Bronxýal astma üZR? KlýNÝk töVSÝY? L? R



Yüklə 262,11 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix09.03.2017
ölçüsü262,11 Kb.
#10811
  1   2

 

 

 

BRONXÝAL ASTMA

ÜZR?  KLÝNÝK

TÖVSÝY? L? R

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



BRONXİAL ASTMA ÜZRƏ  

KLİNİK TÖVSİYƏLƏR 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2008 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

54.12 


B 85 

 

 



 

 

 



 

 

 



 

 

 



B  85   Bronxial astma üzrə klinik tövsiyələr. – 32 səh. 

Klinik tövsiyələr Amerika Beynəlxalq Səhiyyə Birliyi 

(AIHA) və ABŞ Beynəlxalq  İnkişaf Agentliyinin 

(USAID) dəstəyi ilə hazırlanmışdır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

2

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

3

 



Klinik tövsiyələrin tərtibçilər heyəti: 

 C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar 

Mərkəzinin direktoru 

 K.Hacıyev – ATU-nun II Uşaq xəstəlikləri kafedrasının 

professoru, t.e.d. 

 R.Ağayev – ATU-nun II Cərrahi xəstəlikləri kafedrasının 

professoru, t.e.d. 

 T.Tağı-zadə – ATU-nun I Uşaq xəstəlikləri kafedrasının 

assistenti, t.e.n. 

 A.Əhmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar 

Mərkəzinin həkimi 

 

 



S.Nəsibova – Bakı şəhəri 4 saylı poliklinikasının sahə həkimi 

 

 



Rəyçilər: 

 F.Ağayev – ET Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru, t.e.d. 

F.Quliyev – Ə.Əliyev ad. Dövlət Həkimləri Təkmilləşdirmə 

İnstitutunun I Daxili xəstəliklər kafedrasının müdiri, t.e.d. 

 

S.Axundov – ATU-nun Ailə təbabəti kafedrasının dosenti, t.e.n. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

4

İxtisarların siyahısı: 

 

BA   – bronxial astma 

NMS   – nəfəsvermənin maksimal sürəti (zirvə axını) 

GNH

1

  – 1 saniyə ərzində güclü nəfəsvermənin həcmi 



AcHT – ağ ciyərlərin həyat tutumu (güclü nəfəsvermənin tam həcmi) 

İQK   – inhalyasion qlükokortikosteroidlər 

DAİ   – dozalaşdırılmış aerozol inhalyatoru 

DTİ   – dozalaşdırılmış toz inhalyatoru 

DV  – 

dərman vasitələri 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

5

 Bronxial 



astma 

– tənəffüs yollarının xronik və residiv verən 

xəstəliyidir. Son illər  ərzində demək olar ki, bütün ölkələrdə bu 

patologiyanın artmasına meyl qeyd edilir. Dünya əhalisinin orta 

hesabla 8%-nin bu xəstəlikdən  əziyyət çəkdiyi göstərilir. Uşaqlar 

arasında xəstələnmə  səviyyəsi müxtəlif ölkələr üzrə 0-dan 30%-ə 

qədər dəyişir. Eyni zamanda xəstəliyin ağır və orta-ağır formaları 

üstünlük təşkil edir. Sübut edilmişdir ki, xəstəliyin  ən qeyri-

qənaətbəxş gedişinə sosial statusu aşağı  səviyyədə olan şəxslər 

arasında – işsizlər, qaçqınlar, məcburi köçkünlər və digərləri – rast 

gəlinir. 

 Müasir 


yanaşmaya görə, ağırlıq dərəcəsindən asılı olmayaraq 

BA – bronxların hiperreaktivliyi və hiperhəssaslığı ilə müşayiət 

olunan  xronik iltihabi xəstəlikdir. BA klinik cəhətdən özünü 

vaxtaşırı meydana çıxan ekspirator və ya qarışıq təngnəfəslik 

(boğulma) tutmaları ilə büruzə verir. Bu tutmalara isə öz növbəsində 

bronxokonstriksiya, seliyin hipersekresiyası  və bronxların selikli 

qişasının şişkinliyi nəticəsində əmələ gələn diffuz obstruksiya səbəb 

olur. 


 BA-nın inkişafının  ən  əhəmiyyətli  risk faktorları: ailə 

anamnezində allerqoloji hallar, ekzema, həmçinin ev tozu gənələri, 

ev heyvanları (xəzli), tarakan və göbələklərin  (Аlternariа, 

Аsреrgillus,  Саndidа,  Реniсillinum) inhalyasion allergenlərinə, qida 

əlavələri, dərman vasitələri və peşə allergenlərinə qarşı 

sensibilizasiya, keçirilmiş respirator virus infeksiyaları (sinsitial, 

rinovirus, erkən körpə yaşlarında bronxiolit və s.), siqaret çəkmə, 

sənaye tullantıları, immunoloji reaktivliyin aşağı düşməsi, əlverişsiz 

iqlim şərtləri və digərləri. 



 

XBT-10 ÜZRƏ TƏSNİFAT 

 

J45  

Astma 

J45.0  

Allergik komponentin üstünlüyü ilə gedən astma 



J45.1  

Qeyri-allergik astma 



J45.8  

Qarışıq astma 



J45.9  

Dəqiqləşdirilməmiş astma 



J46  

Astmatik status (status asthmaticus) 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

6

ASTMANIN NƏZARƏT SƏVİYYƏSİNƏ GÖRƏ TƏSNİFATI 

 

 

Ənənəvi olaraq astmanın təsnifatını  xəstəliyin ağırlıq 



dərəcəsinə görə aparırdılar – yüngül fasiləli (epizodik), yüngül 

davamlı, orta davamlı, ağır davamlı. 

 

Ancaq ÜST-nin son tövsiyələrinə  əsasən,  astmanın nəzarət 



səviyyəsinə görə  təsnifatı  (Cədvəl  №1)  daha məqsədəuyğundur və 

pasiyentlərə yardım göstərilməsi zamanı istifadəsi daha rahatdır. 



Cədvəl №1 

ASTMAYA NƏZARƏTİN SƏVİYYƏSİ 

Xüsusiyyətləri 

Yaxşı nəzarət 

(Aşağıdakıların 

hamısı) 

Hissəvi nəzarət

(Aşağıdakıların 

hər hansı biri 

istənilən həftə 

ərzində müşahidə 

olunur) 

Nəzarət edilmir 

Gündüz 

simptomları 

Yoxdur 


(həftədə 

iki dəfə və ya 

daha az)

 

Həftədə iki 



dəfədən çox 

Fəallığın 

məhdudlaşması 

Yoxdur Hər hansı 



Gecə 

simptomları/ 

oyanma 

Yoxdur Hər hansı 



BA 

tutmalarının 

qarşısını alan 

preparatlara 

olan ehtiyac 

Yoxdur 


(həftədə 

iki dəfə və ya 

daha az)

 

Həftədə iki 



dəfədən çox 

Ağ ciyərlərin 

funksiyası 

(NMS və ya 

GNH

1

)

3

Normaldır 



Əvvəlcədən 

hesablanmış ən 

yaxşı fərdi 

göstəricinin 

(əgər 

məlumdursa) 



80%-dən aşağı 

Hissəvi nəzarət 

edilən astmanın 

xüsusiyyətlərində

n üçü və ya daha 

çoxu istənilən 

həftə ərzində 

müşahidə olunur 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

7

Kəskinləşmələr 



(tutmalar) 

Yoxdur 


İldə bir dəfə və 

ya daha çox

1

Həftədə bir dəfə



2

 

1



 

İstənilən kəskinləşmə zamanı yardımçı müalicəni təcili şəkildə yenidən nəzərdən 

keçirmək və onun kifayət etdiyinə əmin olmaq lazımdır. 

2

 



Belə  qəbul olunmuşdur ki, əgər hər hansı  həftə astmanın kəskinləşməsi baş 

veribsə, deməli həmin həftə ərzində astmaya nəzarət edilməmişdir.

 

3

 



Ağ ciyərlərin funksiyasının müəyyən olunması beş  və ya daha kiçik yaşlı 

uşaqlarda etibarlı göstəricilər vermir.

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

ASTMANIN DİAQNOSTİKASI 

 

ANAMNEZ VƏ FİZİKAL MÜAYİNƏ 

 

 

Əgər anamnezdə  aşağıdakı hallar qeyd edilirsə, o zaman BA-



nın olması ehtimalı artır: atopik dermatit, allergik rinokonyuktivit, 

yaxud ailə anamnezində BA və ya digər atopik xəstəliklərin 

mövcudluğu. 

 

Cədvəl  №2-də  təsvir edilən simptomlardan hər hansı biri 

müşahidə olunursa, pasiyentdə BA xəstəliyinin olduğunu güman 

etmək mümkündür. 

 

Cədvəl №2 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

8

 



 

Pasiyentlərdə soyuqdəymələr aşağı tənəffüs yollarına keçir və 



ya tam müalicə üçün 10 gündən artıq vaxt tələb edir. 

 



Astmaya qarşı müalicə simptomlara müsbət təsir edir. 

 

Gecə vaxtı 

 

Ətraf mühitin temperaturu kəskin dəyişdikdə 

 

Xəz dərili heyvanlar, kimyəvi aerozollar, tütün tüstüsü ilə 



kontakt zamanı 

 

Ev tozu gənələri ilə kontakt yarandıqda 

 

Bəzi DV-dən istifadə zamanı (β-adrenoblokatorlar, aspirin) 

 

Fiziki gərginlik zamanı 

 

Bitki tozcuqları ilə kontakt yarandıqda 

 

Tənəffüs yollarının kəskin infeksion xəstəlikləri zamanı 

 

Güclü emosional gərginlik hallarında  

 



Quru öskürək. 

 



Simptomların əmələ gəlməsi və ya güclənməsi:  

 

Əsasən gecə vaxtı güclənən öskürək 

 

Fışıltılı xırıltıların təkrarlanması 

 

Tənəffüsün çətinləşməsinin (boğulmanın) təkrar epizodları 

 

Döş qəfəsində sıxılma hissinin təkrarlanması 

 



Anamnezdə aşağıdakı simptomların olması: 

 



Fışıltılı  xırıltılar – nəfəsvermə zamanı  fışıltılı yüksək səslər – 

xüsusilə  uşaqlarda. (Döş  qəfəsinin müayinəsi zamanı normal 

göstəricilərin olması astmanın mövcudluğunu istisna etmir). 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

9

 



Nəzərə almaq lazımdır ki, remissiya dövründə patoloji simptomatika 

olmaya bilər (fizikal müayinənin normal göstəriciləri BA-nı istisna 

etmir).  

 Beş yaşına qədər olan uşaqlarda BA diaqnozu əsasən klinik 

müayinələrin nəticələrinə görə qoyulur. Südəmər körpələrdə triggerlərin 

təsiri ilə meydana çıxan fışıltılı xırıltı epizodu üç dəfə və ya daha artıq 

müşahidə olunarsa, o zaman BA haqqında fikirləşmək, müayinələr və 

differensial diaqnostika aparmaq lazımdır. 

 

Uşaqlarda fizikal müayinə zamanı BA üçün səciyyəvi olan 



aşağıdakı əlamətlərə diqqət yetirilməlidir: 

 



Döş qəfəsinin qabarması (hiperekspansiya) 

 



Nəfəsvermənin uzanması və auskultasiya zamanı fışıltılı xırıltıların 

eşidilməsi 

 

Rinit 



 

AĞ CİYƏR FUNKSİYASININ İNSTRUMENTAL MÜAYİNƏSİ 

 

 Pikfloumetriya 

(nəfəsvermənin maksimal sürətinin ölçülməsi) – 

BA-nın diaqnostikası  və müalicəyə sonrakı  nəzarət üçün vacib 

metoddur.  Əgər bronxodilyatorların inhalyasiyasından sonra NMS 60 

l/dəq (və ya > 20%) artırsa, yaxud gün ərzində NMS-ni ölçdükdə 

göstəricilər arasındakı  fərq 20%-dən çoxdursa (iki dəfə ölçüldükdə 

10%-dən artıqdırsa), o zaman pikfloumetriyanın nəticələri BA diaqnozu 

haqqında düşünməyə  əsas verir. Astmanın monitorinqi prosesində 

pasiyentə məxsus pikfloumetr vasitəsilə NMS göstəricilərinin müəyyən 

edilməsi, bu göstəriciləri pasiyentin daha əvvəlki  ən yaxşı  fərdi 

pikfloumetriya göstəriciləri ilə müqayisə etmək üçün gözəl imkan 

yaradır. 

  Pediatrik praktikada pikfloumetriya 5 yaşdan yuxarı  uşaqlarda 

istifadə olunur. Nəticələrin qiymətləndirilməsi üçün xüsusi 

normoqramlardan istifadə edirlər, ancaq daha dəqiq informasiya əldə 

etməkdən ötrü 2-3 həftə  ərzində NMS-nin gündəlik monitorinqini 

aparmaq lazımdır. NMS-ni səhər (adətən  ən aşağı göstərici) və axşam 

yatmazdan  əvvəl (adətən  ən yuxarı göstərici) ölçürlər. Gün ərzində 

NMS göstəriciləri arasındakı  fərqin 20%-dən çox olması BA-nın 

diaqnostik əlaməti sayılır, bu zaman fərqin böyüklüyü xəstəliyin ağırlıq 

dərəcəsi ilə düz mütənasibdir. Bronxolitikin inhalyasiyasından və ya 

İQK-nin sınaq təyinatından sonra NMS azı 15% artırsa, o zaman 

pikfloumetriyanın nəticələri BA diaqnozu haqqında düşünməyə  əsas 

verir. 


Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

10

 



Bəzi hallarda uşaqlarda BA simptomları yalnız fiziki gərginlikdən 

sonra meydana çıxır. Bu qrupa daxil olan uşaqlarda fiziki gərginlik 

testinin (6 dəqiqəlik qaçış protokolu) yerinə yetirilməsi faydalıdır. Bu 

metoddan istifadə olunması  və eyni zamanda GNH

və ya NMS-nin 



müəyyən edilməsi BA-nın dəqiq diaqnozunun qoyulmasında yardımçı 

ola bilər. 

 

Spirometriya  – tənəffüs yollarından havanın keçməsinə yaranan 

məhdudiyyətin (tənəffüs yollarının obstruksiyasının) səviyyəsini, geriyə 

dönmə dərəcəsini, dəyişkənliyini ölçmək, həmçinin xəstəliyin gedişinin 

ağırlığını qiymətləndirmək üçün istifadə edilən metoddur. Əgər 

bronxodilyatorların təyinindən sonra GNH

1

 12% və ya daha çox (yaxud 



> 200 ml) artırsa, bu, bronxial obstruksiyanın geriyə dönməsinin 

göstəricisidir və BA diaqnozunun təsdiq edilməsində yardımçı ola bilər. 

Lakin astmalı pasiyentlərin  əksəriyyətində  hər ölçmə zamanı bronxial 

obstruksiyanın geriyə dönməsi aşkar edilmir, ona görə  də  təkrar 

müayinələrin aparılması tövsiyə olunur. GNH

1

  uşaqlarda beş yaşından 



sonra təyin olunur və GNH

1

-nin AcHT-ə nisbəti 80%-dən artıq 



olmalıdır (90%-dən artıq olması da mümkündür). Bu səviyyədən aşağı 

olan qiymətlər bronxial obstruksiyanın göstəricisi hesab edilə bilər.  

 

ƏLAVƏ DİAQNOSTİK TESTLƏR 



(Həkim allerqoloq-immunoloq tərəfindən yerinə yetirilir) 

 

 



Tənəffüs yollarının hiperreaktivliyinin aşkar edilməsi.  Əgər 

pasiyentlərdə BA üçün xarakterik olan əlamətlər varsa, lakin ağ ciyər 

funksiyasının göstəriciləri norma daxilindədirsə, o zaman tənəffüs 

yollarının metaxolin, histamin və ya fiziki gərginliyin təsirinə göstərdiyi 

reaksiyanın tədqiq edilməsi BA diaqnozunun qoyulmasında yardımçı 

ola bilər. 



 Allergenlərlə  dəri testləri və ya qan zərdabında spesifik IgE-

lərin təyin edilməsi  BA-nın diaqnostikası üçün nisbətən az əhəmiyyət 

daşıyır, ancaq bu tədqiqatlar hər bir pasiyent üçün fərdi  şəkildə risk 

faktorlarının – triggerlərin müəyyən olunmasında köməklik göstərir. 

Əldə edilmiş  məlumatlara uyğun olaraq ətraf mühitin risk faktorlarına 

nəzarət edilməsi ilə bağlı pasiyentə tövsiyələr verilir. 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

11

ASTMANIN MÜALİCƏSİNİN DÖRD KOMPONENTİ



 

 

Astmanın müalicəsinin məqsədləri: 



 

 



Xəstəliyin simptomları üzərində nəzarətin əldə edilməsi və 

saxlanması  

 

Kəskinləşmələrin qarşısının alınması və müalicəsi 



 

Aktivliyin, o cümlədən fiziki fəallığın normal səviyyəyə 



çatdırılması  

 



Müalicənin əlavə təsirlərinin aradan qaldırılması 

 



Xəstəliyin ağırlaşmasının profilaktikası  

 



Astmadan ölümün qarşısının alınması  

 

I komponent: Həkimlə pasiyent arasında  

əməkdaşlıq əlaqələrinin yaradılması 

 

 Astma 



üzərində  nəzarətin saxlanması, müalicəni həyata keçirən 

tibb işçiləri ilə pasiyent arasında əməkdaşlıq əlaqələrinin yaradılmasını 

tələb edir. Pasiyentlər (pasiyentlərin valideynləri) ilə maarifləndirici 

məşğələlər aparmaq, onlara aşağıdakıları öyrətmək lazımdır: 

 



Risk faktorlarının təsirinə məruz qalmaqdan çəkinmək 

 



Dərmanları düzgün qəbul etmək 

 



Xəstəliyin gedişinə nəzarət üçün istifadə olunan dərmanlarla, 

təxirəsalınmaz yardım zamanı tətbiq edilən dərmanlar arasındakı 

fərqləri başa düşmək 

 



Simptomların qeyd edilməsi və pikfloumetrlə NMS-nin 

ölçülməsi vasitəsilə öz vəziyyətinə nəzarət etmək 

 

Astmanın ağırlaşması əlamətlərini müəyyən etmək və lazımi 



tədbirləri yerinə yetirmək  

 



Ehtiyac yarandıqda tibbi yardım üçün müraciət etmək 

 

 Astmaya 



uzunmüddətli nəzarət üçün müalicənin  fərdi yazılı 

planının  tərtib edilməsi tələb olunur. Bu planda simptomların və 

tutmaların profilaktikası üçün lazım gələn, həmçinin tutmalar zamanı 

yerinə yetirilməli olan tədbirlər öz əksini tapmalıdır. Planın praktik 

cəhətdən tətbiqinin rahat olması üçün, onu pasiyentlə birlikdə tərtib 

etmək lazımdır. Cədvəl №3-də astma üzərində nəzarətin saxlanması 

üçün istifadə olunan yazılı fəaliyyət planının nümunəsi verilmişdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

12

Cədvəl №3.  



Sizin müntəzəm müalicəniz: 

1.

 



Hər gün qəbul edirsiniz _____________________ 

2.

 



Fiziki hərəkətlərdən əvvəl qəbul edirsiniz 

_____________________ 



DƏRMANLARIN QƏBULUNU NƏ ZAMAN ARTIRMAQ LAZIMDIR? 

Astma üzərində nəzarətinizin səviyyəsini qiymətləndirin 

Keçən həftə sizdə bunlar olmuşdurmu: 

 

Iki dəfədən artıq astmanın gündüz simptomları 



      

 

Yox         Hə 

 

Fəaliyyətin və ya fiziki hərəkətlərin məhdudlaşması 



 

Yox         Hə 

 



Astma ilə bağlı gecə oyanması 

                             

 

Yox         Hə 

 



Təxirəsalınmaz terapiya dərmanlarından istifadəyə  

 



iki dəfədən artıq ehtiyac yaranması

        


 

Yox         Hə 

 



Əgər NMS-ni ölçürsünüzsə, NMS _____-dən aşağı olmuşdur

    Yox         Hə 



Əgər siz yuxarıda sadalanan suallardan üç və ya daha artığına HƏ cavabı 

vermisinizsə, deməli sizin astmanıza nəzarət olunmur və müalicədə bir pillə yuxarı 

qalxmaq lazımdır. 

DƏRMANLARIN QƏBULUNU NECƏ ARTIRMAQ LAZIMDIR? 

Aşağıda göstərildiyi qaydada dərmanların qəbulunu artırın və hər gün 

vəziyyətinizin yaxşılaşmasını qiymətləndirin: 

______________________________________ (Bura müalicənin növbəti pilləsini 

qeyd edin) 

Bu müalicəni ______ gün (sayını göstərin) qəbul edin 



NƏ ZAMAN HƏKİMƏ/ KLİNİKAYA ZƏNG ETMƏK LAZIMDIR?  

Həkimə/klinikaya zəng edin: ___________________ (telefon nömrəsini qeyd 

edin). 

Əgər ______ gün (sayını göstərin)  ərzində müsbət dəyişikliklər baş vermirsə 



_______________________________ (mümkün əlavə təlimatlar). 

FÖVQƏLADƏ VƏZİYYƏT / NƏZARƏTİN CİDDİ ŞƏKİLDƏ İTİRİLMƏSİ 

 

 



Əgər sizdə güclü təngnəfəslik varsa və yalnız qısa ifadələrlə danışa bilirsinizsə 

 



Əgər sizdə ağır astma tutması baş veribsə və siz qorxmusunuzsa 

 



Əgər siz təxirəsalınmaz terapiya üçün preparatlardan hər 4 saatdan daha tez 

istifadə edirsinizsə və yaxşılaşma baş vermirsə, o zaman –  

 

1.

 



2-4 dəfə inhalyasiya edin ____________________ (təxirəsalınmaz terapiya 

üçün DV). 

2.

 

___ mq ________________ (peroral lükokortikosteroid) qəbul edin. 



3.

 

Tibbi yardım üçün ____________________________ müraciət edin. 



Ünvan: ____________________________ Telefon: _____________ 

4.

 



Tibbi yardım alana qədər _____________________ (təxirəsalınmaz terapiya 

üçün DV) istifadə etməkdə davam edin.

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

13


Yüklə 262,11 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin