Bir nəsil nə ağac əkərsə, başqa nəsil onun kölgəsində əyləşər


Ş əkil 1. CO2-nin əsas mənbələri



Yüklə 0,68 Mb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#36877
növüYazı
1   2
serbest mövzu iqlim dəyişmələri.. coğrafiya .

Ş
əkil 1. CO2-nin əsas mənbələri

Atmosferdə sərhədlərin olmaması və CO2-nin havada sərbəst hərəkəti, hətta yuxarıda adı çəkilən mənbələrin zəif inkişaf etdiyi və ya mövcud olmadığı yerlərdə temperaturun artmasına gətirib çıxarır. Bu fenomen alimlər tərəfindən qlobal istiləşmə adlandırılır.




İqlim dəyişmələri insan inkişafına bir başa təhlükədir. İqlim dəyişmələri dünyanın bütün ölkələrində və hər kəsə təsir göstərir. Lakin dünyanın yoxsul insan təbəqələri iqlim dəyişmələrinə daha həssasdırlar. Onlar təhlükənin bir addımlığında dayanır və ona qarşı mübarizə aparmaq üçün çox az resursa malikdirlər. İqlim dəyişmələri Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq yolunda müxtəlif əngəllər yaradır, ölkələr daxili və arasında bərabərsizliyi artırır. Əgər məsələyə vaxtında diqqət yetirilməsə iqlim dəyişmələri gələcəkdə nəinki zəif İnkişaf etmiş ölkələri, hətta varlı ölkə və gələcək nəsilləri də ağuşuna alacaqdır. Sevindirici haldır ki, iqlim dəyişmələri problemi indi təkcə elmi cəmiyyəti deyil, adi insanları, hökumət nümayəndələrini və siyasətçiləri də narahat etməyə başlamışdır. Təqribən 10 il bundan əvvəl iqlim dəyişmələrinin həqiqətən də baş verdiyinə tərəddüdlə yanaşan, hətta onu inkar edən və sıralarında dünyaca tanınmış ictimai və elmi xadimləri birləşdirən “skeptiklər cəbhəsi” mövcud idi. Böyük şirkətlər tərəfindən maliyyələşdirilən və mətbuat tərəfindən dəstəklənən Skeptiklər cəbhəsi ictimai fikrin formlaşdırılmasında böyük rol oynayırdı. İndi isə hər hansı ciddi iqlimşünas alim iqlim dəyişmələri probleminin aktual, təhlükəli problem olduğunu qəbul edir və onun atmosferə CO2 qazının atılması İlə əlaqədar olduğunu dərk edir.Əsas maneə isə elmi faktların mövcudluğuna baxmayaraq qlobal müstəvidə bu istiqamət üzrə zəruri tədbirlərin görülməsi üçün mövcud siyasi iradənin aşağı olmasıdır. Keçən dövr ərzində dünya ölkələrinin əksəriyyəti iqlim dəyişmələrinin təsirinin azaldılması istiqamətində düşünülmüş tədbirlər planı icra etmir. Atmosferə atılan CO2 isə havada uzun müddət qalmaq potensialına malikdir. Yəni əgər biz bu gün külli miqdarda karbon qazının havaya atılmasının qarşısını alsaq da, atmosferdəki mövcud istilikxana qazları Yer Kürəsinin iqliminə hələ uzun müddət təsir edəcəkdir.

İ
qlim Dəyişmələri: təhlükənin ciddiliyi və dünya ölkələrinin “karbonizi”

Orta qlobal temperatur dünyada iqlim vəziyyətinin dəyərləndirilməsi üçün ən çox istifadə edilən ölçü vahidinə çevrilmişdir. Bu ölçü vahidi bizə mühüm ismarıc göndərir. Biz artıq görürük ki, sənaye erasının başlanğıcından sonra qlobal orta temperatur 0,7°C artmışdır. Planetimizdə orta temperaturun artması ilə bərabər yerli yağıntı trendləri və ekoloji zonaların sərhədləri dəyişir, su səthində istiləşmə və buzlaqların əriməsi müşahidə olunur. İqlim dəyişmələrinə məcburi uyğunlaşma (adaptasiya) vasitələri adi hala çevrilməkdədir. Məsələn, Afrikanın şərqində quraqlıq mövsümündə qadınlar su tapmaq üçün daha uzun məsafə qət etməyə vadar olur. Banqladeş və Vyetnam kimi ölkələrdə şiddətli qasırğa, sel və dəniz səviyyəsinin qalxması nəticəsində kiçik fermerlər daha çox məhsul itkisindən dəyən itkini aradan qaldırmaq məcburiyyətində qalır.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası-nın (BMTİDÇK) qəbul olunmasında keçən 20 illik dövr ərzində atmosferdə istilikxana qazlarının konsentrasiyasının stabilləşdirilməsi istiqamətində bəşəriyyət olaraq çox az nailiyyət əldə etmişik.Bəs iqlim dəyişmələri hansı həddə təhlükəli hesab olunur? Bu suala cavab çox nisbidir. Qırğızıstanda kiçik fermer üçün təhlükəli hesab edilən təbiət hadisəsi, ABŞ-ın cənub ştatlarının birində yaşayan fermer üçün təhlükəli hesab edilməyə bilər. Lakin milyonlarla insan və eko-sistem ünsürü üçün dünya üçün təhlükə həddi artıq keçilmişdir. Gələcəkdə qlobal temperatur artımının məqbul həddinin

Bilər. Lakin milyonlarla insan və eko-sistem ünsürü üçün dünya üçün təhlükə həddi artıq keçilmişdir. Gələcəkdə qlobal temperatur artımının məqbul həddinin müəyyənləşdirilməsi güc və məsuliyyət məfhumları ilə bağlı bir sıra suallar ortaya çıxarır. Bütün bunlara baxmayaraq iqlim dəyişmələrinin təsirinin azaldılması üçün uğurlu tədbirlərin icrası üçün temperaturun artım həddinin son məqbul həddi müəyyənləşdirilməlidir. İqlimşünaslar arasında bu istiqamət üzrə konsensus əldə olunmaq üzrədir və bir çox alim bu həddin 2°C olduğu qənaətindədir.Qlobal orta temperatur həddində 2°C-dən artıq istiləşmə baş verəcəyi təqdirdə iqlim dəyişmələri risklərinin təhlükəsi kəskinləşəcəyi ehtimal olunur. Yuxarıda qeyd olunduğu kimi bunun üçün istilikxana qazlarının atmosferə tullantısının qarşısı alınmalıdır. Lakin inkişaf etmiş dövlətlər (ABŞ, Avropa İttifalqı ölkələri, Yaponiya və s.) öz ənənəvi inkişaf yollarında əl çəkmək niyyətində deyil. Eyni zamanda iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlər (Çin, Hindistan,

Braziliya və s.) isə onlardan tələb olunan ekoloji müdafiə prinsiplərinə məhəl qoymurlar. Bu dövlətlər ekoloji tarazlığın onların inkişafının ləngitməsi hesabına nail olunmasını qərb dövlətlərinin bir növ paxıllıq hissi ilə izah edir və dünlya ictimaiyyətinin suverenlik prinsipinə hörmət etməyə çağırırlar. Nəticə olaraq qlobal karbon emissiyaları 2011-ci ildə 3% artaraq rekord 34 milyard tona çatmışdır ki, bunun də təxminən 78% Böyük 20-lik (G-20) ölkələrinin payına düşür (bax ş
əki 3).

İqlim dəyişmələri qlobal bir prosesdir, lakin onun təsirləri özünü lokal səviyyədə büruzə verir. Fiziki təsir həddi coğrafi mövqe, qlobal istiləşmə və ərazidə mövcud iqlim şəraiti arasındakı əlaqədən asılı olaraq müəyyənləşir. Bu təsirin geniş əhatə dairəsi onun barəsində ümumi fikir söyləmək imkanlarımızı çətinləşdirir. Lakin iqlim dəyişmələrini insan inkişafını ləngidən 4 xüsusi istiqamət üzrə ümumi mülahizələr söyləmək mümkündür:

• Kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsigündəlik gəliri 1 ABŞ dollarından aşağı olan dünya əhalisinin ¾-nün (təxminən 900,000,000 nəfər) əsas birbaşa gəlir mənbəyi kənd təsərrüfatıdır. İqlim dəyişmələri ssenariləri quraqlıq və yağıntıların paylanması sxemində dəyişikliklərlə əlaqədar Sahara və cənub-şərqi Asiyada məhsul istehsalına ciddi mənfi təsir göstərə bilər. Alimlərin hesablamalarına görə əgər lazımi qabaqlayıcı tədbirlər görülməsə iqlim dəyişmələri tərəfindən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə təzyiqin nəticəsi olaraq 2080-ci illərədək əlavə 600 milyon insan kəskin qida çatışmazlığından əziyyət çəkəcək.

• • Su qıtlığı təhlükəsinin artma

Qlobal orta temperaturun 2°C artması dünyada su resurslarının paylanmasında fundamental dəyişikliklərə səbəb olacaqdır. Himalay dağlarında buzlaqların əriməsi Şimali Çin, Hindistan və Pakistanda artıq kəskinləşməkdə olan ekoloji problemləri daha şiddətləndirəcəkdir. Buzlaqların əriməsi bu zonada ilkin dövrdə sel və daşqınların sayının artması, daha sonra isə suvarma əhəmiyyətli çaylarda su ehtiyatlarının azalması ilə nəticələnə bilər. Latın Amerikasında buzlaqların əriməsi xüsusilə And dağları zonasında şəhər əhalisinin içməli su ilə təminatı, kənd təsərrüfatı və hidro-energetika ehtiyaclarının qarşılanmasında problemlərə səbəb ola bilər. İqlim dəyişmələrinin təsiri nəticəsində 2080-ci ilədək su qıtlığından əziyyət çəkən dünya əhalisinin sayı 1,8 milyard nəfər arta bilər.

• • Eko-sistemlərin məhv edilməsi

Qlobal orta temperaturun 2°C artması fauna və floranın növlərinin məhv olma təhlükəsini sürətləndirir. Alimlərin hesablamalarına əsasən qlobal orta temperaturun artım həddi 3°C-ni keçdikdə bilinən canlıların təqribən 20-30%-nin nəslinin kəsilməsi təhlükəsi yaranacaqdır. Hazırda iqlim dəyişmələri öz mənfi təsirini daha çox dəniz və okean eko-sistemlərinə göstərir. Bu da sahilyanı ərazilərdə bio-müxtəliflik və eko-sistemlərin tələfatı ilə nəticələnir. Nəticədə əsas gəlir mənbəyi balıqçılıq olan 100 milyonlarla insan qida çatışmazlığı və maliyyə itkisində əziyyət çəkir.

• İnsan sağlamlığına risklərin artması İqlim dəyişmələri müxtəlif səviyyələrdə insan sağlamlığına mənfi təsir göstərəcəkdir. Temperaturun istiləşməsi nəticəsində malyariya zonasının əhatə zonası genişlənərək əlavə 400 milyonadək insanı bu xəstəliyə yoluxma riski ilə üz-üzə qoya bilər. Malyariya xəstəliyindən ən çox ölüm hallarının təsadüf etdiyi sahara bölgəsində (təqribən 90%) xəstəliyə yoluxmanın 16-28% artması ehtimal olunur.Yuxarıda təsvir olunan insan inkişafı istiqamətləri üzrə meydana çıxmaq ehtimalı olan problemlərə təcrid olunmuş şəkildə nəzər salmaq olmaz. Onlar bir-biri ilə sıx bağlı olmaqla insan inkişafını əngəlləyən mövcud problemləri daha da dərinləşdirir. Bu bölmənin növbəti hissələrində iqlim dəyişmələri ilə mübarizə üzrə institusional çərçivə, onun təsirlərinin yumşaldılması üçün dünyada və ölkəmizdə həyata keçirilən tədbirlər, iqlim dəyişmələrinə uyğunlaşmanın çətinlikləri, Azərbaycanda iqlim dəyişmələrinə həssas sahələr və adaptasiya imkanları təhlil olunacaqdır.

XX əsrin 70-ci illərinin sonundan etibarən iqlim dəyişmələri problemi Beynəlxalq ictimaiyyətin diqqətini daha yaxından cəlb etməyə başlamışdır. İqlim dəyişmələrinə qarşı kollektiv qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının mandatı altında bir sıra qurumlar yaradılmış, iqlim dəyişmələri üzrə çərçivə konvensiya qəbul olunmuş və beynəlxalq əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi üçün müəyyən işlər həyata keçirilmişdir. İqlim dəyişmələri üzrə institusional çərçivənin formalaşması (bax .Cədvəl 2) barədə qısa məlumat aşağıda verilmişdir.

“Ədalətsizliyi görəndə neytral qalmağı seçirsənsə, deməli sən zülmkarın tərəfindəsən”- Dezmond Tutu.

B
u günə olan məlumata əsasən artıq 194 ölkə və bir regional təşkilat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etmişdir. Konvensiyanın tələblərinə əsasən hər bir ölkə atmosferə tullanan istilikxana qazlarının miqdarı, iqlim dəyişmələrinin təsiri və onun nəticəsində baş vermiş dəyişikliklər, İqlim dəyişmələri ilə mübarizə üzrə görülmüş işlər barədə mütəmadi olaraq Konvensiyanın Katibliyinə hesabatlar təqdim edir. Azərbaycan Respublikası da artıq Katibliyə iki hesabat təqdim etmişdir (2005 və 2010-cu illərdə).Çərçivə Konvensiyada iqlim dəyişmələrinə uyğunlaşma üzrə tədbirlər planı öz əksini tapır. Konvensiyanın mətnində kənd təsərrüfatından sahilboyu ərazilərin mühafizəsinə, daşqın təhlükəsindən bərk tullantıların idarə olunmasına kimi müxtəlif sahələrdə iqlim dəyişmələrinin təsirinə hazır olmaq üçün beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanır. Bu əməkdaşlığın əsas məqamlarından biri varlı ölkələr tərəfindən inkişaf etməkdə ölkələr, onların arasından iqlim dəyişmələrinin mənfi təsirlərinə daha həssas dövlətlər dəstək verilməsidir. Lakin inkişaf etmiş ölkələr Konvensiyanın yardımçılıq prinsipinə yetərincə diqqət ayırmırlar. Konvensiyanın Əlavə 2-nə daxil olan ölkələr (ABŞ, Rusiya, Avropa İttifaqı ölkələri, Avstraliya və s.) inkişaf etməkdə olan dövlətlərdə iqlim dəyişmələrinin mənfi təsirlərinin aradan qaldırılmasında onlara texniki və maliyyə yardımı göstərməlidirlər. Lakin bu ölkələrin hökumətləri öz sərhədləri daxilində adaptasiya tədbirlərinə kifayət qədər sərmayə yatırmalarına baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə paralel sərmayə qoyuluşu həyata keçirmirlər. Beləliklə dünyada iqlim dəyişmələrinə uyğunlaşma üzrə potensialı inkişaf etmiş və ya çox zəif olan ölkələr blokları formalaşmaqdadır.


Hökumət qurumları mövcud infrastrukturun çaylarda və dənizdə suyun səviyyəsinin qalxmasının qarşısının alınmasına kifayət etməyəcəyini düşünərək, 2000-ci ildə yeni adaptasiya strategiyası tərtib etmişlər. Strategiyada əsas diqqət yaşayış məntəqələrinin salınmasının planlaşdırılması və su hövzələrinin idarə olunmasının təkmilləşdirilməsinə yönəlmişdir. Strategiyada daşqınlardanmüdafiə təbirlərinə 3 milyard ABŞ dolları miqdarında vəsait nəzərdə tutulur..

Azərbaycanda iqlim dəyişmələrinin temperatur artımına təsiri..

Hər bir dünya ölkələri kimi Azərbaycan da iqlim dəyişmələrinin təsirində sığortalanmamışdır. Ölkədə iqlim dəyişmələri və qlobal istiləşmənin təsirlərini adi insanlar da hiss edirlər. Çoxumuz son illərdə yayın həddən artıq isti və ya qışın çox soyuq keçdiyində gileylənirik. Bəzilərimiz isə fəsillərdə ayların yer dəyişməyini iddia edirik. Bir çox iqlimşünas alimin fikrincə bütün bunlar qlobal səviyyədə iqlim dəyişmələrinin lokal təsirlərinin nəticəsidir. Yuxarıda qeyd olunduğu kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyaya üzv dövlət kimi Azərbaycan da ölkədə bu fenomenlə əlaqədar proseslərimüşahidə edərək baş vermiş dəyişikliklərlə bağlı hesabatlar hazırlayır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin bir sıra stansiyalarının məlumatlarından istifadə olunaraq 1991-2000-ci illər ərzində illik temperatur və yağıntı anomaliyaları təhlil edilmişdir. Təhlil edilmiş temperatur məlumatlarından məlum olmuşdur ki, ölkədə göstərilən 10 il ərzində orta temperatur 0,41°C artmışdır. Bu artım 1961-1990-cı illərdəki artımdan (30 il ərzində artım 0,34°C olmuşdur) çoxdur, yəni 1991-2000-ci illər ərzində artım 3 dəfə sürətlənmişdir. Yerli iqlimşünaslar tərəfindən müxtəlif proqramlar vasitəsilə tərtib olunmuş proqnozlara əsasən 2021-2050-ci illərdə ölkəmizdə orta illik temperatur artımı 1,5°C-1,6°C təşkil edəcəkdir. Nəticəyə görə temperatur artımı bu əsrin birinci yarısında hər on ildə təqribən 0,3°C ola bilər. Hesablamalar rütubətin artması nəticəsində yağıntıların 1961-1990-cı illərə nisbətən 2050-ci ilədək 10-20% artması proqnozunu da verir.

Azərbaycanda iqlim dəyişmələrinə həssas sahələr və mümkün Uyğunlaşma tədbirləri.......

Azərbaycanda iqlim dəyişmələrin həssas sahələr su təminatı, kənd təsərrüfatı və insan sağlamlığı hesab edilir. Göründüyü kimi bu sahələr yuxarıda qeyd olunmuş iqlim dəyişmələrinin insan inkişafını ləngidən sahələri ilə üst-üstə düşür.

Su ehtiyatları. Gözlənilən iqlim dəyişmələri nəticəsində 2021-2050-ci illərdə səth su ehtiyatları 23% azalaraq 22.5km3 təşkil edəcək. Azərbaycan Cənubi Qafqazda su ehtiyatlarına görə ən kasıb ölkə hesab olunur. Nəzərə alsaq ki, ölkənin su ehtiyatlarının 70%-i digər qonşu ölkələrin ərazisində formalaşır bu vəziyyəti daha da gərginləşdirəcəkdir. Çünki iqlim dəyişmələrinin qonşu ölkələrdə də su qıtlığına səbəb olması və mövcud ehtiyatlar üzərində tələbat və təzyiqi artırmalsı labüddür. İndi olduğu kimi, gələcəkdə də ən həssas sahələr kənd təsərrüfatı, hidroenergetika və əhalinin su təchizatı olacaq. Bütün bu amillər ölkədə insan inkişafı prosesinə mənfi istiqamətdə təsir göstərəcək. Azərbaycan əhalisinin 40%-dən çoxunun məşğulluğunun kənd təsərrüfatında olması su təminatında problemlərin yaranmasını arzuolunmaz edir. Bundan əlavə iqlim dəyişmələrinin təsiri nəticəsində xüsusilə iri şəhərlərdə su təchizatı ilə əlaqədar problemlərin yaranması və ölkənin indiki şəraitdə belə məhdud hidroenerji potensialının azalması ölkədə insan inkişafını ləngidə bilər.Gözlənilən iqlim dəyişmələrinin mənfi təsirlərini yumşaltmaq məqsədilə Aşağıdakı uyğunlaşma tədbirləri həyata keçirilə bilər:


  1. Su ehtiyatlarını idarə etmə sistemlərinin təkmilləşdirilməsi;

  2. əlavə su mənbələrinin cəlb edilməsi;

  3. daşqın və sellərə qarşı mübarizənin gücləndirilməsi;

Kənd təsərrüfatı. İqlim dəyişmələrinin mənfi təsirləri kimi müsbət

Təsirlərinin olması mümkündür. Qlobal istiləşmənin təsiri nəticəsində ölkəmizdə isti ehtiyatlarının və vegetasiya dövrünün davamiyyətinin gözlənilən artması pambıq sahəsinə müsbət təsir göstərə bilər. Belə ki, hazırda becərilən pambıq sortlar daha keyfiyyətli uzunlifli gecyetişən sortlarla əvəz edilə bilər. Onların məhsuldarlığını keçən əsrin 80-cı illərində olan və daha yüksək səviyyəyə çatdırmaq olar. Proqnozlar deməyə imkan verir ki, əsrin sonunadək taxılçılığın indiki arealının sərhədinin dağlara doğru irəliləməsinə imkan yaranacaqdır. Lakin bu ərazilərdə əlverişli torpaq ehtiyatlarının məhdud olması səbəbindən taxıl zəmiləri sahələrinin dağlara doğru əhəmiyyətli dərəcədə genişlənməsi gözlənilmir.2021-2050-ci illərdə sənaye əhəmiyyətli üzümlüklərin sərhədləri regiondan asılı olaraq indiki 800-900m-dən daha 200-450m dağlara doğru yüksələ bilər. Lakin bu yüksəkliklərdə geniş və üzümçülük üçün yararlı sahələrin kifayət qədər olmaması onun bu ərazilərdə kütləvi yayılması gözlənilmir. Göründüyü kimi havanın isti keçməsi istisevər bitkilərin Azərbaycanda

Becərilməsinə şərait yaratsa da, bostan və meyvə bitkiləri üçün əlverişsizdir. Bundan əlavə suvarılan kənd təsərrüfatı ərazilərində gözlənilən su çatışmazlığı da vəziyyəti gərginləşdirə bilər.Gözlənilən iqlim dəyişmələrinin mənfi təsirini yumşaltmaq və mümkün qədər qarşısını almaqdan üçün aşağıdakı uyğunlaşma tədbirləri görülməlidir:


  1. istisevər, quraqlığa dayanıqlı və yüksək məhsuldarlığa malik olan sortlarının seleksiya, introduksiya və təsərrüfata tətbiqi;

  2. torpaqların şoranlaşma və eroziyası, quraqlıq və ağ yellərə qarşı aparılan meliorasiya tədbirlərini davam etdirmək və genişləndirməsi;

  3. suvarılan ərazilərdə suya qənaət edən texnologiyaları kütləvi şəkildə tətbiq edilməsi;

  4. kənd təsərrüfatı məhsulunun mövcud saxlama sisteminin (anbar, soyuducu və s.) təkmilləşdirilməsi və genişləndirilməsi və s.

Göstərilənlərdən qənaətə gəlmək olar ki, iqlim dəyişmələri ölkəmizdə də öz təsirlərini büruzə verir və ümumilikdə insan inkişafı prosesinə təsir göstərir.Yuxarıda sadalanan sahələr üzrə mənfi təsirlərin əksəriyyəti Azərbaycan əhalisinin daha həssas insan təbəqələrini əhatə edir (kənd yerlərində məskunlaşmış əhali, yaşlılar və s.). Bu bütün dünya da belədir. İqlim dəyişmələri qlobal müstəvidə daha çox həssas insan təbəqələrinin mövcud problemlərini daha da kəskinləşdirir.

Məhz buna görə də iqlim dəyişmələri ilə mübarizə aparılmalı, onun təsirlərinin yumşaldılması üçün tədbirlər həyata keçirilməli və ona uyğunlaşmaq üçün



zəruri addımlar atılmalıdır. Bu problemə səthi yanaşdıqda və onu ciddi qəbul etmədikdə artıq çox gec ola bilər.

Diqqətiniz üçün təşəkkür edirəm......
Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin