Brayan Treysi Daxili İntizamın Gücü



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix24.04.2022
ölçüsü1,53 Mb.
#56201
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
Brian Tracy The Power of Self-Discipline

“Dahi  insanların  bioqrafiyası  ilə  tanış  olduqda  onların 
hamısının ilk qələbəsinin özləri üzərində olduğunu aşkar etdim; 
daxili-intizam onların hamısı üçün birinci olmuşdur.” 
Harri S. Truman 
 
Sığorta  sənayesinin,  iyirmi  bir  yaşından  işləməyə 
başlamış yüz min insanın sorğusuna əsaslanan statistika-
sına əsasən, altmış beş  yaşında onlardan biri zəngin, dör-
dü  maliyyə  cəhətdən  müstəqil,  on  beşi  müəyyən  qədər 
pula malik yerdə qalanları isə ya hələ də işləyəcək, ya tə-
qaüddən asılı, ya da dünyasını dəyişmiş olacaq.  
Bu  gün  insanların  çoxu  yetmiş  yaşlarına  kimi  işlə-
məyi planlaşdırır. Nə  üçün? Çünki onlara təqaüdə çıxma-
ğa imkan verəcək qədər pul toplaya bilməmişlər. Maliyyə 
problemlərinin  əsas  səbəbi,  daxili-intizam  və  özünükon-
trol qabiliyyətinin çatışmazlığıdır. Bu, qısa müddətli məq-
sədləri  qurban  verə  bilməməkdən  irəli gəlir.  İnsanlar  üç-
ün  qazandıqları  bütün  pulu  və  hətta  əlavə  olaraq  kre-
ditləri də xərcləmək normal hala çevrilmişdir.  
Bu gün, maliyyə müstəqilliyi qazanmaq üçün Ame-
rikanlar  çox  az  qənaət  edirlər.  Bir  ömürlük  işin  sonunda 
orta  səviyyəli  Amerikan  ailəsi  sadəcə  8 000  dollara  məx-
sus  olur.  İnsanlar,  sabahları  haqda  qətiyyən  düşünməyə-
rək bütün pullarını xərcləyir və hətta əlavə borc götürür-
lər.  
Yaxşı  xəbər  isə  ondan  ibarətdir  ki,  biz  tarixin  ən 
yaxşı zamanında yaşayırıq. Yaşadığımız dövrdə adi insa-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
169 
nın zənginləşməsi və həyatda uğur əldə etməsi üçün tari-
xin  bütün  digər  dövrlərdəkindən  qat-qat  artıq  imkanlar 
vardır. Maliyyə müstəqilliyi əldə etmək indiki qədər asan 
olmamışdır.  Lakin  bunun  üçün  siz  qərar  verməli  və  bu 
qərarınızı həyata keçirmək üçün fəaliyyət göstərməlisiniz.  
 
 
Maliyyə uğursuzluğunun səbəbi. 
 
Yetkin insanların əksəriyyətinin maliyyə problemlə-
ri ilə üzləşməsinin səbəbi az qazanc deyil. “Qonşu evdəki 
milyoner”  kitabının  müəllifləri  Tomas  Stenli  və  Villiam 
Danko bu kitabda, eyni küçədə qonşu evlərdə yaşamaqla-
rına və eyni işlə məşğul olmaqlarına baxmayaraq iki ailə-
nin müxtəlif maliyyə vəziyyətinə malik ola bildikləri haq-
da yazmışdırlar. Qırx beş yaşlarına çatanda ailələrdən biri 
maliyyə müstəqilliyi əldə etdiyi halda digər ailə borcların 
öhdəsindən  gəlmək  üçün  səylər  göstərir.  Bunun  səbəbi 
qazandıqları  pulun  məbləğində  deyil.  Səbəb  daxili-inti-
zam  və  yaxın  məqsədləri  təxirə  salmaq  bacarığının  ol-
mamasındadır. Nə  üçün yetkin  insanların  çoxu  bu  xüsu-
siyyətlərin  olmamasından  əziyyət  çəkir?  Səbəb  uşaqlıq 
illərində  gizlənir. Uşaq  vaxtı əlinizə  pul düşərkən  birinci 
istəyiniz  dərhal  dükana  qaçıb  dondurma  almaq  olub. 
Dondurma  ləzzətlidir.  Uşaq  ikən  və  elə  indidə  dondur-
manı çox xoşlamısınız və heç vaxt ondan doymaq bilmir-
diniz. Uşaqların çoxu dondurmanı çox sevir və boğazları 
ağrıyana  kimi  dayanmadan  yeyirlər.  Yaşa  dolduqca  siz 
mənbəyindən  asılı  olmayaraq  əlinizə  gələn  pula,  psixo-
loqların “kondisiyalaşdırılmış cavab” adlandırdığı reaksi-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
170 
yanı  formalaşdırırsınız.  Pavlovun  itlərində  olduğu  kimi 
(Məşhur  təcrübə:  Pavlov  hər  dəfə  itlərini  yemləyərkən 
zəng çalır və müəyyən müddət sonra o sadəcə zəng səsi-
nin itlərin mədəsində şirə ifraz olunmasına səbəb olduğu-
nu müəyyən edir) siz əlinizə pul gələn kimi onu xoşunu-
za gələn bir şeyə sərf etməyə can atırsınız.  
 
 
Xərcləmək sizi xoşbəxt edir. 
 
Siz yetkin insan olub pul qazanmağa başladıqda da 
bu  avtomatik  reaksiya  davam  edir.  Birinci  düşüncəniz: 
“Bu pulu məni sevindirəcək nəyə xərcləyə bilərəm?” fikri 
olur. İlk dəfə işə düzələrkən həvəslə düşündüyünüz ilk iş, 
əmək  haqqınızı  və  hətta  əlavə  olaraq  kredit  kartınızdakı 
pulları  hansı  geyim  dükanında,  avtosalonda,  kosmetik 
dükanda  və  ya  bahalı  turizm  bölgəsində  xərcləyəcəyiniz 
olur. Zehni bərabərliyiniz: pul = əyləncə. 
Hansısa  turizm  bölgəsinə  getdikdə  orada,  evinizdə 
olarkən  almayacağınız  mənasız  suvenir  və  müxtəlif  hə-
diyyə  dükanlarının  çoxluğu  sizi  təəccübləndirəcək.  Nə 
üçün?  Cavab  sadədir.  Gəzməyə  getdikdə  özünüzü  xoş-
bəxt hiss edirsiniz. Daxilinizdə bu xoşbəxtliyə pul xərclə-
məklə  cavab  verəcək  hazır  mexanizm  var.  Xoşbəxtliyini-
zin  dərəcəsi  artdıqca  xərcləməyə  hazır  olduğunuz  pulun 
da məbləği artır.  
Bəzi adamlar üçün, əsəbi olduqda bazarlığa getmək 
adi haldır. Bunun köməyi olmadıqda onlar bazarlığın hə-
cmini artırırlar. Və çox zaman aldıqları məhsulların əksə-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
171 
riyyətindən  istifadə  etmirlər,  çünki  bazarlığı  kor-koranə 
etmişdilər.  
 
 
Pula olan reaksiyanızı dəyişin. 
 
Maliyyə  müstəqilliyi  əldə  etmək  üçün  başlanğıc 
nöqtə  özünüzü  pula  olan  münasibətinizi  dəyişməyə  va-
dar etməkdir. Əliniz alt şüurunuza kimi uzanmalı və ora-
da  “xərcləmək”  və  “xoşbəxtlik”  anlayışlarını  birləşdirən 
naqili qırmalıdır. Sonra bu naqil vasitəsi ilə “xoşbəxtliyi” 
“qənaət və yatırım” anlayışları ilə birləşdirməlisiniz. Bun-
dan  sonra  siz  “Pul  xərcləmək  məni  sevindirir”  əvəzinə 
“Qənaət etmək məni sevindirir” deyəcəksiniz.  
Düşüncənizdəki  bu  dəyişikliyi  gücləndirmək  üçün 
bankda  “maliyyə  müstəqilliyi  hesabı”  açın.  Bu  hesaba 
uzun müddətli yatırımlar edin. Özünüzə söz verməlisiniz 
ki, bu hesaba yatırdığınız pulları maliyyə müstəqilliyi əl-
də  etməkdən  başqa  heç  bir  məqsədə  xərcləməyəcəksiniz. 
Avtomobil və ya bu kimi başqa bir şey almaq istəyirsiniz-
sə  bunun  üçün  ayrıca  hesab  açın.  “Maliyyə  müstəqilliyi 
hesabı”na yatırdığınız pulları yalnız yüksək gəlir əldə et-
mək üçün xərcləyə bilərsiniz.  
 
 
Xoşbəxtliyi qənaətlə birləşdirin. 
 
Siz bu yolla qənaət etdikdə sizdə möcüzə baş verir. 
Bankda  toxunulmaz  pulunuzun  olması  faktı  sizi  sevin-
dirir. Hesabınızda cəmisi 10 dollar olsa belə, özünüzü bu 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
172 
işə vadar edə bilməyiniz sizi qürrələndirəcək. Özünüzdən 
razı qalacaqsınız. Özünüzü lazım olan  işi görməyə vadar 
edəcək  qədər  intizamlı  olmağınız  sizə  həyatınıza  daha 
yaxşı  nəzarət  etmək  hissi  verəcək.  Hər  dəfə  qənaət  edə 
bildiyiniz pulu bu hesaba qoyacaqsınız. Bunun nəticəsin-
də  də  “maliyyə  müstəqilliyi  hesabı”nız  durmadan  arta-
caq. Və hesabınız artdıqca siz iki qanunu işə salacaqsınız: 
Cəlbetmə və Cəmləmə qanunu.  
Siz  daim  bank  hesabınızın  artması  haqda  real  dü-
şündüyünüzdən  hesab  özlüyündə  pul  cəlb  etməyə  baş-
layır. Misal üçün bu hesaba hər ay 10 dollar qoymağa söz 
vermisinizsə  ilin  sonunda  qənaət  etdiyiniz  əlavə  pullar 
hesabına  bankda  120  deyil,  200  dollar  pulunuz  olacaq. 
Cəlbetmə  qanunu  praktikada  məhz  bu  şəkildə  təzahür 
edir.  
Cəmləmə qanununa əsasən, hər bir böyük nailiyyət 
kiçik nailiyyətlərin cəmidir. Bu qanun deyir ki: “siz həya-
tınıza  əsas  məqsədinizlə  harmoniya  təşkil  edən  şeyləri 
cəlb  edirsiniz”.  Cəmləmə  qanununun  işə  düşməsi  bank 
hesabınızın  möcüzəli  şəkildə  artımı  ilə  müşayət  olunur. 
Bank  hesabınız  böyüdükcə  cəlbetmə  qüvvəsidə  böyüyür 
və  həyatınıza  daha  çox  pul  cəlb  edir.  Yəqin  ki,  “pul  pul 
gətirər” ifadəsini eşitmisiniz. Bu həqiqətən də belədir. Pu-
la  qənaət  edib  bank  hesabınızı  artırdıqca  fələk  sizə  daha 
çox pul yetirir.  
Pula qarşı münasibətinizi dəyişdikdən sonra maliy-
yə  müstəqilliyinin növbəti  qanunu “birinci özünüzü mü-
kafatlandırın”dır. Çox adam aylıq xərclərindən qalan pu-
lu yığır - əlbəttəki əgər yığmağa bir şey qalırsa. Əsas mə-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
173 
sələ isə hesabınıza qoyacağınız pulu əvvəlcədən ayırmaq-
dır.  
 
 
Ömür boyu qənaət edin. 
 
Gəlirinizin 10 faizinə qənaət etsəniz təqaüd yaşınıza 
kimi zəngin olmasanız da maliyyə müstəqilliyi əldə etmiş 
olacaqsınız.  Lakin  maliyyə  məsləhətçiləri  bütün  maliyyə 
məqsədlərinizə nail olmaq üçün gəlirin 15 – 20 faizinə qə-
naət  etməyi  məsləhət  görürlər.  Bundan  az  məbləğ  gələ-
cəkdə,  uzaq  qocalığınızda  pulsuz  qalmaq  riski  yaradır. 
Biz  insanlara  gəlirlərinin  10  faizinə  qənaət  etməyi  məslə-
hət  görəndə  onlar  başlarını  bulayırlar.  Onların  çoxu  qa-
zandıqları pulun hamısını xərcləyirlər. Birqəpiyə belə qə-
naət  edə  bilmirlər. Bəziləri borc  içində  boğulurlar.  Əmək 
haqqını  xərcləməyə  başlamazdan  10  faizini  banka  qoy-
maq  fikri  onlara  qeyri-mümkün  görünür.  Lakin  bunun 
həlli yolu vardır.  
 
 
Bir faiz formulundan istifadə edin. 
 
Gəlirinizin  1  faizinə  qənaət  etməyi  və  yerdə  qalan 
99 faizlə yaşamağı öyrənin.  Bunun öhdəsindən asanlıqla 
gəlmək olar. Uzun müddətli mükafata istiqamətlənmiş bu 
qənaət  güclü  iradə  və  daxili-intizam  tələb  etmir.  Aylıq 
gəliriniz  1000  dollardırsa  onun  bir  faizi  10  dollar  və  ya 
günə  təxminən 35  qəpik.  Hər axşam  evə  gəldikdə  həmin 
35 qəpiyi daxıla atın. Və hər ayın sonunda daxıldakı pul-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
174 
ları  banka  aparın  və  “maliyyə  müstəqilliyi  hesabı”nıza 
qoyun.  Bu  məbləğ  çox  kiçik  görünə  bilər  lakin  unutma-
yın,  "uzun  yolçuluq  kiçik  addımlarla  başlayır".  Tezliklə 
siz  əlinizdə  qalan  99  faizlə  asanlıqla  dolanmağı  öyrənə-
cəksiniz.  Bu  zaman  hesaba  ayırdığınız  məbləği  2  faizə 
qaldırın. Sonra siz 98 faizlə də dolanmağı öyrənəcəksiniz.  
Bu minvalla qənaət etdiyiniz məbləği hər ay bir faiz artı-
rın. Və ilin sonuna siz aylıq gəlirinizin 10 faizinə asanlıqla 
qənaət edə biləcəksiniz. Borclarınız azalmağa başlayacaq. 
Bank  hesabınızda  müəyyən  qədər  pul  topladıqdan  və 
maliyyə müstəqilliyinə doğru real addımlar atmağa başla-
dıqdan sonra siz xərclərinizə qarşı daha diqqətli və qəna-
ətcil  olacaqsınız.  Aybaay  artıq  xərclərinizi  azaltdığınızı 
müşahidə edəcəksiniz.  
 
 
Nəticə heyrətamizdir. 
 
Qənaət və yatırım etməyin mükafatı məhsuldar olur. 
Deyirlər,  “xoşbəxtlik  dəyərli  idealın  proqressiv  realizasi-
yasıdır”.  Hər  dəfə  bir  dollarınıza  qənaət  etdikdə  və  ya 
borcunuzu  qaytardıqda  özünüzü  xoşbəxt  hiss  edirsiniz. 
Daha  pozitiv  olur  və  həyatınızı  nəzarətdə  saxlamış  olur-
sunuz. Beyniniz, sizə sakitlik və xoşbəxtlik bəxş edən en-
dorfin istehsal edir. Bu prosesə başladıqdan ikicə il sonra 
siz borclardan qurtulmuş və müəyyən qədər maliyyə və-
saitinə  malik  olacaqsınız.  Bank  hesabınız  artdıqca  daha 
çox  pul  cəlb  edəcək  və  siz  bu  pulları  əlavə  gəlir  əldə  et-
mək üçün ağıllı yatırım yerləri tapacaqsınız. Eyni zaman-
da  sizin  pula  və  onu  xərcləməyə  olan  münasibətiniz  də 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
175 
dəyişəcək. Daha  intizamlı və  şüurlu olacaqsınız.  Hansısa 
bir işə yatırım etməzdən öncə onu yaxşı-yaxşı öyrənəcək-
siniz. Qarşınıza çıxan imkanı və ya potensial biznesi diq-
qətlə araşdıracaqsınız. Ağır zəhmət hesabına topladığınız 
pulu  nəyə  xərclədiyinizə  və  hansı  işə  yatırdığınıza  qarşı 
çox diqqətli olacaqsınız. Tezliklə pula olan münasibətinizi 
müsbət istiqamətə dəyişəcəksiniz.  
 
 
Gəlir artımı kömək etmir. 
 
Bəzən dinləyicilərimdən kimin maliyyə müstəqilliyi 
əldə etmək istədiyini soruşuram. Təbii ki, onlar hamısı əl-
lərini qaldırırlar. Sonra mən başqa bir sual verirəm: “Əgər 
mənim  sehrli  çubuğum olsaydı  və  onun  köməyi  ilə  sizin 
gəlirinizi iki dəfə artıra bilsəydim bunun sizə köməyi də-
yərdimi?”  Onlar  hamısı  həvəslə  təsdiq  edirlər  “Əlbəttə!” 
Və mən növbəti sualımı verirəm: “Sizlərdən neçə nəfər ilk 
dəfə işə düzələndən indiyə kimi gəlirini iki dəfə artırıb?” 
Yenə  də  onlar  hamısı  əllərini  qaldırırlar.  Sonunda  mən 
nəticə çıxarıram: “Siz artıq belə bir möcüzə ilə rastlaşmısı-
nız, gəliriniz iki dəfə artıb amma heç bir köməyi olmayıb. 
Sadəcə  gəlirin  artması  maliyyə  müstəqilliyinə  təminat 
vermir.  Səbəb  Parkinson  Qanunudur:  “Gəlir  artdıqca 
xərclər də artır.” Nə qədər qazanmağınızdan asılı olmaya-
raq  siz  bütün  gəlirinizi  xərcləyir  və  hətta  borc  da  almalı 
olursunuz.”  
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
176 
Paz prinsipindən istifadə edin. 
 
Maliyyə müstəqilliyi əldə etmək üçün Parkinson qa-
nununu  məhv  etməlisiniz.  Bunun  üçün  “Paz  Prinsipin-
dən”  istifadə  etməlisiniz.  Gəliriniz  artdıqca,  gəliriniz  və 
xərcləriniz arasına paz vurun. Gəlirin hamısını xərcləmək 
əvəzinə  onun 50 faizinə qənaət etməyi qərara alın. Gəliri-
niz 100 dollar artdıqda onun 50 dollarını əvvəlcədən bank 
hesabına qoyun. Yerdə qalan 50 dolları ailənizə və özünü-
zə  xərcləyə  bilərsiniz.  Hər  dəfə  gəliriniz  artdıqda  onun 
yarısını  hesabınıza  yatırın.  Gəlirinizin  10-15  faizini    və 
üztəlik hər artımın 50 faizini hesabınıza yatırsanız tezliklə 
maliyyə müstəqilliyi əldə edə bilərsiniz. Bir daha pul haq-
da narahat olmayacaqsınız. 
 
 
Qarşılıqlı maraqlar möcüzəsi. 
 
Albert  Eynşeyn  demişdir:  “Qarşılıqlı  maraqlar  kai-
natın ən güclü qüvvəsidir” 
İyirmi bir yaşınızdan altmış beş yaşınıza kimi hər ay 
100 dollar hesabınıza yatırsaniz və həmin pulu, ilə 7 - 10% 
gəlir  gətirən  hansisa  maliyyə  fonduna  yatırsanız  ümumi 
kapitalınız  milyon  dollardan  artıq  olar.  Aylıq  gəlirinizin 
100 dollarının avtomatik olaraq başqa toxunulmaz hesaba 
yatırılmasına nail  ola bilsəydiniz Amerikanın  ən varlı in-
sanları siyahısına düşərdiniz. Bu o deməkdir ki, sizin ma-
liyyə  müstəqilliyi  əldə  etmək  istəyiniz  qəti  olduğu  halda 
sizə  lazım olan sadəcə  yaxın müddətli  məqsədlərinizi tə-
xirə salmaq bacarığı və qənaət etmək intizamıdır. Özünü-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
177 
zü idarə etmək və nəyisə qurban vermək bacarığınız sizə 
sadəcə maliyyə müstəqilliyi deyil həyatınızın bütün sahə-
lərində xoşbəxtlik bəxş edəcək.  
Növbəti hissədə biz, həyatınızda hər şeyin sizin xe-
yrinizə işləməsi haqda; vaxtın idarə edilməsi haqda danı-
şacağıq. Hamı həyatını az pul və çox vaxtla başlayır. Yet-
kinlik illərinizdə vaxtınızı necə sərf etməyiniz həyatınızın 
keyfiyyətini müəyyən edir.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
178 
Tapşırıq: 
 
1.  Günü  bu  gün,  maliyyə  müstəqilliyi  əldə  etmək,  borc-
lardan yaxa qurtarmaq və bütün maliyyə məsələlərini-
zi nəzarətə almaq qərarı verin. 
2.  Bugünkü varidatınızı müəyyən edin. Eviniz və bu kimi 
digər  dəyərli  şeylərinizin  qiymətini  toplayın,  alınan 
məbləğdən  borclarınızı  və  xərclərinizi  çıxın  və  nəyə 
malik olduğunuzu dəqiq müəyyən edin. 
3.  Ayrıca bank hesabı açın və aylıq gəlirinizin ən azı 1 fai-
zini ora yatırın.  
4.  Borclarınızın siyahısını tutun və bu gündən onları ödə-
məyə başlayın.  
5.  Təqaüdə çıxana kimi sizə  maliyyə müstəqilliyi imkanı 
verəcək məbləği dəqiq müəyyən edin və həmin məblə-
ği qarşınıza məqsəd qoyun. 
6.  Aylıq və illik toplayacağınız məbləği qarşınıza məqsəd 
qoyun. 
7.  Bacardığınız qədər çox qənaət etməyi öyrənin. 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
179 
XIII HİSSƏ 
Daxili-İntizam və Vaxtın idarə edilməsi 
 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin