Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 20 noyabr 2009-cu il tarixli 29 saylı



Yüklə 1.29 Mb.
Pdf просмотр
tarix16.02.2017
ölçüsü1.29 Mb.

Buklet  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

Kollegiyasının 20 noyabr 2009-cu il tarixli 29 saylı 

qərarı ilə təsdiq edilmiş “Ağır preeklampsiya və 

eklampsiyanın reanimasiya üzrə klinik protokol” 

əsasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və 

İslahatlar Mərkəzində hazırlanmışdır.

həkimlərin

yaddaş


kitabçası

EKLAMPSİYANIN GEDİŞİ

Eklampsiyanın gedişini 4 dövrə ayırmaq olar:

1-ci dövr: başlanğıc (30 san.)

Sifət əzələlərinin, sonra yuxarı ətrafların xırda                 

fibrillyar dartınmaları

Baxış bir tərəfə fiksasiya olub

Bəbəklər genişlənib və göz qapaqlarının altına 

gedir, göz ağı görünür

Boyun gərgindir 

Vidaci venalar şişir

Trizm (xəstə dilini dişləyə bilər)

2-ci dövr: tonik qıcolmalar (30 san.)

Bütün skelet əzələlərinin başdan, boyundan və 

yuxarı ətraflardan gövdəyə və qarına yayılan 

yığılmaları.

Baş geriyə qatlanır, bəzən opistotonus müşahidə edilir

Tənəffüs dayanır

Sianoz sürətlə artır

Xəstə huşunu itirir

Nəbz praktik olaraq əllənmir

Qısamüddətli olmasına baxmayaraq, bu, ən 

təhlükəli dövrdür, beyinə qansızmadan qəflətən 

ölüm baş verə bilər.

3-cü dövr: klonik qıcolmalar (30 san.-2 dəq.)

Bədən əzələlərinin sistemsiz yığılması – yuxarıdan 

aşağıya inkişaf edir

Buna qədər hərəkətsiz, gərgin uzanan xəstə əlləri və 

ayaqları ilə hərəkət edərək, yataqda çırpınmağa başlayır

Tənəffüs hərəkətləri qeyd olunmur

Sifət tünd qırmızı-göy rəngdə olur

4-cü dövr:

Qıcolmalar azalır və sona yetir 

Xəstə xırıltı ilə müşayiət olunan dərin, küylü nəfəs alır

Ağızdan köpük gəlir (çox vaxt qanlı)

Tənəffüs müntəzəm olmağa başlayır

Sianoz azalır

Nəbz bərpa olur

Bəbəklər tədricən daralır



Qıcolmadan sonra koma vəziyyəti yaranır. 

Hamilənin huşu aydınlaşdıqdan sonra retroqrad 

amneziya baş verdiyindən, qıcolmanı xatırlamır. 

Bəzən qadın komadan çıxmadan, növbəti 

qıcolma başlayır. Bu hal “eklamptik status” 

adlanır.

eklampsiya



















DİAQNOSTİKA

Preeklampsiyanın diaqnostik meyarları*



Preeklampsiya 

AT: hamiləliyin 20 həftəsindən etibarən SAT 140 mm.c.süt.-dan 

artıq və ya DAT 90 mm.c.süt.-dan artıq  

Proteinuriya: 0,3 q  və ya çox/24 saatlıq sidikdə 



Ağır preeklampsiya

AT: SAT 160 mm.c.süt. və ya artıq və DAT 110 mm.c.süt. və ya artıq 

– hamilə qadının yataq şəraitində olduğu 6 saat müddətində azı 2 

dəfə qeyd olunursa 

Proteinuriya:  5  q  və  ya  çox/24  saatlıq  sidik  müayinəsində  və  ya 

3+ sidikdə zülalın təyini testində – 4 saat müddətində götürülmüş 

sidikdə 

Başqa əlamətlər: oliquriya (< 500ml/24 saat və ya < 30 ml/saat), 

plazmada  kreatinin  >  1,2  mq/dl,  baş  ağrısı,  serebral  və  vizual 

pozğunluqlar,  sianoz,  ağ  ciyər  ödemi,  mədə  nahiyəsində  ağrı, 

göz  dibinə  ekssudasiya  və  qansızma,  qaraciyər  funksiyasının 

pozğunluqları,  trombositopeniya,  dölün  bətndaxili  inkişafının 

ləngiməsi 

*Preeklampsiya  diaqnozu  qoyulması  üçün  hipertenziya  ilə 

proteinuriyanın birgə müşahidəsi mütləqdir.

Ödemlərin  əmələ  gəlməsi  və  artması  ağır  preeklampsiyaların 

mövcudluğunu  və  ya  ağırlıq  dərəcəsini  əks  etdirmir.  Laborator 

müayinələr ağır preeklampsiyaların idarə edilməsində dəyərli olsa 

da, bu günə qədər proqnostik cəhətdən etibarlı test yoxdur. 

Arterial təzyiqi

140/90 mm.c.süt.-dan 

yüksək olan 

20 həftəliyədək 

hamiləlik

20 həftədən artıq 

hamiləlik

Proteinuriya 

yoxdur və ya 

dəyişməzdir

Yeni və ya

artan proteinuriya, 

artan AT və ya

HELLP sindrom

Xroniki 


hipertenziya

Xroniki hiperten-

ziyaya qoşulan 

preeklampsiya

Pre-

eklampsiya



Hamiləlik

hipertenziyası

Proteinuriya 

var


Proteinuriya 

yoxdur


Hamilə qadınlarda hipertenziyanın

 differensiasiyasının alqoritmi

Ana ilə əlaqəli faktorlar:

 

Yaşı 35-dən artıq 



 

Yaşı 20-dən az 



 

Ailə anamnezində preeklampsiya 



 

İlk hamiləlik 



 

Əvvəlki hamiləlikdə preeklampsiya 



 

Spesifik tibbi şərtlər: hamiləlik diabeti, piylənmə, trombofiliya 



 

Stress 



FƏSADLAR

Ağır preeklampsiyanın və eklampsiyanın

mümkün fəsadları:

 



Ağ ciyərlərin ventilyasiya pozğunluğu

 



DDL sindrom

 



HELLP sindrom

 



Böyrək çatışmazlığı

 



Ağ ciyər ödemi

 



Böyüklərin kəskin respirator distress sindromu

 



Serebrovaskulyar ağırlaşmalar

 



Ürəkdayanma

 



Ölüm

DDL SİNDROM 

eklampsiyalı qadınların təqribən 7%-də baş 

verir. Plasentar hipoperfuziya döl tərəfdən də ağırlaşmalara 

səbəb olur. Bunlardan:

 



dölün bətndaxili tələf olması

 



dölün bətndaxili inkişafdan qalması

 



perinatal ölüm hallarının artması

Ağır  preeklampsiya  və  eklampsiya,  az  hallarda  rast  gəlinsə  də, 

hamiləliyin  çox  ciddi  fəsadı  hesab  olunur.  Eklampsiyadan  ölüm 

halları 1,8%, eklampsiyanın başqa ağırlaşmaları 35% təşkil edir.  Ağır 

preeklampsiya  hamilə  qadınların  ölümünə  səbəb  olan  xəstəliklər 

sırasında qanaxma və emboliyalarla birlikdə ilk 3 yeri bölüşdürür. 

Preeklampsiya  kəskin  böyrək  çatışmazlığı,  serebrovaskulyar  və 

kardiovaskulyar ağırlaşmalar, DDL sindrom ilə təzahür edir, bununla 

da ana ölümü riskinin artmasına səbəb olur.

RİSK FAKTORLARI

Risk faktorları arasında mikrovaskulyar patologiyaya səbəb 

olan xəstəliklər üstünlük təşkil edir:

Xroniki hipertenziya

Şəkərli diabet 

Damar və birləşdirici toxuma xəstəlikləri

Antifosfolipid sindromu

Böyrək xəstəlikləri 

Digər risk faktorları hamiləliyin özü ilə və ya hamilə qadının                 

sağlamlıq vəziyyəti ilə əlaqədardır

Hamiləliklə əlaqəli faktorlar:

 



Xromosom anomaliyaları 

 



Çoxdöllü hamiləlik 

 



Oositin donasiyası və ya donor sperması ilə inseminasiya 

 



Dölün anadangəlmə inkişaf qüsurları 

 



Hamiləlik zamanı sidik traktı infeksiyaları 

EKLAMPSİYA











Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə