Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects


I fəsil.   INFORMATIKA  ELMI  VƏ  INFORMASIYA



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə4/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   2   3   4   5   6   7   8   9   ...   61
Gasimov-informatika-darslik

I fəsil.  

INFORMATIKA  ELMI  VƏ  INFORMASIYA  

NƏZƏRIYYƏSININ  ƏSAS  ANLAYIŞLARI 

1.1.  Informatikanın predmeti 

Informatika 

öz 

başlanğıcını 



kibernetika 

elmindən 

götürmüşdür.  «Kibernetika»  sözü  elmdə  ilk  dəfə  XIX  əsrin    II 

yarısında fransız fiziki Andre Mari Amper tərəfindən işlənmişdir. 

Amper,  idarəetmənin  incəliklərini  öyrənən  xüsüsi  bir  elmin 

yaradılmasının  zərurət  olduğunu  qeyd  edirdi.  O  vaxtlar  texniki 

sistemlər zəif inkişaf etmişdi, hətta mövcud deyildi. Ona görə də 

Amper  idarəetmə  dedikdə  yalnız  cəmiyyətin  idarə  edilməsini 

nəzərdə  tuturdu.  Amper    bu  elmi  kibernetika  adlandırmışdı. 

«Kibernetika»  yunan  sözüdür  və  mənası  "mahir  idarə  edən" 

deməkdir.  

Amerika  riyaziyyatçısı  Norbert  Viner  1948-ci  ildə  ilk  dəfə 

olaraq  kibernetika  elminə  texniki  sistemlərdə  və  canlı  təbiətdə 

idarəetmə  haqqında  elm  kimi  tərif  vermişdi.  Onun  riyazi  məntiq 

sahəsindəki 

elmi 


işləri 

hesablama 

texnikasının 

və 


proqramlaşdırmanın  elmi  əsasını  qoymuşdur.  Kibernetikaya 

verilmiş  təriflər  cəmiyyətdə  mübahisələr  doğurmuş  və  bu 

səbəbdən bir neçə yerə bölünmüşdür. 

Hazırda  kibernetika  elmi  psixologiya  və  riyazi  məntiq 

arasındakı  əlaqələrin  öyrənilməsindən  başlayaraq,  süni  intellekt 

üsullarının  yaradılmasınadək  çoxistiqamətli  elmi  tədqiqatları 

özündə birləşdirir.  

Kibernetika  elminin  parçalanması  nəticəsində  yaranan 

elmlərdən biri də informatikadır.  


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin