Bundan sonra mətn üzrə “Qaydalar” adlanacaq “Xalq” Sığorta mmc-nin Könüllü Tibbi Sığorta Qaydaları Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” və “Tibbi Sığorta haqqında” Qanunlarına


Maddə 20. Müqavilənin qüvvədə olduğu müddətdə tərəflərin hüquq və vəzifələri



Yüklə 247 Kb.
səhifə23/27
tarix02.01.2022
ölçüsü247 Kb.
#1488
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   27

Maddə 20. Müqavilənin qüvvədə olduğu müddətdə tərəflərin hüquq və vəzifələri





  1. Sığortalının hüquqları:




  1. Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;




  1. Tibbi proqrama uyğun olaraq və Sığorta müqaviləsi şərtləri ilə razılaşdırılmış qaydada tibb müəssisələrində Sığorta olunanlara tibbi xidmətlərin göstərilməsini tələb etmək;

  2. Əvvəlcədən və ya sonradan əvəzini ödəmək şərti ilə sığorta proqramında göstərilməmiş tibbi xidmətlərin təşkil edilməsini Sığortaçıya sifariş etmək.



  1. Sığortalının vəzifələri:




  1. Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;




  1. Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;




  1. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat verməlidir;




  1. Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanmasını təmin etmək;




  1. Sığorta olunanları sığorta müqaviləsi və ona olunan əlavələrlə tanış etmək;




  1. Sığorta Müqaviləsinin qüvvədə olduğu müddətdə Sığorta olunanların siyahısında edilən dəyişikliklər barədə yazılı şəkildə (məktub, e-mail, faks) Sığortaçıya dərhal məlumat vermək;




  1. Sığorta müddəti bitdikdə və ya bu və ya digər Sığorta olunan sığorta olunanların siyahısından çıxarıldıqda, müvafiq sığorta kartını (və ya kartlarını) sığorta təminatının bitmə tarixindən etibarən 7(yeddi) təqvim günü ərzində Sığortaçıya qaytarmaq.




  1. Sığorta olunanın hüquqları:




    1. Tibbi xidmət almaq üçün Sığorta müqaviləsinə edilən əlavədə göstərilən tibb müəssisələrindən hər hansı birini seçmək;




    1. Tibbi sığorta proqramının həyata keçirilməsi üçün cəlb edilmiş həkimlər arasında müalicə edən həkimi seçmək;




    1. Tibbi təminatın xüsusiyyətləri barədə izahatlar və tibbi-təşkilati yardım almaq üçün sığorta kartında telefon nömrələri göstərilən Sığortaçıya müraciət etmək;




    1. Bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:00-dan saat 18:00-dək ambulator-poliklinik xidmətlərə görə müraciət etmək;




    1. Tibbi yardımın göstərilməsi ilə bağlı mübahisəli hallar yaranarsa Sığortaçıya müraciət etmək;




    1. Fiziki şəxs olan Sığortalı öldükdə, hüquqi şəxs olan Sığortalı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv edildikdə, həmçinin Sığortaçı və Sığortalı bu barədə razılığa gəldikdə Sığortalının öhdəliklərini yerinə yetirmək və müqaviləyə görə Sığortalının bütün hüquqlarını əldə etmək;




  1. Sığorta olunanın vəzifələri:




  1. Sığorta olunan qabaqcadan Sığortaçı ilə əlaqə saxlayaraq tibbi xidmət almaq üçün razılıq almalıdır. Təcili və təxirəsalınmaz vəziyyətlərdə Sığorta olunanın hospitalizasiya olunması halında, əgər əlaqə saxlamaq imkanı olmazsa, xəstəxanaya yerləşdirmə haqqında mümkün olan ən qısa müddətdə və hər halda yerləşdirilmədən 48 saatdan gec olmayaraq Sığortaçıya məlumat verməlidir.




  1. Tibbi yardımın göstərilməsi zamanı müalicə edən həkimin göstərişlərinə əməl etmək, tibb müəssisəsinin qaydalarına riayət etmək;




  1. Sığorta sənədlərinə qayğı ilə yanaşmaq və tibbi xidmətlərin alınması məqsədi ilə həmin sənədlərin digər şəxslərə verilməsinə yol verməmək. Sığorta müqaviləsi üzrə tibbi xidmətlərin alınması məqsədi ilə sığorta kartının digər şəxsə verilmə faktı təsdiqlənərsə, Sığorta müqaviləsinin qüvvəsi Sığorta olunana qarşı həmin andan dayandırılır;




  1. Sığorta müqaviləsinin şərtlərində nəzərdə tutulduğu halda, ilkin tibbi müayinədən keçmək;

  2. Dispetçer üçün zəruri olan bütün məlumatları bildirmək.




  1. Sığorta müqaviləsi ilə (şərtsiz) azadolma məbləği nəzərdə tutulduğu halda, azadolma məbləğini ona xidmət göstərən tibb müəssisəsinə ödəmək;




  1. Sığortaçının vəzifələri:




  1. Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsi və sığorta kartını Sığortalıya(Sığorta olunana) verməlidir;




  1. Sığortaçı və tibb müəssisəsi arasında bağlanmış xidmət göstərilməsi haqqında müqaviləyə uyğun olaraq sığorta hadisəsi baş verdiyi halda tibbi xidmətlərə görə müvafiq sənədlər əsasında ödənişi həyata keçirmək;




  1. Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;




  1. Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq;




  1. Sığorta müqaviləsi çərçivəsində tibb müəssisələri ilə münasibətdə Sığorta olunanın hüquqlarını müdafiə etmək;




  1. Qanunvericiliyə müvafiq olaraq Sığortaçı Sığorta müqaviləsi ilə bağlı məlumatların, o cümlədən həkim sirrinin öz işçiləri tərəfindən yayılmasına görə məsuliyyət daşıyır.




  1. Sığortaçının hüquqları:




  1. Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;




  1. Bu Qaydalarda nəzərdə tutulmuş hallarda, o cümlədən Sığorta olunan tərəfindən sığorta kartı tibbi xidmət almaq üçün üçüncü şəxsə verildikdə, sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığorta olunan və ya Sığortalı tərəfindən geri qaytarılmasını tələb etmək;




  1. Sığortalı (Sığorta olunan) ona məlum olan riskin qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;




  1. Sığorta olunana dəymiş travmatik zədə və ya onun səhhətinin başqa cür pozulmasına gətirib çıxaran hadisə və faktlar üzrə cinayət işi qaldırıldığı halda səlahiyyətli orqanların müvafiq qərarının qəbul olunmasına qədər tibbi xidmətlər üzrə ödənişləri təxirə salmaq;




  1. Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə Sığorta müqaviləsinə xitam vermək;




  1. Sığorta haqqının ödənilməmiş hissəsi Sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;




  1. Kifayət qədər əsas olmadığı təqdirdə müalicə həkiminin və ya tibb müəssisənin dəyişdirilməsində Sığortalının (Sığorta olunanın) müraciətini qəbul etməmək;




  1. Sığorta olunanın zədə alması ilə bağlı tibbi xidmət üçün müraciət etdiyi halda onun alkoqol, narkotik və ya toksik maddələrin təsiri altında olub olmamasının yoxlanılmasını tələb etmək;




  1. Sığorta olunanın alkoqol, narkotik və ya toksik maddələrin təsiri altında olub olmamasının yoxlanılmasına etiraz etdiyi halda, Sığortaçı dəymiş zədə ilə bağlı tibbi xidmətlərin haqqının ödənilməsindən imtina edə bilər;




Yüklə 247 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin