Brayan Treysi Daxili İntizamın Gücü



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix24.04.2022
ölçüsü1,53 Mb.
#56201
1   ...   16   17   18   19   20   21   22   23   24
Brian Tracy The Power of Self-Discipline

"Bəzi hallarda mənəvi möhkəmliyi izah etmək çətin olur. 
Bu, mükəmməl nizamlanmış iradə tətbiq etməklə nəyisə qurban 
vermək və inkar etmək bacarığıdır." 
Vins Lombardi 
 
Mükəmməl fiziki hazırlığa yiyələnmək və daim sax-
lamaq  üçün  güclü  daxili-intizam  və  iradə  lazımdır.  İşin 
yaxşı tərəfi isə odur ki, fiziki hazırlıq özü mükafatdır. Siz 
yalnız  fiziki  hərəkətlər  edərkən  deyil,  yerdə  qalan  bütün 
vaxtıda  özünüzü  yaxşı  hiss  edirsiniz.  Məqsədiniz  uzun, 
sağlam həyat yaşamaq və daim mükəmməl fiziki hazırlı-
ğa malik olmaqdırsa, bu istəyinizdə heç bir məhdudiyyət 
yoxdur.  Xoşbəxtlikdən  fiziki  hazırlığınızı  təmin  etmək 
üçün Olimpiya oyunlarına və ya beatlon yarışlarına hazır-
laşmağa ehtiyac yoxdur. Gündəlik həyatınıza sadəcə otuz 
- qırx dəqiqəlik fiziki hərəkətlər daxil etməklə bunu təmin 
etmək olar.  
 
 
Ekspertlərə qulaq asın. 
 
Fiziki  hazırlıq  instruktorlarının  çoxu,  istədiyiniz  fi-
ziki hazırlığa malik olmaq üçün həftədə 200 - 300 dəqiqə 
məşq etmək lazım olduğunu bildirirlər. Yəni hərəsi otuz-
almış dəqiqə olmaqla həftədə beş-yeddi gün. Ən azından 
hər  gün  yarım  saat  piyada  gəzməklə  siz  sağlamlığınızı 
qorumuş olarsınız. Fiziki təlimlərinizi gündəlik altmış də-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
213 
qiqəyə  qaldırdıqda  isə  dünyanın  ən  sağlam  1  -  2  faiz  in-
sanları sırasına qoşularsınız.  
 
 
İlk işiniz. 
 
Fiziki  təlim  üçün ideal  vaxt  səhər  yuxudan  oyanan 
kimidir. Hər  gün  yuxudan qalxan  kimi 30  - 60 dəqiqə fi-
ziki  təlimə  vaxt  ayıran  adamlar  əksər  hallarda  bu  işi 
ömürlük adətə çevirirlər. Və əksinə olaraq təlimi sonraya 
saxlayan  adamlar  ağır  iş  gününün  sonunda  çox  yorğun 
olur  və  təlimləri  növbəti  günə  kimi  təxirə  salırlar  ki,  hə-
min o növbəti gün də heç zaman gəlib çıxmır. Fiziki təlimi 
gündəlik  adətə  çevirmək  güclü  daxili-intizam  tələb  edir. 
Bunu yuxudan qalxan kimi ilk iş olaraq görmək isə işinizi 
xeyli asanlaşdırır.  
 
 
Özünüzü "aldadın". 
Mən  özüm  də  daxil  olmaqla  çox  adam,  axşamdan 
idman paltarını yatağın yanına qoymaqla özünə kələk gə-
lir. Yuxudan oyanan kimi istər-istəməz ona ilişirsiniz. Yu-
xudan  tam  ayılmağa  macal  tapmamış  artıq  idman  palta-
rında  həyətdəki  meydançada  dayandığını  görürsən.  Və 
heç  bir  təlim  etmədən  geri  qayıtmaq  sadəcə  mənasız  gö-
rünür. 
Səhər  təlimindən  qayıdan  hər  kəs  gülümsəyir,  şən 
və xoşbəxt görünür. Bu, 20 - 30 dəqiqədən sonra işə düşən 
təlim effektidir. Beyin endorfin istehsal etməyə başlayır.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
214 
İntellektinizi artırın. 
 
Hər səhər fiziki təlimlər edən insanların daha ağıllı, 
iti  düşüncəli  və  yaradıcı  olduqları  müəyyən  edilmişdir. 
Onların intellekti daha yüksək göstəricilərə malik olur və 
onlar  işlərini  daha  effektiv  görmək  üçün  yeni  ideyalara 
malik  olurlar.  Bunun  səbəbi  sadədir.  Hər  səhər  fiziki  tə-
limlər etməklə siz beyninizə oksigenlə zəngin qan axınını 
gücləndirir  və  bununla  da  onun  effektiv  fəaliyyətini  tə-
min edirsiniz. Bu sizin gün ərzində ayıq, düşüncəli və ya-
radıcı olmanıza səbəb olur.  
Yuxudan oyanan kimi fiziki təlim etmək sizin meta-
bolik səviyyənizi növbəti pilləyə qaldırır. Nəticədə də bə-
dəniniz bütün gün ərzində aktiv kalori yandırır. Fiziki tə-
limdən  bir neçə saat sonrada  çəki  itirməkdə davam edir-
siniz.  Günün  istənilən  vaxtında  fiziki  təlimdən  sonra  siz 
acıyırsınız  və  bu  aclıq,  şirniyyat  və  ya  digər  buna  oxşar 
qida deyil, sağlam qidaya olan ehtiyacdır.  
 
 
Fiziki təlimləri həyat tərzinizə çevirin. 
 
Mükəmməl  fiziki  hazırlığı  təmin  etmək  üçün  görə 
biləcəyiniz ən  faydalı  iş müxtəlif idman  klublarına  yazıl-
maq və daimi təlim kurslarına getməkdir. Siz hətta bir az 
artıq xərc çəkib şəxsi trener tuta bilərsiniz ki, o sizinlə xü-
susi  prodramla  və  bir  az  artıq  vaxt  sərf  etməklə  məşğul 
olsun. Sizin inkişafınızda maraqlı olan, təlimlərə gəlməyi-
nizi  izləyən  və  sizinlə  məşğul  olan  bir adamın  varlığı  si-
zin bu işlə aramsız məşğul olmağınızı asanlaşdıracaq, sizi 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
215 
daha həvəsli və məqsədyönlü edəcək. İndi çox adam şəxsi 
trener  tutur.  O  sizin  evinizə  və  ya  iş  yerinizə  gələ  və 
yaxud  da  siz  xüsusi  avadanlıqla  təchiz  edilmiş  idman 
zalına gedə bilərsiniz. Şəxsi trenerdən istifadə edən insan-
lar bir qayda olaraq nəticələrdən razı qalırlar. Mükəmməl 
fiziki  hazırlığa  nail  olmaq  işinizdə  əlavə  bir  adamın  ma-
raqlı olması, daim sizi ruhlandırması, çətinliklərinizdə kö-
mək  etməsi  və  peşəkar  məsləhər  verməsi  işinizi  xeyli 
asanlaşdırır və sizi daha da məqsədyönlü edir.  
 
 
Təşkilati idmana qatılın. 
 
Təşkilati və ya kollektiv idman fiziki hazırlığı yaxşı-
laşdırmağın ən yaxşı yoludur. Onlar vaxt və planlaşdırma 
məsələsində sizin üçün çətinliklər törədsədə nəticə heyrə-
tamiz  olacaq.  Siz  futbol,  voleybol,  tennis  və    s.  bu  kimi 
hansısa  bir  komandanın  üzvü  olduqda  və  trenerlə  məşq 
etdikdə daha məsuliyyətli, intizamlı və diqqətli olursunuz. 
Məşqlərinizə daha ciddi yanaşacaq və səylə çalışacaqsınız.  
 
 
Yeni və yaxşı adətlər qazanın. 
 
Təəssüf  ki,  fiziki  hazırlıq  və  idman  təlimləri  güclü 
daxili-intizam tələb edir və hər adam bu işin öhdəsindən  
lazımi  səviyyədə  gələ  bilmir.  Hansı  səviyyədə  olmasın-
dan asılı olmayaraq daim məşq etmək zamanla adətə çev-
rilir  və  çox  adam  bu  adətə  alışa  bilmir.  Xoşbəxtlikdən, 
başlamaq heç zaman gec olmur. İstənilən vaxt fiziki duru-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
216 
munuzu  yaxşılaşdırmaq  qərarına  gələ  bilərsiniz.  Elə  bu 
dəqiqə  fiziki  təlimləri  gündəlik  adətə  çevirəcəyinizə  və 
bütün  ömrünüz  boyu  davam  etdirəcəyinizə  söz  verə  və 
bu yolla da iradə və daxili-intizamınızı sınağa çəkə bilər-
siniz.  
 
 
Bu gün başlaya bilərsiniz. 
 
Aramla inkişaf edin. 
Yetmiş beş yaşına kimi o artıq on 36.5 kilometrlik və 
iki  73  kilometrlik  marafonda  iştirak  etmişdir.  Ən  maraq-
lısı isə odur ki, o altmış səkkiz yaşına kimi heç zaman qaç-
mamışdır.  
Qocalar  evində,  heç  zaman  fiziki  hazırlığa  önəm 
verməyən altmış səkkiz yaşlı bir qadın yaşayırdı. O bütün 
ömrü boyu zəhmət çəkmiş, ailəsinin qayğısına qalmış, nə-
nə  olmuş  və  indi  isə  qocalar  evində  rahat  həyatını  yaşa-
yırdı.  Bir  gün  o  televiziyada  qaçış  yarışına  baxır.  Yarışın 
şərhçisi marafon yarışında bir neçə əlli və hətta altmış ya-
şlı  iştirakçıların  olduğunu  bildirir.  Onların  çoxu  idmanla 
ahıl yaşlarında məşğul olmağa başlamışdırlar. Altmış sək-
kiz  yaşlı bu qadında  marafon yarışında iştirak  edəcəyinə 
qərar verir. Yaxınlıqdakı dükana gedib idman  çəkmələri 
alır  və  qocalar  evinin  həyətində  aktiv  yeriməyə  başlayır. 
Növbəti həftələrdə yeridiyi məsafəni aramla artırır. Qaçış 
məşqlərinə dair kitablar  alıb  oxuyur və məsləhətlər axta-
rır.  İki  aydan  sonra  aktiv  yeriməyə  yüngül  qaçmaq  da 
əlavə  edir.  Altı  aydan  sonra  qaçış  məsafəsini  və  sürətini 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
217 
bir az da artırır. Bir ildən sonra o qısa məsafəli yerli mara-
fon yarışında iştirak edir.  
Sizin  hansı  bəhanəniz  var?  Altmış  səkkiz  yaşlı  qa-
dın bu qədər qoca yaşında qaçmağa başlayırsa siz də istə-
nilən yaşda başlaya bilərsiniz.  
Uzun sağlam həyatı təmin etməyin əsas şərti daimi 
fiziki təlimlərə başlamaq və bütün ömrün boyu davam et-
dirmək  lazımdır.  Daxili-intizam  və  iradənizdən  istifadə 
edib fiziki təlimə  başladıqda və  bunu  aramsız olaraq da-
vam  etdirdikdə  özünüzü  çox  yaxşı  hiss  edəcək,  özünüz-
dən razı qalacaq və fəxr edəcəksiniz.  
Növbəti  hissədə,  ailə  həyatında  daxili-intizamın 
heyrətamiz nəticələri haqda öyrənəcəksiniz.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
218 
Tapşırıq: 
 
1.  Bu  gün  həmin  gündür!  Mükəmməl  fiziki  hazırlıq  sə-
viyyəsi  əldə  edəcəyinizə  söz  verin  və  dərhal  bu  isti-
qamətdə fəaliyyətə keçin. 
2.  Tam  tibbi  müayinədən  keçin  ki,  başlamazdan  öncə 
səhhətinizin vəziyyətini və limitinizi biləsiniz.  
3.  Hər gün ən azı 30 dəqiqə yeriməyə başlayın, imkan da-
xilində səhər yuxudan qalxan kimi, ya da heç olmazsa 
dərhal işdən sonra. 
4.  Trenajor  zalına  və  ya  idman  klubuna  yazılın,  bir  illik 
üzvlük  haqqını  öncədən  verin  və  mütəmadi  olaraq 
məşqlərə gedin.  
5.  Şəxsi trener tutun və onunla tam proqram üzrə işləyin. 
6.  Eviniz üçün trenajor alın və onu televizorun qarşısında 
yerləşdirin. Bu yolla siz fiziki məşqləri gündəlik və ailə 
həyatınızın bir hissəsinə çevirmiş olacaqsınız.  
7.  Dərhal  kəskin  dəyişiklik  gözləmədən  məşqə  aramla 
başlayın və səbirlə davam etdirin. Təmkinli, inadkar və 
məqsədyönlü olun. 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
219 
XVIII HİSSƏ 
Daxili-İntizam və Evlilik 
 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin