmaqla 

təklif olunmalıdır. 

 

Qaraciyər sirrozu olan xəstələr üçün VƏT özünü doğruldub. Belə 



ki, interferonoterapiya nəticəsində qaraciyərin histoloji 

xarakteristikası (fibrozun səviyyəsinin azalması) hətta DVC əldə 

olunmayan pasiyentlərdə belə yaxşılaşır. 


Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin