Şəkil 16.1. İş təklifinin qəbulu edilməsinə dai məktub nümunəsi Qərarvermə vaxtı Əgər sizin işlə bağlı hər hansı şübhəniz varsa onu aydınlatmağa tələsin. Siz təklifi qəbul edib etməməyiniz barədə bir həftə ərzində düşünə bilərsiniz, buna çox vaxt sərf etməyin. Əgər sizə çox vaxt lazımdırsa (siz başqa şirkətdən də təklif gözləyirsinizsə) onda cavab vermə vaxtını müəyyən etməlisiniz. Nə qədər peşəkarcasına buna yaxınlaşacaqsınızsa, bir o qədər şirkətin müsbət təssüratı olacaqdır.
İş təklifininin sizin axtarmağa başladığınız vaxtda ümumi karyera planının, mədəni üstünlükləri və maliyyə gözləntiləri kimi qarşıya qoyduğunuz tələbləri sizə uyğun olduğunu qərar vermisinizsə onda iş təklifinin qəbulunun rəsmi məktubunu tərtib edə bilərsiniz (Şəkil 16.1.-ə bax misal üçün) və şampan şüşəsini aça bilərsiniz!
Nəticələr:
İş təklifini qəbul eləməmişdən qabaq onu diqqətli qiymətləndirin
Bu təklifin sizin ilkin iş axtarma məqsədlərinə və ümumi karyera planına nə dərəcədə uyğun olduğu barədə düşünün
İşə müraciət etdiyiniz zaman əldə etdiyiniz təcrübə təşkilata olan ilkin mülahizələrinizi, fikrinizi dəyişdimi?
Təşkilatın mədəniyyəti nə dərəcədə sizinkinə uyğundur?
İşəgötürənlə bağlı bütün məlumatları toplayıb yeni işə keçmə riskini minimuma endirin
Müqavilənin şərtləri ilə xüsusən də məhdudiyyətlərlə bağlı hüquqi məsləhətlərə müraciət edərək bütün məsələlərə aydınlıq gətirin
Bütün sual və məntiqli olan halda daha çox pul istəməkdən çəkinməyin
Hazırkı əmək haqqınızı və digər ödənişləri qiymətləndirib əmək haqqı ilə bağlı danışıqlara hazırlıqlı olun
Işə götürənin dəyişilməsi ilə əmək haqqının 10-25% artırılmasına hazırlıqlı olun
Sizin sahənizin və vəzifə səviyyəsinin bazar qimətini müəyyənləşdirin
Hazır olmasa ilkin danışıqlarda işədüzəltmə üzrə məsləhət firmalarından imkan daxilində istifadə edin
İşdən getmənizi əngəlliyə bilən köhnə müdirinizdən gələn qarşı təkliflərdən özünüzü qoruyun
əmək haqqının artırılması başqa tələbatlarınızı ödəmədiyi halda sizə kifayət etməyə bilər
iş təklifini aldığınız vaxtdan bir həftə ərzində qərarınızı verin