Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə26/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   22   23   24   25   26   27   28   29   ...   61
Gasimov-informatika-darslik

3.3.3. Yaddaş qurğuları 

Yaddaş  qurğuları  kompüterlərin  proqram  təminatının 

uzunmüddətli  işləməsini,  eyni  əməliyyatların  (proqramların) 

müxtəlif məqsədlər üçün yerinə yetirilməsini, eləcə də verilənlərin 

təkrar 


istifadə 

edilə  bilməsini  təmin  etmək  məqsədilə 

proqramların,  informasiyanın  və  verilənlərin  yadda  saxlanması 

funksiyasını yerinə yetirir. Təyinatından asılı olaraq bir neçə növ 

yaddaş qurğularından istifadə edilir. Onlar əsasən iki parametrlə - 

həcm və sürətlə xarakterizə olunurlar.  

Yaddaşın həcminin ölçü vahidi kompüter texnikasında tətbiq 

edilən  ikilik  say  sisteminin  vahidlərinə  uyğun  olaraq  müəyyən 

olunmuşdur.  Burada  say  sistemləri  haqqında  ətraflı  danışmaq 

məqsədimiz  yoxdur.  Lakin  qeyd  etmək  lazımdır  ki,  ikilik  say 

sistemində  yalnız  iki  rəqəmdən  –  0  və  1  rəqəmlərindən  istifadə 



 

42 


olunur.  Bu  isə  elektron  texnikanın  işləmə  texnologiyasında 

impulsun  və  ya  elektrik  siqnalının  daxil  olub  olmamasının 

müəyyən edilməsi məqsədilə tətbiq edilir.  

Yuxarıda  qeyd  olunduğu  kimi,  yaddaş  qurğularının  həcmi 

bit,  bayt  (B),  kilobayt  (Kb),  meqobayt  (Mb)  və  Qeqobayt  (Gb) 

ölçülür. 

Daimi  yaddaş  qurğusu  –  kompüter  elektrik  şəbəkəsinə 

qoşulan  zaman  proqram  təminatının  (əməliyyat  sisteminin)  işə 

düşməsini  təmin  etmək  üçün  zəruri  proqram  modulu  yazılan 

yaddaş qurğusudur. Bu qurğu ana platanın üzərində elektron sxem 

(mikrosxem)  şəklində  yığılmış  olur.  Daimi  yaddaş  qurğusunda 

yazılmış yükləyici adlanan proqram ana plata istehsal olunanda bu 

mikrosxemə "tikilir", bu proqramı təsadüfən pozmaq, dəyişdirmək 

və ya sıradan çıxarmaq mümkün deyil. Yükləyici proqramlar hər 

dəfə  kompüter  qoşulanda  və  yenidən  yüklənəndə  işə  düşür, 

kompüterin işçi vəziyyətini yoxlayır və onun işləməsi üçün zəruri 

proqram təminatını disk qurğusundan əməli yaddaşa yükləyir. 

Əməli yaddaş qurğusu – kompüterdə proqramların işləməsi, 

verilənlərin  və  məlumatların  istifadə  edilməsi  üçün  onlar  xarici 

yaddaş  qurğularından  -  disk,  disket,  CD-ROM  qurğularından 

oxunur və əməli yaddaşa yazılır. Yalnız bundan sonra proqramlar 

tərəfindən  kompüterdə  müxtəlif  proseslər  yerinə  yetirilə  bilər. 

Əməli  yaddaşa  yazılmış  informasiya  yalnız  istifadə  olunduğu 

müddətdə  orada  saxlanılır,  sonra  isə  əməli  yaddaşdan  silinir. 

Məsələn,  kompüterdə  hər  hansı  proqram  yerinə  yetirilirsə,  bu 

zaman  həmin  proqram  əməli  yaddaşa  yazılmış  olur  və  proqram 

işini başa vurduqdan sonra onun yerinə başqa proqramlar yazılır, 

əgər  hər  hansı  proqram  müəyyən  verilənləri  istifadə  edirsə,  onda 

bu proqram həmin verilənləri əməli yaddaşa yazır və onlarla işini 

qurtardıqdan sonra başqa verilənləri və ya proqramları onun yerinə 

yazır  və  s.  Ümumiyyətlə,  kompüter  söndürüldükdə  əməli 

yaddaşda  olan  bütün  informasiya  (hətta  proqram  və  verilənlərin 

istifadəsindən sonra qalmış qalıq informasiya da) əməli yaddaşdan 

silinir. 




 

43 


Kompüterlərin  əməli  yaddaşlarının  həcmi  prosessordan 

asılıdır. Belə ki, onun mikroprosessorları müəyyən həcmdən artıq 

əməli yaddaşa müraciət edə bilməzlər. Məsələn, IBM PC XT tipli 

kompüterlərin əməli yaddaşı 1 Mb-dan çox ola bilməz, çünki onun 

prosessoru (Intel-8088 və ya Intel-8086)  maksimum 1 Mb ölçüdə 

yaddaşa  müraciət  edə  bilər.  Müasir  kompüterlərin  əməli 

yaddaşlarının həcmi 32 Mb-dan 1 Gb-a qədər dəyişir, lakin xüsusi 

hallarda bu yaddaş daha böyük həcmə malik ola bilər.  

Disk  qurğuları  –  proqramların,  verilənlərin  və  müxtəlif 

xarakterli  məlumatların  uzun  müddətli  saxlanması  və  emal 

edilməsi,  bir  yerdən  başqa  yerə  daşınması  və  s.  məqsədi  ilə 

informasiya  daşıyıcılarına  yazılması  və  oxunması  üçün  istifadə 

olunur.  Disk  qurğularına  misal  olaraq  hazırda  çox  geniş  istifadə 

edilən  maqnit  (disk  və  disket)  və  lazer  (CD  ROM)  yaddaş 

qurğularını  göstərmək  olar.  Onlar  diskə  yazılmış  informasiyanı 

istifadəçi  tərəfindən  pozulana  və  ya  qurğu  fiziki  sıradan  çıxana 

qədər, hətta kompüter söndürüldükdən sonra belə özündə saxlayır. 

Bu qurğuları xarici yaddaş qurğuları adlandırırlar. 

Disklər  -  kompüterlərin  əsas  yaddaş  qurğusu  olub 

kompüterdə  daim  istifadə  olunan  bütün  növ  informasiyanın 

(əməliyyat  sistemlərinin,  proqram  paketlərinin,  verilənlərin, 

sənədlərin  və  s.)  saxlanması  üçün  istifadə  edilir.  Demək  olar  ki, 

bütün kompüterlər (terminallardan başqa) disk yaddaşları ilə təmin 

edilirlər.  Disklərin  hazırlanması  texnologiyasında  informasiyanın 

yazılması  və  saxlanması  üçün  bərk  maqnit  plastinkalarının 

(yumşaq  olmayan  disklərin)  tətbiq  edilməsi  ilə  əlaqədar  olaraq 

onlara  bəzən  «bərk  disklər»  deyirlər.  Ingiliscə  onlar  Hard  Disk 

Driver (HDD), rusca isə "cestkiy disk" və ya "vinçester"  (formaca 

avtomat vinçesterinə oxşadığı üçün) adlanır.  

Bərk  disklərin  istehsalı  və  istifadəsi  zamanı  bir  neçə 

texnologiyadan istifadə edilir. Son dövrlərdə iki texnologiya daha 

geniş  yayılmışdır:  IDE  və  SCSI.  Birinci  texnologiya  hazırlanma 

və istifadə baxımından daha əlverişli olduğundan (ucuz başa gəlir, 

çox  geniş  yayılmış  kompüterlərdə  digər  platalarla  uzlaşması 




 

44 


baxımından  disklərin  bu  texnologiyası  nəzərə  alınmışdır  və  s.) 

daha çox yayılmışdır. Lakin son zamanlar getdikcə daha çox tətbiq 

olunmağa  başlayan  SCSI  texnologiyası  diskin  həcminin, 

informasiyanın  diskdən  oxunması  və  diskə  yazılması  sürətinin 

xeyli  böyük  olması  kimi  üstünlüklərə  malikdir.  Birinci  variantda 

kompüterə maksimum iki disk, ikinci variantda isə yeddiyə qədər 

disk qoşmaq mümkündür.  

Disketlər  –  sənədlərin,  proqramların,  verilənlərin  və  s. 

informasiya  resurslarının  bir  kompüterdən  digər  kompüterə 

köçürülməsi, kompüterdə tez-tez istifadə olunmayan məlumatların 

saxlanması,  diskdə  yazılmış  müxtəlif  informasiyanın  ehtiyat 

surətlərinin  çıxarılması  məqsədilə  istifadə  edilir.  Onlara  yumşaq 

maqnit  diskləri  deyilir.  Iki  növ  disketlər  mövcuddur:  5,25  və  3,5 

dyüm ölçülü disklər. Birinci növ disklər artıq istifadədən çıxmaq 

üzrədir. Ikinci növ disketlərin ölçüləri 720 Kb-dan 2 Mb-a qədər 

(standart  disketlər  720  Kb  və  1,44  Mb)  olur.  Bu  disketlərin 

istifadə  edilməsi, yəni  informasiyanın  diskə  yazılması  və  diskdən 

oxunması  üçün  "disk  sürücüləri"    adlanan  disk  qurğularından 

istifadə  edilir.  Informasiyanı  təsadüfi  pozulmadan  və  ya 

yazılmadan  qorumaq  üçün  disketin  arxa  sol  küncündə  olan 

qoruyucunu  açmaq  olar.  Informasiyanın  diskə  yazıla  və  ya 

diskdən pozula bilməsi üçün bu qoruyucu mütləq bağlı olmalıdır. 

CD  ROM    yaddaş  qurğularının  da  təyinatı  disketlərin 

təyinatı  kimidir,  lakin  onlar  maqnit  yaddaş  qurğuları  deyillər  və 

lazer  texnologiyası  vasitəsilə  yazma-oxuma  mexanizmləri  ilə 

işləyən  qurğulardır.  Onların  yazma-oxuma  sürəti  və  həcmi 

disketlərlə  müqayisədə  çox  böyükdür.  Standart  CD-disklərin 

həcmi  640  Mb-dır.  Yazılma  prinsipinə  görə  iki  yerə  bölünürlər: 

yalnız  bir  dəfə  yazıla  bilən  və  təkrar  yazıla  bilən  CD-disklər. 

Hazırda lazer texnologiyasına əsaslanan bu yaddaş qurğularından 

geniş istifadə olunur və inkişaf etməkdə davam edir. Onlar audio, 

video  və  digər  növ  informasiyaların  yazılması  və  istifadəsi  

məqsədi ilə istifadə edilir. 



 

45 


Bundan  əlavə  sistem  blokunda  müxtəlif  qurğuların 

kompüterə qoşulması üçün istifadə edilən elektron platalar da olur. 

Bu platalar kompüter texnikasının tərkibinə daxil olan monitor və 

printerlərdən tutmuş şəbəkələrin yaradılması və xüsusi texnikanın 

qoşulmasınadək ən müxtəlif məqsədlər üçün nəzərdə tutula bilər. 

Onların hamısı ana plataya qoşulurlar. 

Cərəyan  bloku  –  elektrik  şəbəkəsinə  daxil  olan  dəyişən 

cərəyanın  (220  v  və  ya  110  v)  elektron  plataların  işləməsi  üçün 

zəruri olan sabit cərəyana çevirərək onlara ötürülməsi funksiyasını 

yerinə yetirir. 




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin