BöYÜk summativ qiYMƏTLƏNDİRMƏ 1



Yüklə 20,87 Kb.
tarix28.12.2021
ölçüsü20,87 Kb.
#48185
4BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ


BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 1

I yarımil

şagird_____________________________________________

Oxuyub –anlama -20 bal

Şəkər çuğunduru

Şəkər tozunu şəkər çuğundurundan əldə edirlər. O, kartof kimi torpağın altında yetişir. Sərin və ilıq torpaqları sevir. Yarpaqları torpağın üstündə olur. Çox sevdiyimiz şəkərin istehsalında əsas rolu elə şəkər çuğunduru oynayır. Adətən sentyabr və yanvar ayları arasında toplanaraq fabriklərə aparılır.

Evimizdə istifadə etdiyimiz şəkər tozu, qənd, şəkər kirşanı kimi bir çox məhsullar şəkər çuğundurundan alınır.

1- 4-cü suallar mətnlə bağlıdır.


  1. Mətndə hansı suala cavab yoxdur?

  1. Şəkər çuğundurundan hansı məhsullar alınır?

  2. Şəkər çuğunduru hansı aylarda toplanılır?

  3. Toplanılan şəkər çuğundurunhara aparılır?

  4. Şəkər tozu, qənd nədən alınır?

  5. Şəkər çuğunduru necə şəkər tozuna çevrilir?



  1. Qarşısında  işarəsi verilmiş söz hansı cümlədə məcazi mənada işlənmişdir?

  1. Dəniz tərəfdən sərin külək əsirdi.

  2. Havanın sərin keçməsi yolu asanlaşdırırdı.

  3. Kəndin bulağından sərin su içdilər.

  4. Ağabacı, ürəyini sərin saxla.

  5. Çobanlar ağacın sərin kölgəsində əyləşmişdilər.



  1. Altından xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olar?

  1. mühüm b) sonuncu c) axır d) çevrə e) əvvəl



  1. Mətndən verilmiş sözlərdən birinin yalnız qrammatik mənası var.

  1. yarpaq b) torpaq c) ilıq ç) çuğundur e) və

Dil qaydaları



  1. Nitq hissələrindən bəhs edən bölmə necə adlanır?

  1. Sintaksis b) Morrfologiya c)Leksikologiya d)Fonetika



  1. İsmin yönlük halında olan sözləri seçin:

  1. dəftərin ,səməninin, kitabın

  2. anaya, çörəyə, vətənə

  3. küçəni, cücəni, xalçanı

  4. küçə, cücə, xalça



  1. Aşağıdakı sözlərin düzgün tələffüzünü yazın.

səkkiz-_____________ təbiət- ____________ radiyo- ______________

teatr- ______________ təbii- ____________ xalaoğlu-______________

əziyyət-_____________ addım-____________ dovşan-_______________


  1. Tərkibində yalnız qapalı saitlər olan sözü göstərin. /5bal

a) buruq b) ilan c) qoruq d) duracaq e) quraqlıq

  1. Savad sözünə hansı şəkilçi artırdıqda ahəng qanunu pozulur.

a) –lı4 b) bi- c) –sız4 d) –dan2 e)-lan2

  1. Sözlərdən biri hecalara düzgün bölünmüşdür:

  1. fi-rav-an-lıq b) uy-ğu-nluq c) ai-lə d)mü-bar-iz

  1. A.ağıdakılardan biri köməkçi nitq hissəsi deyil: /5bal

  1. qoşma b)bağlayıcı c) əvəzlik d) modal sözlər



  1. Hansı cümlədə sarı qoşma kimi işlənmişdir:

  1. Ana Elçinin yarasını sarıdı.

  2. Uşaqlar məktəbə sarı getdilər.

  3. Mən sarı şar aldım.



  1. Hansı cümlədə ilə sözü bağlayıcı kimi işlənmişdir:

  1. Arif ilə söhbət etmək maraqlıdır.

  2. Dəniz sahili ilə getmək çox xoşuma gəldi.

  3. Nadir ilə Fərid qonşudur.



  1. Verilmiş sözlərdən söz birləşmələri düzəldin.

dağ, hava____________________________

uşaq bağça__________________________

uşaqlar,dərslər________________________

sinif, rəhbər __________________________



  1. Verilmiş cümlələrdə ədatların altından xətt çəkin.

1.Ancaq sən ona kömək edə bilərsən. 2. Hə, mən razıyam. 3. Sən ki belə deyildin.

4. Yəni sən bunu bilmirsən? 5. Almayın ha. 6.Məhz Orxan bur rolu oynaya bilər.



  1. Nöqtələrin yerinə uyğun gələn modal sözü əlavə edin.

... , sən Şuşanı görməmisən.

  1. Nidaları seçin.

  1. təəssüf, deməli, doğrudur

  2. bəli, ən, bircə,

  3. sarı, üçün, görə

  4. bəh-bəh, paho, of

  1. Mübtədanı müəyyən edib üzərində sualını qeyd edin.

  1. Toğrul döyüşür.

  2. Nizami Gəncəvi Azərbaycan şairidir.

  3. Müəllim dayanmadan yazırdı.



  1. Sözlər arasına ikinci dərəcəli cümlə üzvləri əlavə edib yazın.

Biz oxuyuruq.________________________________________________________________________

Torpaq aldıq.___________________________________________________________________



Atası aldı._____________________________________________________________________

  1. Xitab işlənmiş cümləni seçin.

  1. Nərmin gəlmədi.

  2. Nərmin niyə gəlmədi?

  3. Ay Nərmin, niyə gəlmədin?

Yüklə 20,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin